Məməlilərdə B-limfositlərin funksiyasım onların analoqu olan hücey-
rələr-lifoepitelial törəmələr (bağırsaqların peyer yığımları, appendiks,
badamvari vəziləri və s.), həmçinin sümük iliyi və limfa düyünləri yerinə
yetirir.
Şəkil 49.
Quşlarda Fabrisius kisəsinin lokalizasiyası
Təbii killerlər isə nisbətən sonralar aşkarlanmaqla, onlar əvvəlcə sümük
iliyində, sonra isə dalaqda öz inkişaf mərhələlərini keçirir. В və T -
limfositləri klonal quruluşa malik olmaqla, çoxlu sayda-milyardlarla,
limfositlər nisbətən az sayda-milyonlarla-olan
ailaciklər-klonlar
əmələ
gətirir. K lonun hər biri yeganə unikal reseptoru olan hüceyrənin bölünüb
çoxalmasının məhsuludur və bir-birindən səthlərindəki reseptor funksiyasım
yerinə yetirən xüsusi molekulun quruluşuna görə fərqlənir, həm də yalnız öz
reseptorlanna uyğun olan antigen vasitəsilə əlaqəyə girir. Limfositlərin
təbiətdə mövcud olan bütün antigenlərin fərdi olaraq tanınması, seçilməsi,
tutulması funksiyasını icra etməsini məhz milyonlarla klonlar təmin edir və
tənzimləyir. K lonlar tərəfindən antigenlərin tutulması yalnız onların
fəallaşmasım-ekspansiyasmı və immunoloji reaksiyalarda iştirakı zəminində
təmin olunur, konkret bir antigenin tutulmasında bütün limfositlər deyil,
yalnız onların bəzi klonları iştirak edir, Limfositlərin klonlara bölünməsi
prosesi onlarm mərkəzi limfoid orqanlarda (sümük iliyi və timusda) inkişafı
mərhələsində baş verir. Fəallaşmamış В və T-limfositləri morfoloji cəhətdən
çox identikdir, dairəvi formaya malikdir, hüceyrələrinin əsas hissəsini girdə
və ellips formalı nüvə təşkil edir, onlar bölünmür, spesifik antitellər,
sitokinlər və s. sintez və ifraz etmirlər, özlərini yalnız səthlərindəki
reseptorlann qeyri-fəal daşıyıcısı kimi aparır. Onlar yalnız spesifik antigenlə
320
fəallaşdınldıqdan sonra В və T-limfositləri bölünüb çoxalır, ixtisaslaşır,
effektor və yaddaş hüceyrələrə çevrilir, mikroskopiya (təfriq) olunur və bir-
birindən əsaslı surətdə fərqləndirilir. Spesifik antitellər sintez edən В -
limfositlərin differensiasiyasmın son mərhələsinin hüceyrələri
plazmasitar
(plazmosithr) hüceyrələr
adlanır. Plazmositar В - limfositləri çox intensiv
sürətlə (2000 molekul/san) spesifik anticisimlər sintez və ifraz etdiklərinə
görə onlann sitoplazması qranulyar-dənəvər endoplazmatik şəbəkə ilə
zəngindir. İmmun şistemin hüceyrələrini, o cümlədən limfositləri bir-
birindən seçmək, fərqləndirmək üçün hazırda
hibridoma texnologiyası
işlənib
hazırlanmışdır. Həmin üsulla immun sistemin hüceyrələrinin müxtəlif
populyasiya və subpopulyasiyalanm onların səthində yerləşən
marker
(nişan) zülallarına
görə fərqləndirmək mümkün olmuşdur. Həmin marker-
zülallann bəziləri müxtəlif populyasiyalar üçün, digərləri isə yalnız müəyyən
populyasiya üçün səciyyəvi hesab olunur. Bu cür
marker zülallar CD (cluster
desination)
antigenləri adlanır və müvafiq rəqəmlərlə işarə olunur (CD-1-
dən CD-200-ə qədər) və onların sayı ildən-ilə get-gedə artır.
В - limfositləri - əsasən onların səthlərində yerləşən və əsasında
immunoqlobulin molekulu duran antigentanıyan xüsusi reseptorlann -
BCR antigen reseptorlannın olması ilə xarakterlənir. Onlar məhz həmin
. reseptor vasitəsilə antigeni tapır, onunla vəhdətdə olaraq fəallaşır və spesifik
(quruluşca ona oxşar) immunoqlobulin (anticism) molekullan ifraz edən
effektor-plazmatik hüceyrələrə çevrilir. Həmin anticism molekullarmm
sintezi və ifrazı В - limfositlərin immunoloji cavab reaksiyalarında iştirakını
təmin edir. İmmun sistemin digər hüceyrələri immunoqlobulin molekulu
sintez etmək funksiyasına malik deyillər. Quşlar müstəsna olmaqla, digər
orqanizmlərdə В - limfositlərin inkişafının bütün mərhələləri sümük iliyində
gedir, burada bölünərək çoxalır, seleksiyaya və differensiasiyaya məruz qalır
və yetkin immunokompotent В - hüceyrələrinə çevrilirlər. Sümük iliyində
inkişafı zamanı sintez olunan ilk immunoqlobulin (IqM) molekullan
• hüceyrənin səthi membranı ilə birləşərək antigen reseptoru funksiyasını icra
edir. Limfositlər periferik limfoid orqanlannda fəallaşdıqdan sonra həmin
immunoqlobulinlər qana keçir. Limfositlər özlərinə məxsus olan səciyyəvi
xüsusiyyətləri ilə səciyyələnir:
В - limfositlərinin immunoloji cavab reaksiyasuıdakı əsas funksiyası
orqanizmə daxil olmuş hüceyrəxarici parazit və digər antigeniərlə mübarizə
aparm aqdan ibarətdir. Bu zaman onların fəallaşdırılmış klonlanm n ifraz et
diyi anticismlər həmin antigeniərlə birləşərək onları zərərsizləşdirir, faqo-
sitoz və komplement sistem vasitəsilə neytrallaşmasına və məhv olunmasına
təkan verir, həmin prosesi xeyli asanlaşdırır.
В -limfositlərinin öz səthlərindəki ekspressiya olunmuş bəzi marker
zülallarının molekullarma və başqa xüsusiyyətlərinə görə bir-birindən fərqlə
nən iki subpopulyasiyası - (Bİ və B2) ayırd edilir. Qanın ümumi
limfositlərinin 20%-i B İ, 80%-i isə B2 - subpopulyasiyanm payına düşür.
B İ - limfositlərində əsasən İqM və İqA sinfinə mənsub olan İq molekullan,
321