Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə164/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   160   161   162   163   164   165   166   167   ...   205

etməsi  üçün  müəyyən  tem peratur  zonası  tələb  olunur.  Həmin  zona 

termiki 

indifferent,  komfort,

  yaxud 


neytral  temperatur  zonası

  adlanır.  Bu  göstərici 

inəklər  üçünl8°C,  buzovlar  üçün  12°C,  qoyunlar üçün  23°C,  donuzlar  üçün 

isə  15°C  müəyyənləşdirilmişdir.  H avanın  temperaturu  aşağı  olduqda 

yaranan  stress 

soyuq,

  yüksək  olduqda  yaranan  isə -  



isti stressi

 adlanır.  Çox 

aşağı  tem peraturun  uzunmüddətli  təsirindən  istilik  tənzimi  pozulur,  bədən 

temperaturu  3°C-ə  qədər  azalır  və  soyuqlama  nəticəsində  ümumi  ölgünlük, 

yuxulu  (komatoz)  vəziyyət,  maddələr və enerji mübadiləsinin zəifləməsi,  qan 

təzyiqinin  azalması,  iflic  əlamətləri  yaranır  və  ölüm  baş  verir.  Aşağı  tem­

peraturun  təsirinə  heyvanlar,  xüsusilə  çoşqalar,  cücələr  və  dovşan  balaları 

daha  həssas  olur.  Yeni doğulan  heyvanların  bədən  temperaturu ananın  ağız 

südünün  hesabına  müəyyən  səviyyədə  saxlanılır.  Bədən  temperaturunun 

müstəqil  tənzimi  buzov və çoşqalarda  doğumdan  6-10  gün sonra  başlayır və 

müvafiq  olaraq  20-30 gündən sonra tamamilə fəallaşır.  Soyuq stressi zamanı 

orqanizmdə  immunoqlobulinlərin  sintezi  zəifləyir,  leykositlərin  miqdarı, 

faqositar fəallığı  və orqanizmin rezistentliyi azalır, xəstəliyə şərait yaranır.

İsti  stressi  zamanı  ürəyin fəaliyyəti  güclənir,  tənəffüs  tezləşir,  qaz müba­

diləsi,  istilik  istehsalı,  iştaha  və  mədə-bağırsağın  fəaliyyəti  zəifləyir,  qanın 

morfoloji  və  biokimyəvi  göstəriciləri  dəyişir,  nəticədə  orqanizmin  da­

vamlılığı  azalır.  Binada  tem peratur  30°C  -   dən  artıq  olduqda  sağılan 

inəklərin  orqanizmində  istilik  əmələ  gəlməsi  27-28%  azalır,  tənəffüs 

hərəkətlərinin  sayı  bir dəqiqədə  150-180 dəfə olur.  Heyvan  uzun  müddət çox 

isti  və  nəmli  şəraitdə  saxlanıldıqda  məhsuldarlıq  azalır, 



istivurma  və  ölüm 

baş  verir.  Havanın  temperaturu  27°C  olan  binada  inəyin  süd  məhsuldarlığı 

10%,  32°C-də  isə  kəskin  surətdə  azalır.  Donuzlar  isti  stressinə  daha  həssas 

olur,  32°C  temperaturda onların  çəki  artımı  dayanır,  37°C-də  isə  diri kütlə 

azalır.  İsti  stressinin  təsirindən  çoşqalann  73-86%-i  tənəffüs  və  həzm 

sisteminin  xəstəliklərinə  tutulur.  Yüksək  temperatur  heyvanlarda  peyvənd­

dən  sonra  (postvaksinal)  immunitetin  yaranmasına  da  mənfi  təsir  göstərir, 

bəzi  hallarda  isə  immunitet  ya  yaranm ır,  ya  da  çox  zəif  olur.  Bunun  əsas 

səbəbi  leykositlərin  faqositar  fəallığının  və  plazmositar  hüceyrələrin  seçmə 

qabiliyyətinin  zəifləməsidir.  İqlim  amillərindən  havanın  nəmliyi,  cərəyanı, 

qaz  tərkibi,  tozla  və mikroorqanizmlərlə  çirklənmə dərəcəsi,  elektnkləşməsi, 

Günəş  radiasiyası  və  s.  orqanizmə stress  amili  kimi  təsir göstərir.  Bu  amillər 

orqanizmə  əsasən  kompleks  (birlikdə)  təsir  edir.  Məsələn,  aşağı  temperatur 

yüksək  nəmlik  şəraitində  orqanizmdə  stress  vəziyyəti  yaradır,  istilik  ixracı, 

tənəffüs artır,  çətinləşir,  iştah itir,  həzm pozulur, məhsuldarlıq azalır, heyvan 

arıqlayır  və  xəstələnir.  İnəklərin  saxlandığı  binada  havanın  nəmliyi  10% 

(85%-dən  90%-ə  qədər)  artdıqda  süd  məhsuldarlığı  9-12%,  kökəldilən 

heyvanlarda  sutkalıq  kütlə  artım ı  12-28%  azalır,  yem  sərfi  isə  20-35%  artır, 

körpə heyvanlann tələfatı 2-3  dəfə  çox olur.  Yüksək nəmlik və temperaturun 

birgə  təsiri  zamanı  stress  vəziyyəti  yaranm aqla  orqanizmdə  istiliyin  ixracı, 

məhsuldarlıq  və xəstəliklərə  davamlılıq  azalır,  maddələr  mübadiləsi  tormoz- 

lanır,  heyvan  zəifləyir,  körpələrdə  mədə-bağırsaq  xəstəlikləri  müşahidə 

olunur.  Toz  əsasən  mənfi  stressor  olub,  onun  təsirindən  dəri,.yun  və  tük

372



örtüyü  çirklənir,  gözün,  burunun  və  tənəffüs  yolunun  selikli  qişaları 

qıcıqlanır və  buraya  patogen  (xəstəlik  törədən)  m ikroblar  daxil  olur.  Həzm 

sisteminə daxil olan toz mədə-bağırsağın selikli qişasına da mənfi təsir göstərir. 

Tənəffüs  havasında  tozun  miqdan  0,66  mq/m3  olduqda  ağ  ciyərin 

ventilyasiyasınm həcmi 7,2%,  oksigen mənimsənilməsi isə 3,4% azalır.  Binadakı 

havanın  lm 3-də  250  min  və  artıq  mikrob  olduqda  heyvanda  mikrob  stressi 

yaranır.  H eyvanlarda  stressin  yaranmasında  bmada  ammonyak,  hidrogen- 

sulfid,  dəm qazı,  karbon kimi zərərli  qazların  toplanması  xüsusi rol  oynayır. 

Buna  görə 

heyvandarlıq binalarında karbon qazı  0,25 mq/m3 -dan,  ammonyak 

20 mq/m3-dən,  hidrogen sulfid isa 15mq/m3 -dən artıq olmamalıdır.

Günəş  şüalarının  təsirindən  sinir  sistemi  və  endokrin  vəziləri  oyanır, 

fermentlərin  fəallığı yüksəlir,  tənəffüs  və həzm  sisteminin  baktenosid  fəallığı 

artır.  Təbii Günəş  şüasınm çatmaması da heyvanlarda stress törədir, onlarda 

ümumi  ölgünlük,  cinsiyyət  fəaliyyətinin  zəifləməsi,  orqanizmin  ümumi 

rezistentliyinin,  iştahanın  azalması  müşahidə  olunur.  İnəklər  16  saat  Günəş 

şüası  işığında  saxlandıqda,  9  saat  saxlanmaya  nisbətən,  11%  artıq  süd 

verirlər.  Bunun  səbəbi  hipofizin  hormonal  fəaliyyətinin,  xüsusilə 



prolaktin 

hormonunun

  sintezinin  artmasıdır.  Binanın  optimal  işıqlanması,  inəyin  ilk 

m ayalanm asından  embrionun  əmələ  gəlməsini  15%  artırır,  servis  dövrü  10 

gün  azalır.  Lakin  sutkalıq  intensiv  işıqlanma  inəklərin  balavermə  qabiliy­

yətini  azaldır,  servis  dövrünü  20  gün  artırır.  İribuynuzlu  heyvanlar  uzun 

müddət  (10  aydan  artıq)  süni  işıqla  işıqlandırılan  binada  saxlandıqda 

onlarda  stress  yaranır.  Ona  görə  də  kökəldilən  heyvanların  saxlanıldığı 

binada  yalnız  yemləmə  zamanı  süni  işıqdan  istifadə  olunmalıdır.  Sənaye 

texnologiyası  əsasında  fəaliyyət  göstərən  heyvandarlıq  binalarında  ləbii 

ultrabənövşəyi  şüaların  çatışmaması  heyvan  orqanizmində  stress  vəziyyəti 

törədir.  Həmin  şüaların  təsirindən  orqanizmdə  azot,  fosfor,  kalsium,  lıpid, 

şəkər mübadiləsi,  oksidləşmə  reduksiya  prosesi  və ümumi  davamlılıq  artır. 

Bu  şüalar çatışmadıqda  vitamin  və  mineral  mübadiləsi  pozulur,  orqanizmin 

immunobioloji  rcaktivliyi  zəifləyir.  Buna  görə  heyvandarlıq  binalarında 

’  iqlim  stresslərinin  profilaktikasına  xüsusi  diqqət  verilməlidir.  Binalarda 

havanın  temperaturu  sabit  saxlanmaqla,  onun  tozla  və  mikroblarla 

çirklənməsinin  qarşısını  almaq  üçün  fermaların  ətrafında  yaşıl  meşə  zolağı 

salınmalı,  çoxillik  bitkilər  (yonca  və  s.)  əkilməli,  havanın  qaz  tərkibini 

yaxşılaşdırmaq  məqsədilə  ventilyasiya  qurğularından  düzgün  istifadə 

olunmalı,  yem  qalıqları,  peyin  və peyin  şirəsi  vaxtında  təmizlənməlidir.  Toz 

halında  olan  yemlər  nəm  halında  verilməklə,  binanın  havası  ultrabənövşəyi 

şüalarla  işıqlandırılmalı  və  süni  aeroionizasiyadan  istifadə  edilməlidir. 

Binada  nəmliyin  qarşısını  almaq  üçün  su  buxarlarının  binaya  daxil 

olmasının  və  toplanmasının  qarşısı  alınmalıdır.  Təsərrüfatlarda  iqlim 

stresslərinə daha  davamlı olan  heyvan  cinslərinin  seleksiyasına  da  ciddi  fikir 

verilməlidir 



(E.M.Hiiseynov,  R.İ.Rzayev,  1991).

373



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə