Leykozlar zamanı hüceyrələrin xromosom aparatında anomaliyalarm ol
ması da artıq təsdiq edilmişdir. Leykozla xəstə heyvanlann
sümük
iliyində
poliploid hüceyrələrin sayı sağlamlara nisbətən 4 dəfə artıq olur. V.P.Şişkov
(1976) RNT genomalı virusların iri buynuzlu heyvanların və quşların
leykozunun etioloji agenti olmasmı eksperimental olaraq sübut etmişdir. Bu
viruslar qan yaradan hüceyrələrin genoması ilə interqrasiya etməklə həm
embrional, həm də postembrional dövrlərdə inkişaf edərək leykoz törədir.
Leykoz virusu ilə yoluxmuş heyvanlarda xəstəliyin inkişafı orqanizmin
immunobioloji vəziyyətindən və genetik xüsusiyyətindən asılıdır. İri
buynuzlu heyvanların leykoza davamlılığı çoxlu sayda gen lokusları ilə
detcrminasiya olunur.
Marek xəstəliyi -
quşların infeksion xəstəliyi olub, DNT genomalı
viruslar tərəfindən törədilir, yüksək kontagiozluq, daxili orqanlarda, dəridə,
əzələlərdə limforetikyulyar toxumanın inkişafı və perıferik sinir sisteminin
iltihabı ilə səciyyələnir. Müxtəlif toyuq cinslərinin Marek xəstəliyinə həssas
lığının fərqli olması barədə əvvəllər də bəzi məlumatlar mövcud idi. Sonralar
isə bu xəstəliyə qarşı toyuqların davamlılığı və həssaslığı barədə daha ətraflı
məlumatlar toplanaraq həmin əlamətlərin genetik xarakterə malik olması
elmi əsaslarla sübut edilmişdir. Hazırda Marek xəstəliyənə qarşı 100%
d a
vamlı, yaxud həssas olan toyuq cinsləri yetişdirilmişdir.
Ümumiyyətlə, virus
inleksiyalarına orqanizmin davamlılığı bu əlamətlərin
tənzimlənməsində və
immunoloji tolerantlıqda çox böyük rol oynayan
xüsusi müdafıəcdici m ad
dənin
-
interferonun
sintez
olunma dərəcəsi ilə dialektik vəhdət təşkil edir.
Bəzi
müəlliflərin fikrincə, toyuqların bu xəstəliyə davamlılığı həssaslığa nis
bətən yüksək dominantlığa malik olmaqla burada əsasən üç lokusun yalnız
2-4 autosom genləri başlıca rol oynayır. Cinsiyyət hüceyrələri genlərinin
davamlılığa nəzərəçarpan dərəcədə təsir etməməsinə baxmayaraq toyuqların
dişi fərdləri arasında ölüm faizi daha yüksək olur. Marek xəstəliyinə qarşı
davamlılıqla toyuqların qan qrupu sisteminin В21 В alleli arasında çox
böyük əlaqə mövcuddur. Davamlı N xəttinin bütün fərdləri B21 antigeninə
görə tamamilə homoziqot olduğu halda, həssas P xəttinin fərdləri B19 antige
ninə malik olur. M arek xəstəliyi zamanı virusla yoluxmuş hüceyrələrdə çox
lu sayda xromosom zədələnmələrinin və aneuploidiyanın olması olduqca
təhlükəli sayılır və müxtəlif anomaliyalar törədir. Belə ki, limfoid hü
ceyrələrində aneuploid metafazasının nisbəti 10%, sümük iliyi hüceyrələrində
isə
12% təşkil edir (nəzarət qrupunda sonuncu göstərici 1,7% olmuşdur).
Dabaq
- cütdırnaqlı heyvanların həddindən artıq kontagioz, iti gedişli
infeksion xəstəliyi olub, ağız boşluğunun selikli qişasının, dilin və dırnaq
ların aftozlu iltihabı ilə səciyyələnir və körpə heyvanların ölümü ilə nəticə
lənir. Dabaq virusuna insanlar da həssasdır. M əşhur Slovakiya alimi
V.Betinanm (1976) məlumatına görə 1937-ci ildə Qərbi Avropa ölkələrində
(Fransada-130 000, Niderlandda - 100 000, Belçikada isə 63 000 yaşayış
məntəqəsində) dabaq olduqca böyük tələfata səbəb olmuşdur. 1967-1968-ci
illərdə İngiltərədə çox geniş dabaq epidemiya və epızootiyası baş vermiş və
2339 fermada 443 000 baş qaramal məcburi olaraq məhv edilmişdir. Alim
364
qeyd edir ki, dabaq İngiltərəyə Argentinadan gətirilən ət vasitəsilə keçmiş
dir. M.Rçeuslilinin məlumatına əsasən, bir fermadakı 1074 baş iri buynuzlu
heyvanlardan 97,1%-i dabaqla xəstələnmişdir. Simmental və qırmızı səhra
cinsli qaram allar arasında dabaqla xəstələnmə faizi 100%, qonur qafqaz
cinsli qaram allar arasında - 87,5%, zebuların arasında isə - 20% olmuşdur.
Göründüyü kimi, heyvanlar arasında dabaq xəstəliyinə görə genetik davamlı
cinslərin yetişdirilməsi heyvandarlıq və baytarlıq təbabəti alimlərinin qarşı
sında duran ən perspektiv prioritlərdən biri sayılır.
Nyukasl xəstəliyi -
quşların şiddətli kontagioz virus etiologiyalı infek-
sion xəstəliyiy olub, ildınmvari, iti gedişi və ölüm faizinin yüksək olması ilə
xarakterlənir. Toyuqlar arasında bu xəstəliyə qarşı genetik davamlılıq və
həssaslıq mövcuddur. Frankis (1955) eksperimental olaraq sübut etmişdir ki,
Nyukasl virusu ilə yoluxdurma zamanı A ailəsinə mənsub olan toyuqlar
arasında ölüm faizi 30%, D ailəsində isə - 78% olmuş və onlar xəstəliyi daha
ağır keçirmişlər.
Dovşanların miksomatozu -
iti gedişli virus xəstəliyi olub, serozlu - irinli
konyunktivıt, baş, anus və cinsiyyət orqanları nahiyəsində xarakterik şiş
lərin əmələ gəlməsi ilə müşayət olunur. C.Leslinin məlumatına görə 1859-cu
ildə Avstraliyaya Avropadan 13 baş dovşan gətirilmiş, 1953-cü ildə onların
sayı 1 milyard başa çatmışdır. Lakin həmin illərdə dovşanlar arasında qəf
lətən miksomatoz xəstəliyi baş vermiş və onların 90%-i tələf olmuşdur. Buna
baxmayaraq, miksomatoza qarşı dovşanlar arasında genetik olaraq davamlı
fərdlər yarandığı üçün yenidən həmin dovşanların sayı çox böyük sürətlə
artmış, davamlı populyasiyalar yaranmış və əvvəlki miqdar nisbətən bərpa
olunmuşdur.
10.9. İrsiyyət yönümlü daxili xəstəliklər
Respirator xəstəliklərə qarşı genetik davamlılıq.
Respirator xəstəliklərə
(pnevmoniya, plevritlər, atrofık rinit) ən çox donuzlar həssasdır. Landras
cinsli donuzlar arasında yorkşır cinsinə nisbətən ağciyərlərin iltihabı daha
çox müşahidə olunur. A trofık rinitə davamlılıq isə həmin cinslərdə tamamilə
əksinədir. Donuzların pnevmoniyaya davamlılığının növbələşmə əmsalı (h2)
0,14, plevritdə
0,13, atrofık rinitdə isə - 0,16-ya bərabərdir. Ən aşağı
genetik korrelyasiya donuzların məhsuldarlığı ilə respirator xəstəliklər
arasında nəzərə çarpır. Q uzular arasında respirator xəstəliklərə nisbətən az
təsadüf edilir. Merinos cinsli quzular pnevmoniya və plevritə qarşı daha
davamlı olur. Müxtəlif cinslərə mənsub olan sürülərdə respirator xəstəliklərə
qarşı cinslərarası davamlılıq fərqi müşahidə edilir. Aparılan müşahidələr
göstərir kı, Azərbaycanın yerli qoyun cinsləri (bozax, ləzgi, qarabağ və s.)
arasında respirator xəstəliklərə qarşı genetik davamlılıq daha yüksəkdir.
Mədə-bağırsaq xəstəliklərinin (qastro
-
enteritlərin) etiologiyasında ge
netik amillərin rolu -
artıq elmi əsaslarla sübut olunmuşdur, iri buynuzlu
heyvanlarda ən çox çəmbər bağırsağın və anusun, atlarda qalça bağırsağın,
365