yetişdirmək üçün ən azı 3-4 nəslin alınması tələb olunur. Müəyyən edilmişdir
ki, 2,6,7,14 və B21 qrupu allellərinə malik olan toyuq cinsləri Marek
xəstəliyinə çox davamlı, əksinə, 1,3,5,13,15,19 genetik indikatorlar (marker-
lər) isə toyuqlarda yüksək həssaslığın yaranmasına səbəb olur.
12.5. Heyvanların etoloji (davranışına görə) seleksiyası
E to lo g iy a -o rq a n izm in
təkamül prosesi nəticəsində formalaşan irsi növ
əlamətləri və fərdi inkişaf zamanı qazanılan müxtəlif xarakterli davranış
reaksiyalarının məcmuundan ibarət olmaqla, əsasən reflekslərin iştirakı ilə
icra olunur. Bu prosesdə ən başlıca ekoloji-fizioloji amil adaptasiyanın
davranış formaları hesab edilir. Bütün heyvanlarda postembritonal dövrdə
adaptiv davranış forması biruzə verir. Məsələn, məməlilərin balası doğulan
kimi ilk əvvəl ayağa qalxmağa, hərəkət etməyə, ən əsası isə öz anasını
əmməyə başlayır və ona nail olur. Quşlarm balalalrı da yumurtadan çıxan
zaman dərhal ağızlarım açaraq analarından yem gözləyir. Postembrional
inkişaf dövründə heyvanlarda şərti reflekslər və xarici mühit amillərinin
təsirinə uyğunlaşma-adaptasiya davranışları formalaşır və ctologiya vərdiş
lərinin yaranmasına zəmin yaranır. Uzaq məsafəyə uçan quşlar (durnalar və
s.) soyuğa (aşağı temperatura), yaxın məsafəyə miqrasiya edən quşlar isə is
tiyə (yüksək temperatura) adaptasiya olunur.
A d a p ta s iy a -
orqanizmlərin mövcud mühit şəraitinə uyğunlaşması və
özünün ontogenetik təkamülündə dayanıqlı, stabil inkişafını təmin etməsin
dən ibarət olan mürəkkəb bir prosesdir. Müasir fiziologiyanın və genetika
nın ən aktual problemlərindən biri orqanizmin adaptasiyasının fizioloji me
xanizminin aşkarlanmasıdır. Müasir son təsnifata əsasən anadangəlmə irsi
və fərdi inkişaf prosesində yaranan adaptiv davranış formaları 3 əsas qrupa
bölünür.
B irin ci qru pa
postnatal inkişaf mərhələsində yarana fərdi adap
tasiyalar (şərti reflekslərin, hormonal və fermentativ və toxuma proseslərinin
formalaşması və s.) aiddir. Həmin adaptiv forma geri dönən proses sayılır.
İk in c i qrup
- irsi möhkəmlənmiş növ uyğunlaşmasından ibarət olub
mütləq genetik xarakter daşıyır. Onlar orqanizmlərin möhkəmlənmiş sinir
sistemi və genetik sabitliyinin və ontogenez zamanı yaranan morfoloji
dəyişkənlik zəminində formalaşır və bu prosesdə müxtəlif orqanlar və üzvlər
sistemi iştirak edir. Məməlilərin yeni doğulmuş körpələrə xüsusi qayğı gös
tərməsi (doğulan kimi balalarının dərisini yalaması, təmizləməsi, əmiz-
dirməsi), quşlarm balalarını yemləməsi və s. buna xarakterik misaldır. Hə
min genetik davranışlar irsi olaraq proqramlaşdırılmış reflcktor aktlar və
mürəkkəb hormonal münasibətlər formasında ixtisaslaşmaqla, hətta
taksonomik cəhətdən çox yaxın olan növlərdə belə bir - birindən olduqca
fərqlənir.
Üçiincü qrup
- populyasiya adaptasiyalarından ibarət olub, onun kon
kret xarici mühit şəraitində formalaşması
prosesi
zamanı yaranır və müxtəlif
400
yaşayış şəraitlərində həmin növün davranışını xarakterizə edir. Populyasiya
davranışı öz genetik quruluşuna görə çox mürəkkəbdir. Bu adaptasiya növü
çox ciddi genetik xarakter daşıyır və təbii seçmə (bəzən isə süni seçmə) ilə
əlaqədar olur. Ontogenezin prenatal və postnatal dövrlərində və impritinq
(məməlilərdə və quşlarda erkən postnatal dövrdə yaranan reaksiyalar)
hadisəsi zamanı genetik adaptasiyanı və mühitin təsirini, görünüşünü əks
etdirir. İmpritinq
hadisəsini ilk dəfə quşlarda və məməlilərdə Lorens (1937)
öyrənmişdir. Heyvanların inkişafının təkamülü baxımından orqanizmin
tənzimləyici sistemlərlə əlaqədar olaraq hüceyrə, toxuma, orqan, orqanlar
sistemi və orqanizm
səviyyəli adaptasiyalar ayırd edilir. Anadangəlmə irsi
adaptasiya həm də
instinkt
adlanır. İnstinkt-
davranışın genetik olaraq
formalaşan və orqanizmin yaşayış mühiti, şəraiti və tərzi ilə heç bir əlaqəsi
olmayan və ontogcncz zamanı təkmilləşən formasıdır. Məməli heyvanların
balaları doğulan kimi xarici mühitlə heç bır əlaqəsi olmayan anda analarım
əmməyə başlaması instinktin əyani növüdür. Ana südü ilə qidalanan
küçüklər yalnız 20-21 gündən sonra ət yeməyə başlayır, qağayılar və bəzi
başqa quşlar, tülkülər, eləcədə digər heyvan növləri də müxtəlif formalı
instinktlər nümayiş etdirirlər
(
şəkil 63, 64,65).
ilər bir heyvan növünün
yemə qarşı şərti-reflektor ağız suyu ifraz etməsi üçün müəyyən məsafə tələb
olunur:
it üçün 3 metr
meymun üçün 4 metr
tülkü üçün 2,5-3 metr
kirpi üçün
10 sm-o qədər.
Bu instinktlərin hamısı genetik olaraq nəsildən nəsilə keçir. Heyvanların
bütün müxtəlif xarici davarış reaksiyaları mərkəzi sinir sisteminin birbaşa
funksional əlaqəsi ilə baş verir və daimi olaraq onun nəzarəti altında
çaxlanılır. btologiyanın əsas və vacib məsələlərinin elmi əsasları ilk dələ
Ç.Darvin tərəfindən öyrənilmişdir. O, instinktlərə, davranışlara, təbii və süni
seçməyə çox böyük əhəmiyyət vermişdir. Uzun müddətli təkamül prosesi
zamanı xarici mühitin təsiri altında heyvanlarda xarakterik əlamət və
reaksiyalar formalaşaraq nəsildən-nəsilə keçmişdir. Məsələn, yırtıcı vəhşi
heyvanların (canavar, pələng, ayı, jenot, giena və s.) qida məqsədilə
heyvanlara hücum edərək onları parçalaması, erkək dağ keçi və qoyun-
larının-arxarların dişi fərdləri qoruması, mühafizə etməsi, onlara keşik çək
məsi, yaşlı atların körpə dayçaları dairəyə alaraq canavarların hücumundan
qoruması və s. davranış reaksiyalarının xarakterik nümunəsidir.
Ev heyvanlarının davranış reaksiyaları təkamül prosesi zamanı uzun
müddətli əhliləşdirmə nəticəsində yaranmış və formalaşmışdır. E.A.Boqda-
nov və A.N.Seversevə görə ev heyvanlarının əhliləşdirilməsi və tam keyfiy
yətli yemlərlə təmin olunması və müvafiq saxlama, bəsləmə şəraitinin yara
dılması zamanı onların səmərəli təsərrüfat keyfiyyətləri dəyişilmiş, möhkəm
lənmiş və nəsildən-nəsilə keçmişdir. Heyvanlarda davranış reaksiyaları müx
təlif amillər tərəfindən törəndiyi üçün onlar bəzi qruplara təsnif olunur
(sxem
S). Bu zaman növdaxilı fərdlərin öz aralarındakı bir-birinə olan mü-
401