Poliqon monitorinqi çərçivəsində aparılan təcrübələr obyektiv olaraq
qısamüddətli və uzunmüddətli təcrübələrə ayrılır.
Poliqon monitorinqin məlumat bazası aşağıdakı hissələri özündə
birləşdirir: təcrübələrin kataloqu; qısamüddətli təcrübələrin təsvirləri;
uzunmüddətli
təcrübələrin
təsvirləri;
poliqonlarda
nəzarətin
avtomatlaşdırılmış sistemi ilə müşahidə materialları.
Təcrübələrin pasportlaşdırılması mühüm məsələ sayılır. Qısamüddətli
təcrübə pasportunun bir sıra vacib şərtləri vardır: bitkinin adı, uçot ili,
torpaq-iqlim zonası və relyefin xüsusiyyətlərini göstərməklə təcrübənin
ünvanı, torpağın tipi və yarım tipinin ətraflı təsviri. Pasportda konkret
tədqiqatın ümumi məqsəd və vəzifələri formalaşır.
Təcrübə çoxfaktorlu olarsa (müxtəlif bitki sortu və ya müxtəlif səpin
norması və s.) hər bir faktor üçün ayrıca hesabat tərtib edilir.
Məlumat bazasında həmçinin fenoloji müşahidələr, ontogenez prosesində
bitkinin vəziyyəti, fıtosanitar vəziyyət haqqında əldə olunan nəticələr toplanır.
Məlumat bazasının formalaşma sxemində təcrübə sahələrində torpağın
aqrofıziki və aqrokimyəvi, həmçinin toksiki maddələrinin miqdarı
eksperiment aparılmadan əvvəlki, hazırkı və gələcəkdəki vəziyyəti nəzərdə
tutulur.
Uzunmüddətli təcrübələr bölməsində stasionarda aparılan tədqiqatların
nəticələrinin geniş təsviri verilir. Bu bölmədə şərti olaraq üç əsas yarımbölmə
ayırmaq olar: uzunmüddətli təcrübələrin pasportu; təcrübə sahələri üzrə
məlumat; illik informasiya.
Uzunmüddətli təcrübə pasportunda öyrənilən əkin dövriyyəsi sisteminin
zaman-məkan xüsusiyyətlərini səciyyələndirən materiallar verilir. Bunun
üçün, məsələn, vacib şərt kimi əkin dövriyyəsinin növü, naturada tutulan sayı,
səpin dövriyyəsində bitkilərin faktiki növbələşdirilməsi və illər üzrə
növbələşmə qaydaları göstərilir.
Qısamüddətli sxemdən fərqli olaraq uzunmüddətli təcrübə sxemində
gübrələrin, meliorantların və s. orta illik dozası, variantlar üzrə səpin
dövriyyəsinin təmin olunma dərəcəsi və s. göstərilir.
Yuxarıda deyilənləri yekunlaşdıraraq aşağıdakı hallara diqqət yetirmək
yerinə düşərdi. Aqroekoloji monitorinq üzrə göstərilən məlumatlar ilk
növbədə bitkiçilik sahələrinə aiddir. Onlar şübhəsiz ki, kənd təsərrüfatının bu
sahəsinin ciddi surətdə ekologiyalaşdırılması üçün mühüm və lazımi
materialların əldə edilməsinə imkan yaradır.
Prinsip etibarilə, aqroekoloji monitorinq sistemi bütün aqrosənaye
kompleksini, məhsulun istehsalı, hazırlanması (emal) ilə əlaqəli olan bütün
yarımsistemləri əhatə edir. Yalnız belə olduqda, kənd təsərrüfatının
ekologiylaşdırılması konsepsiyasının praktikada mükəmməl yerinə
yetirilməsi üçün real və etibarlı əsas sayıla bilər.
387
masiyanın) mükəmməl sistemləşdirilməsi, işlənməsi və təhlili, müxtəlif
funksional məsələlərin həlli üçün ondan sonralar operativ istifadə edilməsi,
yalnız, qaydaya (nizama) salınmış informasiya axınının baza və ya məlumat
bankı şəklində təşkil olunduqda mümkündür (şəkil 20.2).
İlkin məlumatlar
Məsafədən
məlumatlar
Yerüstü müşahidə
məlumatlar (test
sahələrində,
poliqonlarda və s. )
Fond materialı
Mövcud sahə xidməti
müşahidələrinin
məlumatı
Ic
u.
W o
C
p
-
■J-r
>
p ^
P u
75 3
C/:
i?
(/2
Baza məlumatlar
Landşaft-
ekoloji xəritənin
Əsas neqativ
proseslərin
xəritə tonlıısu
Cədvəllər
Diaqramlar və
digər qrafiki
materiallar
Fond materialı
kataloqu
Məsafəli
məlumat
katalocm
Etalonların bankı
(çirklənmə
indikatorları,
deşifrlənmə
əlamətləri)
MəUımai-
ların
qiyməllən-
ılirilmosi.
neqativ
proseslərin
təhlili və
proqnozu
İstehlakçıla
r:
idarəçilik
orqanı,
qanunverici
,
planlaşdırm
a,
layihə, elmi
m.əsləhəı
və
digər
təşkilatlar.
torpaq
istifadv
əçiliyi
Şəkil 20.2.
Aqroekoloji monitorinqin məlumat bazasının formalaşması (torpaq
monitorinqi timsalında)
386