Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə160/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   156   157   158   159   160   161   162   163   ...   205

Leykozlar  zamanı  hüceyrələrin  xromosom  aparatında  anomaliyalarm  ol­

ması  da  artıq  təsdiq  edilmişdir.  Leykozla  xəstə  heyvanlann 

sümük 

iliyində 



poliploid  hüceyrələrin  sayı  sağlamlara nisbətən 4 dəfə  artıq olur.  V.P.Şişkov 

(1976)  RNT  genomalı  virusların  iri  buynuzlu  heyvanların  və  quşların 

leykozunun etioloji  agenti  olmasmı eksperimental  olaraq  sübut  etmişdir.  Bu 

viruslar  qan  yaradan  hüceyrələrin  genoması  ilə  interqrasiya  etməklə  həm 

embrional,  həm  də  postembrional  dövrlərdə  inkişaf edərək  leykoz  törədir. 

Leykoz  virusu  ilə  yoluxmuş  heyvanlarda  xəstəliyin  inkişafı  orqanizmin 

immunobioloji  vəziyyətindən  və  genetik  xüsusiyyətindən  asılıdır.  İri 

buynuzlu  heyvanların  leykoza  davamlılığı  çoxlu  sayda  gen  lokusları  ilə 

detcrminasiya olunur.

Marek  xəstəliyi  -

 

quşların  infeksion  xəstəliyi  olub,  DNT  genomalı 



viruslar  tərəfindən  törədilir,  yüksək kontagiozluq,  daxili  orqanlarda,  dəridə, 

əzələlərdə  limforetikyulyar  toxumanın  inkişafı  və  perıferik  sinir  sisteminin 

iltihabı  ilə  səciyyələnir.  Müxtəlif toyuq  cinslərinin Marek  xəstəliyinə həssas­

lığının fərqli  olması  barədə əvvəllər də bəzi məlumatlar mövcud  idi.  Sonralar 

isə bu xəstəliyə  qarşı  toyuqların davamlılığı və həssaslığı  barədə  daha ətraflı 

məlumatlar  toplanaraq  həmin  əlamətlərin  genetik  xarakterə  malik  olması 

elmi  əsaslarla  sübut  edilmişdir.  Hazırda  Marek  xəstəliyənə  qarşı  100% 

d a­


vamlı,  yaxud  həssas  olan  toyuq  cinsləri  yetişdirilmişdir. 

Ümumiyyətlə,  virus 

inleksiyalarına  orqanizmin  davamlılığı  bu  əlamətlərin 

tənzimlənməsində  və 

immunoloji  tolerantlıqda  çox  böyük  rol  oynayan 

xüsusi  müdafıəcdici  m ad­

dənin 



interferonun



 

sintez 


olunma  dərəcəsi  ilə  dialektik  vəhdət  təşkil  edir. 

Bəzi 


müəlliflərin  fikrincə,  toyuqların  bu  xəstəliyə  davamlılığı  həssaslığa  nis­

bətən  yüksək  dominantlığa  malik  olmaqla  burada  əsasən  üç  lokusun  yalnız

2-4  autosom  genləri  başlıca  rol  oynayır.  Cinsiyyət  hüceyrələri  genlərinin 

davamlılığa  nəzərəçarpan dərəcədə təsir etməməsinə baxmayaraq toyuqların 

dişi  fərdləri  arasında  ölüm  faizi  daha  yüksək  olur.  Marek  xəstəliyinə  qarşı 

davamlılıqla  toyuqların  qan  qrupu  sisteminin  В21  В  alleli  arasında  çox 

böyük  əlaqə  mövcuddur.  Davamlı  N  xəttinin  bütün  fərdləri  B21  antigeninə 

görə tamamilə homoziqot olduğu  halda,  həssas P xəttinin  fərdləri  B19 antige­

ninə  malik  olur.  M arek xəstəliyi  zamanı virusla yoluxmuş  hüceyrələrdə çox­

lu  sayda  xromosom  zədələnmələrinin  və  aneuploidiyanın  olması  olduqca 

təhlükəli  sayılır  və  müxtəlif  anomaliyalar  törədir.  Belə  ki,  limfoid  hü­

ceyrələrində aneuploid metafazasının nisbəti  10%,  sümük iliyi  hüceyrələrində 

isə 

12% təşkil edir (nəzarət qrupunda sonuncu göstərici  1,7% olmuşdur).



Dabaq

  -  cütdırnaqlı  heyvanların  həddindən  artıq  kontagioz,  iti  gedişli 

infeksion  xəstəliyi  olub,  ağız  boşluğunun  selikli  qişasının,  dilin  və  dırnaq­

ların  aftozlu  iltihabı  ilə  səciyyələnir  və  körpə  heyvanların  ölümü  ilə  nəticə­

lənir.  Dabaq  virusuna  insanlar  da  həssasdır.  M əşhur  Slovakiya  alimi

V.Betinanm  (1976)  məlumatına  görə  1937-ci  ildə  Qərbi  Avropa  ölkələrində 

(Fransada-130 000,  Niderlandda  -   100 000,  Belçikada  isə  63 000  yaşayış 

məntəqəsində)  dabaq  olduqca  böyük  tələfata  səbəb  olmuşdur.  1967-1968-ci 

illərdə  İngiltərədə  çox  geniş  dabaq  epidemiya  və  epızootiyası  baş  vermiş  və 

2339  fermada  443  000  baş  qaramal  məcburi  olaraq  məhv  edilmişdir.  Alim



364


qeyd  edir  ki,  dabaq  İngiltərəyə  Argentinadan  gətirilən  ət  vasitəsilə  keçmiş­

dir.  M.Rçeuslilinin məlumatına  əsasən,  bir fermadakı  1074  baş  iri  buynuzlu 

heyvanlardan  97,1%-i  dabaqla  xəstələnmişdir.  Simmental  və  qırmızı  səhra 

cinsli  qaram allar  arasında  dabaqla  xəstələnmə  faizi  100%,  qonur  qafqaz 

cinsli  qaram allar arasında -   87,5%,  zebuların  arasında  isə  -   20%  olmuşdur. 

Göründüyü kimi,  heyvanlar arasında dabaq  xəstəliyinə görə genetik  davamlı 

cinslərin  yetişdirilməsi  heyvandarlıq  və  baytarlıq  təbabəti  alimlərinin  qarşı­

sında duran ən perspektiv prioritlərdən biri sayılır.



Nyukasl xəstəliyi -

  quşların  şiddətli  kontagioz  virus  etiologiyalı  infek- 

sion  xəstəliyiy  olub,  ildınmvari,  iti  gedişi və ölüm  faizinin  yüksək  olması ilə 

xarakterlənir.  Toyuqlar  arasında  bu  xəstəliyə  qarşı  genetik  davamlılıq  və 

həssaslıq mövcuddur.  Frankis (1955) eksperimental olaraq sübut etmişdir ki, 

Nyukasl  virusu  ilə  yoluxdurma  zamanı  A  ailəsinə  mənsub  olan  toyuqlar 

arasında ölüm faizi 30%,  D  ailəsində isə -  78%  olmuş və  onlar xəstəliyi  daha 

ağır keçirmişlər.



Dovşanların miksomatozu -

 iti  gedişli virus  xəstəliyi  olub,  serozlu -  irinli 

konyunktivıt,  baş,  anus  və  cinsiyyət  orqanları  nahiyəsində  xarakterik  şiş­

lərin  əmələ  gəlməsi  ilə  müşayət  olunur.  C.Leslinin  məlumatına  görə  1859-cu 

ildə  Avstraliyaya  Avropadan  13  baş  dovşan  gətirilmiş,  1953-cü  ildə  onların 

sayı  1  milyard  başa  çatmışdır.  Lakin  həmin  illərdə  dovşanlar  arasında  qəf­

lətən miksomatoz xəstəliyi  baş vermiş və onların  90%-i tələf olmuşdur.  Buna 

baxmayaraq,  miksomatoza qarşı dovşanlar arasında  genetik  olaraq davamlı 

fərdlər  yarandığı  üçün  yenidən  həmin  dovşanların  sayı  çox  böyük  sürətlə 

artmış,  davamlı  populyasiyalar  yaranmış  və  əvvəlki  miqdar  nisbətən  bərpa 

olunmuşdur.

10.9.  İrsiyyət yönümlü daxili xəstəliklər

Respirator  xəstəliklərə  qarşı  genetik  davamlılıq.

  Respirator  xəstəliklərə 

(pnevmoniya,  plevritlər,  atrofık  rinit)  ən  çox  donuzlar  həssasdır.  Landras 

cinsli  donuzlar  arasında  yorkşır  cinsinə  nisbətən  ağciyərlərin  iltihabı  daha 

çox  müşahidə olunur.  A trofık rinitə davamlılıq  isə həmin cinslərdə tamamilə 

əksinədir.  Donuzların  pnevmoniyaya  davamlılığının  növbələşmə  əmsalı  (h2) 

0,14,  plevritdə 

0,13,  atrofık  rinitdə  isə  -   0,16-ya  bərabərdir.  Ən  aşağı 

genetik  korrelyasiya  donuzların  məhsuldarlığı  ilə  respirator  xəstəliklər 

arasında  nəzərə  çarpır.  Q uzular  arasında  respirator  xəstəliklərə  nisbətən  az 

təsadüf  edilir.  Merinos  cinsli  quzular  pnevmoniya  və  plevritə  qarşı  daha 

davamlı olur.  Müxtəlif cinslərə mənsub  olan  sürülərdə respirator xəstəliklərə 

qarşı  cinslərarası  davamlılıq  fərqi  müşahidə  edilir.  Aparılan  müşahidələr 

göstərir  kı,  Azərbaycanın  yerli  qoyun  cinsləri  (bozax,  ləzgi,  qarabağ  və  s.) 

arasında respirator xəstəliklərə qarşı genetik davamlılıq daha yüksəkdir.

Mədə-bağırsaq  xəstəliklərinin  (qastro

  -  


enteritlərin)  etiologiyasında  ge­

netik  amillərin  rolu  -

  artıq  elmi  əsaslarla  sübut  olunmuşdur,  iri  buynuzlu 

heyvanlarda  ən  çox  çəmbər  bağırsağın  və  anusun,  atlarda  qalça bağırsağın,

365



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə