Dərslik I hiSSƏ Azərbaycan Respublikası Təhsil



Yüklə 4,83 Mb.
Pdf görüntüsü
səhifə148/205
tarix02.03.2018
ölçüsü4,83 Mb.
#29460
1   ...   144   145   146   147   148   149   150   151   ...   205

Bu  qrupa  mənsub  olan  xəstəliklər üçün  səciyyəvi  xüsusiyyətlər aşağıdakılar­

dan ibarətdir:

-  Orqanizmin  davamlılıq  və  həssaslığının  polifaktorial (çoxlu  gen­

lər tərəfindən törədilməsi) nəzarətə alınması;

-   Xəstəliyin xarakterik kliniki form adan  fasiləsiz olaraq  normaya,  baş­

qa  sözlə həssaslıqdan davamlılığa keçməsi;

-  Xəstəliyin geniş  və  sürətlə yayılması,  yəni populyasiyalar  arasında  nə­

zərə  çarpmayan dərəcədə genetik fərqlərin olması;

-  Xəstəliyin  baş verməsinin  böyük dəyişikliyə malik olması;

Biryumurtalı  əkizlərdə  nəzərə  çarpmayan  fərdlərin  olmasını  və  geno-

tipinə  görə  heyvanların  irsiyyət  yönümlü  xəstəliklərə  münasibətini  nəzərə 

alaraq  onları  iki  qrupa  -   «sağlam»  və  «xəstə»  bölürlər.  Heyvanlar  fəal 

genlərin  təsirinin  müəyyən  hüduda  (astanaya)  çatdığı  və  əlverişli  mühit 

şəraiti  mövcud  olduğu  zaman  xəstələnir.  Orqanizmin  xəstəliklərə  davam­

lılığı  və  həssaslığı  hüdud  astanası  əlamətləri  (polifaktorial  növbələşmə, 

parçalanmanın  fasilə  ilə  baş  verməsi  və  s.)  ilə  xarakterlənir.  İrsiyyətcə 

həssas  olan  heyvanlar  virulent  törədici  olmadığı  halda,  bir  qayda  olaraq 

xəstələnmir.  Xəstəliklərə  davamlılıq,  yaxud  həssaslıq  bəzən  bir  və  ya  bir 

neçə-genlərdən  asılı  olaraq  yaranır  və  lokusların  çoxluğu  ilə  təyin  edilir. 

Poligen  növbələşmə  zamanı  populyasiyaya  valideynlərin  və  birinci  nəsil 

hibridlərin  davamlılığı  və  həssaslığı  normal  halda  paylanır.  Rezistentliyin 

genetik  nəzarətinin  öyrənilməsi  üçün  valideynlərin  əks  fenotipli  hibridlərlə 

(Fı),  həmçinin  onların  törəmələrinin  valideyn  formaları  ilə  çarpazlaşması 

vacib  məsələ  sayılır.  Polifaktorial  xəstəliklər  zamanı  əlamətlərin  paylan­

masının iki əsas forması vardır:

-   Subklinik  (gizli,  əlamətsiz,  latent)  forma  fasiləsiz  olaraq  normadan 

xəstəliyin  nəzərə  çarpan  xarakterik  kliniki  əlamətlərinin  görünməsi  dövrünə 

keçidlə xarakterlənir;

-  Xəstəliyin  xarakterik  kliniki əlamətlərinin  fasilə  ilə  biruzə verdiyi for­

ma  -polifaktorial  xəstəliklərin  əksəriyyəti  üçün  fasiləsiz  dəyişkənlik  və 

fenotiplərin  hüdud  astanasında  baş  verməsi  əsas  xarakterik  xüsusiyyət 

sayılır.  Həmin  xəstəliklərin  öyrənilməsi  məqsədilə  Q.Mendel  əlamətləri 

səmərə  vermədiyi  üçün  yalnız  genetikada  geniş  istifadə  olunan  say  (miqdar) 

əlamətlərinə istinad  edilməlidir.



10.2.  Xesteliklerə irsi davamlılıq və həssaslığın 

öyrənilmə  üsulları

Heyvanların  xəstəliklərə genetik  davamlılığı  və həssaslığının  öyrənilməsi 

məqsədilə aşağıdakı üsullardan istifadə olunur:

-  Əkizlər analizi;

-  Növ, cins, xətələrarası və ailədaxili fərdlərin aşkar edilməsi;

-  Seleksiya eksperti;

-  Kliniki -   geneoloji analiz;

337



-  Xəstəliklərin m arker genlərlə əlaqəsinin analizi;

-  Populyason statistik analiz:

İrsi  davamlılıq  və həssaslığın  öyrənilməsi  üçün  qeyd  oilman  üsullardan 

təklikdə deyil, birgə (kompleks) istifadə edilməlidir.



Ə kizhr  üsulu

  -   Bu  üsulda  xəstəliklərin 

etiologiyasında  irsiyyətin  və 

mühit  amillərinin  rolu  və  onların  nisbəti  öyrənilir.  Bunun  üçün  əvvəlcədən 

konkordantlıq  (qarşılıqlı  vəhdət)  və  diskordanthq  (fərdi)  müəyyənləş­

dirilməlidir. 



Konkordanthq

  -   əkizəlrin  hər  ikisində  xəstəliyin  mövcud 

olmasını və ya  onlann heç  birində  olmamasım ifadə  edir. 

Diskordanthq isə

 -  


əkizlərin  yalnız  hər  hansı  birində  mövcüd  əlamətin  olmasından  ibarətdir. 

İkiyumurtalı  əkizlərə  nisbətən,  biryumurtalı  əkizlərdə  müxtəlif  xəstəliklər 

zamanı  əlamətlərin  oxşarlığı  daha  çox  olur.  İnsanda  biryumurtalı  əkizlərin 

vərəmə  görə  konkordantlığı  74%,  raxitə  görə  -   88%,  şəkərli  diabetə  görə  -  

84%,  ikiyumurtalı  əkizlərdə  isə  müvafiq  olaraq  -   28%,  22%  və  37%  təşkil 

edir.  Əkizlər üsulunun xəstəliklərə davamlılığın genetik determinasiyasım sü­

but  etməsinə 

baxmayaraq,  bu  üsulla  rezistentliyin  növbələşməsinin  tipini 

(monogen,  poligen,  autosom  və s.) təyin etmək qeyri -  mümkündür.  Cinslər- 

arası, 


yaxud  xətlərarası  fərqlərə  əsaslanan  üsulla  xəstəliklərə  qarşı  da­

vamlılığın  təyini  zamanı  genetik  amillrin  əlamətlərin  determinasiyasmda 

roluna  istinad  olunur.  Şotlandiya  cinsli  qarabaşlı  qoyunlar  ümumiyyətlə 

hemonxoz  xəstəliyinə  tutulm ur,  Fin  dorset  cinsi  isə  bu  xəstəliyə  daha  həs­

sasdır.  Friz  və  ayrşir  qaram al  cinslərinə  nisbətən,  Cersey,  qırmızı-ala,  şvis 

cinsli qaram allar hipokalsemiyaya (kalsium  çatışmazlığı) olduqca həssasdır­

lar.  Göydil  (blutanq)  Afrika  ölkələrində  100  ildən  çoxdur  ki,  qoyunçuluğa 

böyük  iqtisadi  zərər  verir.  İti  gedişli  və  kontagioz  olmayan  həmin  xəstəlik 

ağız  boşluğunun  şelikli  qişasının,  dilin  iltihabı,  ətrafların  dərisinin 

nekrozlaşması  və  ölüm  faizinin  yüksək  olması  ilə  səciyyələnir.  Yerli  Afrika 

və  Asiya  qoyun  cinsləri  (qaragül,  qarabaşlı,  fars  və  s.)  Avropa  cinslərinə 

nisbətən  göydilə  daha  davamlı  olur.  Seleksiya  nəticəsində  orqanizmin  xəs­

təliklərə  qarşı  davamlılığının  yüksəlməsi  rezistentliyin  və həssaslığın  genetik 

olaraq  əmələ gəlməsini  bir daha sübut edir.  Məsələn,  siçovulların seleksiyası 

zamanı  11  nəsil  törəməsindən  sonra  alman  törəmələr dişlərin kariesini  törə­

dən bakteriyalara  qarşı  əvvəlki (sələf)  nəslə  nisbətən  7 dəfə artıq genetik d a­

vamlılıq göstərmişdir.

Populyasion

 -  


statistika

 üsulundan  istifadə olunduqda  genetik paramet- 

lərə (növbələşmə,  korrelyasiya  və  təkrarlanma  əmsalları,  genlərin say tezliyi 

və  s.)  istinad  olunur.  Məsələn,  buzovların  prenatal  ölümünün  növbələşmə 

əmsalı  0,04 təşkil edir.  Bu  isə  həmin  əlamətə  görə  populyasiyada  heyvan­

ların  genetik  müxtəlifliyiymn  çox  aşağı  səviyyədə  olduğunu  göstərir.  Hey­

vanların  mastit xəstəliyinə  qarşı  genetik  davamlılığının  müxtəlifliyi nisbətən 

yüksək olur (h2 = 0,25).



Kliuiki

 -  


genealoji üsul

 -  elmi-praktiki  cəhətdən  ən əlverişli, əhəmiyyətli 

və  mütərəqqi  üsul  hesab  olunmaqla,  onun  vasitəsilə  irsi  xəstəliklər,  onlann 

genetik  təbiəti, genlerin  ilişkənliyi, xromosom  xəritəsinin tərtibi,  genlərin 

qarşılıqlı  əlaqəsi  öyrənilir,  eləcə  də  genetik-cəhətdən  xəstəliklərə  daha

338



Yüklə 4,83 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə