qədər itirir. Fassiolyozlu inək və camışlann süd məhsulu ən azı 10-15, bəzən
25-40%-ə, diri kütləsi 15-30%-ə qədər azalır. Finnozla yoluxmuş qaramalın
ətinin xeyli miqdarından istifadə edilmir. H elm intlər sahibin hesabına ya
şayır, onun toxuma və şirəsi ilə qidalanırlar. Qandan istifadə edən helmintlər
də vardır ki, onlar xüsusi maddə buraxaraq qarım tez laxtalanmasınm qarşı
sım alırlar. Beləliklə, helmintlər vitaminləri və başqa yararlı maddələri
udaraq orqanizmin maddələr mübadiləsini, fizioloji normallığım pozur, bir
çox xəstəliklərin baş verməsinə səbəb olurlar. Qurdların vurduğu zərər
müxtəlif formada olur. Məsələn, askarid və monieziya qurdları ilə şiddətli
yoluxma zamanı bağırsaq boşluğunun tam am tıxanmasına, keçməməzliymə,
hətta onun partlamasına təsadüf edilir. Ağciyərin qurd xəstəliyi zamanı
qırtlaq və bronxlara küllü miqdarda qurd tıxandığı üçün heyvan boğularaq
tələf olur. Exinokokk qovuqlan ağciyərlərin parenximasım şiddətli surətdə
zədələyərək onların fəaliyyətini pozurlar. Onxoserka qurdlan boyun bağına
dolaşaraq onun iltihabına, telyaziya qurdlan közün iltihabına və korluğuna
səbəb olurlar. Qonkilonema qurdlan yem borusunun daxili selik pərdəsini
zədələyirlər. Fassiola və dikroselium sorucu qurdlan qaraciyərin parenxi-
masını, öd yollarının divannı zədələyərək iltihablaşdınr və kirəcləşdirirlər.
Bağırsaqda yaşayan girdə qurdlann çoxunun ağız boşluğunda kəsici dişləri
və yaxud lövhəcikləri vardır. Lentşəkilli qurdlann isə çoxunun baş
hissəsində qarm aqlar düzülmüşdür. Bunların vasitəsilə qurdlar yaşadığı
orqanın divanna yapışır və onu zədələyirlər. Parazitlərdən bir qrupu ancaq
bağırsaqdakı möhtəviyyatla qidalanır, digər qrupu orqanın toxumasını
zədələyir, didir və sonra onlan udur. Q urdlann üçüncü qrupu yem borusu
divarında yerləşən vəzicikdən ifraz etdikləri maye ilə yaşadığı o rqanın1
toxumasını zədələməyir və onunla qidalanır, dördüncü qrupu isə qanla
qidalanır. Məsələn, hemonxus qurdları qursağın divarını zədələyərək çıxan
qanın bir hissəsini sormaqla qidalanır və buna görə də qızıl (qırmızı rəng
mənasında) qurd adlanırlar. Helmintlər öz ifrazatı ilə yaşadıqları orqanizmi
zəhərləməklə onların daha çox qida maddəsi itirməsinə, xeyli anqlamasma
və normal inkişafdan qalmasına səbəb olurlar.
Dəri mozalanı ilə yoluxmuş hər baş inəyin illik süd məhsuldarlığı 100
litrə qədər azalır. Protozoy xəstəlikləri (teylerioz, piroplazmidozlar və s.)
qaramalın, koksidiozlar isə başlıca olaraq quşların və dovşanların kütləvi
tələfatına səbəb olur. Xəstəliyi törədən parazitin mexaniki, toksiki təsirindən
yaranan patoloji vəziyyət sinir sisteminin fəaliyyətinin pozulmasına zəmin
yaradır ki, bu da öz növbəsində başqa orqanların fəaliyyətində ciddi dəyişik
liklərlə nəticələnir. Ümumiyyətlə, parazitlərin hərtərəfli mexaniki və toksiki
təsirindən heyvanın daxili parenximatoz orqanlarında, qan-limfa damar
sistemində, mədə-bağırsaqlarında müxtəlif patofizioloji, biokimyəvi və
funksional dəyişikliklər gedir. Bunun da nəticəsində heyvanın müqavimət
qüvvəsi azalır, yoluxucu xəstəliklərin baş verməsi üçün əlverişli şərait yara
nır. Lakin vaxtında və düzgün apardan mübarizə tədbirləri nəticəsində
parazitar xəstəliklərin vurduğu zərərin qarşısım almaq mümkündür.
Respublikamızın heyvandarlıq təsərrüfatlarında aparılmış təcrübələr zamanı
347
vaxtında müalicə edilmiş fassiolyozlu qaram alın 3 ay müddətində hər
başının diri çəkisinin müalicə olunm ayanlara nisbətən ən azı 5-8, 8 kq art
dığı müəyyən edilmişdir. Planlı surətdə apanlan müalicə və profilaktika təd
birləri nəticəsində son 10-15 ildə qan-parazitar xəstəliklərinin, xüsusən
pıroplazmidozun və teyleriozun yerli və cins qaram al arasında yayılmasının
qarşısı alınmışdır. Heyvanlar arasında yayılmış xəstəlikləri ləğv etmək üçün
planlı surətdə mübarizə tədbirləri aparılmalıdır. Planın tərtibi zamanı xəstə
liklərin xüsusiyyətləri, törədicilərin bioloji inkişafı, yayılması və yoluxma
yolları nəzərə alınmalıdır. M al-qaranın yoluxmadan qorunması, xəstəliyə
tutulan heyvanlarm müalicəsi mübarizə işlərinin əsasını təşkil etməlidir. Bu
tədbirlərin səmərəli təşkili üçün yoluxma diaqnostiki müayinələrlə vaxtında
müəyyənləşdirilməli, hər bir təsərrüfatın hansı xəstəliklərə görə qeyri-sağlam
olmasını göstərən epizootoloji xəritə tərtib edilməli, aparılacaq bütün
müalicə-profilaktika tədbirləri vaxtında hazırlanmalı, dərmanlar, peyvənd
və diaqnostika vəsaitləri əldə edilməlidir. Azərbaycanda geniş yayılmış və
qorxulu xəstəlik kimi helmintozlardan fassiolyoza, moniezioza, diktiokaul-
yoza, mədə-bağırsaq nematodozlarına, askaridozlara, tenidiozlara, ibti
dailərin törətdikləri xəstəliklərdən teylerioza, anaplazmoza, piroplazmoza,
fransielloza, babezioza, ixtiofıtirioza, araxnoentomozlardan gənələrə, qotur-
luğa, dəri mozalanına qarşı hər ıl epizootik plan hazırlanmalıdır. Dıkrosel-
yoz, protostrongilidozlar, payetinoz, sinqamoz, metastronqilyoz və s. geniş
yayılmış xəstəliklərin profilaktikası da planlı aparılmalıdır. Parazitizmin
bioloji və genetik aspektləri şərh edilərkən A.Q. Məmmədov və b. tərəfindən
hazırlanan «Baytarlıq parazitiologiyası» məlumat kitabına (1986) istinad
olunmuşdur.
10.5. Helmintozlara qarşı genetik davamlılıq və həssaslıq
Heyvanlarda, insanda və bitkilərdə parazitlik edən qurdlar helmint, on
ların törətdikləri xəstəliklər isə helmintoz adlanır. Parazit qurdlar və onların
törətdikləri xəstəlikləri helmintologiya elmi öyrənir. Bu elmin tədqiqat ob
yekti yastı, yumru, tikanbaşlı və b. qurdlardır. Helmintologiya helmıntlərin
anatomik-morfoloji quruluşunu, bioloji və genetik xüsusiyyətlərini, onların
heyvanlar aləmində sistematik yerini və yaşadıqları mühitlə qarşılıqlı əla
qələrini öyrənir. Qeyd etdiyimiz kimi, helmintlər müxtəlif xəstəliklər törədir.
Bu cəhətdən helmintologiya helmintozlara qarşı müxtəlif mübarizə və pro
filaktiki tədbirləri də işləyib hazırlayır. H azırda helmintologiya əsas dörd
istiqamətdə inkişaf etdirilir: ümumi helmintologiya, tibbi helmintologiya,
baytarlıq təbabəti helmintologiyası və aqronom ik helmintologiya. İnsan və
heyvanlarda təsadüf edilən helmintlər iki qrupa ayrılır:
1) biohelmintlər; 2) geohelmintlər.
Biohelmintlərin inkişafı aralıq sahibin iştirakı ilə gedir. Biohelmintlərə
bütün trematodlar, sestodlar və bəzi nem atodlar aiddir. Geohelmintlərin
inkişafı aralıq sahibsiz gedir. Geohelmintlərə insan askaridini. uşaq bizquy-
348