Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə149/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   145   146   147   148   149   150   151   152   ...   205

davamlı  olan  heyvan  ailəsi  və  xətləri  aşkar  edilir.  Bu  üsuldan  heyvanların 

rezistentliyini  artırmaq  üçün  seleksiya  proqramları  hazırlanarkən  daha  çox 

istifadə olunur.

Genetik  markerbrin xəstəliklərə meyllıliklə  əlaqəsinin

  öyrənilməsi üsu­

lu -  xəstəliklərə davamlılıq və həssaslığın  irsi  determinasiyasmm sübüt olun­

ması  zamanı  daha  səmərəli  və  dəqiq  üsul  sayılır.  Məsələn,  B21-   allelli  qan 

qrupu olan  quşların  Marek  xəstəliyinə davamlılıqla  əlaqəsi  və  s.,  bu  üsulla 

daha dəqiq  müəyyən  edilir.  Bu zaman  genetik  korrelyasiyaların xəstəliklər­

lə  əlaqəsini  dəqiqləşdirmək  məqsədilə  bir  neçə  markerlərdən,  xüsusilə  bio- 

kimyəvi markerlərdən istifadə olunması daha məqsədəuyğundur.  Belə ki,  in­

sanda  qanın  plazmasmdakı xolesterinin ürəyin  işemik  xəstəliyi  ilə  əlaqəsinin 

genetik  korrelyasiya  əmsalı 0,54  təşkil  edir.  Davamlılığın  sadə  növbələşməsı 

-  mahiyyətcə orqanizmin-xəstəliklərə  qarşı  rezistentliyi-  bir və  ya  bir neçə 

genlərin  nəzarəti  ilə  tənzimlənir.  Hazırda  elmə  yalnız  bir neçə  sadə  növbə­

ləşmə 

ilə  müşayət  olunan 



irsi-mühit  xəstəlikləri  məlumdur.  Onlardan 

bəzilərini şəhr edirik.



Viruslar.

  Quşlarda  limfoid  leykoza  qarşı  davamlılığın  autosom-domi- 

nant  növbələşməsi  daha  ətraflı  öyrənilməklə  (Krittenden,  1974),  bu  zaman 

genetik  rezistentliyin iki əsas səviyyəsi aşkar olunmuşdur:

-  Virus infeksiyasına qarşı hüceyrə davamlılığı;

-  Virusla  yoluxmuş quşlarda  şişlərin  inkişaf etməsinə  qarşı  rezistentlik. 

Müxtəlif zoopatogen  viruslarda  irsi  növbələşmə fərqli  xüsusiyyətlərə malik­

dir.


Bakteriyalar.

  Bağırsaq  çöplərinin  (E.  coli)  bəzi  ştammları  yeni  doğulan 

çoşqalarda  diareya  -   ishal  törədir.  Lakin  K88-antigenlərinə  malik  olan 

ştammlara  qarşı  bəzi  çoşqalar nişbətən  davamlı  olur.  Bu,  həmin  çoşqalarda 

ən  sadə  irsiyyət  əlamətlərinin  -   xüsusi  reseptorların  mövcud  olması  ilə  əla­

qələndirilir.  Həmin  reseptorlara  malik  olan  analar  və  onlardan  alınan 

balalar  E colinin pozitiv K88  -  ştammlarma qarşı çox davamlılıq göstərir və 

• bu  proses  yalnız ananın  ağız  südü  ilə  qeyd  olunan  ştammlara  qarşı  spesifik 

antitellər  (immunoqlobulinlər)  balanın  orqanizminə  daxil  olan  müddət 

ərzində davam  edir.



Nematodlar.

  Ədəbiyyat  məlumatlarına  əsasən  qoyunların  H.Contortus 

tərəfindən  törənən  hemoxoz  xəstəliyinə  qarşı  davamlılığı  sadə  dominant 

əlamət  kimi  növbələşir.  Siçanların Trichuris  mures  nem atoduna qarşı selek­

siya  vasitəsilə  davamlı  nəslinin  yetişdirilməsi  zamanı  75% həssas  və  100% 

davamlı  xətlər  alınmışdır.  Ueyklin  (1983)  sübut  etmişdir  ki,  həssaslıq  çoxlu 

sayda genlərdən  asılı olmaqla,  dominant  əlamət  kimi  növbələşir.  Bu təcrü­

bə F fərdlərin və çarpazlaşma nəticəsində onlardan alman hibrid törəmələrin 

analizinə  əsaslanır.  Başqa  təcrübələrlə  müəyyən  olunmuşdur  ki,  orqanizm­

dən  helmintlərin  (Tricninella  spiralis)  qovulma sürəti  dominant  əlamət sayı­

lır.  Belə ki,  bəzi xətlərdə yetişmiş helmintin qovulması  11-12 saat, digər qrup 

xətlərdə isə -  20 saat müddətində başa çatır.

339



10.3.  BAKTERIOZLARA QARŞI GENETİK DAVAMLILIQ 

VƏ H ƏSSASLIQ



Mastitlər -

  süd  vəzinin  iltihabı  olmaqla  əsasən  patogen  stafılokokklar 

(Stafılokokkus  aureus)  və  mastit  streptokokları  (Streptococcus  aq alak tiae) 

tərəfindən  törədilir.  Qaramalda  bu  xəstəlik  həm  də  mexaniki,  kim yəvi, 

texniki,  amillərin  təsirindən  yaranır.  BEB-  in  (Beynəlxalq  E pizootiya 

Bürosunun)  məlumatına  görə  kənd  təsərrüfatı  heyvanları  arasında  bu 

xəstəlik  daha  geniş  yayılmaqla,  onun  subklinik  (gizli,  latent,  əlamətsiz) 

forması  50%  təşkil  edir,  xəstə  inəklərdə  isə  illik  süd  sağımı  300  kq  azalır. 

Südlük  qaramal  cinsləri  camış  və  zebulara  nisbətən  mastitlərə  nisbətən  çox 

həssas  olmaqla,  bu  xəstəlik  əsasən  qara-ala  (26%),  qırmızı  (23%)  və 

simmental  (20%)  cinsləri  arasında  daha  yüksək  faiz  təşkil  edir.  Cam ışlarda 

mastitlərlə xəstələnmə 0,5%  təşkil  edir.  Finlandiya  cinsli  inəklərin  davam lı­

lığı  mastitlərə qarşı ayrşir cinsinə nisbətən  artıq  olur.  Bu  cins  fərqi inəklərin 

mastitlərə  davamlılığının  genetik  xarakter  daşıması  ilə  əlaqədardır.  İnəklər 

və  onların  dişi  balalan  arasında  mastitlərə  qarşı  mövcud  olan  davamlılığın 

arasında  müsbət  korrelyasiya  vardır.  Sağlam  inəklərə  nisbətən  mastitlərlə 

xəstə  inəklərdən  alman  düyələr  arasında  bu  xəstəlik  1,5-2  dəfə  artıq  olur. 

Ailələr  arasında  da  mastitlə  xəstələnmə  hallan  bir-birindən  çox  fərqli  (5- 

50%)  olur.  N orm al  yelin quruluşuna və  sakit  sinir  tipinə  malik olan  inəklər 

mastitlərlə  daha  az xəstələnir.  Müxtəlif laktasiyalar  arasında  inəklərin  mas­

titlərlə  xəstələnməsinin  korrelyasiya  əmsalı  0,36-ya  bərabər  olur.  Törədici 

buğaların,  dişi  törəmələrin  mastitlə  xəstələnməsinə  təsiri  14-19%  təşkil  edir. 

Davamlılığı yüksək olan  buğalann  törəmələrində  mastitlə xəstələnmə  hallan

3-15%,  həssas  olanların  törəmələrində isə -30-70% olur.  İnəklərin mastitlərə 

davamlılıq  və  həssaslığının  növbələşmə  əmsalı  0-0,8  arasında  tərəddüd  edir.

U.M.Krivensova (1975) görə P -  LgBB inəklər (3,6%) (3 -L q  AA tipli inəklə­

rə  nisbətən  mastitlərlə  daha  çox  (20,3%)  xəstələnir.  Müəyyən  edilmişdir  ki, 

heteroziqot heyvanlar homoziqotlara nisbətən mastitlərlə daha az xəstələnir. 

Bir qrup alimlərin  (E.K.Menkuryeva,  A.P.Soldatov,  V.İ.Mutovin və b.) fik­

rincə  qanda  komplementin  və  süddə  lizosimin  miqdarı  ilə  mastitlərə 

davamlılığın  arasında  olduqca  rasional  korrelyativ  əlaqə  vardır.  Qeyd  olu­

nan immunobioloji göstərircilərin  yüksək olduğu inəklər mastitlərə qarşı  çox 

davamlı  olur.  Lizosimin  konsentrasiyasının  növbələşmə  əmsalı  0,13-ə 

bərabərdir.  Son  məlumatlara  əsasən  süddə olan  laktoferrin  yelinin  bakterial 

infeksiyalara  qarşı  davamlılığını  xeyli  artınr.  Qanda  və  süddə  leykositlərin 

faqositar  fəallığının  yüksək  olması  inəklərin  və  qoyunların  mastitlərə  qarşı 

davamlılıq  göstərməsində  çox  böyük,  rol  oynayır  və  onun  davamlılıqla 

korrelyasiya  əmsalı  r=0,40  təşkil  edir.  Lakin  süddə  somatik  hüceyrələrin 

miqdarının  norm adan  çox  olması  heyvanların  mastitlərə  həssaslığını  xeyli 

artınr.  Məsələn,  törədici  buğanın  dişi  törəmələrində  süddə  somatik 

hüceyrələrin  miqdarının  çox  olması  onlann mastitlərin  törədiciləri  (patogen 

stafilokoklar,  streptokoklar  və  s.)  ilə  yoluxması  üçün  zəmin  yaradır.  Süddə 

somatik hüceyrələrin m iqdan 500 min/ml olduqda inəklərin  30-38%-i, ondan

340



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə