Dərslik komplekti haqqında


  Həyatın əmələ gəlməsi haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə18/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

54
 
4.  Həyatın əmələ gəlməsi haqqında 
müasir təsəvvürlər
Alt standart: 
1.1.4.  Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh 
edir.
Məqsəd: 

 Həyatın əmələ gəlməsi haqqında müasir təsəvvürləri şərh edir.
Bu  mövzuda  da  1.1.4.  məzmun  standartı  reallaşdırılır.  Lakin  bu  zaman  əvvəlki 
mövzulardan fərqli olaraq həyatın yaranması ilə bağlı müasir təsəvvürlər tədqiqat ob-
yektidir. Bu mövzuya əvvəl qazanılmış biliklərə əsaslanan sualların müzakirəsi ilə baş-
lamaq mümkündür.
• 
Həyatın əmələ gəlməsi ilə bağlı ilkin təsəvvürlər hansılardır?
• 
Hansı şəraitdə həyat yarana bilərdi?
Tədqiqat sualı: 
Müasir təsəvvürlərə görə, həyat necə yaranmışdır?
Paraqrafın nəzəri materialı ilə tanışlıq müəllimin məqsədəuyğun hesab etdiyi üsul-
lardan birindən istifadə olunmaqla aparıla bilər. Bu üsullara misal olaraq İNSERT, fa-
siləli oxu və s. göstərmək olar.
Məzmun aşağıdakı ardıcıllıqla öyrənilə bilər:
• 
Yer planeti haqqında ilkin və müasir təsəvvürlər;
• 
Avtotrofluq;
• 
Heterotrofluq.
Şagirdlərin  fərdi  bacarıqlarını  qiymətləndirmək  məqsədilə  F  blokndakı  3-cü  tapşı-
rıqdan istifadə etmək olar. 1-ci və 2-ci tapşırıqlar isə lövhədə bütün siniflə birlikdə müza-
kirə oluna bilər.
Mövzu içərisindəki sxem və şəkillərə diqqət yetirilməli və onların müzakirəsinə də 
yer ayrılmalıdır.
Qiymətləndirmə meyarı: 
• 
şərhetmə

səviyyə
II 
səviyyə
III 
səviyyə
Həyatın yaranması ilə bağ lı 
müasir təsəvvürləri şərh 
etməkdə çətinlik çəkir.
Həyatın yaranması ilə bağ lı 
müasir təsəvvürləri şərh 
edərkən səhvlərə yol verir.
Həyatın yaranması ilə bağlı 
müasir təsəvvürləri sərbəst 
şərh edir.
  LAYİHƏ


55
Alt standart: 
1.1.4.  Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh 
edir.
Məqsəd: 

 Bioloji monomer və polimerlərin yaranmasına dair fikirləri şərh edir.
Mövzunun tədrisinə şagirdlərin əvvəlki mövzulardan əldə etdikləri biliklər əsasın-
da başlamaq olar. Bu məqsədlə bütün bölmənin 1.1.4. məzmun standartını reallaşdırdı-
ğını nəzərə alaraq həyatın yaranması ilə bağlı fərziyyələri və nəzəriyyələri şaxələndir-
mə üsulundan istifadə etməklə qruplaşdırmaq mümkündür.
Şaxələndirmə:
Məsələn:
Abiogenez
Həyatın yaranması
haqqında təsəvvürlər
Canlılar cansızdan 
yaranmışdır.
İlk fərziyyəni 
Aristotel irəli 
sürmüşdür.
Tədqiqat sualı:
Həyatın yaranması ilə bağlı daha hansı təsəvvürlər mövcud olmuşdur?
Tədqiqatın aparılması mərhələsində dərslikdə verilmiş S.Müllerin aparatı müzakirə 
olunmalıdır.
Mətnin oxunması da olduqca vacibdir. Bunun üçün fasiləli oxu üsulundan istifadə 
etmək olar. Burada məqsəd mətndəki faktları, onlar arasındakı səbəb və nəticə əlaqələ-
rini şagirdlərə dəqiq və anlaşıqlı şəkildə çatdırmaqdan ibarətdir.
Mətnin hissə-hissə oxunması oxu zamanı şagirdin diqqətini tez və dəqiq səfərbər 
etməyə, mətnin dərk olunmasına imkan yaradır. Beləliklə də, bu zaman verilmiş nəzəri 
bilikləri şagirdlər qısa müddətdə mənimsəyə bilirlər.
Müzakirələrdə dərslikdəki sxem və şəkillərə mütləq istinad edilməlidir.
  
5. Bioloji monomer və polimerlərin 
yaranması
  LAYİHƏ


56
Mətni  oxuyub  bitirdikdən  sonra  şagirdləri  F  blokundakı  tapşırıqların  həllinə  cəlb 
etmək lazımdır.
F blokundakı tapşırıqların cavabı:
2. I mərhələ – c, d, e
II mərhələ – b,
III mərhələ – a,
Qiymətləndirmə meyarı: 
• 
şərhetmə

səviyyə
II 
səviyyə
III 
səviyyə
Bioloji-monomer və 
polimerlərin yaranması ilə 
bağlı fikirlərini şərh edərkən 
səhv lərə yol verir.
Bioloji-monomer və 
polimerlərin yaranması ilə 
bağlı fikirlərini müəllimin 
isti qa mətverici sualları 
əsa sın da şərh edir.
Bioloji-monomer və 
polimerlərin yaranması ilə 
bağ lı fikirlərini sistemli şərh 
edir.
 
  LAYİHƏ


57
Alt standart: 
1.1.4.  Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh 
edir.
Məqsəd: 

 Yer üzərində orqanizmlərin sadədən mürəkkəbə doğru inkişafı barədə fikirlərini 
şərh edir.
Dərsə  başlayarkən  şagirdlərə  mövzu  ilə  bağlımüxtəlif  şəkillərdən  ibarət  slayd 
nümayiş etdirilə bilər. Bu şəkillərdə həm birhüceyrəli, həm də çoxhüceyrəli orqa-
nizmlər əks olunmalıdır.
Şagirdlərə şəkilləri 2 qrupda qruplaşdırmaq tapşırılır (birhüceyrəli və çoxhüceyrəli).
Tədqiqat sualı: 
Yer  üzərində  canlılar  sadədən  mürəkkəbə,  birhüceyrəlidən  çoxhüceyrəliyə  doğru 
necə inkişaf etmişdir?
Bu mövzuda tədqiqatın aparılması şagirdlər üçün maraqlı ola bilər. Çünki məhz bu 
mövzuda  onlar  aşağı  siniflərdə  öyrəndiklərini  bir  daha  xatırlayaraq  bu  cür  quruluşun 
yaranmasının səbəblərini daha dərindən dərk edəcəklər.
B  blokundakı  mətnin  araşdırılması  məqsədilə  mətnin  bütöv  oxunması  strategiya-
sından istifadə etmək olar. Bu prosesdə şagirdlər müxtəlif hissələr arasındakı əlaqələri 
görür və öyrənirlər ki, hər bir hissə özündən əvvəlkinin məzmun və məntiqi cəhətdən 
davamı olub və onu inkişaf etdirir, ardıcıl olaraq da sonrakı hissənin meydana çıxması-
na zəmin yaradır. Bunun əsasında məzmun şüurlu mənimsənilir. Müzakirələr zamanı 
müxtəlif  çoxhüceyrəli  orqanizmlərin  şəkillərinin  nümayiş  etdirilməsi  məqsədəuyğun-
dur.
F blokundakı tapşırıqlar kollektivdə müzakirə ilə yerinə yetirilə bilər.
Qiymətləndirmə meyarı: 
• 
şərhetmə

səviyyə
II 
səviyyə
III 
səviyyə
Orqanizmlərin sadədən 
mürəkkəbə doğru inkişafına 
dair fikirlərini şərh edərkən 
səhvlərə yol verir.
Orqanizmlərin sadədən 
mürəkkəbə doğru inkişafına 
dair fikirlərini müəllimin 
köməyi ilə şərh edir.
Orqanizmlərin sadədən 
mürəkkəbə doğru inkişafına 
dair fikirlərini sərbəst şərh 
edir.
 
6. Çoxhüceyrəliliyə doğru yol
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə