mok üçün kifayət qədər paxlalılardan istifadəyə, bioloji və aqrotexniki bitki
mühafizəsinə əsaslanan əkinçiliyin bioloji üsulla aparılması variantı
(məhsuldarlığın üçüncü variantı);
— mütləq nəzarətə uyğun müəyyən zonanın əkin sahələrinin müasir təbii
münbitliyini əks etdirən əkinçiliyin ekstensiv üsulla aparılması variantı
(məhsuldarlığın dördüncü səviyyəsi).
Konkret şəraitdən asılı olaraq suvarma, kimyəvi meliorantlar və digər
variantları da aparmaq olar. Kompleks poliqon təcrübələri bu və ya başqa
əkinçilik sisteminin və bitkilərin becərilməsinin texnologiyasının
ekologiyasını qiymətləndirməyə imkan verir.
Uzunmüddətli çoxfaktorlu təcrübələr daha çox məlumatlı hesab olunur.
Belə təcrübələrdə bir neçə faktoru öyrənərək onların tədqiq olunan
göstəricilərə (və proseslərə) ayrı-ayrılıqda və birgə təsirini kifayət qədər
obyektiv qiymətləndirmək olar. Faktorların geniş diapazonu op- timallığın
aqronomik və ekoloji meyarlarını nəzərə almaqla onun optimal qiymətini
seçmək üçün əsas sayılır.
Lokal aqroekoloji monitorinq hər hansı bir ölkənin regionunda yerləşən
nümunəvi-təcrübə və baza təsərrüfatlarında istehsalat şəraitində aparılır. Onun
vəzifələrinə aşağıdakılar daxildir: kimyəvi vasitələrin tətbiqinin təsiri altında
aqroekosistemlərin (torpaq-su-bitki) əsas komponentlərinin vəziyyətinə
sistemli müşahidələrin aparılması; texnogen yükdən asılı olaraq göstərilən
komponentlərin vəziyyətinin dəyişməsinin qiymətləndirilməsi və proqnozu;
əkinçilikdə yüksək effektli ekoloji təhlükəsiz texnoloji üsulların öyrənilməsi
və qiymətləndirilməsi və onların istehsalat şəraitində tətbiq olunması üzrə
tədbirlərin hazırlanması.
Respublikamızda başdan-başa aqroekoloji monitorinq Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin müvafiq müəssisələri tərəfindən aparılır. Onlar
dövri olaraq (5... 15 ildən bir) respublikanın torpaq örtüyünü tədqiq edir (pH,
humus, yuyulma dərəcəsi, duzluluq, N, P, K-nın formasının miqdarı).
Tədqiqatın məlumatlaina əsasən torpaq və aqrokimyəvi izahatlar tərtib olunur,
burada təsərrüfatın torpaqdan istifadənin hərtərəfli səciyyəsi və onun
yaxşılaşdırılması üzrə tövsiyələr verilir. Belə tədqiqatlar zamanı torpağın
xassələrinin antropogen, texnogen, eroziya və digər dəyişmələrinin və torpaq
örtüyünün vəziyyəti müəyyənləşdirilir (sonra kartoqrafik materiallarda əks
olunur).
Torpaq üzərində ekoloji nəzarətin, monitorinqin təşkili insan
fəaliyyətinin torpağa mənfi təsirini vaxtında aşkar edilməsinə və
qiymətləndirilməsinə, münbitliyin qorunmasına və artırılmasına xidmət edir.
Bu istiqamətdə S.Z.Məmmədov, S.Ə.Şabanov və M.V.Quliyev (2005)
tərəfindən Lənkərançay hövzəsində torpaq münbitliyinin monitorinqi üzrə
tədqiqat işi yerinə yetirilərək, münbitliyin göstəricilərinin müxtəlif
370
l'ayoi qədər obyektiv informasiya (məlumat) sistemini hazırlamaq olar.
Poliqon aqroekoloji monitorinqin əsas prinsipləri. Aqroekoloji
monitorinq üçün poliqon kimi coğrafi şəbəkənin uzunmüddətli
təcrübələrindən
istifadə
edilir.
Belə
poliqonlardan
istifadənin
məqsədəuyğunluğu ondan irəli gəlir ki, onlar əkinçiliyin zonal sisteminin
tövsiyələri ilə, yüksək aqrotexnika fonunda hazırlanmış vahid metodikasına
ciddi riayət edərək, daha geniş yayılmış texnogen faktorların - gübrə və
pestisidlərin torpağa və ekosistemin digər komponentlərinə təsirini əks etdirir.
Kimyəvi yükün geniş variantlarının toplusu, konkret torpaq-iqlim şəraitində
gübrələrin və mühafizə vasitələrinin ekoloji optimal sistemini təyin etməyə,
əsaslı normativ yükün hazırlanmasına, yolverilən konsentrasiya həddini
(YKH) dəqiqləşdirməyə imkan yaradır.
Aqroekoloji monitorinqin poliqonlarının uzunmüddətli təcrübələrinin
dayaq baza variantları aşağıdakıların qiymətləndirilməsinə yönəldilmişdir:
—
torpağın mineral gübrələrlə (xüsusilə azotla) müxtəlf dərəcədə təmin
edilməsi;
—
bitki mühafizəsində boy artımını nizamlamaqda və s.-də kimyəvi
vasitələrin tətbiqi;
—
meliorantlardan (əhəng, gips və s.) istifadə;
—
üzvi gübrələrdən, sideratlardan, bitki qalıqlarından istifadə;
- əkinçiliyin bioloji sistemindən (kimyəvi vasitələrdən
imtina etmək və
ya minimum istifadə etməklə) istifadə etmək.
Yeni əkinçilik sisteminə yiyələnmək üçün yaxşı təcrübə bazası olan
müəssisələrdə aqroekoloji problemləri daha geniş miqyasda həll etmək olar.
Müxtəlif əkinçilik sistemi, gübrələrlə və bitki mühafizəsi vasitələri ilə aparılan
belə poliqon üç-dörd variantdan ibarətdir. Aqroekoloji monitorinqi yerinə
yetirən variantların toplusu məhsuldarlıq səviyyəsinin bütün tədqiqat
spektrlərini (həm optimal, həm də ekstremal), o cümlədən aşağıdakı
variantları mütləq əhatə etməlidir:
—
kənd
təsərrüfatı
bitkilərinin
becərilməsinin
qabaqcıl
texnologiyasından istifadə etmək əsasında məlum zonal şərait üçün əkin
dövriyyəsinin maksimum məhsuldarlığını təmin edən kənd təsərrüfatı
bitkilərinin intensiv becərilməsi variantı(məhsuldarhğm birinci səviyyəsi).
—
gübrələrin aşağı və orta dozaları və bitki mühafizəsinin kimyəvi
vasitələrinin «zəif» üsullarından istifadə etmək əsasında kifayət qədər yüksək
məhsuldarlığı təmin edən gübrələmə və bitki mühafizəsində kimyəvi
vasitələrdən istifadə sistemi variantı (məhsuldarlığın ikinci səviyyəsi);
—
yalınz üzvi gübrələrdən istifadəyə, aralıq əkinlərə, samanın
şumlanmasına, əkin dövriyyəsinin bütün bitkilərini bioloji azotla təmin et-
369