özünün sahəsinə yaxın
ola bilər, hətta bəzən onu keçə bilər.
Havanın çirklənmə dərəcəsini qiymətləndirmək üçün qüvvədə olan
YVK-ya uyğun olaraq faktiki son bir neçə ildəki (2 ildən az olmayaraq)
birdəfəlik maksimum və ortasutkalıq konsentrasiyadan istifadə olunur. Ölçü
işlərinin nəticələri hər məntəqə, maddə və müşahidə ili üçün ayrı- ayrı təqdim
olunur. Hər maddə üçün 200-dən az olmayaraq müşahidə (nümunə) olmalıdır.
Atmosfer havası təbii mühitin və obyektlərin zəncirvari çirklənməsinin
başlanğıc həlqəsi sayılır. Ayrı-ayrı hallarda torpaq və səth suları atmosferin
təkrar çirklənmə mənbəyi ola bilər. L.İ.Boltnevaya görə kompleks
qiymətləndirmə sisteminə aşağıdakılar daxildir: sanitar və gigiyenik
mövqedən çirklənmə; atmosferin resurs potensialı; müəyyən mühitə təsir
dərəcəsi; torpaq-bitki örtüyü və səth suları; antropogen təsirin mümkün
neqativ nəticələrinin məkan və zamana görə miqyası.
Hava hövzəsində çirkləndirici maddələrin əhalinin sağlamlığına
əlverişsiz təsirinin ehtimalı dörd sinfə ayrılır: birinci - hədsiz dərəcədə
təhlükəli; ikinci - yüksək təhlükəli; üçüncü - orta təhlükəli və dördüncü - az
təhlükəli. Atmosferin resurs potensialı iqlimin komfortluğunun gigiyenik
əsaslandırılması, ərazinin rekreasiya məqsədi üçün istifadəsinin mümkünlüyü
nəzərə alınaraq qiymətləndirilməlidir. Bu zaman ilin soyuq və isti dövrlərində
havanın fizioloji-gigiyenik təsnifatı mühüm məsələ sayılır. Atmosfer
havasının çirklənmə dərəcəsinin həlledici mərhələsi - lokal və region
səviyyəsində texnogen proseslərin dinamikası və onların qısamüddətli və
uzunmüddətli aspektlərdə neqativ nəticələridir.
21.2.
SU OBYEKTLƏRİNİN ÇİRKLƏNMƏSİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ MEYARI VƏ SU
EKOSİSTEMLƏRİNİN DEQRADASİYASI
Səth suları. Təbii və antropogen mənşəli ekoloji pozuntu zonalarının
formalaşması müxtəlif göstəricilərlə (kimyəvi, bioloji və s.) müəyyən edilir.
Kifayət qədər uzun müddət ərzində (1 ildən az olmayaraq) aparıcı
göstəricilərin neqativ qiymətlərinin stabil qalması sanitar-ekoloji uğursuzluq
haqqında nəticəyə gəlməyə əsas verir. Normadan kənara çıxma, bir qayda
olaraq bir neçə meyarla müşahidə edilir. Bu baxımdan su mənbələrinin və
içməli suyun patogen mikroorqanizmlərlə və parazit xəstəliklərin törədiciləri
ilə, həmçinin xüsusi toksiki (olduqca təhlükəli) maddələrlə çirklənməsi
müstəsnalıq təşkil edir, belə olduqda sanitar- ekoloji uğursuzluq haqqında bir
meyar üzrə nəticə çıxarmaq olar.
Fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonası ayırdıqda su
obyektlərinin təhlükəli çirklənmə dərəcəsini ümumi qiymətləndirmək
390
XXI FƏSİL
ƏRAZİDƏ EKOLOJİ VƏZİYYƏTİN
QİYMƏTLƏNDİRİLMƏSİ MEYARI
21.L ATMOSFER HAVASININ ÇİRKLƏNMƏSİNİN
QİYMƏTLƏNDİRİLMƏSİ
Atmosferin qiymətləndirilməsi tədqiqat ərazisində hava hövzəsinin
çirklənməsinin hərtərəfli hesablanmasına (qeydiyyatına) əsaslanır; bu, birbaşa
(bilavasitə), dolayı yolla və indikator meyarları ilə səciyyələnir.
Birbaşa (bilavasitə) meyarına geohidrokimyəvi, geodinamiki, tibbi-
sanitariya və resurs meyarları daxildir.
Geohidrokimyəvi meyar qrupu geosferin kimyəvi, mexaniki, radio-
nuklid çirklənməsini, tibbi-sanitar meyarı ilə bakterialoji çirklənmənin
qiymətləndirilməsinə imkan verir. Geodinamik meyar qrupu geosfer sahəsinin
təbii və antropogen geoloji proseslərlə pozulmasının (zədələnmə- sinin)
qiymətləndirilməsi ilə əlaqədardır, resurs meyarı isə biotanm, o cümlədən
insan
cəmiyyətinin
normal
yaşaması
üçün
lazımi
resursların
qiymətləndirilməsi ilə əlaqəlidir.
Dolayı meyarlarla qiymətləndirmə geosferin müasir vəziyyətini
həmhüdud (yanaşı) mühitin (atmosfer və torpaq, atmosfer və bitki örtüyü və
s.) qiymətləndirilməsi meyarı vasitəsilə qiymətləndirməyə kömək göstərir.
İndiqator (indiqasiya) meyarı ilə qiymətləndirmə bir qayda olaraq bu və
ya digər geosferin (təbii mühitin komponentlərinin) ümumi vəziyyətini
göstərir.
Qiymətləndirmənin birbaşa (bilavasitə) meyarı. Hava hövzəsinin
çirklənmə vəziyyətinin əsas meyarı insanın sağlamlığına mənfi təsir göstərən
zərərli maddələrin Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş yol verilən
konsentrasiyanın (YVK) ölçüsü hesab edilir.
Ayrı-ayrı lokal mənbələrdən yayılma və torpağa düşmə prosesləri
nəticəsində çirkləndirici maddələrin konsentrasiyası məsafə uzaqlaşdıqda
kifayət qədər tez azalır. Maksimum konsentrasiya borunun (çirkləndirici)
10...20 hündürlüyünə bərabər məsafədə qeydə alınır. Buna görə də, belə
mənbələrdən insan səhhətinə təhlükəli təsir konsentrasiyası
10..
. 100 km~ sahədə müşahidə edilir. İynəyarpaqlı ağac cinslərinin
atmosferin çirklənməsinə qarşı həssaslığı insanla müqayisədə bir neçə dəfə
yüksək olduğundan, bitkilərin zədələnmə sahəsi 100... 1000 km—a çatır.
İri sənaye aqlomerasiyalarında çirklənmə ayrı-ayrı mənbələr tərəfindən
baş verir, burada neqativ təsirin ümumi sahəsi aqlomerasiyanın
389
Şəkil 20.3. Səyyar aqroekoloji laboratoriyanın struktur elementləri
---------- Bir struktur element hüdudunda məlumat və fəaliyyət əlaqəsi
---------- Ümumi struktur hüdudunda məlumat əlaqələri
388