etməsi üçün müəyyən tem peratur zonası tələb olunur. Həmin zona
termiki
indifferent, komfort,
yaxud
neytral temperatur zonası
adlanır. Bu göstərici
inəklər üçünl8°C, buzovlar üçün 12°C, qoyunlar üçün 23°C, donuzlar üçün
isə 15°C müəyyənləşdirilmişdir. H avanın temperaturu aşağı olduqda
yaranan stress
soyuq,
yüksək olduqda yaranan isə -
isti stressi
adlanır. Çox
aşağı tem peraturun uzunmüddətli təsirindən istilik tənzimi pozulur, bədən
temperaturu 3°C-ə qədər azalır və soyuqlama nəticəsində ümumi ölgünlük,
yuxulu (komatoz) vəziyyət, maddələr və enerji mübadiləsinin zəifləməsi, qan
təzyiqinin azalması, iflic əlamətləri yaranır və ölüm baş verir. Aşağı tem
peraturun təsirinə heyvanlar, xüsusilə çoşqalar, cücələr və dovşan balaları
daha həssas olur. Yeni doğulan heyvanların bədən temperaturu ananın ağız
südünün hesabına müəyyən səviyyədə saxlanılır. Bədən temperaturunun
müstəqil tənzimi buzov və çoşqalarda doğumdan 6-10 gün sonra başlayır və
müvafiq olaraq 20-30 gündən sonra tamamilə fəallaşır. Soyuq stressi zamanı
orqanizmdə immunoqlobulinlərin sintezi zəifləyir, leykositlərin miqdarı,
faqositar fəallığı və orqanizmin rezistentliyi azalır, xəstəliyə şərait yaranır.
İsti stressi zamanı ürəyin fəaliyyəti güclənir, tənəffüs tezləşir, qaz müba
diləsi, istilik istehsalı, iştaha və mədə-bağırsağın fəaliyyəti zəifləyir, qanın
morfoloji və biokimyəvi göstəriciləri dəyişir, nəticədə orqanizmin da
vamlılığı azalır. Binada tem peratur 30°C - dən artıq olduqda sağılan
inəklərin orqanizmində istilik əmələ gəlməsi 27-28% azalır, tənəffüs
hərəkətlərinin sayı bir dəqiqədə 150-180 dəfə olur. Heyvan uzun müddət çox
isti və nəmli şəraitdə saxlanıldıqda məhsuldarlıq azalır,
istivurma və ölüm
baş verir. Havanın temperaturu 27°C olan binada inəyin süd məhsuldarlığı
10%, 32°C-də isə kəskin surətdə azalır. Donuzlar isti stressinə daha həssas
olur, 32°C temperaturda onların çəki artımı dayanır, 37°C-də isə diri kütlə
azalır. İsti stressinin təsirindən çoşqalann 73-86%-i tənəffüs və həzm
sisteminin xəstəliklərinə tutulur. Yüksək temperatur heyvanlarda peyvənd
dən sonra (postvaksinal) immunitetin yaranmasına da mənfi təsir göstərir,
bəzi hallarda isə immunitet ya yaranm ır, ya da çox zəif olur. Bunun əsas
səbəbi leykositlərin faqositar fəallığının və plazmositar hüceyrələrin seçmə
qabiliyyətinin zəifləməsidir. İqlim amillərindən havanın nəmliyi, cərəyanı,
qaz tərkibi, tozla və mikroorqanizmlərlə çirklənmə dərəcəsi, elektnkləşməsi,
Günəş radiasiyası və s. orqanizmə stress amili kimi təsir göstərir. Bu amillər
orqanizmə əsasən kompleks (birlikdə) təsir edir. Məsələn, aşağı temperatur
yüksək nəmlik şəraitində orqanizmdə stress vəziyyəti yaradır, istilik ixracı,
tənəffüs artır, çətinləşir, iştah itir, həzm pozulur, məhsuldarlıq azalır, heyvan
arıqlayır və xəstələnir. İnəklərin saxlandığı binada havanın nəmliyi 10%
(85%-dən 90%-ə qədər) artdıqda süd məhsuldarlığı 9-12%, kökəldilən
heyvanlarda sutkalıq kütlə artım ı 12-28% azalır, yem sərfi isə 20-35% artır,
körpə heyvanlann tələfatı 2-3 dəfə çox olur. Yüksək nəmlik və temperaturun
birgə təsiri zamanı stress vəziyyəti yaranm aqla orqanizmdə istiliyin ixracı,
məhsuldarlıq və xəstəliklərə davamlılıq azalır, maddələr mübadiləsi tormoz-
lanır, heyvan zəifləyir, körpələrdə mədə-bağırsaq xəstəlikləri müşahidə
olunur. Toz əsasən mənfi stressor olub, onun təsirindən dəri,.yun və tük
372
örtüyü çirklənir, gözün, burunun və tənəffüs yolunun selikli qişaları
qıcıqlanır və buraya patogen (xəstəlik törədən) m ikroblar daxil olur. Həzm
sisteminə daxil olan toz mədə-bağırsağın selikli qişasına da mənfi təsir göstərir.
