Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə167/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   163   164   165   166   167   168   169   170   ...   205

olur.  Belə  ki.  qaram allarda  ən  çox  başın  anomaliyaları.  alt  və  ya  üst  çənənin 

olmaması,  yaxud  çox  qısa  olması,  dovşandodaqlıq.  korluq,  qoyunbaşlılıq. 

beyinin  fıtıqları  və sulu  şişləri,  o cümlədən  ətrafların  çatışmazlığı  (arxa  və  ya 

ön  ətrafların  əyri  olması,  yaxud  tamamilə olmaması,  deformasiyası,  hərəkət­

sizlik.  axsaqlıq.  səndələmə.  əzələ  kontrakturası  və  s.).  tüksüzlük.  onurğa 

sütununun  əyriliyi,  epilepsiya,  dölün  sulu  şişi,  mumifikasiyası  (əriməsi), 

göbək  fıtıqları.  quyruğun  gödəkliyi.  yaxud  tamamilə  oimaması.  yelinin,  əm­

cəklərin.  anus  dəliyinin,  toxum lııqlann  olmaması, 



işığa həssaslığın  artması

  -  


porfiriya

  və  s.  müşahidə  olunur.  Kostroma  cinsli  qaramalda  əsasən  başın. 

Yaroslav  cinslilərdə  -  sindaktiliya.  Xolmoqor  -  cinslərdə  əzələ  kontraktura- 

lan.  ətrafların  çatışmazlıqları,  qara-ala  cinslilərdə 

göbək  herniyaları. 

Almaniya  cinslərində 

mərkəzi  sinir  sisteminin  (21%)  anomaliyaları  daha 

üstünlük  təşkil  edir.  Alimlər  sübut  etmişlər  ki.  həm  iri  buynuzlu,  həm  də 

başqa  növ  heyvanlarda  mövcud  olan  bütün  anomaliyaların  başlıca  səbəbi 

törədicilərdir.

  Süni  mayalanma  nəticəsində  əcnəbi  qaramal  cinslərinin  hər 

bir  baş  törədicisindən  100  min  baş  buzov  almaq  mümkündür.  Həmin  törə­

dici  genetik  mutasiyanm  daşıyıcısı  olduğu  halda  gələcək  nəslin  törəmələri 

arasında  anadangəlmə  anomaliyaların  sayı  daha  geniş  vüsət  alır.  ABŞ  və 

Almaniyanın  qara-ala  və  şarole  cinsli 

qaramallarından  alınan  cırtdan 

balaların sayı  23.2  22.2%  təşkil  edir.  Çexiyada  166  baş  törədici  buğalardan

alınan  buzovların  müayinəsi  zamanı  onların  43  başında  lctal  anomal  genlər 

aşkar  olunm uşdur.  Bir  baş  dovşandodaq  dominant  anomal  buğanın 

törəmələrindən  44%  erkək.  71% 

isə  dişi  buzovlarda  həmin  əlamət  biruzə 

vermişdir.  K ostroma  cinsli  bir  baş  qara  çənəyə  malik  olan  Burxan  adlı 

buğadan  alınan  balalarda,  həmçinin  nəslin  gələcək  nəvə,  nəticə  və 

kötücələnııdə  də  həmin  çənə  qüsurları  aşkar  edilmişdir  (şokil  60).  Şəkildən 

göründüyü  kimi  qüsurlu  buzovlar  əsasən  genotipində  ıesessiv  genlər  olan 

inəklərdən alınan  buzovlarda  müşahidə olunmuşdur.

379



Q |  heteroziqot buğa 

-  heteroziqot inək 

ф   homoziqot anomal buzov

Şəkil 60.  Kostroma cinsli  inəyin  bir xəttində resessiv genlərin  növbələşməsi 

nəticəsində yaranan  alt çənələrin  qısalması anomalyası  (VX.Petuxov və b.,

1985).

Törədici buğanın öz dişi  balaları,  yaxud  başqa törədicinin  həmin m utant 



genin  heteroziqot  daşıyıcıları  olan  dişi  fərdləri  ilə  çarpazlaşması  nəticəsində 

anomal  törəmələrin  sayı daha üstünlük  təşkil edir (şəkil 61).

380



N orm al  g en o tip li  a n a la r

G e n o t i p s   g ö r ə

p a rç a la n a n   tönw nalar  ,  .  2  1

1

  ı



F en o tip ə  g ö rə

( 12. 5%)  

1  : 7

A n o m a ll a r

Normallar

Şekil 61.  Törədicinin  özünün  dişi  balaları yaxud başqa  törədicinin həmin mutant 

genin  heteroziqot daşıyıcıları olan  dişi fərdləri ilə çarpazlaşması sxemi  (V.  L

Petuxov və 

b. 


1985)

Qoyunların anomaliyaları.  Qoyunlarda 90-a qədər müxtəlif tipli anadan­

gəlmə anomaliyalar vardır.  Ilomin anomiyalar əsasən  monogen autosom  re- 

sessiv  növbələşmə  nəticəsində  yaranmaqla  çənələrin  qüsurları,  ön  ətrafların 

olmaması,  yaxud  əyri  olması,  hermofroditizm,  kriptorxizm,  hipospadioz, 

proqnatiya,  mikrotiya,  cntropiya,  tortikolis,  politcliya,  artroqripoz  və  s.  ilə 

səciyyələnir.  Analizlər göstərmişdir  ki,  qoyunlarda  mövcud  olan  anomaliya- 

ların  55,4%-ni 

əzələ  -   skelet  sisteminin,  12,7%-ni 

həzm,  9,7%-ni 

ürək- 

dam ar,  7,1%-ni  -   izogenital,  6%-ni  -   mərkəzi  sinir  sistemi,  3,5%-ni  -   bağ­



ların,  3,2%-ni  -  qarın,  1,5%-nı  isə -   endokrin  sistemin  çatışmazlıq  və qüsur­

ları  təşkil  edir.  Qoyunçuluğun  ən  çox  inkişaf  etdiyi  ölkə  sayılan  Yeni 

Zcllandiyada  letal  qüsurlarla  1%,  ABŞ-da  isə  11,4%  %  anomal  quzular 

doğulur  və  tələf  olur.  Ümumiyyətlə,  embrional  inkişaf  dövründə,  orta 

hesabla,  quzuların  20%-i  anomaliya  nəticəsində  ölür  və  ya  ölü  doğulur. 

Bolqarıstan  respublikasında  merinos  cinsli  qoyun  sürülərində  erkən  post­

natal  dövrdə quzular  arasında  çox  yüksək  ölüm  faizi  müşahidə  olunmuşdur. 

Bunun  əsas səbəbi həmin quzuların analarının yelinin anomaliya  nəticəsində 

süd  ifraz  edə  bilməməsi  olmuşdur.  Sürüdəki  bu  cür  anomal  qoyunların  sayı 

6-40% təşkil etmişdir.

381



Atların  anomaliyaları.  A tlarda  10  irsi  anomaliya  növü  beynəlxalq  letal 

qüsurlar  siyahısına  daxıl  olub.  Onlardan  3-ü  skelet,  2-i  cinsiyyət,  2-i  böyrək 

və  əzələ,  1-i  isə  bağırsaq,  sinir  və  görmə  sisteminin  payına  düşür.  Atların 

genetik  anomaliyaları  arasında  ölümlə  nəticələnən  bağırsaq  tutmaları, 

hərəkət  koordinasiyasının  pozulması,  oynaq  və  dırnaq  xəstəlikləri,  dəridə 

tükün tökülməsi, qarın  hermiyaları və s.  daha  geniş  yayılıb.

Donuzların  anomaliyaları.  Beynəlxalq  letal  genlərin siyahısında donuzla­

rın  18  genetik  anomaliyası  qeydə  alınıb.  Onların  əksəriyyəti  isə  autosom  

resessiv  genlər  tərəfindən  törədilir.  Qlivenin  (1979)  məlumatına  görə 

donuzlarda  7-genetik  dəri  örtüyü,  17  -   skelet,  3 -  görmə,  13  -sinir-əzələ,  6  -  

qan,  6-hormonal-mübadilə,  5-həzm  sistemi,  9-  sidik-cinsiyyət  anadangəlmə 

anomaliyalan  mövcuddur.  Onların  arasında  kriptorxizm,  herniyalar,  psev- 

dohermofroditizm  və  s.  daha  çox  üstünlük  təşkil  edir.  Kanada  alimləri 

Fridin  və  N yum an  kriptorxizm  müşahidə  olunan  yorksir  cinsli  erkək 

törədici  donuzları  öz  analan  və  bacılan  ilə  çarpazlaşdırdıqdan  sonra 

doğulan erkək çoşqalann 42,9%-də həmin anomaliya  aşkar edilmişdir.  ABŞ- 

da  bir  ildə  doğulan  çoşqalann  400  min  başında  xaya  hemiyaları  müşahidə 

olunmuşdur.  Analiz  göstərmişdir  ki,  həmin  çoşqalarda  patoloji  spermato- 

zoidlər 80-100% təşkil  etmişdir.  A na donuzlarda ən çox müşahidə olunan  bir 

autosom  resessiv  gen tərəfindən  törənən  qısa əmcəklilik  anomaliyasıdır.  Bu 

növ  anomaliyalar  6,6%  təşkil  etməklə  körpə  çoşqalar  ana  südü  əmə 

bilmədiyi  üçün dərhal tələf olur.

Quşların  anomaliyaları.  Beynəlxalq  letal  genlər  siyahısında  quşların  -  

45,  hind  quşlarının  -  6,  ördəklərin  isə  3  genetik anomaliyası  qeydə alınmış­

dır.  Onlarda  ən  geniş  yayılan  anomaliya  növü  cücələrdə  dimdiyin  ya  tam a­

milə olmaması,  yaxud  da  onun  olduqca  qısa  olmasıdır.  Bu cür anomaliyaya 

malik  olan  cücələr  yem  qəbul  edə  bilmədiyi  üçün  qısa  müddətdə  tələf olur. 

Ağ  leqqorn  və  rot-ayland  cinsli  toyuqların  yumurtasından  inkubasiya 

zamanı  çıxan  cücələrin  1,1%-də  dimdik  olmur.  M aks  Cibbon  və  Şeykelfcrd 

müəyyən  etmişdir  ki,  ağ  leqqorn  sincini  baterkamp  və  bentamkam  cinsi  ilə 

çarpaşlaşdırdıqda  polidaktiliya,  sindaktiliya  və  lələkli  ayaqlara  malik  olan 

cücələrin sayı çox üstünlük (16,8%) təşkil  edir.



1 1 .4 .  ir s iy y ə td ə   h o m o lo ji  s ır a la r   q a n u n u

Akademik  N.İ.Vavilovun  rəhbərlik  etdiyi  ekspedisiya  qrupu  dünyanın 

müxtəlif  ölkələrindən  topladığı  müxtəlif  yabanı  və  mədəm  bitkilər 

kolleksiyasını  öyrənərkən  onlarda  bır  çox  ümumi  irsiyyət  dəyişkənliyinin 

mövcud  olduğunu  aşkar  etmişdir.  N.İ.Vavılov  və  əməkdaşları  həmin 

nəticələrə  əsaslanaraq  irsiyyət  dəyişkənliyində  homoloji  sıralar  (cərgələr) 

qanununun aşağıdakı müddəalarını kəşf etmişlər:

-   Genetik  cəhətdən  yaxın  olan  növlər  və  cinslər  bir  sıra  oxşar  irsiyyət 

dəyişkənliyi  əlamətlərinə  malikdirlər.  Belə  ki,  bir  növ və ya  cins  çərçivəsində 

müşahidə  olunan  bəzi  irsiyyət  dəyişkənlikləri  paralel  olaraq  başqa  növ  və

382



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə