artıq olduqda - 56%-i mastitlərə məruz qalır, somatik hüceyrələrin
növbələşmə əmsalı isə 0,2-0,4-ə bərabərdir. Qaramalların əmcək kanalının
distal sahəsinin 4-5 mm olan fərdlərində mastitlə xəstələnmə hallan çox
aşağı faiz təşkil edir. Əmcək kanalmdakı epiteli hüceyrələrinin antibakterial
xassəyə m alik olması tərkibində kerotinin mövcud olduğu epitelilərdə yağ
turşularının (olein, araxin, stearin və s.) aşkar olunması ilə əlaqədardır.
M astitlərə qarşı davamlı olan qaram alların südündə laurin və miristin yağ
turşularının miqdarı çox olmaqla h2=0,38-0,58 təşkil edir. Laktasiyada olan
bütün növ heyvanlarda yelinin bakterial infeksiyalardan müdafiə olun
masında ən ümdə rolu M, A, Çı,
Ç
2
immunoqlobulinləri (İq) oynayır. İq Ç
2
defısiti olan inəklərin irinli (piogen) mastitlərə həssaslığı daha yüksək olur.
Heyvanların mastitlərlə xəstələnməsinin qarşısının alınması üçün onların
buraxılış, qurutm a dövrlərində və doğuma 15-20 gün qalmış müasir
diaqnostiki testlərlə mastitlərə görə müayinə olunmasının xüsusi əhəmiyyəti
vardır. Bu məqsədlə yelinin əmcək kanallarından aseptika və antiseptika
qaydalarına riayət olunmaqla götürülmüş sekrel nümunələri laboratoriyada
müayinə edilməli və mastit törədiciləri aşkar olunan heyvanlar dərhal
müalicə olunmalıdır.
Vərəm
- insan, heyvan və quşların M tuberkulosis tərəfindən törədilən
infeksion xəstəliyi olub, müxtəlif orqanlarda (heyvanlarda əsasən ağ ciyər və
yelində, quşlarda isə qaraciyərdə) kazeozlu nekroz törədən xüsusi düyünlərin
- tuberkullann əmələ gəlməsi ilə səciyyələnir. Vərəm törədici ilə 50 növdən
artıq məməli heyvanlar, 25 növdən çox quşlar yoluxur. Vərəmlə ən çox iri
buynuzlu heyvanlar, donuzlar, qunduzlar, toyuqlar, nadir hallarda keçilər,
itlər, ördək və qazlar, daha az isə qoyunlar, atlar və pişiklər xəstələnir,
insanlar çox həssasdır, meymunlar isə yüksək həssaslığa malikdir. Xəstəliyin
törədicisinin 3 tiri-M. tuberculosis humanus(insan tipi), M. bovis (qaramal
tipi) və M. avium (quş tipi) vardır. İnsan tipi növünə ən çox insanlar,
nisbətən isə donuzlar, itlər, pişiklər, qaram al, xəzdərili heyvanlar həssasdır,
• quşlar isə tutuquşu müstəsna olmaqla yoluxmur. Qaramal (buğa) tipinə
bütün kənd təsərrüfatı və vəhşi heyvanlar, vəhşi xəzdərililər və insan
həssasdır, quşlar isə qeyri-həssasdır. Quş tipi növü ilə əsasən quşlar,
donuzlar, nirsbətən az hallarda isə məməlilər və insan yoluxur. Bu xəstəlik,
elmi-texniki tərəqqinin dinamik yüksələn düzxətlə inkişaf etməsinə
baxmayaraq, hələ də dünya səhiyyəsi və baytarlıq təbabəti üçün ən prioritet
problem sayılır və dünyanın bütün ölkələrində insan, heyvan və quşlar
arasında yayılmaqla, çox ciddi epidemioloji və epizootoloji təhlükə
mənbəmə çevrilir.
«XIX-əsrdə dünyada baş verən bütün müharibələr zamanı
1.9000 000 insan həlak olduğu halda, gözlə görünməyən vərəm törədicisi 2 dəfə
ondan artıq adamın ölümünə səbəb olmuşdur» ( Vladimir Betina, 1976).
