Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə171/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   167   168   169   170   171   172   173   174   ...   205

seçmə üstünlüyünə malik  olur.  Klarkm  (1976)  fikrincə  orqanizmdə zülal  po- 

limorfizminin  saxlanmasında  parazitizmin  böyük  rolu  vardır.  Zülalların  və 

fermentlərin  biokimyəvi  polimorfizmi  sahib  orqanizmin  fizioloji  funksi­

yalarının  dəyişilməsinə  səbəb  olmaqla,  sahib  və  parazit  arasındakı  qarşılıqlı 

əlaqənin  mütənasibliyinə  təsir  göstərir.  Hər  iki  populyasiyada  polimorfizmi 

saxlayan  sahib və parazit münasibəti aşağıdakı sxemlə ifadə olunur:

Parazitin fenotipi

Sahibin fenotipi A 1 A 2

B'

+

B2



+

Burada  +  işarəsi  sahibin  parazitə  həssaslığını, 

işarəsi  isə  davamlılığım 

göstərir.

B.Kontrimaviçus  (1982)  göstərir  ki,  parazit  və  sahib  populyasiyaları 

arasındakı  qarşılıqlı  təsir  onların  genotipinin  qarşılıqlı  təsirinin  sabitliyini 

tənzimləyir və  bu  münasibətlərin  təkamül  mexanizmini təşkil  edir.  Qeyd  edi­

lənlərə  baxm ayaraq  sahib  -   parazit  arasındakı  əlaqələrin  tamamilə  öyrənil­

məsi  üçün  aparılan  elmi  axtarışlar  yenə  də  davam  etdirilir. 

Patogen 

agent lərin  dərman  preparatlarına  genetik  davamlılığının  öyrənilməsi  müasir 

təbabətin  və  baytarlıq  təbabətinin  prioritet  istiqamətlərindən  saydır.

  Anti­


biotiklərin,  sulfanilamid  və  nitrofuran  qrupu  preparatlarının  heyvandarlıq 

və  quşçuluqda  geniş  spektrlə  tətbiq  olunması  patogen  agentlərin  onların 

təsirinə  uyğunlaşmasına  səbəb  olduğu  üçün,  infeksion  və  parazitar  xəstəlik­

lərin  müalicəsi  hazırda  ciddi  problemlə  qarşılaşıb  və  xeyli  çətinlik  yaranıb. 

İngiltərədə  öyrənilən  salmonella  ştammlarının  61%-i  müxtəlif antibiotiklərin 

təsirinə  davamlı  olmuşdur.  Həmin  ölkədə  1977-ci  ildə  iri  buynuzlu 

heyvanlardan  ayrılan  E.  coli  ştammlarının  62,6%-i  streptomitsinin,  47%-i 

tetrasiklinin  təsirinə,  donuzlardan  ayrılan  ştammlarm  isa  müvafiq  olar 

55,5%  və  471%-i  davamlı  olmuşdur.  (Ç.Jacvson, 

1981).  Respirator 

xəstəliklərdən  ölmüş  qaramallardan  ayrılan  pasterellaların  50%-i  sulfa- 

nilamidlərə  və  streptomitsinə,  75%-i  isə  tctrasiklinə  qeyri-həssas  olmuşdur. 

Yaponiyanın  bir  neçə  qaramal  fermalarında  buzovlar  arasında  baş  verən 

salmonellyoz  epiz.ootiyası  zamanı  ayrılan  salmonella  ştammlarının  77%-i 

xloramfcnikolun.  85%-i  isə tetrasiklinin,  streptomitsinin  və sulfanilamidlərin 

təsirinə  davamlılıq  göstərmişdir.  M araqlı  haldır  ki,  həmin  fermalarda  baş 

verən  epizootiyalar  zamanı  ayrılan  salmonella  ştam mlan  da  anoloji  xassəyə 

malik  olmuşdur.  Hazırda  dünyanın  bir çox  ölkələrində helmintlər,  gənələr və 

gəmiricilərin  (sinantrop  canlılar)  də  müxtəlif dərman  preparatlarının  təsirinə 

davamlılığının  get-gedə  artması  alimləri  yeni  mübarizə  üsulları  axtarmağa 

vadar edir.  Müəyyən edilmişdir ki,  hər  hansı  bir preparatın tətbiqi  gənələrdə 

və sinantrop canlılarda həmin preparata qarşı  5-10  il  müddətində davamlılıq 

yaradır.

391



12.2.  Genetik anomaliyaların  profilaktikası və heyvanların 

xəstəliklərə  genetik davamlılığının  artırılma üsulları

Heyvan  və  quşların  irsi  anom aliyalan  və  xəstəliklərinin  profilaktikası, 

hər şeydən əvvəl,  onları törədən səbəblərin-etioloji amillərin  aradan qaldırıl­

masına  yönəldilməlidir.  Genetik  anomaliyaların  ən  başlıca  səbəbi 



əsas 

genlərin

  -  


oliqogenlərin

  mutasiyaya  uğramasıdır.  Buna görə  də  genetik  ano- 

maliyalarm profilaktikası üçün heyvanların populyasiyalarmda zərərli  genlə­

rin  yaranmasının  qarşısı  alınmalıdır.  Bu  baxımdan  süni  mutasiyalann  q ar­

şısının  alınmasında  xarici  mühit  amillərinin  təsirinin  daimi  nəzarət  altında 

saxlanmasının,  heyvanların  və  onların  qametlərinin  mutagenlərlə  əlaqəsinin 

kəsilməsinin  çox  ümdə  əhəmiyyəti  vardır.  Bu  tədbirlərin  səmərəliliyi  isə 

bilavasitə  pestisidlərin,  herbisidlərin,  zəhərli-kimyəvi  gübrələrin,  birləşmələ­

rin.  dərman  və  bioloji  preparatların  istifadə  olunmasına  nəzarət  edən  kənd 

təsərrüfatı  mütəxəssislərinin  səyindən  asılıdır.  Ə traf  mühitin  sənaye,  kənd 

təsərrüfatı  və heyvandarlıq  müəssisələrinin  məişət  tullantıları  ilə  çirklənməsi 

heyvanların  genetik  anomaliyalarının  yaranmasında  böyük  rol  oynadığı 

üçün  fabrik,  zavod,  emal  müəssisələrinin  rəhbərləri,  bütövlükdə  isə  dövlət 

orqanları  bu  vacib  məsələnin  qarşısının  alınmasına  ciddi  nəzarət  etməli  və 

ona yol  verməməlidir.  Süni mutagenezlə  bərabər,  spontan təbii mutagenezin 

yaranması  da  genetik  anomaliyaların  baş  verməsi  üçün  çox  ciddi  zəmin 

yaradır.  Heyvanların  uzun  illər  mövcud  olduğu  müddət  ərzində  onların 

orqanizmi  gizli  heteroziqot  vəziyyətində  olan  mutasiyaya  məruz  qalaraq  bu 

proses  nəsildən  nəslə  ötürülür,  nəticədə  anomaliyalar yaranır  və  xəstəliklərə 

davamlılıq  olduqca  zəifləyir.  Bu  prosesin  qarşısının  alınması  üçün,  məhz 

heyvan  və  quş  populyasiyalannın  genetik  quruluşu  daimi  nəzarətdə 

saxlanmalı və  mütəmadi  olaraq  monitorinqlər həyata keçirilməlidir. Heyvan 

və  quşların  saxlandığı ərazilərdə ətraf mühit  amillərinin  (havanın,  torpağın, 

su  mənbələrinin)  radioaktiv  çirklənməyə  məruz  qalması  da  genetik anom a- 

liyaların  arealının  genişlənməsinə  və  populyasiyalara  ötürülməsinə  çox 

böyük  zəmin  yaratdığı  üçün  onun  qarşısının  alınması  da  ən  başlıca 

profilaktiki  tədbir  hesab  olunur.  Anadangəlmə  anomaliyalar  və  xəstəliklərin 

genetik  analiz  üsullarının  hesabatı  və  qeydiyyatı  -   heyvandarlıqda  xüsusi 

əhəmiyyət  kəsb  edir.  Baytarlıq  təbabəti  həkimi  təsərrüfaldakı  iri  buynuzlu 

heyvanların  törəmələrində  müşahidə  olunan  bütün  anomaliyalan,  çatışma- 

mazlıqları,  heyvanın  mənşəyini,  cinsini,  cinsiyyətini,  doğulma  tarixini, 

embrional  inkişafının  xüsusiyyətlərini  araşdırmalı,  müayinə etməli  və  xüsusi 

qeydiyyat  jurnalında  onlan  qeydiyyata  almalıdır.  Bu  zaman  yeni  doğulan 

heyvanların  valideynləri  və  onlann  mənşəyi  haqqında,  onlarda  anoma- 

liyaların  olub-olmaması  barədə  ətraflı  məlumatlar  toplanaraq  onlann 

sağlam  olması  və  s.  geniş  surətdə  araşdırılmalıdır.  Sürüdəki  anomal  fərdlər 

və  onlann  valideynləri  patogen  viruslar  və  mikroorqanızmlərlə  yoluxmaya 

görə  müayinə  və  analiz  olunmalıdır.  Həmin  heyvanların,  həmçinin  ətraf 

mühitin  və  süni  mutagen  amillərin  təsirinə  məruz  qalıb-qalmaması  da 

baytarlıq  təbabəti  mütəxəssisləri  tərəfindən  müfəssəl  yoxlanmalıdır.  Çünki

392



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   167   168   169   170   171   172   173   174   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə