12.3. Heyvanların xəstəliklərə irsi davamlılığının artırılması və
cinslərin genofondunun qiymətləndirilməsi
Heyvan və quşların xəstəliklərinə qarşı aparılan baytarlıq tədbirləri ilə
bərabər, xəstəliklərə davamlı cins və xətlərin yaradılmasının genetik əsas
larının işlənib hazırlanması müasir heyvandarlığın intensiv inkişafının ən
prioritet problemidir. Həmin problemin həlli isə baytarlıq təbabəti, genetika,
zootexniya və seleksiya elmilərinin, başqa sözlə, seleksion - baytarlıq geneti
kasının qarşısında duran ən ümdə və ciddi məsələ hesab edilir. Heyvanların
xəstəliklərə qarşı daha davamlı cins və xətlərinin seleksiyasına aşağıdakı
amillər ciddi maneçilik törədir:
- Rezistentliyin mürəkkəb genetik xüsusiyyəti və yaradılma mexanizmi;
- M akro və mikroorqanizmlər arasındakı mürəkkəb genetik təbiətin və
qarşılıqlı əlaqənin mövcudluğu;
- Bitkilərdə olduğu kimi, heyvanlarda da rezıstent və həssas fərdlərin aş
kar edilməsi üçün onların patogen agentlərlə eksperimental yoluxdurulma-
sımn geniş tətbiq olunmasının qeyri-mümkünlüyü;
- Daha etibarlı dolayı (birbaşa olmayan) markerlərin-krıterilərin olma
ması;
Heyvanların davamlılığım kölgədə saxlayan patogen agcntlərın çox
sürətlə dəyişkənliyə məruz qalması və ekoloji amillərin təsirindən onların
mutagenezə uğraması nəticəsində yeni və daha çox davamlı ştammların ya
ranması;
- Uzunmüddətli seleksiya işlərinin aparılması və yeni nəsillər arasındakı
intervalın çox böyük olması;
- Ekoloji amillərin və antropogen təsirlər nəticəsində yaranan süni
mutagenezlərin istifadəsinin qeyri-mümkünlüyü;
- Heyvan və quşların davamlılığı vo məhsuldarlıq əlamətləri arasında
bəzi hallarda mənfi korrelyasiyanın mövcud olması.
Seleksiya işlərinin səmərəli olması üçün, birinci növbədə, xəstəliklərə da
vamlı və həssas fərdlərin aşkar edilməsi tələb olunur. Mastitlərə, lcykoza, qı-
sırlığa davamlı vo həssas heyvanların, yaxud qohumluq əlaqəsi olan qrup
ların seleksiyası süni yoluxdurma aparılmadan da mümkündür. Çünki bu
xəstəliklərin baş verməsi üçün təbii yoluxma hallan istisna edilmir. Vərəm,
brusellyoz, lcptospiroz, infeksion enterotoksemiya, bradzot, yaman şiş, em-
fizematoz karbunkul, pastereilyoz, kolibakterioz. salmoncllyoz, çiçək xəstə
liklərinə görə qeyri-sağlam olan təsərrüfatlarda heyvanların xəstəliklərə da
vamlılığını vo həssaslığını təyin elmək bir o qədər də çətinlik törətmir. Lakin
bu zaman heyvanların genetik davamlılığının vo həssaslığının xarici mühit,
ekoloji böhran və kataklızmlərin təsiri nəticəsində baş verməsi həmişə mütə
xəssislərin diqqət mərkəzində olmalıdır. Parazit, helminl və gənələrin xarici
mühit və ekoloji amillərin təsiri nəticəsində çox böyük dəyişikliyə uğraması
vo yeni m utantlann yaranması heyvan və quşların xəstəliklərə davamlı və
həssas cinslərinin, xətlərinin və ayrı-ayrı fərdlərin aşkar olunmasaını və
seleksiyasının proqramını olduqca çətinləşdirir. Bu hal həm bitkiçilikdə.
395
həm də heyvandarlıqda geniş müşahidə olunur. Belə ki. «Şimal kəşfiyyatçı»
alma sonu ağacları
100
ildən artıq fitopatoloji xəstəliklərə tutulmadığı
halda, son illər Avstraliyada alma ağacları arasında yeni biotoplar müşahidə
olunmağa başladı (Q Rassel. 1982). Bu cür hallar heyvan və quşlar arasında
da geniş intişar tapıb və onlara çox təsadüf edilir.Bu baxımdan C'ovenin
(1964) apardığı eksperiment böyük maraq doğurur. O. ağ siçanları
salmonellaların patogen ştamlarının 1.107 miqdarda mıkrob hüceyrələrini
qarın boşluğuna yeritməklə yoluxdurmuş və onların hamısı 7-8 gündən
sonra tələf olmuşdur. Lakin onların seçmə yolu ilə seleksiyasından alınan
11-ci nəslin l'ərdəlrini həmin mikrobla eyni dozada süni yoluxdurduqda
salmonellalara qarşı davamlılıq kəskin surətdə artmağa başlamış, yoluxdur
madan 20 gün sonra ağ siçanların yalnız 40%-indo letallıq törətmişdir.
Cinslərin genofondunun qiymətləndirilməsi də xəstəliklərə davamlılığın
artırılması zamanı vacib şərt sayılır. Heyvan va quşların xəstəliklərə qarşı
davamlılığının artırılmasının əsas mənbəyi kimi bəzi cinslərin genofonduna
istinad olunur. Təbii seçmə nəticəsində cins rezistlentliyinə nail olunması
dəfələrlə öz təsdiqini tapmışdır. Hindistanın zebu cinsi ingilis qaramal
cinslərinə nisbətən taun, dabaq və qarayara xəstəliklərinə qarşı olduqca
davamlıdır. Ümumiyyətlə, zebu cinsli qaramallar digər iri buynuzlu hey
vanlara nisbətən dabağa. priplazmidozlara. trixostronqilidozlara. qastro-
enteritlərə və respirator xəstəliklərə daha çox davamlı olur. Ndama qaramal
cinsi başqalarına msbətən tripanosomoz. anaplazmoz xəstəlikləri və
Trichosirongilidae ailəsinə mənsub olan nemalodlarla a / hallarda yoluxur
(cadval 36).
Cədvəl 36
M üxtəlif cinsli iri buynuzlu heyvanların tripanosom oz, teylerioz,
anaplazm oz və nem atodozlara qarşı davam lılığı (V.Anson, T.Obi, 1980)
ı
Cinslər
Ndama
Ağ filani
Şvis
Holslin
Ndama X
şvis
Tripanosomoz.
teylerioz.
anaplazmoz
. . . .
Xəstəliklə
Miqdar
, .
-rın faizi
Miqdarı
3-12 aylıq buzovların lq
fekalisində sirongilid
yumurtalarının sayı
30
6.6
I9
16
66
25.6
29
130
23
60,5
I8
181
I8
67.7
15
950
24
37.3
9
-
Camışların və sarı Tayvan adası cinsli qaramalların qrip, vərəm, bru-
sellyoz və anaplazmoz xəstəliklərinə davamlılığı yüksək olur. Camışlar ham
də qaramalların taun xəstəliyinə tutulmur. Lakin heyvan və quşların ayrı-
396