bu amillər heyvanların genetik anomaliyalarınm potensial təhlükəli səbəbi
ola bilər. Anomal törəmələrin hesabatı və onların valideynlərinin qeydə
alınması anomaliyaların etioloji amillərinin aşkar olunmasında və genetik
analizlərin aparılmasında çox böyük əhəmiyyət kəsb edir. Bu zaman genetik
analizlər aşağıdakı ardıcıllıqla aparılmalıdır:
- Cins qeydiyyatına görə anomal heyvanların mənşəyinin təyini;
- Zülalların və fermentilərin polimorf sistemləri və qan qruplarına görə
heyvanların mənşəyinin etibarlılığının təyini;
- Anomal fərdlərin valideynlərinin çarpazlaşma tipinin (inbridinq, aut-
bridinq) müəyyən edilməsi üçün qohumluq əlaqəsinin və anomal fərdlər ara
sında qohumluğun mövcud olmasının təyin edilməsi;
- Anomaliyaların tipinin (monogen, poligen, autosom, cinsiyyətlə iliş-
kənlik, dominant, resessiv) müəyyənləşdirilməsi;
- Anomaliyaların xromosom və gen mutasiyalarınm müşahidə edilməsi
üçün anom al fərdlərin və onların valideynlərinin kariotipinin öyrənilməsi;
- M utasiya markerlərinin aşkarlanması üçün genotiplərin qan qrupu
allellərinə, zülal və fermentlərin monomorf sistemlərinə görə genotiplərin
analizi;
- M utant genin fenotipık olaraq baş verməsini aşkarlamaq üçün anomal
və norm al heyvanlarda fermentlərin səviyyəsini və quruluşunu öyrənmək.
Anomaliyaların etiologiyasında irsiyyətin rolunu öyrənməyin praktiki
cəhətdən ən əlverişli, sadə və kifayət qədər dəqiq üsulu heyvanların qohum
luq əlaqəsinin'və genealogıyasının təyin olunmasıdır. Bu zaman birtərəfli
(dominant) və ikitərəfli (resessiv) ümumi qohumluq əlaqəsinin olması ano-
maliyaların irsi xarpakterli olmasım təsdiq edir. Populyasion genetikanın və ■
biometriyanın qanunauyğunluqları əsasında gcncaloji analizləri daha da
dəqiqləşdirmək məqsədilə anomaliyanın təsadüfən, yaxud nadir hallarda baş
verməsi genetik-statistiki hesablamalarla dəqiqləşdirilməlidir. Heyvanların
iri miqyaslı seleksiyası zamanı intensiv olaraq istifadə olunan və süm
mayalanm ada sperması geniş miqyasda tətbiq edilən törədicilərin genotipi
həm məhsuldarlıq əlamətlərinə, həm də zərərli resessiv genlərin heleroziqot
daşıyıcısı olmasına görə yoxlanmalıdır. Bu zaman aşağıdakı üsullara istinad
edilməlidir:
- Yoxlanılan törədicinin anomal dişi fərdlorlo cütləşməsi (analizcdici
çarpazlaşma);
- Yoxlanılan törədicinin əvvəlcədən mutant genin heteroziqot daşıyıcı
sının olması sübut edilən dişi fərdlərlə cütləşməsi;
- Yoxlanılan törədicinin özünün dişi törəmələri ilə cütləşməsinin təsdiqi
(insest-test);
■
Yoxlanılan törədicinin naməlum genotipli dişi fərdlərlə cütləşməsi.
Hom oziqot mutant genin daşıyıcıları, bir qayda olaraq, yaşama qabiliy
yətinə malik olmayan anomal fərdlər olur. Heyvanlarda, xüsusilə qaram al
larda metabolizm nəticəsində yaranan mannozidoz, parakeratoz, porfiriya
kimi irsi çatışmazlıqların heteroziqot daşıyıcılarını aşkar etmək məqsədilə
onların eritrositlərində müvafiq olaraq
mannozidoza fermentinin, sinkin
və
393
proporfinin
fəallıq dərəcəsinin təyininə istinad olunur. Bu zaman heteroziqot
heyvanlar (Aa) həmin göstəricilərə görə normal (AA) və anomallar (aa)
arasında aralıq vəziyyəti tutur. Heyvan və quşların genetik anomaliyalannın
profilaktikasında ən başlıca üsul
sitogenetik üsul
sayılır. Həmin üsulla
heyvanların yaşama və balavermə qabiliyyətini, məhsuldarlıq və cins damaz
lıq qiymətini azaldan kariotipin həm miqdar, həm də quruluş mutasiyalarını
aşkar etmək mümkün olur. X romosom və gen mutasiyalarmın zərərli nəticə
lərinin səmərəli profilaktikasının ən başlıca üsulu süni mayalanma stansiya
larında kariotipində çatışmazlıq olmayan törədicilərin seçilməsindən ibarət
dir. Bu sahədə ilk dəfə olaraq ən geniş diapozonlu tədqiqat işləri Sankt-
Peterburq Baytarlıq Təbabəti İnstitutunda aparılmışdır. Bütün qeyd edilən
ləri nəzərə alaraq, belə qənaətə gəlmək olar ki, heyvandarlığın intensiv inki
şafı və iri miqyaslı seleksiya işlərinin aparılması üçün hər bir törədicinin yaşı,
daxili potensial imkanı nəzərə alınmalı, genetik monitorinq (populyasi-
yalarda və cinslərdə zərərli genlərin aşkarlanma dərəcəsi) təşkil edilməli və
anomaliyalı fərdlərin hamısı sürüdən çıxdaş olunmalıdır.
M onitorinq nəzarətinin təşkilinin əsas parametri isə anomaliyalann də
qiq və ardıcıl uçotu, təsnifatı, onların etiologiyasmda irsiyyətin rolu, sitoge
netik və biokimyəvi markerlərdən istifadə olunması və s. ibarətdir. Xrom o
som mutasiyalarını daşıyan
anomal heyvanlar üçün xüsusi vəsiqələrin
hazır-
danması baytarlıq xidməti və heyvandarlıq mütəxəssislərinin, seleksiya mər
kəzlərinin, cins heyvandarlıq birliklərinin fəaliyyətində ön planda duran ən
vacib məsələ olmalıdır. Bu cür nəzarətin gücləndirilməsi həm seleksiya və
seçmə işlərinin səmərəliyini artırır, həm də anom al fərdlərin doğulmasmm,
heyvanların məhsuldarlığının bütün sahələr (balavermə, törədicilik qabiliy
yəti, ət, süd və s.) üzrə artırılmasını, xəstəliklərə qarşı rezistent fərdlərin yara
dılmasını təmin edir. Populyasiya və cinslərdə anomaliya hallarının azaldıl
masında seleksiya işlərinin düzgün təşkili daha səmərəli nəticələr verir. Mə
sələn, İsveç fermerləri anom aliyalara görə inəkləri və törədici buğaları
mütəmadi olaraq çox ciddi surətdə yoxlamaq və monitorinq təşkil etməklə
səmərəli nəticələrə nail olmuşdur. Monqol alimi Dumaajav Baator (1982)
boz qaragül cinsli qoyunları boz aborigen cinsi ilə çarpazlaşdırmaqla genetik
anomaliyalara görə tamamilə steril və xəstəliklərə olduqca davamlı olan
törəmələr almışdır. Həmin törəmələr həm də yüksək ət, yun məhsuldarlığına
və balavermə qabiliyyətinə malik olmuşlar. Beləliklə, genetik üsulla M onqo
lustanın qoyunçuluq fermalarında alınan homoziqol boz qaragül qoyun
cinsi xəz-dəri məmulatı məhsuldarlığına görə ən perispcklıvli cins hesab
olunur.
394