davamlı olan heyvan ailəsi və xətləri aşkar edilir. Bu üsuldan heyvanların
rezistentliyini artırmaq üçün seleksiya proqramları hazırlanarkən daha çox
istifadə olunur.
Genetik markerbrin xəstəliklərə meyllıliklə əlaqəsinin
öyrənilməsi üsu
lu - xəstəliklərə davamlılıq və həssaslığın irsi determinasiyasmm sübüt olun
ması zamanı daha səmərəli və dəqiq üsul sayılır. Məsələn, B21- allelli qan
qrupu olan quşların Marek xəstəliyinə davamlılıqla əlaqəsi və s., bu üsulla
daha dəqiq müəyyən edilir. Bu zaman genetik korrelyasiyaların xəstəliklər
lə əlaqəsini dəqiqləşdirmək məqsədilə bir neçə markerlərdən, xüsusilə bio-
kimyəvi markerlərdən istifadə olunması daha məqsədəuyğundur. Belə ki, in
sanda qanın plazmasmdakı xolesterinin ürəyin işemik xəstəliyi ilə əlaqəsinin
genetik korrelyasiya əmsalı 0,54 təşkil edir. Davamlılığın sadə növbələşməsı
- mahiyyətcə orqanizmin-xəstəliklərə qarşı rezistentliyi- bir və ya bir neçə
genlərin nəzarəti ilə tənzimlənir. Hazırda elmə yalnız bir neçə sadə növbə
ləşmə
ilə müşayət olunan
irsi-mühit xəstəlikləri məlumdur. Onlardan
bəzilərini şəhr edirik.
Viruslar.
Quşlarda limfoid leykoza qarşı davamlılığın autosom-domi-
nant növbələşməsi daha ətraflı öyrənilməklə (Krittenden, 1974), bu zaman
genetik rezistentliyin iki əsas səviyyəsi aşkar olunmuşdur:
- Virus infeksiyasına qarşı hüceyrə davamlılığı;
- Virusla yoluxmuş quşlarda şişlərin inkişaf etməsinə qarşı rezistentlik.
Müxtəlif zoopatogen viruslarda irsi növbələşmə fərqli xüsusiyyətlərə malik
dir.
Bakteriyalar.
Bağırsaq çöplərinin (E. coli) bəzi ştammları yeni doğulan
çoşqalarda diareya - ishal törədir. Lakin K88-antigenlərinə malik olan
ştammlara qarşı bəzi çoşqalar nişbətən davamlı olur. Bu, həmin çoşqalarda
ən sadə irsiyyət əlamətlərinin - xüsusi reseptorların mövcud olması ilə əla
qələndirilir. Həmin reseptorlara malik olan analar və onlardan alınan
balalar E colinin pozitiv K88 - ştammlarma qarşı çox davamlılıq göstərir və
• bu proses yalnız ananın ağız südü ilə qeyd olunan ştammlara qarşı spesifik
antitellər (immunoqlobulinlər) balanın orqanizminə daxil olan müddət
ərzində davam edir.
Nematodlar.
Ədəbiyyat məlumatlarına əsasən qoyunların H.Contortus
tərəfindən törənən hemoxoz xəstəliyinə qarşı davamlılığı sadə dominant
əlamət kimi növbələşir. Siçanların Trichuris mures nem atoduna qarşı selek
siya vasitəsilə davamlı nəslinin yetişdirilməsi zamanı 75% həssas və 100%
davamlı xətlər alınmışdır. Ueyklin (1983) sübut etmişdir ki, həssaslıq çoxlu
sayda genlərdən asılı olmaqla, dominant əlamət kimi növbələşir. Bu təcrü
bə F fərdlərin və çarpazlaşma nəticəsində onlardan alman hibrid törəmələrin
analizinə əsaslanır. Başqa təcrübələrlə müəyyən olunmuşdur ki, orqanizm
dən helmintlərin (Tricninella spiralis) qovulma sürəti dominant əlamət sayı
lır. Belə ki, bəzi xətlərdə yetişmiş helmintin qovulması 11-12 saat, digər qrup
xətlərdə isə - 20 saat müddətində başa çatır.
339
10.3. BAKTERIOZLARA QARŞI GENETİK DAVAMLILIQ
VƏ H ƏSSASLIQ
Mastitlər -
süd vəzinin iltihabı olmaqla əsasən patogen stafılokokklar
(Stafılokokkus aureus) və mastit streptokokları (Streptococcus aq alak tiae)
tərəfindən törədilir. Qaramalda bu xəstəlik həm də mexaniki, kim yəvi,
texniki, amillərin təsirindən yaranır. BEB- in (Beynəlxalq E pizootiya
Bürosunun) məlumatına görə kənd təsərrüfatı heyvanları arasında bu
xəstəlik daha geniş yayılmaqla, onun subklinik (gizli, latent, əlamətsiz)
forması 50% təşkil edir, xəstə inəklərdə isə illik süd sağımı 300 kq azalır.
Südlük qaramal cinsləri camış və zebulara nisbətən mastitlərə nisbətən çox
həssas olmaqla, bu xəstəlik əsasən qara-ala (26%), qırmızı (23%) və
simmental (20%) cinsləri arasında daha yüksək faiz təşkil edir. Cam ışlarda
mastitlərlə xəstələnmə 0,5% təşkil edir. Finlandiya cinsli inəklərin davam lı
lığı mastitlərə qarşı ayrşir cinsinə nisbətən artıq olur. Bu cins fərqi inəklərin
mastitlərə davamlılığının genetik xarakter daşıması ilə əlaqədardır. İnəklər
və onların dişi balalan arasında mastitlərə qarşı mövcud olan davamlılığın
arasında müsbət korrelyasiya vardır. Sağlam inəklərə nisbətən mastitlərlə
xəstə inəklərdən alman düyələr arasında bu xəstəlik 1,5-2 dəfə artıq olur.
Ailələr arasında da mastitlə xəstələnmə hallan bir-birindən çox fərqli (5-
50%) olur. N orm al yelin quruluşuna və sakit sinir tipinə malik olan inəklər
mastitlərlə daha az xəstələnir. Müxtəlif laktasiyalar arasında inəklərin mas
titlərlə xəstələnməsinin korrelyasiya əmsalı 0,36-ya bərabər olur. Törədici
buğaların, dişi törəmələrin mastitlə xəstələnməsinə təsiri 14-19% təşkil edir.
Davamlılığı yüksək olan buğalann törəmələrində mastitlə xəstələnmə hallan
3-15%, həssas olanların törəmələrində isə -30-70% olur. İnəklərin mastitlərə
davamlılıq və həssaslığının növbələşmə əmsalı 0-0,8 arasında tərəddüd edir.
U.M.Krivensova (1975) görə P - LgBB inəklər (3,6%) (3 -L q AA tipli inəklə
rə nisbətən mastitlərlə daha çox (20,3%) xəstələnir. Müəyyən edilmişdir ki,
heteroziqot heyvanlar homoziqotlara nisbətən mastitlərlə daha az xəstələnir.
Bir qrup alimlərin (E.K.Menkuryeva, A.P.Soldatov, V.İ.Mutovin və b.) fik
rincə qanda komplementin və süddə lizosimin miqdarı ilə mastitlərə
davamlılığın arasında olduqca rasional korrelyativ əlaqə vardır. Qeyd olu
nan immunobioloji göstərircilərin yüksək olduğu inəklər mastitlərə qarşı çox
davamlı olur. Lizosimin konsentrasiyasının növbələşmə əmsalı 0,13-ə
bərabərdir. Son məlumatlara əsasən süddə olan laktoferrin yelinin bakterial
infeksiyalara qarşı davamlılığını xeyli artınr. Qanda və süddə leykositlərin
faqositar fəallığının yüksək olması inəklərin və qoyunların mastitlərə qarşı
davamlılıq göstərməsində çox böyük, rol oynayır və onun davamlılıqla
korrelyasiya əmsalı r=0,40 təşkil edir. Lakin süddə somatik hüceyrələrin
miqdarının norm adan çox olması heyvanların mastitlərə həssaslığını xeyli
artınr. Məsələn, törədici buğanın dişi törəmələrində süddə somatik
hüceyrələrin miqdarının çox olması onlann mastitlərin törədiciləri (patogen
stafilokoklar, streptokoklar və s.) ilə yoluxması üçün zəmin yaradır. Süddə
somatik hüceyrələrin m iqdan 500 min/ml olduqda inəklərin 30-38%-i, ondan
340