Heyvan və quşların bəzi cinsləri vərəmə qarşı davamlı, digərləri isə yük
sək həssaslıq göstərir. U qandada yerli ankole cinsli 6185 baş qaramalın və
rəmə görə müayinəsi zamanı 17% xəstə aşkar olunmuşdur. Lakin 26979 baş
zebudan yalnız 0,9%-i vərəmə müsbət reaksiya vermişdir. Şvis cinsli qaramal
bütün xəstəliklərə qarşı yüksək davamlılıq göstərdiyi kimi, vərəmə qarşı da
341
i
nisbətən davamlı olur. A .İ.Prudovun (1982) məlumatına əsasən xo lm o q or
cinsli qaramal vərəmə, leykoza və brusellyoza qarşı çox yüksək davam lılıq
göstərməsi ilə səciyyələnir. A. Bala (1981) sübut etmişdir ki, hind b u rax
camış cinsi arasında vərəmlə yoluxma hallarına (0,3%), digər cinslərə
nisbətən (18-25%) çox az təsadüf edilir. İri buynuzlu heyvanlar, qoyunlar və
donuzlarda vərəmə qarşı xəstələrarası davamlılıqda müəyyən fərqlərin
olması aşkarlanmışdır. Vərəmə qarşı davamlılığın növbələşmə əmsalı 0,1-
0,3, bəzi xəstələrdə isə - 0,01 - 0,49-ə bərabər olmaqla, vərəmin
konkordantlığı - 60% təşkil edir. Orqanizmin vərəmə qarşı davamlılığında
təbii antibakterial maddələrin, xüsusilə lizosimin müstəsna rolu vardır.
Vərəmə qarşı genetik davamlılıqda m akrofaqlar tərəfindən mikobakteriya-
ların öz sitoplazmasında inkişafmın dayandınlmasınm çox böyük rolu
vardır. M akrofaqlar sahib orqanizmdə mikobakteriyalann inkişafım ilkin
mərhələdə dayandınr və xəstəliyin inkişafının qarşısını alır, həmçinin onu
latent (gizli) formada saxlayır. Bəzi almilərin fikrincə iri buynuzlu heyvan
ların vərəmə qarşı davamlılığında hemoqlobinin НьВ tipinin müsbət, НьАг
tipinin isə mənfi korrelyasiyası mövcuddur, heteroziqot heyvanlar (HbAH bB)
aralıq mövqeyə malikdir. Həmçinin sübut olunmuşdur ki, transferrinin TfA
və amilazanm AmB allelinə malik olan qara-ala cinsi başqa allellilərə nis
bətən vərəmlə daha çox xəstələnir.
Brusellyoz
- İnsan və heyvanların Brusella qrupu bakteriyalan tərə
findən törədilən xroniki gedişli xəstəliyi olub, heyvanlarda balasalma, sonun
ləngiməməsi, dölsüzlük, artritlərlə xarakterlənir və dünya səhiyyəsi və
baytarlıq təbabəti üçün ciddi problem yaradır. Brusellalarm (Br. abortusun)
genetik cəhətdən bir-birindən fərqlənən aşağıdakı növü vardır:
- Brusella abortus-9 biovariantı vardır (iri buyunuzlu heyvanlar,
camışlar, yaklar, dəvələr və atlarda xəstəlik törədir);
- Br.suis-4 biovariantı vardır (donuzlarda və şimal marallarında xəstəlik
törədir);
- Br.melitenzis-3 biovariantı vardır (keçilərdə, qoyunlarda və
camışlarda xəstəlik törədir);
- Br.canis-1 variantı vardır (əsasən itlər yoluxur, Br.melitenzis,
Br.abortus, Br.suis-lə də yoluxma mümkündür).
Bu növlərin heyvanların birindən digərinin orqanizminə miqrasiya olun
ması çox böyük epizootoloji əhəmiyyətə malikdir. İri buynuzlu heyvanlar,
qoyunlar, keçilər, donuzlar və m arallar arasmda brusellyoz epizootoloji,
camışlar, atlar, itlər və digər növ heyvanlar arasmda isə-sporadik formada
baş verir.Bu xəstəliyin heyvanlar arasm da ləğv edilməsi, məhz insanların
yoluxmasının qarşısının alınması hesab edilir. Çünki bu xəstəlik insandan
insana keçmir, insan isə yalnız xəstə heyvanların südü və onun məhsulları ilə
yoluxur. İri və xırda buynuzlu heyvanlar və donuzlar təkdımaqlılara
nisbətən brusellyoza daha çox həssasdır. E.Əliyevin məlumatına görə (1975)
zebu və camışlar iri və xırda buynuzlu heyvanlara nisbətən brusellyozla çox
az hallarda xəstələnir. P.İvanov müəyyən etmişdir ki, Bolqarıstanın yerli boz
və rodosop qaramalları A vropanın bütün cinslərinə nisbətən brusellyoza
342