Tənəffüs havasında tozun miqdan 0,66 mq/m3 olduqda ağ ciyərin
ventilyasiyasınm həcmi 7,2%, oksigen mənimsənilməsi isə 3,4% azalır. Binadakı
havanın lm 3-də 250 min və artıq mikrob olduqda heyvanda mikrob stressi
yaranır. H eyvanlarda stressin yaranmasında bmada ammonyak, hidrogen-
sulfid, dəm qazı, karbon kimi zərərli qazların toplanması xüsusi rol oynayır.
Buna görə
heyvandarlıq binalarında karbon qazı 0,25 mq/m3 -dan, ammonyak
20 mq/m3-dən, hidrogen sulfid isa 15mq/m3 -dən artıq olmamalıdır.
Günəş şüalarının təsirindən sinir sistemi və endokrin vəziləri oyanır,
fermentlərin fəallığı yüksəlir, tənəffüs və həzm sisteminin baktenosid fəallığı
artır. Təbii Günəş şüasınm çatmaması da heyvanlarda stress törədir, onlarda
ümumi ölgünlük, cinsiyyət fəaliyyətinin zəifləməsi, orqanizmin ümumi
rezistentliyinin, iştahanın azalması müşahidə olunur. İnəklər 16 saat Günəş
şüası işığında saxlandıqda, 9 saat saxlanmaya nisbətən, 11% artıq süd
verirlər. Bunun səbəbi hipofizin hormonal fəaliyyətinin, xüsusilə
prolaktin
hormonunun
sintezinin artmasıdır. Binanın optimal işıqlanması, inəyin ilk
m ayalanm asından embrionun əmələ gəlməsini 15% artırır, servis dövrü 10
gün azalır. Lakin sutkalıq intensiv işıqlanma inəklərin balavermə qabiliy
yətini azaldır, servis dövrünü 20 gün artırır. İribuynuzlu heyvanlar uzun
müddət (10 aydan artıq) süni işıqla işıqlandırılan binada saxlandıqda
onlarda stress yaranır. Ona görə də kökəldilən heyvanların saxlanıldığı
binada yalnız yemləmə zamanı süni işıqdan istifadə olunmalıdır. Sənaye
texnologiyası əsasında fəaliyyət göstərən heyvandarlıq binalarında ləbii
ultrabənövşəyi şüaların çatışmaması heyvan orqanizmində stress vəziyyəti
törədir. Həmin şüaların təsirindən orqanizmdə azot, fosfor, kalsium, lıpid,
şəkər mübadiləsi, oksidləşmə reduksiya prosesi və ümumi davamlılıq artır.
Bu şüalar çatışmadıqda vitamin və mineral mübadiləsi pozulur, orqanizmin
immunobioloji rcaktivliyi zəifləyir. Buna görə heyvandarlıq binalarında
’ iqlim stresslərinin profilaktikasına xüsusi diqqət verilməlidir. Binalarda
havanın temperaturu sabit saxlanmaqla, onun tozla və mikroblarla
çirklənməsinin qarşısını almaq üçün fermaların ətrafında yaşıl meşə zolağı
salınmalı, çoxillik bitkilər (yonca və s.) əkilməli, havanın qaz tərkibini
yaxşılaşdırmaq məqsədilə ventilyasiya qurğularından düzgün istifadə
olunmalı, yem qalıqları, peyin və peyin şirəsi vaxtında təmizlənməlidir. Toz
halında olan yemlər nəm halında verilməklə, binanın havası ultrabənövşəyi
şüalarla işıqlandırılmalı və süni aeroionizasiyadan istifadə edilməlidir.
Binada nəmliyin qarşısını almaq üçün su buxarlarının binaya daxil
olmasının və toplanmasının qarşısı alınmalıdır. Təsərrüfatlarda iqlim
stresslərinə daha davamlı olan heyvan cinslərinin seleksiyasına da ciddi fikir
verilməlidir
(E.M.Hiiseynov, R.İ.Rzayev, 1991).
373