Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə155/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   151   152   153   154   155   156   157   158   ...   205

laterial)  simmetriyaya  malik  olub,  ilk  dəfə 

m ə h z  

bu  qrup  heyvanlarda  mey­

dana  gəlmişdir;  2-yastı  qurdlar  üç  rüşeym  təbəqəsinə  malikdir.  Bu təbəqələr 

ontogenez  zamanı  formalaşır.  Ektodermadan  bədən  örtüyü,  endodermadan 

bağırsaq  sistemi,  aralarında  isə  mezoderma qatı yerləşmiş  olur;  3-bədən  bel- 

qarın  istiqamətində  basıq  olub,  yarpaq  şəklində  (sorucularda),  bəzilərində 

isə  lent  (sestodlarda)  şəklindədir;  4-yastı  qurdların  ən  mühüm  xüsusiy­

yətlərindən  biri,  bir  neçə  qatdan  ibarət,  dairəvi  və  uzununa  istiqamətdə 

yerləşmiş  dəri-əzələ  kisəsinə  malik  olmasıdır.  Bu əzələ  sistemi  epiteli  altında 

bədəni  kisə  şəklində  əhatə  etdiyindən 

dəri-əzələ  kisəsi

  adlanır. 



Dəri-əzələ 

kisəsi

  elementlərinin  yığılıb-açılması  sayəsində  qurdabənzər  hərəkət  təmin 

olunur;  5-yastı  qurdlarda  bədən  boşluğu  yoxdur.  Daxili  orqanlar  mezoder- 

mal  mənşəyə  malik  birləşdirici  toxuma  və  ya  parenximlə  əhatə  olduqla­

rından  buna 

parenximatoz bədən boşluğu

  da  deyilir.  Parenxim dayaq,  ehtiyat 

maddələrin  saxlanılmasında  və  metabolizmdə  rol  oynayır;  6-həzm  borusu 

primitiv  quruluşlu,  ektoderma  mənşəli  ön  bağırsaqdan  və  ya  udlaqdan, 

endoderma  mənşəli  orta  bağırsaqdan  ibarət  olub,  kor  çıxıntı  ilə  qurtarır. 

Bəzi  parazit  formalarda  (sestodlarda)  həzm  sisteminin  tamamilə  reduksiya 

etməsi  ilə  əlaqədar  olaraq  qidalanma  endoosmotik  yolla  gedir;  7-sinir  sis­

temi  cüt  beyin  düyünündən  və  ondan  çıxan  sinir  sütunundan  ibarətdir.  Sinir 

sütunları  dairəvi çıxıntı  ilə  bir-birilə birləşir;  8-tənəffüs və qan-damar  sistemi 

yoxdur;  9-iIk  dəfə  olaraq  protoncfridial  tipli  xüsusi  ifrazat  sistemi  əmələ 

gəlmişdir.  Bu  ifrazat sistemi  şaxələnmiş  kanalcıqlardan  ibarət  olub,  parenxi- 

maya  açılan  dəstəşəkillı  kirpiklərə  malik  xüsusi  ulduz  formalı  hüceyrələrlə 

q u r t a r ı r .   B u   h ü c e y r ə l ə r d ə  

toplanmış  ifrazat  məhsulları  nazik  borularla  ifra­

z a t   q o v u ğ u n a   g ə t i r i l i r  

və  buradan  xüsusi  dəliklə  xaric edilir.  Yastı  qurdların ■

 

c i n s i y y ə t  



sistemi  əsasən  hermafroditdir,  bir  qayda  olaraq,  mürəkkəb 

a x a r l ı  

sistem 

f o r m a l a ş ı r  



ki,  bu  sistem  vasitəsilə  cinsiyyət  məhsullarının  çıxa­

r ı l m a s ı  

və  daxili  mayalanma  üçün  imkan  yaranır;  10-əksər  formalar  mürək­

kəb  inkişafa malik  olub,  nəsil  növbələşməsinə (cinsiyyətli və qcyri-cinsiyyətli 

nəsil)  və  sahib  dəyişməyə  (əsas  və  aralıq  sahib)  malikdir.  Yastı  qurdlar  tipi 

7300-ə qədər növü əhatə edir və 5 sinfə böiünür:

Kirpikli qurdlar -  Turbellarıa;

Sorucular və ya trem atodlar -  Trematoda;

Monogeneylər  Monogenoidea:

Lentşəkilli qurdlar -  Cestoidea

Sestodkimilər -  Cestodaria;

Yastı  qurdların  birinci  sinfi  (kirpikli  qurdlar)  müstəsna  olmaqla  bütün 

nümayəndələri  parazitdir.  Helmintozlar  barəsindəki  məlumatlar  D.V.IIacı- 

yev  və  b.-nm  «Parazitizmin  bioloji  əsaslan»  (1989)  adlı  dərs  vəsaitinə 

istinadən hazırlanmışdır.

Helmintozlar -  parazit qurdlar tərəfindən törədilən və olduqca geniş ya­

yılan  xəstəliklərdir.  Südçülük  komplekslərindəki  inəklərin  22%-i  fassiolyoz- 

la,  15%-i  -   paramfistomidlərlə,  39%-i  isə  -   strongilyozla  yoluxmuş  olur 

(l.Jarikov,  1981).  Parazitar  xəstəliklərə  qarşı  yaranan  qeyri-spesifik,  humo-

351



ral  və  hüceyrə  faktorlarının  rolu  bakterial  və  virus  infeksiyalannda  olduğu 

kimidir.  Cinsdaxili  və  cinslərarası  davamlılıq  və  həssaslıq,  bir  qayda  olaraq 

genetik  nəzarətdə  saxlanılır.  Bu  zaman  dəyişkənliyin  kəmiyyət  və  keyfiyyət 

göstəriciləri xüsusi  əhəmiyyət kəsb edir.



Fassiolyoz

  -   insan  və  heyvanların  qaraciyərində  parazitlik  edən 

trematodlar  növünə  aid olan  Fassiola  hepatika  tərəfindən  törədilir.  Xəstəliyi 

Fassiolide  fəsiləsinə  mənsub  olan  Fassiola  hepatica  və  Fassiola  gigantica 

sorucu  qurdlan  törədirlər.  Bunlardan  birincisinə  adi,  ikincisinə  isə  nəhəng 

fassiola  deyilir 



(şəki! 54).

  Hər iki  а т й   qaramal,  camış,  zebu,  qoyun,  keçi,  at 

və  donuzlar  arasında  yayılmşışdır.  İnsanlar  da  fassiolylzlla  yoluxurlar. 

Fassiolalar  qaraciyərdə  və  öd  yollarında  parazitlik  edirlər.  Lakin  şiddətli 

yoluxma  zamanı  onlara  ağciyər,  dalaq,  limfa  vəziləri  və  başqa  üzvlərdə  də 

təsadüf edilir. 



Adi fassiola

 kiçik  yarpaq  formasında,  enli  və  qısa  olur.  Onun 

uzunluğu  20-30  mm-ə,  eni  isə  8-12  mm-ə  çatır.  Bədənin  üzərində  ağız  və 

qarm  sormacı  vardır.  Birincinin  diametri  1  mm,  ikincinin  diametri  isə  1,5-

1.6  mm  olur.  Bədənin  ön  hissəsində  yumurtalıq,  ondan  arxada  isə  yumurta 

vəzi yerləşir.  Fassiolanm  açıq-san  rəngli  yum urtalarının uzunluğu  0,11-0,15 

mm,  eni  isə 0,07-0,08  mm olur.  M ikroskop altında yumurtanın  bir qütbündə 

qapaqcıq,  içərisində  isə  külli  m iqdarda  sarılıq  hüceyrələri  görünür. 



Nəhəng 

fassola

  adi  fassioladan  böyükdür.  Onun  bədəninin  uzunluğu  33-76 mm,  eni 

isə 5-12 mm-dir.  Ağız sormacınm diametri  1  mm,  qarm sormacımnkı isə  1,5-

1.6 mm-dir,  yumurtasının uzunluğu 0,15-0,19 mm. eni  0,06-0,07  mm-ə qədər 

olur.  Fassiolanm yumurtası  heyvanın  kalı  ilə xaricə  düşür.  Suya,  bataqlıq və 

sucaq  sahələrə  düşmüş  yum urtada  münasib  hərarət  olduqda  12-16  günə 



mirasidi

  adlanan  sürfə  əmələ  gəlir.  Azərbaycanın  təbii  otlaq  şəraitində 

yumurtada 

mirasidimn

  əmələ  gəlməsi  və  onu  tərk  etməsi  iyulda  23-25, 

avqust-sentyabrda  isə 

33-34  günə  başa  çatır.  Yumurtadan  çıxmış 



mirasidilər

  parazitin  aralıq  sahibi  olan 



şirin  su  ilbizlərinin

  bədəninə  soxulur 

və  orada,  əsasən,  33-51  gün  inkişaf  edib 

serkari

  adlanan  sürfələrə  çevrilir. 



Serkarilər

  ilbizin  bədənini  tərk  edib  suya  düşür  və  üzərək  ota,  daşa,  ilbizin 

çanağına  yapışır,  yaxud  suyun  üzərində  qalırlar.  Sonra  serkari  quyruğunu 

itirir,  öz  bədənindən  buraxdığı  maye  ilə  üzərini  qişa  ilə  örtür.  Fassiola 

sürfəsinin  bu  mərhələsi 

adoleskari

  adlanır  (şəkil  55).  Heyvanlar  adoles- 

karilori  ot  və  su  ilə  udduqda  yoluxurlar.  Bağırsaqda  şirənin  təsirindən 

adoleskarinin  qişası  əriyir.  Qişadan  azad  olunmuş  sürfə  bağırsaq  divarım 

deşərək  qarm  boşluğuna,  oradan  da  öz  fəal  hərəkəti  ilə  qaraciyərin  səthinə 

daraşır,  onun  parenximasına  keçib,  nəhayət  daimi  parazitlik  etmək  üçün  öd 

yollarına  çatırlar.  Bəzən  fassiola  sürfələri  bağırsaq  divarının  qan  damar­

larına  keçərək,  qan  vasitəsilə  qaraciyərə  düşürlər.  Qaraciyərdə  fassiola 

sürfəsi  2,4-4  ay  müddətində  inkişaf  edib  cinsiyyotcə  tam  yetişir.  Yetkin 

fassiolalar  qaraciyərdə  4-5  il,  bəzən  daha  çox  yaşayırlar.  Respublikanın 

bütün  təbii-iqtisadi  zonalarında  heyvanların  adi  və  nəhəng  fassiola  növü  ilə 

yoluxması  qeyd  olunur.  Fassiolyozun  yayılması  üçün  əsas  mənbələr  şirin 

sulu  durğun  göllər,  axmazlar,  sucaqlar,  qaynamalar,  suvarılan  torpaqlar  və 

su  çıxarılan  otlaqlarda isə su arxları,  xırda  və orta  həcmli  suvarma  kanalları,

352



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə