daha davamlıdır. E.Əliyevin məlumatına əsasən (1978) Azərbaycanın
brusellyoza görə qeyri-sağlam olan qoyunçuluq təsərrüfatlarında qarabağ və
sovet merinosu cinslərinə nisbətən qırmızı samux cinsli qoyunlar bu xəstəliyə
çox rezistentlik göstərir. İri buynuzlu heyvavnlarda brusellyoza qarşı
davamlılığın növbələşmə əmsalı 0,194 ±0,03, konkordantlıq isə əkizlərdə
64% təşkil edir. İri buynuzlu heyvanlarda, o cümlədən Azərbaycanda
yetişdirilən cinslərdə brusellyoza davamlılıq poliqon növbələşmə nəticəsində
yaranır. Cavan qaram allar yaşlılara nisbətən brusellyoza xeyli davamlı olur.
B. abortus balaətrafı pərdənin
eritrin karbohidratınu
malik olan
toxumalarının m akrofaq və epiteli hüceyrələrində çox sürətlə çoxalıb inkişaf
edirlər. M əhz bu göstəriciyə əsasən heyvanların B. abortusa həssaslığı təyin
olunur. Sübut edilmişdir ki, Brusellalar üçün karbon və enerjinin əsas
mənbəi məhz eritrin hesab olunur. Brusellyoza həssas olan bütün
heyvanların balaətrafı pərdələrinin m akrofaq və epiteli hüceyrələrində eritrin
olduğu halda, xəstəliyə davamlı cinslərin ətənəsində həmin maddə müşahidə
edilmir.
Leptospiroz (infeksion sarılıq)
- insan və heyvanların təbii ocaqlı
infeksion xəstəliyi olub, heyvanlarda isitmə, anemiya, ikteriya (sarılıq),
hemoqlobinuriya (qanlı sidik ifrazı), balasalma və dəridə nekroz ocaqlarının
əmələ gəlməsi (iri buynuzlu heyvanlarda) ilə xarakterlənir. Xəstəlik
Spirochaetaceae ailəsinə mənsub olan Leptospira («leptos»*kiçik, «speira»-
spiral) tərəfindən törənir. Leptospiranın 2 növü-parazit (L.interroqans) və
saprofit (L.biflexa) və çoxlu sayda seroloji variantı vardır. Hər bir
serovariantm isə müxtəlif tipli ştam mlan mövcuddur. Onlar bir-biri ilə
antigenliyinə görə olduqca identikdirlər. Antigenliyinə görə hazırda patogen
leptospirlərin 19 seroqrupa bölünən 168 seroloji variantı aynd edilir. MDB
ölkələri məkanında heyvanlardan onların 7 seroloji qrupu ayrılmışdır.
Leptospiroza əsasən iri buynuzlu heyvanlar və donuzlar həssasdırlar.
Camışlar, atlar, qoyunlar, keçilər, itlər, pişiklər, vəhşi ətyeyənlər, ev və vəhşi
• quşlar, gəmiricilər, həşəratyeyənlər, kisəlilər və s. də həssasdırlar. Xəstəliyə
cavanlar daha həssas olmaqla onu çox ağır keçirirlər. Heyvanlar əsasən ağız
və burun boşluğunun selikli qişası, zədələnmiş dəri və cinsiyyət yolu ilə
yoluxur. Heyvanların leptospirozla yoluxmasında onların növ və cins tərkibi
xüsusi əhəmiyyət kəsb edir. Leptospiroza müsbət reaksiya verən iri ağ donuz
cinslərində mənfi reaksiya verənlərə nisbətən T f AA+AmAA və
TfAB+AmAA fenotipləri çox böyük, TfAA+AmBB və TfBB+AmAB
fenotipləri isə, əksinə olduqca az üstünlüyə malikdir. Müəyyən edilmişdir ki,
AB hemoqlobin tipi olan qoyunlar, A və B tipi olan qoyunlara nisbətən
leptospiroza olduqca davamlıdır, Leptospiralara heyvanların növ, cins, xətt və
populyasiya fərdlərinin həssaslığı olduqca spesffikdir. Belə ki, iri buynuzlu
heyvanlarda leptospirozun əsas törədicisi-L.hebdomadis, L.pomona, L.qrip-
potiphoza və Ltarassovi, xırdabuynuzlularda-L.qrippotiphoza, L.pomona və
L.tarassovi, donuzlarda isə-L.pomona və L.tarassovi saylın. Xəstəliyin əsas
infeksiya mənbəi və rezervuan xəstə kənd təsərrüfatı və vəhşi heyvanlar
(xüsusilə subklinik xəstələr və leptospiradaşıyıcılar), epizootoloji və epidemioloji
343
cəhətdən isə ən birinci dərəcəli və təhlükəli gəmiricilərdir. Gəmiricilər sidiyi ilə
leptosiralan ətraf mühitə, xüsusilə otlaqlara, su və yem ehtiyatlarına,
heyvandarlıq binalarına ifraz edərək onları yoluxdurur. Onların özü genetik
olaraq leptospiralara qeyri-həssasdır, yoluxmur, lakin qorxulu rezervuar
rolu oynayır. Leptospiradaşıyan heyvanlar da fekali, sidik, süd, sperm a,
ağız-burun axıntısı və s. ilə törədicisini ətraf mühitə yayaraq epizootöloji və
epidemioloji təhlükə yaradırlar. Leptospiroza görə qeyri-sağlam iri və xırda
buynuzlu heyvandarlıq təsərrüfatlarında leptospiradaşıyıcılar 14-20%,
donuzlar arasında isə -30-80% təşkil edir. Leptospiradaşıyıcılığın müddəti iri
buynuzlu heyvanlarda -6 ay, xırda buynuzlularda-9 ay, donuzlarda-2 il,
itlərdə-3 il, pişiklərdə-119 gün, tülkülərdə-514 gün təşkil edir, gəmiricilər isə
daimi və əbədi daşıyıcı sayılır.
10.4. Parazitizmin bioloji və genetik aspektləri
Parazitizm hadisəsi müxtəlif növlərdən olan iki orqanizm arasmda elə
münasibət formasıdır ki, bunlardan biri, yəni «parazit» digərindən qida
mənbəyi və yaşayış mühiti kimi istifadə edir. Bioloji həyat tərzindən asılı
olaraq parazitlər müvəqqəti və daimi olmaqla iki qrupa bölünürlər. Ektopa-
razitlər (gögöyünlər, milçəklər, taxtabitilər, gənələr və s.) sahib orqanizminin
səthində müvəqqəti yaşayaraq ondan yalnız qida mənbəyi kimi istifadə edir
lər. Daxili orqanlarda, qan-dam ar sistemində, toxumalarda, hüceyrələrdə
parazitlik edən endoparazittlər (qan parazitləri, helmintlər, dəri mozalanının
sürfələri və s.) sahib orqanizmində uzun müddət yaşayırlar, tnvazion xəstə
liklərin əmələ gəlməsi üçün müvafiq şərait, hər şeydən əvvəl canlıların in-
vaziyaya həssaslığı olmalıdır. Məsələn, atlarda və qaram alda parazitlik edən
piroplazmalar (təkhüceyrəli qan parazitləri) morfoloji cəhətdən bir-birinə
oxşayırlar. Lakin atlarda parazitlik edən piroplazma qaramalı, qaramalda
parazitlik edən piroplazma isə atlan yoluxdura bilmir. Deməli, hər heyvan
növündə xəstəliyi spesifik parazitlər törədir. Heyvanların qurd xəstəliyinə
(helmintoza) qarşı davamlılığı barədə aşağıdakıları bilmək və nəzərə almaq
lazımdır. Bioloqlar və genetiklər belə ümumi nəticəyə gəlmişlər ki,
parazitizmin bioloji əsasmı genetik ünsürlər təşkil edir. Çünki hər bir parazit
və helimint öz spesifik genetik parametrləri ilə xarakterlənir. Heyvanların
qurdlarla yoluxmasına növ, yaş və köklük dərəcəsinin, ilk dəfə və təkrar
yoluxmanın böyük təsiri vardır. Cavan heyvanlar yoluxmaya daha çox
həssas olur və xəstəliyi ağır keçirirlər. Məsələn, monieziozla, əsasən, quzular,
buzov və balaqlar yoluxurlar. Heyvan bədənində qurdlarla yoluxmaya qarşı
müəyyən davamlılıq, yəni təbii immunitet olur. Bu immunitet heyvanların
qurdlarla yoluxmasının qarşısını tamamilə almasa da, xəstəliyin gedişini bir
qədər yüngülləşdirir. Hər hansı bir qurda qarşı olan təbii immunitet həmin
qurd növü ilə yoluxub sağalmış heyvan orqanizmində daha da möhkəmlənir.
Ümumiyyətlə, istər birinci (təbii) və istərsə də ikinci (qazanılmış) immunitet
heyvan orqanizmini parazit qurdlarla təkrar yoluxmadan tam qorumur.
344