Dərslik kənd təsərrüfatı, torpaqşünaslıq və ekologiya ixtisasları tədris olunan a



Yüklə 4,69 Mb.
Pdf görüntüsü
səhifə198/216
tarix30.04.2018
ölçüsü4,69 Mb.
#40636
1   ...   194   195   196   197   198   199   200   201   ...   216

Monitorinqin üçüncü forması qabaqcadan seçilən sahələr və ya marşrut 

tədqiqatları prosesində qısaldılmış proqramla həyata keçirilir. 

Öz  mahiyyətinə  və  məzmununa  görə  monitorinqin  marşrut  sistemi 

torpağın  və  torpaq  örtüyünün  vəziyyətinə,  meliorativ  sistemə,  aqroeko- 

sistemə və torpağın məhsuldarlığına operativ nəzarət formasıdır. Marşrutların 

dövriliyi  (tezliyi)  vegetasiya  dövründə  1...3  dəfədir.  Neqativ  proseslər 

(sahələrin  hədsiz  quruması  və  subasması,  drenlərdən  su  sızma,  şoranlaşma, 

turşulaşma,  şorakətləşmə,  eroziya  və  s.)  aşkar  edildikdə  münasib  xəritələr, 

xəritə-sxemlər,  xüsusi  aktlar  tərtib  olunur.  Torpağın  xassələrində  və  torpaq 

örtüyünün  strukturunda  böyük  dəyişikliklər  aşkar  edildikdə,  belə  sahələrdə 

(ərazilərdə) müşahidələrin davam etdirilməsi məqsədəuyğun sayılır. 

Monitorinqin  dördüncü  forması  ərazidə  başdan-başa  tədqiqat 

aparmaqdan  ibarətdir.  Bu  monitorinq  formasına  buraxılış  məlumat 

materialları  ilk  növbədə  inventarizasiya-kartoqrafık  səciyyə,  həmçinin 

aqrokimyəvi tədqiqat kartoqramları və bunun əsasında torpaqdan istifadənin 

səmərəliləşdirilməsi üzrə tövsiyələr daxildir. 

Torpağın  vəziyyəti  (humusun miqdarı, eroziyaya  uğrama dərəcəsi,  pH, 

duzluluq,  şorakətlilik  və  b.)  və  aqrokimyəvi  xassələri  (azotun,  fosforun  və 

kaliumun mütəhərrik forması və s.) haqqında əldə edilən məlumatlar, torpağın 

aqroistehsalat  qruplaşdırılması  və  torpaqdan  istifadənin  bütün  spektr  üzrə 

səciyyələndirən  «torpaq  oçerkləri»  sonrakı  mərhələdə  nəzəri  nəticələr 

çıxarmaq və praktiki  tövsiyələr hazırlamaq üçün  baza zəmini  hesab olunur. 

Praktiki tövsiyələrdə kənd təsərrüfatı sahələrinin transformasiyası; torpağın su 

və külək eroziyasından mühafizəsi; qurutma, suvarma və mədəni texniki işlər; 

torpağın kimyəvi meliorasiyası (əhəngləmə, gipsləmə və s.); kənd təsərrüfatı 

bitkilərinin səmərəli yerləşdirilməsi və toplusu; torpaq şəraitini nəzərə alaraq 

aqrotexniki üsulların xüsusiyyətləri və gübrələrin tətbiqi sistemi; biçənək və 

otlaqların yaxşılaşdırılması əks olunmalıdır. 

Göstərilən  monitorinq  formasının  həyata  keçirilməsində  mütləq 

sərt-kartoqrafiya  metodundan  istifadə  etməkdir.  Bu  zaman  toplanan  ilkin 

məlumatlar (vizualdan kosmik məlumatlara qədər) maksimum tam (dolğun) 

olmalıdır. 

Çəkiliş işləri aparmaq üçün torpaq örtüyünün mürəkkəbliyi, təsərrüfatın 

ixtisaslaşdırılmasının 

qiymətləndirilməsi 

və 


torpaqdan 

istifadə 

intensivliyindən  asılı  olaraq  torpaq  tədqiqatları  müxtəlif  miqyasda  aparılır 

(meşə-bozqır  -  1:10000...  1:15000,  yarımsəhrada  otlaq  sahələri  -  1:50000, 

suvarılan və qurudulan torpaqlar - 1:2000... 1:5000 və s.). 

Uzunmüddətli  şumlama,  gübrələrdən  və  kimyəvi  meliorantlardan 

istifadə, suvarma, qurutma və digər aqrotexniki və meliorativ tədbirlərin 

375 



 

su  eroziyası  və  deflyasiya  prosesinin  inkişafı  ilə  əlaqədar  torpağın 



itirilməsinin (o cümlədən itirilmə sürəti) müəyyən edilməsi

 



torpağın  turşuluğunun  və  qələviliyinin  dəyişməsinə  nəzarət  (hər 

şeydən  əvvəl  torpağın  qurudulması  və  suvarılması  zamanı  yüksək  dozada 

mineral  gübrələrdən  istifadə  edilən  rayonlarda,  həmçinin  atmosfer 

yağıntılarının  yüksək turşuluğu ilə xarakterizə olunan meliorantlardan və iri 

sənaye mərkəzləri ətrafında sənaye tullantılarından istifadə edildikdə); 

 



meliorasiya  olunan,  gübrələnən  və  ya  hər  hansı  bir  üsulla  dəyişilən 

torpaqlarda su-duz rejiminin və su-duzlaşma balansının dəyişilməsinə nəzarət; 

 

bitkilərin  əsas  qida  elementlərinin  balansı  pozulan  regionların  aşkar 



edilməsi;  torpağın  humusu,  mübadiləli  azotu  və  fosforu  itirmə  sürətinin 

müəyyən edilməsi və qiymətləndirilməsi

 

atmosfer  yağıntıları  ilə  düşən  ağır  metallarla,  həmçinin  sənaye 



müəssisələri  və  nəqliyyat  magistralları  təsir  göstərən  zonada  torpağın  ağır 

metallarla çirklənməsinə nəzarət; 

 

torpağın detergentlərlə və məişət tullantıları ilə (xüsusilə əhalinin çox 



sıx yerləşdiyi ərazilərdə) çirklənməsinə nəzarət

 



torpağın bitki mühafizəsinin kimyəvi vasitələrlə (ondan daima istifadə 

olunan rayonlarda) çirklənməsinə nəzarət; 

 

torpağın  strukturu  və  bitkinin  qidalanması  üçün  torpaqda  olan  qida 



maddələrinə,  torpağın  su-fıziki  xassələrinə  və  qrunt  suyunun  səviyyəsinə 

mövsümi və uzunmüddətli nəzarət; 

 

hidromeliorasiya  sistemi,  əkinçiliyin  və  texnologiyanın  yeni 



sisteminin  tətbiqi,  iri  sənaye  müəssisələri  və  digər  obyektlərin  tikilməsi  ilə 

əlaqədar ekspert ehtimal qiymətləndirmə. 

Təbii  şəraitin  və  torpağa  antropogen  faktorların  təsirinin  müxtəlifliyi, 

torpaq  strukturunun  müxtəlifliyi  torpaq-ekoloji  monitorinqin  di-  ferensial 

(kompleks)  proqramının  hazırlanmasının  vacibliyini  göstərir.  Monitorinqin 

başlanğıc mərhələsi (birinci forma) torpağın və torpaq örtüyünün vəziyyətini, 

antropogen faktorların təzyiqinin miqyasını və neqativ proseslərin istiqamətini 

və  inkişaf  intensivliyini  qiymətləndirməyə  və  sonrakı  tədqiqatlar  üçün 

obyektin seçilməsinə (monitorinqin baza prinsiplərinə uyğun) imkan yaradır. 

Torpaq-ekoloji  monitorinqin  stasionar  forması  (ikinci  forma)  torpağın 

xassə  və  parametrlərini,  rejimini  və  torpaqda  gedən  prosesləri  kompleks 

tədqiqat proqramı üzrə həyata keçirir. 

Uzunmüddətli və kompleks tədqiqatların aparılması üçün stasionar sahəsi 

bu və ya digər proseslərin müxtəlifliyi ilə seçilən bütün torpaq növlərini əhatə 

edən sahə qruplarına malik olmalıdır. 

374 



Yüklə 4,69 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   216




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə