olur. Belə ki. qaram allarda ən çox başın anomaliyaları. alt və ya üst çənənin
olmaması, yaxud çox qısa olması, dovşandodaqlıq. korluq, qoyunbaşlılıq.
beyinin fıtıqları və sulu şişləri, o cümlədən ətrafların çatışmazlığı (arxa və ya
ön ətrafların əyri olması, yaxud tamamilə olmaması, deformasiyası, hərəkət
sizlik. axsaqlıq. səndələmə. əzələ kontrakturası və s.). tüksüzlük. onurğa
sütununun əyriliyi, epilepsiya, dölün sulu şişi, mumifikasiyası (əriməsi),
göbək fıtıqları. quyruğun gödəkliyi. yaxud tamamilə oimaması. yelinin, əm
cəklərin. anus dəliyinin, toxum lııqlann olmaması,
işığa həssaslığın artması
-
porfiriya
və s. müşahidə olunur. Kostroma cinsli qaramalda əsasən başın.
Yaroslav cinslilərdə - sindaktiliya. Xolmoqor - cinslərdə əzələ kontraktura-
lan. ətrafların çatışmazlıqları, qara-ala cinslilərdə
göbək herniyaları.
Almaniya cinslərində
mərkəzi sinir sisteminin (21%) anomaliyaları daha
üstünlük təşkil edir. Alimlər sübut etmişlər ki. həm iri buynuzlu, həm də
başqa növ heyvanlarda mövcud olan bütün anomaliyaların başlıca səbəbi
törədicilərdir.
Süni mayalanma nəticəsində əcnəbi qaramal cinslərinin hər
bir baş törədicisindən 100 min baş buzov almaq mümkündür. Həmin törə
dici genetik mutasiyanm daşıyıcısı olduğu halda gələcək nəslin törəmələri
arasında anadangəlmə anomaliyaların sayı daha geniş vüsət alır. ABŞ və
Almaniyanın qara-ala və şarole cinsli
qaramallarından alınan cırtdan
balaların sayı 23.2 22.2% təşkil edir. Çexiyada 166 baş törədici buğalardan
alınan buzovların müayinəsi zamanı onların 43 başında lctal anomal genlər
aşkar olunm uşdur. Bir baş dovşandodaq dominant anomal buğanın
törəmələrindən 44% erkək. 71%
isə dişi buzovlarda həmin əlamət biruzə
vermişdir. K ostroma cinsli bir baş qara çənəyə malik olan Burxan adlı
buğadan alınan balalarda, həmçinin nəslin gələcək nəvə, nəticə və
kötücələnııdə də həmin çənə qüsurları aşkar edilmişdir (şokil 60). Şəkildən
göründüyü kimi qüsurlu buzovlar əsasən genotipində ıesessiv genlər olan
inəklərdən alınan buzovlarda müşahidə olunmuşdur.
379
Q | heteroziqot buğa
- heteroziqot inək
ф homoziqot anomal buzov
Şəkil 60. Kostroma cinsli inəyin bir xəttində resessiv genlərin növbələşməsi
nəticəsində yaranan alt çənələrin qısalması anomalyası (VX.Petuxov və b.,
1985).
Törədici buğanın öz dişi balaları, yaxud başqa törədicinin həmin m utant
genin heteroziqot daşıyıcıları olan dişi fərdləri ilə çarpazlaşması nəticəsində
anomal törəmələrin sayı daha üstünlük təşkil edir (şəkil 61).
380
N orm al g en o tip li a n a la r
G e n o t i p s g ö r ə
p a rç a la n a n tönw nalar , . 2 1
1
ı
F en o tip ə g ö rə
( 12. 5%)
1 : 7
A n o m a ll a r
Normallar
Şekil 61. Törədicinin özünün dişi balaları yaxud başqa törədicinin həmin mutant
genin heteroziqot daşıyıcıları olan dişi fərdləri ilə çarpazlaşması sxemi (V. L
Petuxov və
b.
1985)
Qoyunların anomaliyaları. Qoyunlarda 90-a qədər müxtəlif tipli anadan
gəlmə anomaliyalar vardır. Ilomin anomiyalar əsasən monogen autosom re-
sessiv növbələşmə nəticəsində yaranmaqla çənələrin qüsurları, ön ətrafların
olmaması, yaxud əyri olması, hermofroditizm, kriptorxizm, hipospadioz,
proqnatiya, mikrotiya, cntropiya, tortikolis, politcliya, artroqripoz və s. ilə
səciyyələnir. Analizlər göstərmişdir ki, qoyunlarda mövcud olan anomaliya-
ların 55,4%-ni
əzələ - skelet sisteminin, 12,7%-ni
həzm, 9,7%-ni
ürək-
dam ar, 7,1%-ni - izogenital, 6%-ni - mərkəzi sinir sistemi, 3,5%-ni - bağ
ların, 3,2%-ni - qarın, 1,5%-nı isə - endokrin sistemin çatışmazlıq və qüsur
ları təşkil edir. Qoyunçuluğun ən çox inkişaf etdiyi ölkə sayılan Yeni
Zcllandiyada letal qüsurlarla 1%, ABŞ-da isə 11,4% % anomal quzular
doğulur və tələf olur. Ümumiyyətlə, embrional inkişaf dövründə, orta
hesabla, quzuların 20%-i anomaliya nəticəsində ölür və ya ölü doğulur.
Bolqarıstan respublikasında merinos cinsli qoyun sürülərində erkən post
natal dövrdə quzular arasında çox yüksək ölüm faizi müşahidə olunmuşdur.
Bunun əsas səbəbi həmin quzuların analarının yelinin anomaliya nəticəsində
süd ifraz edə bilməməsi olmuşdur. Sürüdəki bu cür anomal qoyunların sayı
6-40% təşkil etmişdir.
381
Atların anomaliyaları. A tlarda 10 irsi anomaliya növü beynəlxalq letal
qüsurlar siyahısına daxıl olub. Onlardan 3-ü skelet, 2-i cinsiyyət, 2-i böyrək
və əzələ, 1-i isə bağırsaq, sinir və görmə sisteminin payına düşür. Atların
genetik anomaliyaları arasında ölümlə nəticələnən bağırsaq tutmaları,
hərəkət koordinasiyasının pozulması, oynaq və dırnaq xəstəlikləri, dəridə
tükün tökülməsi, qarın hermiyaları və s. daha geniş yayılıb.
Donuzların anomaliyaları. Beynəlxalq letal genlərin siyahısında donuzla
rın 18 genetik anomaliyası qeydə alınıb. Onların əksəriyyəti isə autosom
resessiv genlər tərəfindən törədilir. Qlivenin (1979) məlumatına görə
donuzlarda 7-genetik dəri örtüyü, 17 - skelet, 3 - görmə, 13 -sinir-əzələ, 6 -
qan, 6-hormonal-mübadilə, 5-həzm sistemi, 9- sidik-cinsiyyət anadangəlmə
anomaliyalan mövcuddur. Onların arasında kriptorxizm, herniyalar, psev-
dohermofroditizm və s. daha çox üstünlük təşkil edir. Kanada alimləri
Fridin və N yum an kriptorxizm müşahidə olunan yorksir cinsli erkək
törədici donuzları öz analan və bacılan ilə çarpazlaşdırdıqdan sonra
doğulan erkək çoşqalann 42,9%-də həmin anomaliya aşkar edilmişdir. ABŞ-
da bir ildə doğulan çoşqalann 400 min başında xaya hemiyaları müşahidə
olunmuşdur. Analiz göstərmişdir ki, həmin çoşqalarda patoloji spermato-
zoidlər 80-100% təşkil etmişdir. A na donuzlarda ən çox müşahidə olunan bir
autosom resessiv gen tərəfindən törənən qısa əmcəklilik anomaliyasıdır. Bu
növ anomaliyalar 6,6% təşkil etməklə körpə çoşqalar ana südü əmə
bilmədiyi üçün dərhal tələf olur.
Quşların anomaliyaları. Beynəlxalq letal genlər siyahısında quşların -
45, hind quşlarının - 6, ördəklərin isə 3 genetik anomaliyası qeydə alınmış
dır. Onlarda ən geniş yayılan anomaliya növü cücələrdə dimdiyin ya tam a
milə olmaması, yaxud da onun olduqca qısa olmasıdır. Bu cür anomaliyaya
malik olan cücələr yem qəbul edə bilmədiyi üçün qısa müddətdə tələf olur.
Ağ leqqorn və rot-ayland cinsli toyuqların yumurtasından inkubasiya
zamanı çıxan cücələrin 1,1%-də dimdik olmur. M aks Cibbon və Şeykelfcrd
müəyyən etmişdir ki, ağ leqqorn sincini baterkamp və bentamkam cinsi ilə
çarpaşlaşdırdıqda polidaktiliya, sindaktiliya və lələkli ayaqlara malik olan
cücələrin sayı çox üstünlük (16,8%) təşkil edir.
1 1 .4 . ir s iy y ə td ə h o m o lo ji s ır a la r q a n u n u
Akademik N.İ.Vavilovun rəhbərlik etdiyi ekspedisiya qrupu dünyanın
müxtəlif ölkələrindən topladığı müxtəlif yabanı və mədəm bitkilər
kolleksiyasını öyrənərkən onlarda bır çox ümumi irsiyyət dəyişkənliyinin
mövcud olduğunu aşkar etmişdir. N.İ.Vavılov və əməkdaşları həmin
nəticələrə əsaslanaraq irsiyyət dəyişkənliyində homoloji sıralar (cərgələr)
qanununun aşağıdakı müddəalarını kəşf etmişlər:
- Genetik cəhətdən yaxın olan növlər və cinslər bir sıra oxşar irsiyyət
dəyişkənliyi əlamətlərinə malikdirlər. Belə ki, bir növ və ya cins çərçivəsində
müşahidə olunan bəzi irsiyyət dəyişkənlikləri paralel olaraq başqa növ və
382
Dostları ilə paylaş: |