onların müvoqqəti mokan dəyişiklikləri; torpağın və torpaq örtüyünün
vəziyyətinin ehtimal olunan dəyişikliklərinin proqnozu; torpağın münbitliyini
və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını bilavasitə təyin edən onun əsas
vasitələri və rejimlərinin nizamlanmasına yönəldilən elmə əsaslanan tədbirlər
hazırlamaq.
'forpağın və torpaq örtüyünün zaman və məkana görə vəziyyəti dedikdə,
konkret zaman ərzində torpağın elementar arealı hüdudunda onun ölçülə bilən
kompleks göstəricilərinin xassələri, tərkibi və münbitliyi başa düşülür.
Monitorinq ənənəvi torpaq və aqrokimyəvi tədqiqatlardan ilk növbədə
kompleksliyi və fasiləsizliyi, məqsəd və vəzifələrin vəhdətliyi, onu yerinə
yetirən mütəxəssislərin çoxprofilli olması, proqram və metodiki yanaşmanın
uyğunluğu ilə fərqlənir.
Monitorinq bazasında torpağın, torpaq rejiminin, proseslərin təbii
torpaqəmələgətirən faktorların və antropogen yükün təsiri ilə dəyişməsi
haqqındakı məlumat torpaq münbitliyinin modelləşdirilməsi üçün əsas sayılır.
Aqroekoloji monitorinqə proqnoz təşkili daxil olduğu üçün kcuııpleks landşaft
müşahidələrini də nəzərə almaq lazımdır.
Torpaq örtüyünün münbitliyi və vəziyyəti parametrləri ilə yanaşı, həm də
torpaqəmələgətirən faktorlar və torpaq örtüyünün dəyişilməsi də nəzərə
alınmalıdır. Belə yanaşmaya əsaslanmaq onunla izah edilir ki, antropogen
təzyiq yalnız biotaya deyil, həmçinin qrunt suyunun səviyyəsinə (QSS),
su-duz rejiminə və balansına, elementlərin geokimyəvi miqrasiyasına, süxurun
susızdırma qabiliyyətinə, hətta relyefə təsir göstərir. Torpaqekoloji
monitorinqin təşkili və aparılması metodikası həm də, torpaq sahələrinin
təsərrüfat istifadəsinin xüsusiyyətlərindən asılı olaraq müəyyənləşdirilir.
Torpaq örtüyünün vəziyyəti monitorinqi - torpaqdan istifadəyə müntəzəm
olaraq nəzarətin (torpağın təbii potensialının onun istehsalat təyinatına uyğun
gəlməsi) aparılması; sahədə (tarlada) torpaq örtüyünün eyniliyi (kontur və ya
«ləkə» şəklində mikrorelyefm əmələ gəlməsinə və s.); eroziya prosesi
(yarğanların sayının artması, səthin deflyasiyası və s.); sürüşmə və sel
gətirmələri; bataqlaşma, duzlaşma, səhralaşma və digər neqativ proseslərə
nəzarət edilməsi.
Torpaq örtüyünün vəziyyətinin idarə olunması aşağıdakı tədbirlərə cavab
verməlidir: ərazinin səmərəli təşkili; torpaqdan istifadənin onun təbii
potensialına uyğun gəlməsi; torpaq-meliorasiya, aqrotexnika və eroziyaya
qarşı mübarizə.
Torpağın pozulmasına və münbitliyinin aşağı düşməsinə səbəb olan
neqativ antropogen təsirlərin güclənməsi torpaq-ekoloji monitorinqin
proqramına aşağıdakı vəzifələrin daxil edilməsini tələb edir:
372
dövrlərdəki (1950-1953),
P. M. Novikov; 1953-1956, R. V. Kovalyov) və
müasir (1994-2004) vəziyyət öyrənilərək təhlil edilmişdir. Lənkərançay
hövzəsinin təbii şəraitinin və torpaq örtüyünün xüsusiyyətlərinin təhlili
əsasında hövzə daxilində üç ekoloji rayon ayrılmışdır.
1.
Suayırıcı ekoloji rayon;
2.
Tranzit ekoloji rayon;
3.
Akkumiyativ ekoloji rayon.
Hövzədə bitkilərin inkişafına təsir göstərən əsas münbitlik
göstəricilərinin dəyişkənliyi ekoloji rayonlar üzrə aşağıdakı bloklar daxilində
verilmişdir:
1.
Aqroekoloji bloku
2.
Aqrofızika bloku
3.
Torpağın
tərkibi xassələri bloku
4.
Aqrokimyəvi xassələr bloku.
Müxtəlif dövrlərdə torpaqların əsas münbitlik göstəricilərinin
müqayisəsi (təhlili) göstərdi ki, son 40-50 il ərzində hər üç ekoloji rayonda,
bütün ekoloji bloklarda torpağın münbitlik göstəriciləri - suya davamlı
aqreqatların (> 0,25 mm), fiziki gilin və humusun miqdarı azalmışdır.
Lənkərançay hövzəsində hər üç ekoloji rayonun torpaqlarının bonitet
şkalası tərtib edilmiş və onların ortaçəkili bonitet balı müəyyən edilmişdir.
Lənkərançay hövzəsi torpaqlarının 1:100000 miqyasında bonitet kartoqramı
tərtib olunmuşdur.
Müxtəlif intensivli kimyəvi yükə məruz qalan tipik torpaq şəraitinə malik
olan sahələrdə (tarlalarda) daimi sahələr (reper sahələr) ayrılır, orada sonralar
ekoloji qiymətləndirmə aparmaq üçün əsas hesab edilən göstəricilərin geniş
dəstinin dinamikası öyrənilir.
Müşahidə sahələri (fon sahələri) həmçinin antropogen təzyiqə məruz
qalmayan yaxınlıqda yerləşən torpaq analoqlarında (xam, dincə qoyulmuş,
təbii sahələr) təşkil olunur. Başdan-başa istehsalat aqroekoloji monitorinqin
aparılmasının ən perspektiv istiqaməti - məsafədən aqrokosmik çəkiliş
(şəkilçəkmə) hesab olunur.
20.2.
AQROEKOLOJİ MONİTORİNQİN
KOMPONENTLƏRİ
Aqroekosistemin əsas blok-komponentləri su, torpaq, bitki hesab olunur.
Bu obyektlərin hər birinin monitorinqinin aparılmasının müəyyən
xüsusiyyətləri vardır (şəkil 20.1).
Torpaq-ekoloji monitorinq üç ardıcıl qarşılıqlı əlaqəli hissədən ibarətdir:
torpağın və torpaq örtüyünün vəziyyətinə kontrol (nəzarət) və
371