Qurd xəstəliklərinə qarşı immunitet cavan heyvanlarda zəif olur, onlar yaşa
dolduqca qüvvətlənir. Bu, yaşlılıq immuniteti adlanır. Təbii immunitetə
nisbətən qazanılmış immunitet, o cümlədən yaşlılıq immuniteti heyvanları
yoluxmadan daha çox qoruyur. A nq heyvanlar kök və gümrah heyvanlara
nisbətən qurd xəstəliklərinə daha çox həssas olurlar. A nq heyvanların
saxlanma şəraitini, yemlənmə və bəslənməsini yaxşılaşdırmaqla onlann qurd
xəstəliklərinə qarşı davamlılığını artırmaq mümkündür.
Parazitar xəstəliklər bütün dünyada ciddi problemlərdən hesab edilir.
Onlann bir çoxunun törədiciləri kosmopolit xüsusiyyətli olub müxtəlif
qitələrdə, bəziləri isə ancaq müəyyən coğrafi-iqlim zonalarında yayılmışdır.
Parazit
yaşadığı orqanizmə heç bir xidmət göstərmədən onun toxuma şirəsi
və həzm etdiyi qida hesabına yaşayır. Toksiki və mexaniki təsir nəticəsində
sahib orqanizmində maddələr mübadiləsinin, qan təzyiqinin və onun
laxtalanma qabiliyyətinin pozulması, sonsuzluq, cinsi zəiflik, bağırsaq
divarında tıxanma və keçməməzlik, daxili orqanlarda zədələnmələr, iltihab
lar, şişkinlik, nekrozlaşma, atrofıyalaşma kimi təhlükəli patoloji proseslərin
baş verməsinə səbəb olur. Parazitlər bir orqandan digərinə hərəkət etməklə
infeksiya amili üçün yol açır. M üxtəlif qrup parazitlər heyvan orqaniz
mindən xeyli zülal, sulu karbon və s. maddələr sorurlar. Məsələn, hialomma
gənələrinin dişisi heyvanların qanım soraraq, öz çəkisini 50 dəfə artırır. İt
milçəyi 13 mq qan sorur ki, bu da onun bədəninin çəkisindən 1,5 dəfə
çoxdur. Hünüİər, gögöyünlər, dəri və burun boşluğu mozalanları, gənələr
heyvanlara kütləvi şəkildə hücum edərək, onlann dərilərini zədələyir,
iltihablaşdırır, buraxdıqları zəhərlə toksiki təsir göstərirlər. HücejyədaxiH
parazitlər yoluxdurduqlan toxumaları parçalayır və ya məhv edirlər.1
Beləliklə, parazitlər bir tərəfdən heyvan orqanizmini zəiflədərək onlann
yoluxucu xəstəliklərə qarşı müqavimətini azaldır, digər tərəfdən isə dəridə
əmələ gətirdikləri zədəli yerlərdə mikroorqanizmlərin çoxalmaları və xəstəlik
törətmələri üçün şərait yaradırlar. Bəzən də özləri mikroorqanizmləri,
xüsusən, patogen mikrob və virusları mexaniki olaraq yayırlar.
Parazitar xəstəliklərin əksəriyyəti Azərbaycan şəraitində ətraflı Öyrə
nilmişdir. H eyvanlann qorxulu parazitoloji xəstəliklərinə qarşı işlənib hazır
lanmış dəyərli elmi təkliflər təsərrüfatlarda geniş tətbiq edilir. Azərbaycanda
kənd təsərrüfatı heyvanlan və quşlann helmintozlanm ilk dəfə akademik K.
1. Skryabinin rəhbərliyi ilə A. M. Petrov, D. N . Antipin, A. C. Qayıbov, M.
K. Cavadov, T. S. Skarbiloviç, balıq parazitlərini və onlann törətdikləri
xəstəlikləri isə O. Qrim, Kavrayski, V. A. Dokel, B. Q. Bıxovski, N. A.
Neçayev tədqiq etmişlər. Sonrakı dövrlərdə respublikamızda parazitologiya
elminin müxtəlif sahələri ilə S. M. Əsədov, Q. S. Qasımov, Z. M.
Şahtaxtinskaya, Y.H.Hacıyev, A. Q. Məmmədov, F.Ə.M ustafayev, N. M.
Şirinov, t. Ə. Sadıxov, T. K. Mikayılov, N. Z. Feyzullayev, S. M. Vahidova
kimi yüksək ixtisaslı mütəxəssislər məşğul olmuş, çox vacib helmintoloji
problemləri həll etmişlər. Parazitoloji tədqiqatlar ETBl-da, AMEA-nm
Zoologiya İnstitutunda, ADAU-nun müvafiq kafedralannda planlı şəkildə
davam etdirilir. A yn-ayn helmintozlann öyrənilməsi sahəsində S. Y. Əliyev,
345
Y.M. Seyidov, Y.F. Məlıkov, M .L. Kolesniçenko, Ç.Q. İsmayılov, C .l.
Sailov, A.Q. Səmədov, Ə.T. Məmmədov, T.B. Bağırov, Q.S. Gülgəzli, Q .Ş.
Hacıyev, A.H. Xəlilov. M.Ə. Keyserovskaya, X.Q. Abdullayeva, A .Ə .
Əliyev, N.S. Əsədov, R .M . Bilalov, Ə.Ə. Mehrəliyev, Ş.R. İbrahimov, Ə .Ə .
Heydərov, H.A. Paşayev, R.Ş. Eminov, F.Ş. Qurbanov, R.Q. Məmmədov,
Y.Y. Fətəliyev, A. K. Ryabinin, P.M . Cabbarov və başqalan tərəfindən
hərtərəfli tədqiqatlar aparılmışdır. 1903-cü ildə ilk dəfə Bakı şəhəri və G öy
göl rayonunun Z um abad kəndində qan-parazitar xəstəlikləri və onların
amillərini keçirən gənələrin öyrənilməsi ilə Azərbaycanda protozoologiya el
minin əsası qoyulmuşdur. Xəstəlikləri E.P. Cenkovski, İ.M. Lus, M .F. R ıx-
lovski və S.A. Qruner müşahidə etmişlər. Onlar dünyada ilk dəfə qaram alda
çox ağır keçərək yüksək tələfat verən teylerioz xəstəliyini kəşf etmiş, qoyun,
keçi və təkdımaqlı heyvanların piroplazmidozunu öyrənmişlər.
Protozoologiya sahəsində elmi-tədqiqat işlərinin müntəzəm apanlması
və kadrlann yetişdirilməsində V .LJakim ov, A.A. M arkov kimi rus alimləri
nin böyük xidmətləri olmuşdur. 1931-d ildə Azərbaycanda təşkil olunmuş
Elmi-Tədqiqat Baytarlıq İnstitutunun protozoologiya şöbəsinin əməkdaşları
respublikamızda heyvan və quşların protozoy xəstəliklərini elmi əsaslarla
öyrənmək üçün tədqiqat işlərinə başlamışlar. Şöbənin əməkdaşları bir sıra
ekspedisiyalar zamanı köçəri qoyunçuluqda piroplazmidozlan keçirən gənə-
lərə qarşı qoyunlann mərgmüş məhlulu ilə vannalarda çimizdirilməsini təşkil
etmişlər. B.L. Jakimov, M .A. Musayev, D.Ə. Mirzəbəyov, M.B. Əzimov,
N.S. Əbusəlimov, N.A. Baboşina, Ə. Ə. Ağayev, A.T. Hacıyev, Ə.Q.
Möhsümzadə, Ə.Ə. Həsənov, E.S. Qafarova, İ.Q. Zamanov, M.H.
Hümbətov, A.N. Qocayev, K.D.Mirzəbəyov, N.A. Qasımov və başqalarının
apardıqları tədqiqat işlərinin nəticəsində kənd təsərrüfatı heyvanlarının qan-
parazitar xəstəliklərinin amillərini keçirən gənələrin bioekoloji xüsusiyyət
ləri, yayılması, amillərin növ müxtəlifliyinin biologiyası və genetik aspektləri
öyrənilmiş, respublikamız şəraitində onlara qarşı müalicə və profilaktik təd
birlər işlənib hazırlanmışdır. Laboratoriyanın əməkdaşlarından Ə.S. Musta
fayev, A.P. Qəmərli, K.K. Bağırov, F.M. Əmirxanov, Ç.A. Cabbarov və
başqalan kənd təsərrüfatı heyvanlarının araxno-entomoloji xəstəliklərini və
bir çox ektoparazitlərini ətraflı öyrənmiş, səmərəli təkliflər irəli sürmüşlər,
institutun əm əkdaşlan (M .A. Əlizadə, İ.Z. Eyyubov, F.P. Atakişiyev, A.İ.
Purazim və b.) qaramalın və davann qrup halında çimizdirilməsi və gənələr-
dən təmizlənməsi üçün qurğular hazırlayıb tətbiq etmişlər.
Parazitlər müxtəlif orqanlarda və əzələ qruplarında yaşayaraq orqaniz
min hesabına qidalanır, sahiblərinə zərərli təsir göstərirlər. Bu təsir amilin
zərərlilik (patogenlik) dərəcəsindən, sahibin növündən, yaşından və orqaniz
min vəziyyətindən, eyni zam anda xarici mühitdən asılı olaraq ya gizli olur,
ya da özünü xarakterik əlamətlərlə göstərir. Helmintozlar heyvanların tələfa
tına və məhsulun itkisinə səbəb olurlar. Exinokokkozlu heyvanlarda ətin
10%-i, piyin 20%-i, ağciyər və qaraciyərin isə 50-60%-i yararsız hala düşür,
məhsuldarlıq 12%-ə qədər azalır, hər 100 baş doğar qoyundan 10 quzu
itirilir. Senuroz (dəlicə) xəstəliyinə tutulmuş qoyun öz çəkisini bəzən 50%-ə
346