XXII FƏSİL
SELİTEB ƏRAZİLƏRİN EKOLOGİYASI
22.1.
İNSAN MƏSKUNLAŞAN YERLƏRİN EKOLOJİ
MÜHİTİNİN MÜASİR XÜSUSİYYƏTLƏRİ
Son illər yaşayış məntəqələrinin (əsasən şəhərlərin) ekologiyasına böyük
diqqət ayrılır, lakin yaşayış yerlərinin şəraitinin pisləşməsi hələ çox qədimdən
başlamışdır J.B.Lamark hələ 1820-ci ildə qeyd etmişdir ki, insan
qabaqcadan Yer kürəsini yaşayış üçün yararsız hala salaraq, öz cinsini
məhv etmək üçün təyin edilmişdir.
Biosferin əsas həyat (yaşayış) təminatı funksiyalarından biri canlı
orqanizmlərə məskunlaşma məskəni, insana isə yerləşmə məskəni
«verməkdir». Yerləşmə məskəni dedikdə, şəhər və kənd məskunlaşma yeri
nəzərdə tutulur. Bunlar da öz növbəsində müxtəlif qruplara bölünür (cədvəl
22.1).
Cədvəl 22.1
Sayma görə yaşayış məskənlərinin qrupları
Məskənlərin qrupları
Əhali, min nəfər
Şəhər
Kənd yeri
Nəhəng
1000-dən artıq
-
Ən böyük
250... 1000
3...5
Böyük
50... 100
1...3
Orta
10...50
02...3
Kiçik (o cümlədən şəhər tipli qəsəbələr)
005...02
Şəhər və kəndlər ekoloji problemlərinə görə yaxın olsa da, miqyasına və
intensivliyinə görə fərqlənir.
İnsanın təbiətlə əlaqəsi onun əhvali-ruhiyyəsinə yaxşı təsir göstərir, iş
qabiliyyətini artırır, sağlamlığına, uzunömürlüyünə zəmin yaradır. Yaşayış
məntəqələrinin ərazisinin aşağıdakı fəaliyyət zonalarına ayrılması xüsusi
ekoloji əhəmiyyət kəsb edir: seliteb, istehsalat və rekreasiya- landşaft.
Seliteb zona (yaşayış zonası) - yaşayış massivlərinin, ictimai bina və
qurğuların, həmçinin ekoloji cəhətdən təhlükəsiz və sanitar-qoruyucu zona
tələb etməyən ayrı-ayrı kommunal və sənaye obyektlərinin yerləşməsi üçün
təyin olunan ərazilərdir; bura həmçinin şəhərdaxili yollar, küçələr,
meydançalar, bağlar, bulvarlar və s. aiddir.
Ekoloji tələbata uyğun olaraq seliteb zonanın formalaşdırılması və əsaslı
təşkilində aşağıdakılar nəzərə alınmalıdır:
393
Birinci halda hər hansı bir təbiəti mühafizə tədbirinə ehtiyac yoxdur: əsas
etibarilə, yeraltı suların vəziyyətinə nəzarət olunmalıdır; ikinci halda
məhdudlaşdırıcı tədbirin görülməsi məqsədəuyğundur: üçüncü və dördüncü
hallarda isə daima xüsusi qoruyucu tədbirlərin həyata keçirilməsi vacibdir.
21.3.
TORPAĞIN ÇİRKLƏNMƏSİ VƏ DEQRADASİYASI
Torpağın vəziyyətinin ekoloji qiymətləndirilməsi meyarının seçilməsi
onun yerləşmə spesifikası, genezisi, həmçinin istifadə xüsusiyyəti ilə təyin
edilir.
Torpağın vəziyyəti qiymətləndirildikdə, ekoloji uğursuzluq dərəcəsinin
əsas göstəriciləri fiziki deqradasiya, kimyəvi və bioloji çirklənmə meyarları
hesab olunur.
Ərazinin ekoloji vəziyyətinin meyarlarından biri torpağın deqradasiyası
(eroziya, deflyasiya, təkrar şorlaşma, şorakətləşmə, bataqlaşma) nəticəsində
istifadədən çıxmış torpaq sahələri hesab edilir. Neqativ proseslər (açıq üsulla
faydalı qazıntıların əldə olunması və tikinti işləri; insan tərəfindən törədilən su
eroziyası və defiyasiya) torpaq horizontları- nın dağılmasına səbəb olur, bu
proses də torpağın deqradasiyası meyarı vəzifəsini görür. Torpağın
strukturunun dağılması və bərkimə prosesinin inkişafı onun kipliyini artırır, bu
da torpağın deqradasiyası göstəricisinin mühüm meyarıdır.
Fitotoksiklik torpağın çirklənməsinin kompleks göstəricisi .sayılır -
çirklənmiş torpağın xassələri toxumun cücərməsini, ali bitkilərin böyümə və
inkişafını ləngidir (sıxışdırır) (test göstərici).
Torpaq mikroorqanizmlərin həyat fəaliyyətinin aşağı düşməsi bioloji
deqradasiyanın əlaməti sayılır.
Torpaqda çirkləndirici maddələrin YVK-nın artma təkrarı çox olarsa,
onların mütəhərrik formalarına görə qiymətləndirmək lazımdır.
Ekspert qiymətləndirməyə görə ekoloji fəlakət ərazisi üçün
məhsuldarlığın azalması 75%-dən artıq, ekoloji böhran ərazisi üçün
isə*50...75% qəbul olunması təklif edilir (həmin ərazi və bitki üçün kompleks
aqrotexniki və aqrokimyəvi tədbirlərin yerinə yetirilməsi şəraitində).
Keyfiyyətə görə normativ tələbata uyğun gəlməyən məhsulun bir hissəsi
(pestisidlərin qalıq miqdarı, toksiki elementlər, mikrotoksinlər, nitratlar,
nitritlər) öyrənilən ərazi üçün (torpaq, hava, səth və qrunt suları) çirklənmə
dərəcəsinin indiqatorunun əlavə göstəricisi sayılır.
Torpağın vəziyyəti haqqında məlumat əsas göstəricilər və çirkləndirici
maddələrin tərkibi üzrə informasiyanı əks etdirən ətrafiı tematik kartofqrafik
materiallar şəklində təqdim edilməlidir.
392
üçün KZP-1 O-dan (kimyəvi zəhərləmə parametri) istifadə olunur. Kimyəvi
maddələrlə çirklənmə, hər biri YVK-dan dəfələrlə çox olan bir neçə
maddələrlə müşahidə edilən ərazilər üçün bu göstərici xüsusən vacibdir. Bu
yalnız fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonası aşkar edildikdə
hesablanır.
Hesablama YVK-nı maksimum keçən 10 birləşmə üzrə aşağıdakı
düsturla aparılır.
KZP-10=Cı/YVKı+C2nfVK2+C3/YVK3...+CıonfVKıo
Burada, Cı, C
2
, C
3
....Cıo - suda kimyəvi maddələrin konsentrasiya- sı,
YVK - balıq təsərrüfatı üçün
KZP - 10-nu təyin etdikdə imkan daxilində maksimum göstərici
miqdarında su analizi aparmaq təklif olunur.
Təhlil olunan zonalar ayırdıqda bakteriya - fıto- və zooplankton,
həmçinin ixtiofauna üzrə göstəricilərdən istifadə olunur. Bununla yanaşı,
suyun toksiki dərəcəsini təyin etmək üçün inteqral göstərici - biotest-
ləşdirmədən istifadə edilir.
Zonanın müəyyən ərazisi üçün təklif olunan göstəricilərin parametrləri
kifayət qədər uzunmüddətli müşahidələrin (3 ildən az olmayaraq) materialları
ilə formalaşdırılır.
Yeraltı sular. Yeraltı suların texnogen çirklənməsi miqyasını təyin etmək
üçün V.M.Qoldberq təbii halda yeraltı suyun keyfiyyəti (Q), içməli su kimi
istifadə edilən yeraltı suda çirkləndirici maddələrin yol verilən konsentrasiyası
(YVK)-dan istifadə olunmasını təklif etmişdir. Yeraltı suların çirklənmə
miqyasının səciyyələndirilməsində çirklənmə sahəsinin (F) ölçüsü də mühüm
əhəmiyyət daşıyır. Beləliklə, yeraltı suların çirklənmə vəziyyəti iki göstərici
ilə - yeraltı suların keyfiyyəti (C) və çirklənmənin sahəsi (F) ilə ifadə olunur.
Bunun əsasında yeraltı suların vəziyyətinində dörd səviyyə (siniQ ayrılır:
1.
Nisbətən əlverişli (norma). Yeraltı suyun keyfiyyəti, əsasən, Cı ilə
müqayisə oluna bilər və ya onu bir qədər keçə bilər, lakin YVK-nm
çərçivəsindən çıxa bilməz, yəni Cı
olmur və ya kiçik ölçüdə olur (F<0,5 km^).
2.
Daima neqativ dəyişkənlik meyli müşahidə olunur (risk sinfi). Yeraltı
suyun keyfiyyəti fasiləsiz pisləşir. O, YVK-a çatır və ya onu keçir, lakin bəzi
sahələrdə YVK 3...5-dən artıq olmur (F=0,5 .... 5 km-).
3.
Böhranlı vəziyyət (böhran). Yeraltı suyun keyfiyyəti geniş sahədə
YVK-nı keçir (10 dəfəyə qədər), yəni YVK
çirklənmə sahəsinin ölçüsü 5-dən 10 km~ arasında dəyişir.
4.
Fəlakətli vəziyyət (fəlakət). Yeraltı suların keyfiyyəti çirklənmə
zonasında lOYVK-dan artıqdır və pisləşməyə doğru meyl göstərir.
391
Dostları ilə paylaş: |