Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə145/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   141   142   143   144   145   146   147   148   ...   205

neytralizasiya  reaksiyasında  çox  fəal,  sitolizisdə  zəif,  kompiementlərin 

birləşməsində  isə  daha  zəif  fəallıq  göstərir,  dəri  hüceyrələri  ilə  birləşərək 

onlann sensibilizasiyasına səbə olur və ləngiyən hiperhəssaslıq törədir.

İmmunoqlobuliıt-D

 və E.  İmmunoqlobulin D-heyvanlarda zəif öyrənilib, 

İqE-isə  xeyli  allergiya  reaksiyalarının  yaranm asında  çox  böyük  rol  oynayır. 

Bunların  hər  ikisi  toxum alan  (ən  çox  isə  dəri  və  selik  qişalarını) 

sensibilizasiya edir.

İmmunoqlobulin

 -  


A-2

 növə-qan  zərdabı  və sekretora malikdir.  Sekretor 

İqA  selikli  qişaların  (tənəffüs,  mədə-bağırsaq  sistemi  və  sidik-cinsiyyət  o r ­

qanları) limfatik toxuması tərəfindən  hasil olur,  ən  çox  iti  gedişli dizenteriya 

və  qann  yatalağı  zamanı  bakteriyadaşıyıcı  adamların  qan  zərdabında  və 

koproloji  filtratlannda  müşahidə  olunur.  O,  heyvanların  qan  zərdabında 

dominantlıq  təşkil  etmir,  inəyin  südündə  14  mq/100  ml,  ağız südündə  isə  50 

mq/100  ml  miqdarında  olur,  körpə  heyvanların  peroral  və  aerozol  immuni- 

zasiyalan  zamanı  daha  güclü  və  gərginliyə  malik  olan  immunitet  yaradır, 

İqM  və  İqÇ-dən  fərqli  olaraq  komplementlə  birləşmir,  sitoliz  və  aqqlyu- 

tinasiyada  iştirak  etmir.  Sekretor İqA əsasən selikaltı toxumaların yerli anti- 

genə cavab  reaksiyası zamanı  plazmatik  hüceyrələr  tərəfindən  sintez  olunur. 

Buna  görə  də  parenteral immunizasiya  zamanı  limfa  düyünləri,  dalaq və  sü­

mük  iliyinin  im munokompotent  hüceyrələri  olduqda  fəallaşırlar.  Ümumiy­

yətlə,  immunoqlobulinlər  albuminlərə,  homolojilər  isə  heterogenlərə  nisbə­

tən çox sürətlə adsorbsiya olunur.



Antigen-antitel

  reaksiyası-spesifik  immunitetin  yaranmasmda  misilsiz 

əhəmiyyətə malikdir.  Antitellərin əsas bioloji vəzifəsi  onların antigenlərlə sü­

rətli  və  spesifik  reaksiyaya  girməsidir.  Bu  qarşılıqlı  əlaqə  aqqlyutinaisya, 

presipitasiya,  neytralizasiya  və  lizis  reaksiyaları  formasında  təzahür  edir. 

Antitellər  həm  də  m akrofaqlann  (leykositlərin)  faqositar  fəallığını  artın r 

(opsonizasiya).  İmmunitetin  spesifikliyi  antitelin yalnız onu əmələ gətirən və 

sintez  edən  antigenlə  reaksiyaya  girməsindən  ibarətdir.  Spesifik  antitellər 

olan orqanizm müəyyən müddət ərzində öz antigeninə qarşı ümumi vəziyyət­

də olur.  Həm hüceyrə,  həm də  humoral  immunitet  immunoloji yaddaş  qabi­

liyyətinə  malikdir.  Yəni  antigen  təkrarən  orqanizmə  yeridildikdə,  təkrarən 

immunoloji  reaksiya  əmələ  gəlir.  Müəyyən  şəraitdə  orqanizmin  həssaslığı 

artaraq  təkrarən  yeridilən  antigenə  qarşı  hiperhəssalıq  əmələ  gəlir.  Bu 

zaman ləngiyən və təcili tipli allergiyaya astma, anaflaksiya aiddir. Ləngiyən 

tipli hiperhəssaslıq  vərəm, bruselyoz, m anqo, paratuberkulyoz və s. xəstəlik­

lər zamanı  əmələ  gəlir.  Təcili  hiperhəssaslıq  humoral  immunitetlə,  ləngiyən 

tipli  hiperhəssaslıq  isə hüceyrə immuniteti zamanı  əmələ gəlir.  Güman edilir 

ki, antitellər bir neçə antigen birləşdirən mərkəzə malikdir.



9.9.  immunoloji  tolerantlıq. 

-   immunologiya  sahəsində  ən  böyük  və 

xüsusi  əhəmiyyətli  kəşflərdən  biri  olub,  orqanizmin  antigenin  təsirinə  qarşı 

verdiyi spesifik immunoloji reaksiyaların tamamilə əksinə olan bir prosesdir, 

onun  ya  qismən,  ya  da  tamamilə  olmamasım  səciyyələndirir.  İmmunoloji

328



rezistentlik  təliminin  banisi  P.Medavara  görə  tolerantlıq  antigenlə  əlaqəyə 

girən  zaman  orqanizmdə  yaranan  spesifik  areaktivlikdən  ibarət  olan  bir 

prosesdir.  Onun  yaranması  haqqında  Bemetə  görə  (1969)  aşağıdakı 

kriteriyalar əsas götürülür:

1.  Adi  antigen  stimuluna  qarşı  antitelin  ya  tamamilə  olmaması,  ya  da 

olduqca zəif əmələ gəlməsi.

2.  Allogen  toxumanın  transplantantm dan  orqanizmin  imtina  etmək 

qabiliyyətinin olmaması.

3.  Orqanizmin  virus  infeksiyasm  məhv  etmək,  neytrallaşdırmaq 

qabiliyyətindən məhrum olması.

4.  Sensibilizasiyadan  sonra  antigenin  təsirinə  qarşı  adi  toxuma 

reaksiyasının  olmaması.  Embrional  və  neonatal  immunoloji  tolerantlığın 

öyrənilməsi  həmin təlimin hazırlanmasında çox böyük rol oynamışdır.  1945- 

ci  ildə  R.Oyen  2  əkiz  buzovun  qanında  eritrositlərin  müxtəlif qan  qrupuna 

malik  olduğunu  aşkarlamışdır.  1953-cü  ildə  isə  M.Qaşek  iki  inkişafda  olan 

toyuq  embrionunda  ümumi  qan  dövranı  yaradaraq  (xorioallantors 

qişalarını  birləşdirməklə)  onlarda  çox  maraqlı  bir xassə  müşahidə  etmişdir. 

Onların  eritrositlərini  bir-birinə  inyeksiya  etdikdə  onlar  heç  bir  reaksiya 

göstərməmiş,  areaktiv  olmuş  və  eritrositlərə  qarşı  antitel  sintez  olunmamış­

dır.  Nəzarət  qrupunun  embrionlannda  isə  həmin  eritrositlərə  qarşı  müvafiq 

antitel  hasil  edilmişdir.  Həmin  ildə  P.M edavar  çox  maraqlı  bir  təcrübə 

qoymuşdur.  Q,  boğaz  siçanın  balalıq  divan  vasitəsilə  onun  embrionuna 

başqa təmiz xətlə siçanın dalaq  və böyrək  hüceyrələrinin qarışığını inyeksiya 

etmişdir.  Antigen  kimi  istifadə  edilən,  hücyerə qarışığı  hazırlanan  siçan-  В 

(qara  rəngli),  embrionun  antigeni  qəbul  edən  anası  isə  -  A   (ağ  rəngli)  kimi' 

qəbul  edilsə,  embrionlar  doğulduqdan  sonra  B-xəttinə  qarşı  antitel  sintez 

etməmiş,  tamamilə  areaktiv  olmuşlar.  Doğulan  balalar  böyüdükdən  sonra 

onlara  B-xəttinin  qara  rəngli  dərisi  (loskut-kiçik  bir  hissə)  köçürülmüş, 

onlarda  heç  bir  reaksiya  müşahidə  olunmamışdır.  Ağ  siçanlara  köçürülən 

qara  dəri loskutu  onların dərisi ilə birləşmiş və regenerasiya  olunmuşdur.  Bu 

cür  genetik  cəhətdən  fərqli  olan  hüceyrə və  toxumaların  bir  fərdin  orqaniz­

mində fəaliyyət  göstərməsi  və dəyişikliyə uğramaması 

j

timer

 adlanır.  Baytar­

lıq  təbabəti  üçün  ana  bətnidaxili  yoluxma  (xüsusilə  virus  infeksiyalan  ilə) 

çox  böyük  əhəmiyyət  kəsb  edir.  Bu  zaman  infeksion  balasalma  ilə  yanaşı, 

həm  də  həmin  infeksiyası,  o  cümlədən  virusa  qarşı  çox  davamlı  (rezistent) 

balalar  doğulur  və  onların  orqanizmində  virusəleyhinə  antitel  müşahidə 

olunmur.  Məsələn,  donuzların  taun  virusu  ilə  yoluxmuş  anadan  doğulan 

sağlam  çoşkalar  həmin  virusun  daşıyıcısı  kimi  (özləri  tam   sağlam  olsa  da) 

digər  sağlam  çoşkalan  yoluxdurur.  İmmunoloji  tolerantlığın 

təbii

  (özünün 

normal  komponentlərinə  qarşı)  və 

süni

  (ekzogen  yabançı  süni  antigenlərə 

qarşı)  formaları  ayırd  edilir.  Hazırda  insanda  orqan  və  toxumaların 

köçürülməsinin daha səmərəli və uğurlu olması üçün immunoloji tolerantlığa 

olduqca  böyük  ehtiyac  duyulur  və  bu  istiqamətdə  fundamental  tədqiqatlar 

aparılır.  Heyvanların  bəzi infeksion xəstəliklərinə qarşı yaranan immunoloji 

tolerantlıq bir-birindən xeyli fərqli olur.

329

i



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə