nın, o cümlədən udma qabiliyyətinin pozulmasına səbəb olur.
Aqroekoloji monitorinq sistemində aqrofıziki parametrlərə daimi nəzarət
olunur.
Torpağın dəyişməsində ən ciddi komponent onun qranulometrik tərkibi
hesab olunur. Bu göstəricinin hər 5... 10 ildən bir öyrənilməsi
məqsədəuyğundur. Torpağın sukeçirmə və susaxlama qabiliyyəti vaxta görə
xeyli dinamikdir, dəyişkəndir. O, torpağın nəmliyi, kipliyi və strukturundan
asılıdır. Bu göstərici poliqon monitorinqində hər əkin dövriyyəsinin dəyişdiyi
zaman, vegetasiyanın sonunda, məhsul toplandıqdan sonra təyin olunur.
Aqrofıziki parametrlərin vəziyyəti üzrə daim nəzarətin aparılması ilə
torpağın arzuolunmaz dəyişilməsinin, pisləşməsinin, neqativ deqradasiya
proseslərinin inkişafının qarşısını almaq və nəticədə onun yüksək
münbitliyini, mühüm ekoloji funksiyalarını qoruyub saxlamaq olar.
Torpaq münbitliyinin idarə olunmasında ən mühüm faktorlardan biri üzvi
maddələrin vəziyyətinə nəzarət etmək hesab olunur. Humus bloku, şübhəsiz
ki, torpaq-ekoloji monitorinqində hakirn mövqe tutur, belə ki, torpağın
humusu, onun kəmiyyət və keyfiyyət xarakteristikasının vəziyyəti torpağın
əsas xassələrini və rejimini, əkinçiliyin intensivləş- dirilməsi prosesində və
toksik maddələrin texnogenezi nəticəsində onun transformasiyasını təyin edir.
Üzvi və mineral gübrələr humusun fraksiya tərkibini dəyişdirir, onun
mütəhərrik formasının toplanmasına səbəb olur və aktivliyini artırır.
Əkinçiliyin ekoloji adaptasiya olunmuş sistemində paxlalı və çoxillik
bitkilərdən istifadə edərək toplanan bioloji azota yüksək qiymət verilir.
Torpağın münbitliyini artırmaq üçün paxlalı bitkiləri becərmək yolu ilə
azotun atmosferdən maksimum simbiotik istifadə edilməsi ilə azot gübrələrini
tətbiq etməməklə, məhsuldarlığın yüksəlməsini təmin etmək olar.
Əkinçilik praktikasında bioloji azotun potensialını reallaşdırmaq üçün
qiymət göstəricilərinin hazırlanmasına imkan yaradan doğru- dürüst məlumat
lazımdır, onlardan əsasları aşağıdakılardır:
—
müxtəlif məhsuldarlıqda paxlalılar tərəfindən fıksasiya edilən azotun
miqdarı;
—
atmosferdən alınan azotun miqdarı və torpağa üzvi maddələrin daxil
olması;
—
paxlalı bitkilər hesabına taxıl bitkilərinin mümkün məhsuldarlığı və
paxlalı bitkilər yetişdirdikdə mineral gübrələrə olan tələbat.
Bu məsələlərin həlli üçün ilkin məlumatlar aqroekoloji monitorinqin
materiallarına əsaslanır.
Müəyyən edilmişdir ki, azot gübrələrindən (xüsusilə yüksək dozalarda)
istifadə olunan təcrübələrin variantlarında paxlalıların azot fiksa-
379
—
tərkib (miqdar) normadan artıq olmayan göstəricilər;
—
göstərici yol verilən tərkibi (miqdarı) keçmir;
—
ekoloji təhlükəli göstərici - yol verilən tərkibi (miqdarı) keçir.
Ekoloji-toksikoloji qiymətləndirməni aparmaq üçün əsas şərt İon
ərazisində seçilən göstəricilər üzrə su, torpaq və bitkinin ilkin analizi (təhlili)
kifayət qədər çox pozulmamış ərazidə yerinə yetirməkdir. Belə halda, tədqiq
olunan aqrosistemin ekoloji vəziyyətinin dəyişilmə dinamikasını izləmək
mümkündür. Seçilən fon ərazisinin sahəsi bu və ya digər regionun şəraitindən
asılıdır. Kifayət qədər meşəlik faizi olan və sənaye təsiri zəif olan regionda bu
sahə l...l,5 ha-rı keçməməlidir. Bozqır və yarımsəhra rayonlarında təhlükəli
müəssisələr olduqda (kimya və metallurgiya istehsalı, İES və s.) belə sahə
100...200 dəfə böyük olmalıdır.
Bitki tərəfindən toksik birləşmələrin toplanması və bitki məhsulunun
keyfiyyətinə nəzarətin aparılması aqroekoloji monitorinqin sis- temyaradıcı
vəzifəsinə daxildir. Bitkiçilik məhsullarının toksikoloji qiymətləndirilməsi
becərilən bitkilərin texnoloji kompleksinin ekoloji-iqtisadi effektivliyini təyin
edir.
Aqroekoloji
monitorinq
aqrosenoz
komponentlərinin
sistemli
müşahidələrinə aid olub vahid unifıkasiya edilmiş (vahid şəklə salınmış)
proqram ilə yerinə yetirilir. Perspektivdə hər bir poliqonda avtomatlaşdırılmış
nəzarət sistemi nəzərdə tutulur.
Torpağın əsas aqrofıziki parametrlərinə məlum olduğu kimi aqre-
qatlaşma, ümumi kiplik və bərk fazanın kipliyi, mineraloji və qranulo- metrik
tərkib, susızdırma və torpağın susaxlama qabiliyyəti daxildir.
Aqreqatlaşma (aqronomik qiymətli və suyadavamlı aqreqatların
mövcudluğu) torpağın əsas aqrofıziki xassələrindən biri sayılır. O, bitkinin
həyatı üçün əvəzedilməz faktor olub torpağın hava və su rejimini təyin edir.
Dezaqreqatlaşma (struktursuzlaşma) torpağın bərkiməsinə və su- hava
xassələrinin pisləşməsinə (susızdırma, susaxlama) səbəb olur.
Ümumi kiplik və bərk fazanın kipliyi. Torpağın kipliyi dedikdə, vahid
həcmdə götürülmüş strukturu pozulmamış mütləq quru torpağın kütləsi
nəzərdə tutulur. Torpağın kipliyi onun su-hava rejiminin formalaşmasına
şərait yaradır.
Torpağın mineraloji və qranulometrik tərkibi bitki üçün qida
elementlərinin mənimsənilməsi, həmçinin torpağı mexaniki becərdikdə onun
fiziki-mexaniki xassələrinə- yapışqanlığı, şişməsi və sıxılmasına böyük təsir
göstərir.
Torpağın sukeçirmə, susızdırma və susaxlama qabiliyyəti onun su
rejimini və meliorasiya vəziyyətini təyin edir.
Torpağın aqrofıziki xassələrinin pisləşməsi onun ekoloji funksiyası-
378