Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə162/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   158   159   160   161   162   163   164   165   ...   205

müdafiə  reaksiyasının  məcmusu 

ümunu  adaptasiya,

  yaxud 


stress  sindromu 

adlanır.  Stress  özünün  xarakterinə  görə-spesifik,  mənşəyinə  görə  ısə-qeyri 

spesifik  sindrom  hesab  edilir.  Stressin  qeyri-spesifik  reaksiya  hesab 

edilməsinin  əsas  səbəbi  onun  müxtəlif  qıcıq  amillərinin  (mexaniki,  fiziki, 

kimyəvi,  bioloji,  sosial,  psixoloji)  təsirindən  yaranmasıdır.  Onun  spesifik 

sindrom  hesab  edilməsinin  əsas  səbəbi  isə  müxtəlif  yabançı  maddələrin 

(toxuma  ekstraktı,  formalin),  təmizlənmiş  hormonların  (adrenalin,  insulin), 

fiziki  amillərin  (soyuq,  isti,  səs,  işıq,  radiaktiv  şüalanma),  zədələnmələrin 

(travm alann),  ağrı  qıcıqlarının,  güclü  əzələ  gərilməsinin  (kontrakturanın) 

nəticəsində  yaranmasından  asılı  olmayaraq  orqanqizmdə  oxşar  əlamətlərin 

müşahidə  olunmasıdır.  Bu  zam an  əsasən  böyrəküstü  vəzinin  qabıq  maddəsi 

böyüyərək  onda  lipoidlərin  və  xolesterinin  miqdarı  azalır,  timolimfatik 

aparat  (timus  vəzi  və  limfa  düyünləri)  kiçilir  (atrofiya  olunur),  mədə- 

bağırsaq  sistemində yaralar və xoralar əmələ gəlir və s.  Ə traf mühitin ekoloji 

stresslərinin  təsirindən  insan  və  heyvan  orqanizmində  fizioloji  prosesləri 

pozan  müxtəlif  reaksiyalar,  qastro-enteritlər,  ürək-damar  xəstəlikləri, 

hipertermiya,  raxit,  oynaq  və  dəri  xəstəlikləri  baş  verir.  Stress  amillərinin 

təsirindən  müxtəlif periferik  sinir reseptorlannın  qıcıqlanmasından  yaranan 

oyanma  mərkəzə  qaçan  sinir  lifləri  (neyronlar)  ilə  baş  beyinin  böyük 

yarımkürələrinə,  oradan  isə  hipofizin  ön  payının  hormonal  fəaliyyətinin 

tənzim  olunmasına  nəzarət  edən  hipotalamusa  ötürülür.  Hipotalamusda 

hazırlanan  mürəkkəb  kimyəvi  maddələrin-kortikotropin-relizinq  hormo­

nunun  təsirindən  hipofızdə  adrenokortikotrop  hormonu  (AKTH)  sintez 

edilir.  Bu  hormonun  qanda  maksimal  miqdarı  stressorlann  təsirindən 2-2,5 

saat  sonra  müşahidə  olunur.  Həmin  hormonun  təsiri  nəticəsində  oyanma 

simpatik  sinirlərlə  böyrəküstü  vəzin  beyin  maddəsinə  ötürülür  və  nəticədə 



«hayacan hormonu» sayılan adrenalin

 sintez edilir.  Adrenalinin  sintezi  adətən 

stressorlann  təsirindən  7-10  dəqiqə  sonra  başlayır  və  hipofızdə  AKTH 

sintezinə  zəmin  yaradır.  Adrenalin,  onun  sələfi  noradrenalin  və  noradre- 

nalinin  sələfi  dofamin  katexolaminlər  sayılır.  Katexolaminlər  bioloji  fəal 

maddələr  olub,  orqanizmin  sakit  vəziyyətindən  təcili  oyanma  vəziyyətinə 

keçməsini  təmin  etməklə,  onun  uzun  müddət  həmin  vəziyyətdə  qalmasına 

zəmin  yaradır.  Stress  zamanı  cinsiyyət  vəziləri  bürüşür,  öz  fəallığını  itirir. 

Stress  reaksiyalarına  bütün  heyvanlar  həssaslıq  göstərir.  Lakin  donuzlar 

stressorlann  təsirinə daha  çox həssasdır.  Donuzlarda  stressin üç  əsas  sindro­

mu  -  

stress  sindromu  (

PSS

),  yaman  keyfiyyətli  hipertermiya  (yüksək 

temperatur)  sindromu  (M H S)

  və yumşaq,  solğun  rəngli, 



eksudativ  (sulu)  ət 

sindromu  (PSE)

  aşkarlanıb.  Yaman  keyfiyyətli  hipertermiya  yüksək  penet- 

rantlı  resessiv  əlamətlərin  növbələşməsi  nəticəsində  yaranır.  MHS-sindro- 

muna  həssas  olan  donuzlar  H a ln  H al",  qeyri  -   həssaslar isə  -   H a lN  H a lN 

yaxud  I I a l N  H al"  genotipinə  malikdir.  Bəzi  ölkələrdə  PSS-sindromunun 

dərəcəsini  azaltmaq  məqsədilə 



halotan testindən

  geniş  istifadə  olunur.  Stress 

reaksiyalan xüsusilə havanın tem peraturunun həddindən çox yüksəlməsinin, 

güclü  səs  -   küyun,  radioaktiv  şüalanmanın,  uzun  müddətli  nəqliyyat  vasi­

tələri  ilə  (avtomobil  və  vaqonlarla)  bir  ərazidən  başqa  əraziyə  daşınmanın,

368



mülayim  iqlim  şəraitndən  sərt  iqlimə  keçmənin,  aclığın,  susuzluğun  bütün 

heyvanların  orqanizminə neqativ təsirləri əksər hallarda  ağır fəsadlarla  nəti­

cələnir.  Donuzlar,  quşlar və  atlar yüksək  və çox  aşağı  temperaturun  təsirinə 

olduqca həssasdır.  Y uxanda qeyd olunan qıcıq amilləri kənd təsərrüfatı hey­

vanlarının  və  quşların  məhsuldarlığına  güclü  neqativ  təsir  göstərir.  Bu 

zaman  qaram alların  ət,  süd,  balavermə, qoyunların ət,  süd,  yun,  balavermə, 

quşların ət vo yumurta,  donuzların ət və balavermə məhsuldarlığı çox  azalır, 

bəzən  isə  tamamilə  zəifləyir.  Müəyyən  edilmişdir  ki,  dəmir  yolu  xətlərinin, 

magistral  avtomobil  yollarının və təyyarə  limanlarının  yaxınlığında  yerləşən 

iri  və  xırda  buynuzlu  heyvan,  quşçuluq  (broyler)  və  donuzçuluq  fermaların­

da güclü səs-küy  slressoru  həmin heyvanların məhsuldarlığını  çox azaldır vo 

anom al  nəsil  törəmələrinin  artmasına  zəmin  yaradır.  Hazırda  alimlər  bütün 

növ  stressorların  təsirinə  genetik  cəhətdən  daha  çox  davamlılıq  göstərən 

heyvan  və  quş  cinslərinin  seleksiyasına  xüsusi  önəm  verir.  Lakin  hələlik  bu 

sahədə  aparılan  tədqiqatlar  davam  etdirilir  və  yaxın  gələcəkdə  mütləq  öz 

pozitiv həllini  tapacaqdır.



Heyvanlarda slress reaksiyaları  və onları törədən ekoloji amillərin neqativ 

təsirləri E.M.  Hüseynov  və  R.İ.Rzayev  tərəfindən  ədəbiyyatda  daha  geniş  və 

müfəssəl  təsvir  olunduğu  üçün  həmin  məlumatların  olduğu  kind  şərh  olun­

masını məqsədəuyğun hesab edirik.  («Ekoloji stresslərin heyvandarlıqda rolu», 

«Azərbaycan  aqrar  elmi»  jurnalı,  Jfs-1,  1991).

  Xarici  mühit  amilləri, 

heyvanların  saxlanma  şəraiti  və  heyvandarlıq  binalarının  mikroiqlim 

göstəriciləri  kənd  təsərrüfatı  heyvanlarının orqanizminə  böyük  təsir  göstərir. 

Belə ki,  qeyd  edilən amillərin  dəyişilməsi  orqanizmdə  müəyyən  reaksiyaların 

əmələ  gəlməsinə  səbəb  olur.  Təbiətindən  asılı  olmayaraq  həmin  amillər 

fizioloji  və  zərərli  qruplara  bölünür.  M əlumdur  ki,  orqanizm  daim  xarici 

mühitin  fizioloji amillərinin  (temperatur,  işıq,  Günəşin  müxtəlif şüalan  vo  s.) 

təsirinə  məruz  qalır.  Heyvan  isə  həmin  təsirlərə  uyğunlaşır,  onun 

orqanizminə  adekvat  qıcıq  amili  kimi  təsir  göstərir  və  heç  bir  zərər  vermir. 

Lakin  zərərli  amillər  heyvan  orqanizminə  qeyri-adekvat  qıcıq  amili  kimi 

mənfi  təsir  göstərir,  orqan  və  sistemlərin  normal  fizioloji  fəaliyyətini  pozur. 

Bu  cür  zərərli  amillər  ekstremal  (fövqolado) 

qıcıq  amilləri  adlanır. 

Orqanizmin  adaptasiya  qabiliyyətinin  zəifləməsi,  onun  fizioloji  imkanları ilə 

xarici  mühit  amilləri  arasındakı  qeyri-mütənasiblik  stress  vəziyyəti 

yaratm aqla  heyvanın  məhsuldarlığına,  boy  vo  inkişafına  mənfi  təsir  edir. 

Stress  qüvvətli  qıcıqların,  yaxud  müxtəlif xarici  və  daxılı  mühit  amillərinin 

təsirindən  orqanizmdə  yaranan  Fizioloji  proseslərin  məcmuundan  ibarət 

olub,  uyğunlaşma,  müqavimətin  yüksəlməsi,  bəzən  isə  xəstələnmə  və  ölümlə 

nəticələnir.  Stress  üç  əsas  mərhələdən-Лзуйеал 

reaksiyası

  (müdafiə  qüvvə­

lərinin  səfərbərliyə  alınması), 

rezistentliyin

  (müqavimətin)  yaranması  (gərgin 

vəziyyətə  uyğunlaşm a-  adaptasiya)  və 

arıqlamadan

  ibarətdir.  Heyvan  orqa­

nizmində  isə  stress  vəziyyəti  əsasən  2  mərhələdə  (həyəcanlanma  və rezistent- 

lik) baş  verir.  Həyəcanlanma  (təşviş) mərhələsində orqanizmin  bütün im kan­

ları səfərbər olunaraq  sanki  mübarizəyə hazır vəziyyətə  gətirilir.  Həmin mər­

hələ  qısa  müddətli  olub,  tüpürcək  ifrazının  artması,  gözdən  yaşın  axması,

369



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə