Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə163/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   159   160   161   162   163   164   165   166   ...   205

temperaturun,  əzələ  tonusunun,  qan  təzyiqinin  azalması,  iltihabı  -  nekrotik 

proseslərin  əmələ  gəlməsi,  immunitet  yaradan  orqanların  (timus,  limfa  dü­

yünləri,  dalaq  və  s.)  kiçilməsi  və  s.  ilə səciyyələnir.  Bu zaman  böyrəküstü və­

zin  horm onu  adrenalinin  ifrazı  güclənir  və  orqanizmin  enerji  ehtiyatı  səfər­

bərliyə  almır,  qanda  limfopeniya,  eozinopeniya,  leykositoz  müşahidə  edilir, 

orqanizmin  toxumalarında üzvi  maddələrin  parçalanması sürətlənir,  heyvan 

anqlayır,  ət  və  süd,  quşlarda  isə  yumurta  məhsuldarlığı  azalır,  azot  balansı 

aşağı  düşür.  Bu  mərhələdə  qan  qatılaşır,  mədə-bağırsaq  sisteminin  selikli 

qişasında  sonralar yaraya  çevrilən  qan  sızmaları  əmələ  gəlir.  Stressin  birinci 

mərhələsi  6-48  saat  davam  etməklə,  stressorlar  çox  güclü  təsir  etdikdə  bır 

neçə  saat  və  ya  gün  ərzində  ölümlə  nəticələnir.  Davamlılıq  (adaptasiya)  bi­

rinci  mərhələnin  davamıdır.  Stressorun  təsirindən maddələr  mübadiləsi  n o r­

mal  hala düşür,  məhsuldarlıq və  diri kütlə  bərpa  olunur və s.  Bu mərhələ bir 

neçə  saatdan  bir  neçə  günə,  yaxud  həftəyə  qədər  davam  edir.  Əgər  stres­

sorun  təsiri  kəsilərsə  və  orqanizmdə  fizioloji  proseslər  normal  hala  düşərsə 

onda stressin qarşısı almır,  onun inkişafı  dayanır.

Müəyyən edilib  ki,  stressorlarm təsiri  çox  güclü və uzunmüddətli  olduq­

da  heyvan  xəstələnir.  Bu  cür  xəstəliklər  adaptasiya  xəstəlikləri  adlanır  və 

əsasən  heyvandarlığın  sənaye  texnologiyasına  keçirildiyi  təsərrüfatlarda  da­

ha  çox  müşahidə  olunur.  Həmin  təsərrüfatlarda  hətta  zəif və  qısa  müddətli 

qıcıqların  təsiri  nəticəsində  orqanizmdə  maddələr  mübadiləsi,  normal  fizi­

oloji  proseslər  pozulduğundan  onların  bərpasına  əlavə  yem  və  enerji  sərf 

olunur.  Həm məhsul vahidinə düşən yem vahidi artır,  həm də  istehsalın ren­

tabelliyi  azalır.  Orqanizmin  ətraf  mühitə  uyğunlaşmasına  daha  çox  enerji 

sərf olunduğundan  ət,  süd  və  digər məhsulların  istehsalı üçün  enerji  ehtiyatı 

tükənir.  H.  Selye  və  başqa  tədqiqatçılar  müəyyən  etmişlər  ki,  stress  zamanı 

müdafiə  reaksiyalarının  yaranm a  mexanizmində əsas  rolu  endokrin  vəziləri, 

xüsusilə  hipotalamo-hipofizar-adrenalin  sistemi  oynayır.  Hər  hansı  stress 

reaksiyası  zamanı  yaranan  hormonal  reaksiyaların  hamısı  sinir  sistemi 

tərəfindən  tənzim  olunur  və  onun  iştirakı  ilə  istənilən  stress  amilinə  qarşı 

müvafiq  cavab  reaksiyası  hazırlanır.  Stressin  mənfi  nəticələrinin  qarşısını 

almaq  üçün stress  reaksiyalarının  başlanmasını müəyyən  etmək vacibdir.  Bu 

zaman  zərərli  amillər müəyyən  edilir və heyvanlarda  məhsuldarlığın  azalma­

sının  qarşısı  almır.  Stress  ekstremal  qıcıqlara  qarşı  orqanizmin ümumi  vacib 

reaksiyalarının  məcmuundan  ibarət  olduğu  üçün  yaranan  kliniki  əlamətlər 

qeyri-spesifik  olur.  Həmin əlamətlərə  iştahanın zəilləməsı,  itməsi,  qorxu,  na­

rahatlıq,  əzələ  titrəmələri,  tənəffüsün  və  ürək  vurğularının  sürətlənməsi, 

oyanmanın  və  temperaturun  artması,  selikli  qişaların  sianozlaşması  (göyər- 

məsi),  məhsuldarlığın  azalması,  boyun  inkişafının  ləngiməsi,  əlavə  yemlərə 

tələbatın  artması,  xəstələnmə,  ölüm  və  s.  aiddir.  Son  zamanlar  heyvanların 

stress  vəziyyətinin  qarşısını  almaq  məqsədilə  onun  əvvəlcədən  müəyyən 

edilməsi üçün müvafiq  diaqnostika üsullarından  istifadə olunur.  Bu müaymə 

üsulları ilə, hər şeydən əvvəl,  endokrin  sistemi,  xüsusilə böyrəküstü və hipofiz 

vəzin  funksional  fəaliyyəti  müəyyənləşdirilir.  Kortikosteroidlərın  miqdarını 

təyin  etmək  üçün  hazırda  A.  N.  Popov.  V.  Q.  Şalyanin  və  B.  N.  Marbayev

370



(1971)  tərəfindən  hazırlanan 

fluoressensiya  analizi

  üsulu  daha  çox  işlədilir. 

Bu üsuldan istifadə etdikdə biokimyəvi üsula  nisbətən  10-20 dəfə artıq  dəqiq 

nəticə  alınır,  az  miqdarda  (0,1-0,2  ml)  qan  müayinə  olunur,  əlavə  reaktivlər 

və avadanlıqlar tələb  olunmur.  Xüsusilə, körpə heyvanların  periferik  dam ar­

larından  tez-tez  alınan  qan  müayinəsinə  əsasən  bu  üsulla  stress  vəziyyəti 

haqqında  ətraflı  məlumat  toplanılır.  Stress  zamanı  heyvan  orqanizmində 

reaksiyaları  müəyyən  edərkən  əsasən  qanda 



şəkərin,  askorbin  turşusunun, 

xolesterinin,  süd turşusunun  miqdarının,  kreatin indeksinin  və purin  əsaslorın- 

da  azotun

  təyininin  mühüm  diaqnostiki  əhəmiyyəti  vardır.  Məsələn,  tempe­

ratur  stressi,  40  saatlıq  aclıq  dietası  və  15  saatlıq  susuzluq  zamanı  böyrək- 

üstü vəzin toxumasında  askorbin turşusunun m iqdan müvafiq surətdə 215,3; 

167;  201  mq%  olur.  Diaqnostiki  məqsədlə  həmçinin  qanda 

kreatin- 

fosfokinaza

 və 


laktudehidrogenazamn

  miqdarının  təyin  edilməsinin  də böyük 

əhəmiyyəti vardır.  Stress  vəziyyətinin mərhələlərini müəyyən  etmək üçün qan 

yaxm alarında  leykositar  formulu  və  1  mm3  qanda  eozmofillərin,  limfosit- 

lərin  və  neytrofillərin  m iqdan  müəyyənləşdirilməlidir.  Bu  məqsədlə 

orqanizmin 



tabii  rezistentlik  amillarinin

  (leykositlərin  faqositar  fəallığı,  qan 

serumunun  bakteriosid,  komplementar  və  lizosim  fəallığı,  qammaqlobulin- 

lərin,  betalizinlərin,  peroksidazaların),  həmçinin,  qanda  ümumi  zülalın, 

albuminlərın,  lipidlərin,  qələvi  və turş  fosfotazalarm,  natrium,  kalium,  xlor, 

limon  turşusunun  miqdarı  da nəzərə alınmalıdır.  Qeyd  edilən  göstəricilərdən 

başqa,  stress  vəziyyətin  yaranması  müəyyən  olunarkən  heyvanların 

məhsuldarlığının  (ət,  süd,  yun,  balavermə,  yumurta) və onların  keyfiyyətinin 

azalmasına,  yem  məsarifinə,  bala  verməsinə,  cinsiyyət  fəallığına,  xəstəliklərə 

davamlığma  və  s.  diqqət  yetirilməlidir.  Stressin  heyvandarlıqda  müşahidə 

olunan  əsas  növlərinə 

yem,  iqlim,  istehsalat,  qrup  stressləri,  baytarlıq 

profilaktika  va  zootexnika  lədbirlari  ila  alaqadur  olan

  stresslər  aiddir. 

Heyvan  orqanizminə  iqlim  amilləri,  xüsusilə  binalardakı  mikroiqlim  böyük 

təsir  göstərir. 



Heyvanların  məhsuldarlığı  70-80%  onların  yemlənmə  və 

saxlanma  şəraitindən,  20-30%  isə genetik  amillərdən  asılıdır.

  Örtülü  heyvan­

darlıq  binalarındakı 

hava 


mühiti  maddələr,  istilik  və  qazlar  mübadiləsinə, 

qanın  fiziki-kimyəvi  xassələrinə,  bədən  tem peraturuna  və  s.  təsir  edir. 

Orqanizmin  qəbul  etdiyi  qida  maddələrinin  müəyyən  hissəsi  həmin  amillərə 

uyğunlaşmaya  sərf  olunduğundan  onun  məhsuldarlığı  azalır.  Lakin  bu 

amillərin  təsiri  orqanizmin  adaptasiya  imkanının  hüdudunu  keçdikdə  stress 

vəziyyətinə  səbəb  olur.  Binada  normal  mikroiqlimin  olmaması  stress 

vəziyyətinin  yaranması,  orqanizmin  davamlılığının  və  məhsuldarlığının 

azalması  və xəstəliklərin  inkişafı  üçün  zəmin  yaradır,  Binanın  mikroiqlimini 

təşkil  edən  fiziki-kimyəvi  və  bioloji  amillər  (temperatur,  nəmlik,  hava 

cərəyanı  və  elektrik  yükləri  ilə  yüklənmə  dərəcəsi,  işıq  şüalan,  radioaktiv 

şüalanma,  havanın  kimyəvi  tərkibi,  onun  tozla,  göbələklərlə,  helmint 

yum urtaları  ilə.  mıkroblarla,  həmçinin  zərərli  qazlarla  çirklənmə  dərəcəsi) 

orqanizmin  normal  həyal  fəaliyyətinə  təsir  edir.  Lakin  həmin  amillərdən 

temperaturun  orqanizmə  təsiri  daha  böyük  əhəmiyyətə  malikdir.  N orm al 

bədən  temperaturunun  saxlanmasına  hər bir  orqanizmin  minimal  enerji  sərf

371



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə