Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil


KƏND TƏSƏRRÜFATI  HEYVANLARININ



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə165/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   161   162   163   164   165   166   167   168   ...   205

KƏND TƏSƏRRÜFATI  HEYVANLARININ 

GENETİK ANOMALİYALARI

«Aııomaliyalar-mahiyy.Vee  embrional 

in kişa f  dövrundo  embriomm  anadaııgolnu 

çatışmazlıqları  v.ı  eyheeer/ikhri  oluh  muta­

gen 

(genetik 

aparata 

t.ısir  eıhm  

ve 

teratogen  genetik  aparatla  el aq.isi olmayan/ 

a m ilb rin   tesirimbıı  yaranan  arzuolunmaz 

neqativ bir hadis,idir»

t nwşhıtr  terafoloq.  akademik

 

N . K . S a v ç e n k o ,   1 9 7 9 )



11.1.  Anomaliyaların  növləri  ve etiologiyası

Müşahidə  və  təcrübələr  göstərir  ki.  bəzən  sağlam  heyvan  və  quşlardan 

alınan  balalarda  anomal  quruluş  tiplərinə,  müəyyən  orqan  və  toxumaların 

olmamasına,  yaxud  qüsurlu  olmasına  və s.  rast  gəlinir.  Bu  cür anomaliyalara 

ə t r a f l a r d a n   b i r  

və 


y a   b i r   n e ç ə s i n i n ,   g ö z ü n   b i r i n i n ,   y a x u d  

hər 


i k i s i n i n ,   t ü k ü n ,  

y u n u n ,   l ə l ə k l ə r i n   o l m a m a s ı ,   s i n i r  

və 

c i n s i y y ə t   s i s t e m i n i n ,   m e t a b o l i z m i n   p o z ğ u n ­



l u q l a r ı  

və  s.  aiddir.  Müxtəlif növ  heyvanlarda  müşahidə  edilən  anomaliyalar 

və  eybəcərliklər  həmişə  alimlərin  diqqət  mərkəzində  olmuşdur.  XVIII-XIX- 

əsrlərdə  orqanizmlərin  çatışmazlıq  və  eybəcərliklərindən  bəhs  edən  yeni  elm 

sahəsi 

teratologiya

 

(yunanca-«teratos»-eybəcərlik.  möcüzə)  inkişaf  etməyə 



başlamışdır.  Həmin  dövrün  alimləri  orqanizmin  inkişaf  zamanı  yaranan 

eybəcərlik  və  çatışmazlıqlara  əsasən  mexaniki  və  fiziki  amillərin  təsiri 

nəticəsində 

y a r a n m a s ı n ı  

ehtimal  edirdilər.  Lakin  Q.Mendelin  kəşfləri  və 

genetikanın  sonrakı  inkişafı  anomaliyaların  irsiyyətlə  əlaqədar 

p r o s e s  

olduğunu  sübut  etmişdir.  Müəyyən  edilmişdir  ki.  anomaliyaların  bır  qrupu 

əsasən  genetik,  digər qrupu  genetik  və  xarici  mühit,  başqa qrupu  isə ekzogen 

amillərin  təsirindən  yaranır.  Bunu  nəzərə alaraq  alimlər anomalıyakm  2  əsas 

qrupa  bölürlər:

374



Genetik  (anadangəlmə)  anomaliyalar

 

gen  və  xromosom  mutasiyaları 



nəticəsində heyvan  orqanizmində  baş  verən  morfoloji və funksional  dəyişik­

liklərdən  ibarətdir.  Gen  mutasiyaları  D N T  molekullarmm  ontogenezin 

müxtəlif mərhələlərində  orqan  və  toxumaların  morfogcnezmin  pozulmasına 

səbəb olur.  Hüceyrələrdə xromosomlarm sayının və quruluşunun  dəyişilməsi 

em brionun  inkişafını  dayandırır,  yaxud  eybəcər  fərdlərin  doğulmasına  və 

onlarda törədicilik qabiliyyətinin pozulmasına çox ciddi zəmin yaradır.  A na­

dangəlmə  anomaliyaların  etioloji  amili  letal  və  subletal  genlərdir.  Məsələn, 

insanda 


letal

  və 


subletal

  təsirə  malik  olan  m utant  genlərin  təsirindən  yara­

nan  2000  anomaliya  növü  məlumdur.  Heyvanlarda  da  bu  növ anomaliyalar 

çoxluq  (qaram alda -46,  qoyunda  -90,  atda  -10,  donuzda  -18) təşkil  etməklə, 

xromosom  aberrasiyalarmın  orqanizmin  həyati  vacib  funksiyaları  ilə  qarşı­

lıqlı  əlaqədə  olması  elmi  əsaslarla  sübut  edilmişdir.  Genetik  anomaliyalar 

xrom osom larda  bir  cüt  allel  genlərin  müəyyən  əlamətlərə  nəzarət  etməsi 

nəticəsində  yaranmaqla,  onun  əsas  xarakterik  xüsusiyyəti  dom inant  və 

resessiv  keyfiyyət  əlamətlərinə  uyğun  olan  Mendel  tipli  növbələşmədir. 

G enetik  resessiv  anomaliyalarm  baş  verməsi  üçün  hər  iki  xromosomda  iki 

eyni  m utant  genin olması kifayət edir.

Genetik - İrsi

 -  


mühit  unomaliyalan-

  həm  endogen  (genetik),  həm  do  ek­

zogen  (xarici  mühit)  amillərinin  təsiri  nəticəsində  yaranan  anomaliyalardan 

ibarət  olmaqla,  onlara  çox  lokuslu  (polilokus)  gen  sistemləri  nəzarət  edir.  Bu 

əlamətlərin  fenotipik  baş  verməsi  anomaliyanı  törədən  mutant  genlərin 

sayından asılıdır.  Bu cür genlənn sayı onların 



kumulyativ hiidud təsirindən giiclii 

olduqda anomaliya yaranır,  əksinə olduqda isə heyvan normal doğulur.

  Genlərin 

kumulyativ  təsir  gücü  və  anomaliyalarm  fenotipik  baş  verməsi,  bir  qayda 

olaraq,  xarici  mühitin  təsirindən  çox  asılıdır.  Xarici  mühit  amilləri  mənfi 

istiqamətdə  dəyişildikdə  genlərin  mutagen  təsiri  güclənir  və  anomaliyalar  baş 

verir.  Fenotipik anomaliyalar  bəzi hallarda  müxtəlif genotipik  determinasiyaya 

(genin  köçürülməsi)  malik  olur.  Bu  bir  tərəfdən  anomaliyalarm  genotipik 

heterogenliyini.digor  tərəfdən  isə  genetik  anomaliyalarm  fenotipinin  xarici 

mühitin  təsirindən  dəyişilməsini  və  sürətinin  köçürülməsini  göstərir.  Holdşmıdt 

(1935)  bu  hadisəni 



fenosurət

  adlandırmış  və  göstərmişdir ki,  fcnosurətin  əmələ 

gəlməsi  genetik  və  mühit  amillərinin  eyni  vaxtda  birgə  təsir  etməsi  nəticəsində 

yaranır.  Ekzogen-xarici  mühitin  (aşağı  və ya yüksək  temperatur, nəmlik,  radia­

siya, hava cərəyanı,  ekoloji  böhranlar və s.) neqativ təsirindən embrion  və döldə 

anomaliyalar  törədən  amillər 



teratogenlər

  adlanır.  Teratogen  amillər 



fiziki 

(radiasiya  və  rentgen  şüalan,  travmatik  zədələr), 



kimyəvi

  (pestisidlər,  dərman 

preparatlan,  ağır  metal  duzları,  herbisidlər,  gübrələr,  nitritlər  və  s.), 

bioloji 

(mikroorqanizmlər.  viruslar,  helmintlər,  parazitlər,  bioloji  stimulyatorlar, 

hormonlar,  vaksinlər,  zərdablar,  diaqnostikumlar,  antibiotiklər  və  s.), 

yem 

amilləri

 (hipo və hıper vitaminozlar, müxtəlif yem əlavələri və yemlər) və 



irsiyyət 

amilləri

  (xromosom  aberrasiyalan,  genetik  uyğunsuzluq  və  qəbuletməməzlik. 

dominantlıq  və  resessivlik  mutasiyalan)  qruplarına  bölünür  (şəkil  59).  Xarici 

mühit  amillərinin  təsirindən  orqanizmdə  yaranan  anomaliya  və  eybəcərliklər 

irsi, yaxud ekzogen hesab olunur.

375



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə