Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə147/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   143   144   145   146   147   148   149   150   ...   205

Talassemiya

  -   defektli  genin  valideynlərdən  övladlarına  ötürülməsi 

nəticəsində  əmələ  gələn  irsi  qan  xəstəliyi  olub,  hemoqlobin  sintezinin 

pozulması  və  xroniki  anemiya  ilə  xarakterlənir.  O nun  2  növü-talassemiya 

geninin  daşıyıcılığı  (heteroziqot)  və  böyük  (homoziqot)  talassemiya -   möv­

cuddur.  Talassemiya  geninin  daşıyıcıları  praktiki  olaraq  sağlam insanlardır. 

Ancaq  onlar  talassemiya  genini  yalnız  öz  uşaqlarına  ötürə  bilər.  Dünyada 

talassemiyanın  ən  geniş  yayıldığı  ölkələrdən  biri  də Azərbaycandır.  Hazırda 

ölkəmizdə  hər  12  nəfərdən  biri talassemiya  geninin  daşıyıcısıdır,  hər il 200-ə 

qədər  talassemiya  ilə  xəstə  uşaq  anadan  olur  və  rəsmi  məlumatlara  əsasən 

onların  sayı  900  nəfərə  çatır.  Əslində  bu  rəqəm  daha  böyükdür,  çünki 

regionlarda talassemiyanın dəqiq diaqnozunu təsdiq etmək mümkün deyil və 

belə  xəstələr  rəsmi  qeydiyyata  düşmürlər.  Qeydiyyatda  olan  xəstələrin 

əksəriyyəti  Bakı şəhərində müalicə edilir.  Lazımı tibbi yardım təşkil olunmuş 

ölkələrdə  talassemiyalı  xəstələr nəinki  erkən  yaşlarında  tələf olmurlar,  həm 

də  ailə  qurur  və  cəmiyyətə  tam  inteqrasiya  olunurlar.  Azərbaycan 

Respublikasının  ərazisində  hemofliya  və  talassemiyalı  xəstələrə  yüksək 

səviyyədə  ixtisaslaşdırılmış  tibbi  yardım  B.Eyvazov  adına  Elmi-Tədqiqat 

Hemotologiya  və  Transfuziologiya  İnstitutunda,  akademik  M.Mirqasımov 

adma  Respublika  Klinik  Xəstəxanasmda,  Gəncə  və  Şəki  rayonlararası 

qanköçürmə  mərkəzlərinin  nəzdindəki  qanın  irsi  xəstəliklərinin  müalicəsi 

üzrə  gündüz  stasionarlarında  göstərilir.  Son  illər  ölkəmizdə  hemofiliya  və 

talassemiyanın  müalicəsinin  səmərəliliyini  artırmaq  məqsədi  ilə  bir  sıra 

tədbirlər  həyata  keçirilməsinə  baxmayaraq,  lazımi  həcmdə  desferal 

(dəmirqovucu)  və  laxtalanma  faktor  preparatları  ilə,  testlərlə,  leykositar 

filtrlərlə,  elektron  transfuzion  sistemlərlə  və  müasir  avadanlıqlarla  təmin 

edilmədiyinə  və  donor  qanının  qıtlığına  görə  əlaqəli  və  ardıcıl  yardım  sis­

teminin yaradılması hələ də günün tələbi ilə uzlaşmır.

XXI-əsr  bəşəriyyətin  tarixinə  hər  şeyin  insan  sağlamlığına  yönəldilməsi 

və xidmət  etməsi  əsri  kimi  daxil  olmaqla,  ÜST-nın fəaliyyətinin  prioritet  sa­

dələrindən  biri  də  irsi  xəstəliklərlə  mübarizə  sayılır.  Bu  məqsədlə 

populyasi- 

yanın genetik  monitorinqi üsulu

  ən  ümdə  üsul  hesab  olunur.  Bu  üsulla  həm 

mutagen,  həm  də  ekoloji  amillərin  rolu  aşkar  olunur.  Hazırda  alimlər  irsi, 

kimyəvi,  ekololji  amillərin  mutagen  fəallığını  azaldan  və  tamamilə  aradan 

qaldıran yeni axtarışlar aparır, rentgenoloji və radioloji tədqiqatlardan və ci­

hazlardan  imtina  edilməsini  məqsədəuyğun  hesab  edirlər.  Alimlər  həmçinin 

yeni  antimutagen  preparatların  axtarışı  üçün  qlobal  tədqiqatlar  aparırlar. 

Sübut  edilmişdir  ki,  C  və E vitaminləri  güclü  antimutagen  xassəyə  malikdir. 

Beləliklə,  anadangəlmə  xəstəliklərin  qarşısının  alınmasının  çox  ciddi  prob­

lem  olmasını  və əhali  artımına neqativ təsir göstərməsini nəzərə alaraq ÜST 

başlıca  üsullar  sırasına  ətraf  mühit  amillərinin  mühafizəsini  və  ekoloji  ge­

netik  mutagenlərin  qarşısının  alınmasını,  antimutagen preparatların istehsa­

lını,  ailənin  planlaşdınlmasını,  doğuşdan  əvvəl  diaqnostikanı  və  profilakti­

kanı daxil etmişdir.



333


TARİXDƏN  SƏHİFƏLƏR

ŞekilSI.

 

Şahzadə  Leopold xüsusi 



əlil 

arabasında 

ÇAR XƏSTƏLİYİ

Hemofiliyam  "çar  xəstəliyi  də  adlandırırlar.  Bu  xəstəlik  vaxtilə  Avropa 

kralları  arasında  çox  geniş  yayılmışdı.  Xəstəlik  irsidir-anadan  oğula  keçir. 

Tarixdə ilk  dəfə  olaraq bu xəstəlik  İngiltərədə,  kraliça Viktoriyanın oğlunda 

qeydə alınmışdır.  Onun adı Leopold  idi.  Avropa krallan b ir- biri ilə qohum 

nigahlar  bağladığından  bu  xəslək  bütün  Avropa  sülalələrinə  təsirini 

göstərmişdir.  Sonuncu  Rusiya  çarı  II  Nikolayın  oğlu  şahzadə  Aleksey 

hemofiliyadan  əziyyət  çəkirdi.  O  zam anlar  nə  faktor  preparatları  mövcud 

idi,  nə  də  qanköçürmə təcrübəsi.  Ona  görə  də  Aleksey kiçik  yaşlarında  belə 

əlil  olmuşdu.  Gördüyünüz  fotoda  Aleksey  ayağım  pilləkənə  basıb.  Bunun 

səbəbi odur ki, şahzadə ayağım tam aça  bilmirdi.

334



Şəkil 52.  Kraliça Viktoriya  anası  ilə

Şəkil 53.  Rus çarı  II  Nikolayın oğlu hemofiliyalı şahzadə Aleksey

335


Elmi  əsaslarla  sübut  olunm uşdur  ki,  heyvan  və  quşların  bəzi  növləri, 

cinsləri  və  qrupları  müxtəlif  xəstəliklərə  qarşı  davamlı,  yaxud  həssas  olur. 

İrsi  rezistentlik  (davamlılıq),  yaxud  həssashq  mikro  və  makrorqanizmlərin 

mutasiya  prosesi  nəticəsində  baş  verən  qısaldılmış  təkamül  zamanı yaranır. 

Məsələn,  atlar genetik olaraq  dabaq,  qaramalın və  donuzların  taununa,  qo­

yunların  bradzot,  enterotoksemiya  xəstəliklərinə,  qoyun,  qaramal  cinsləri 

atlann  m anqo,  saqqo,  infeksion  anemıya,  ensefalomielit  xəstəliklərinə,  to ­

yuqlar  isə  qarayaraya  qarşı  çox  davamlıdırlar.  Kənd  təsərrüfatı  heyvanları­

nın  genetik  xəstəlikləri  və  anom aliyalan  insanda  olduğu  kimi  6-8%  təşkil 

edir.  Lakin xəstəliklərin daha  böyük və  genetik təbiəti hələ də  geniş  və ətraflı 

öyrənilməmişdir.  İrsiyyət,  yaxud 

irsiyyət -  mühit

 yönümlü xəstəliklər baytar­

lıq  təbabəti  üçün  xüsusi  əhəmiyyətə  malikdir.  Bu  qrupa  aid  olan  xəstəliklər 

(leykoz, vərəm,  brusellyoz, mastitlər, ətraflann xəstəlikləri və s.) irsiyyətin və 

mühit  amillərinin  təsirindən  yaranmaqla  onların  xüsusi  çəkisi  heyvanların 

bütün  xəstəliklərinin  təqribən  92%-ə  qədərmi  təşkil  edir.  Onlar  heyvan­

darlığa  çox  böyük  iqtisadi zərər verməklə,  həm  də insanlar üçün  (brusellyoz, 

vərəm, dabaq və s.) də olduqca təhlükəlidir.



Davamlılıq  (rezistentlik)  -

  orqanizmin  patoloji  proseslər  törədən  fiziki, 

kimyəvi və bioloji amillərin təsirinə qarşı  göstərdiyi müqavimətdən ibarətdir.

 Bu məvhum immünitetdən fərqlənməklə olduqca geniş diapozona malikdir.'



Həssaslıq

  -   orqanizmin  patoloji  proseslər  töfədən  fiziki,  kimyəvi  və 

bioloji  amillərin  təsirinə  meyllilik  göstərməsindən  ibarətdir.  Davamlılıq  və 

həssaslıq  hər  hansı  bir  növə  mənsub  olan  heyvan  və  quşlar  üçün  mütləq 

deyil,  nisbi  xarakter daşımaqla  yüksək,  orta  və  aşağı  səviyyədə mövcud  ola 

bilər.


Xəstəlik

  -  orqanizmin  normal  həyat fəaliyyətinin fizioloji  və biokimyəvi 

proseslərinin  ahənginin  pozulması və  patoloji  məcraya yönəlməsidir. 

Xəstə­

lənmə

 -  xəstəliyin,  patoloji  prosesin  baş verməsidir. 



Xəstəliklərin törədiciləri 

-   müxtəlif yollarla  (aerogen,  alimentar,  dermal  və  s.)  orqanizmə  daxil-ol- 

duqdan  sonra  həssas  orqanizmdə parazitlik  etməklə patoloji  proses törədən 

yoluxucu  agentlərdir.  Həmin  agentlərə  patogen  (patoloji  proses  törədən) 

mikroorqanizmlər,  viruslar,  helmint  və parazitlər  aiddir.  Yoluxucu  agentlər 

insan,  heyvan,  quş,  balıq  və  anlarda  infeksion  və invazion  xəstəliklər  törət­

məklə iki əsas göstərici -  patogenlik və virulenthk xassəsi ilə -   səciyyələnir.

Patogenlik

  -   hər hansı  bir yoluxucu  agentin  həssas  orqanizmə  daxil 

olduqdan  sonra  onun xəstəlik  törətmə xassəsini xarakterizə edir.  Patogenlik 

həm də yoluxucu agent növünün irsiyyət əlamətidir.



Virulentlik

 -  həssas  orqanizmlərdə yoluxucu  agentlərin  xəstəlik  törətmə 

dərəcəsini  xarakterizə  edən  göstəriei  olmaqla  törədicinin  ayn-ayrı 

ştammlarında  (hər  bir  yoluxmuş  fərdin  patoloji  materiallarından  ayrılan 

yoluxucu agent) bir-birindən  fərqli olur.

Rezistentlik  və  həssaslığın  növbələşməsi.

  Xəştəliklərin  irsiyyət  yö­

nümlü  genetik  təbiətinin  öyrənilməsinin  həmişə  genetiklərin  diqqət  mərkə­

zində  olmasmasına  baxmayaraq,  bu  məsələ  hələ  də  ətraflı  şəhr  olunmayıb.

336



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə