Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə21/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

66
 II. MİKROBİOLOGİYA
 9. Mikroorqanizmlər
Alt standartlar:  
1.1.1.  Canlıları  öyrənən  elm  sahələrinin  (seleksiya,  mikrobiologiya,  biotexnologi-
ya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 

 
Mikrobiologiya elminin xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.

 
Mikrobiologiya elminin nailiyyətləri mövzusunda məruzə və təqdimatlar hazırlayır.
Verilmiş  standart  biologiyanın  mikrobiologiya  sahəsinin  xüsusiyyətlərinin  şərh 
edilməsini və bu elm sahəsinin nailiyyətləri ilə bağlı təqdimatın hazırlanmasını tələb 
edir. Bu baxımdan motivasiyanı aşağıdakı kimi yaratmaq olar:

 
Biologiyanın hansı sahələrini tanıyırsınız? 

 
Bu sahələr nədən bəhs edir?
Motivasiya  mərhələsi  üçün  BİBÖ  cədvəlindən  də  istifadə  etmək  olar.  Müəllimə 
lövhəyə BİBÖ cədvəlini çəkir. Yönəldici suallardan istifadə edərək cədvəlin “Bildiklə-
rim”və  “İstəyirəm  biləm”  sütunları  doldurulur,  “Öyrəndiklərim”  sütunu  isə  nəticə  və 
ümumiləşdirmə mərhələsində müəllim tərəfindən yazılır. 
BİLDİKLƏRİM
İSTƏYİRƏM BİLƏM 
ÖYRƏNDİKLƏRİM
Tədqiqat sualı: 
Biologiyanın  başqa  hansı  sahələri  var?  Biologiyanın  mikrobiologiya  sahəsi  nəyi 
öyrənir və hansı nailiyyətləri vardır?
Tədqiqatın aparılması mərhələsində Fəaliyyət hissədə verilmiş sxem tamamlanma-
lıdır. Sxem biologiyanın sahələrinə görə tamamlanmalıdır (virusologiya, bakteriologi-
ya, zoologiya).
Tədqiqat  zamanı  “Sualların  tərtib  edilməsi”  strategiyasından  istifadə  edilə  bilər.  
Şagirdlər fərdi və ya cütlər şəklində mətni oxuyur və mətni təhlil etmək üçün suallar 
hazırlayır.  Müəllim tərəfindən qoyulmuş  vaxt  bitdikdən sonra  hazırlanmış suallar şa-
  LAYİHƏ


67
girdlər tərəfindən bir-birlərinə verilir və müzakirə təşkil olunur. Sualları üç cür səciy-
yələndirmək olar:

 
Mətndə dəqiq cavabı olan;

 
Cavabı mətnaltı mənada olan;

  
Mətnin ideyasına əsaslanan şagird mühakiməsindən irəli gələn; 
Suallar aşağıda təq dim edilən yollarla yaradılır:

 
Əvvəlcə suallar tərtib edilir;

 
Sonra onlar sadədən mürəkkəbə, səthidən dərinə məntiqi ardıcıllıqla düzülür. 
B blokundakı 2-ci tapşırıq cədvəlin tamamlanmasını tələb edir. Bu cədvəli şagirdlər 
aşağı sinif biologiya kursundan əldə etdikləri biliklər əsasında tamamlayacaqlar. 
Mətnin oxunub müzakirə olunmasından sonra şagirdlərə paylama materialı təqdim 
etməklə  və  yaxud  kompüterdən  istifadə  imkanı  yaratmaqla  (məktəbin  maddi-texniki 
bazası nəzərə alınmaqla) F blokundakı tapşırıqlar icra olunmalıdır. Standartın sinifdə 
reallaşdırılması əsas şərt olduğundan mütləqdir ki, şagirdlər paylama materialı ilə tə-
min olunsunlar. Bu məqsədlə aşağıdakı linkdən istifadə edərək “Mikrobiologiya, sani-
tariya  və  gigiyena  fənni”  kitabını  kompüterinizə  yükləyə  və  bundan  istifadə  etməklə 
paylama materialı hazırlaya bilərsiniz.
http://unec.edu.az/application/uploads/2015/07/mikrobiolog.pdf 
Mikrobiologiya  elminin  nailiyyətləri  ilə  bağlı  videonu  ümumiləşdirmə  və  nəticə 
mərhələsində nümayiş etdirmək məqsədəuyğundur. Vaxt çatışmazlığı olarsa, bu bölmə-
nin digər mövzularının tədrisi zamanı da bu linkdən istifadə etmək olar: 
https://www.youtube.com/watch?v=ik3m17ZdVbE 
Qiymətləndirmə meyarları: 

 
şərhetmə

 
təqdimat və məruzə hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Mikrobiologiya elmi-
nin xüsusiyyətlərini 
çətinliklə şərh edir.
Mikrobiologiya 
elminin xüsusiyyət-
lərini şərh edərkən 
səhvlərə yol verir.
Mikrobiologiya 
elminin xüsusiy-
yətlərini müəllimin 
köməyi ilə şərh edir.
Mikrobiologiya 
elminin xüsusiyyət-
lərini nümunələrlə 
şərh edir.
Məruzə və təqdimatla-
rı sistemsizdir.
Məruzə və təqdi-
matda əsas nailiy-
yətlər əks olunma-
yıb.
Dəqiq mənbələrə 
istinad olunsa da
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlən-
məyib.
Təqdimat sistemli
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
  LAYİHƏ


68
Əlavə material
Viruslar
Çox xırda ölçülərə malik olub, digər mikroorqanizmləri keçirməyən bakterial süz-
gəclərdən süzülüb keçən və müəyyən hüceyrə quruluşu olmayan canlılara “virus” adı 
verilir (latınca virus – “heyvan mənşəli zəhər” deməkdir). “Virus” termini ilk dəfə Hol-
landiya alimi Beyerinq tərəfindən təklif edilmişdir. Viruslar cansızlarla canlı təbiət ara-
sında keçid təşkil edən, hüceyrə quruluşu olmayan bioloji fəal varlıqdır. Onların özlə-
rinə  məxsus  bioloji  xüsusiyyətlərini  saxlamaqla  kristallaşması  virusların  ikili  təbiətli 
olmasını göstərir. Amerika alimi Stenli 1945-ci ildə tütündə ala-bəzək xəstəliyi törədən 
virusun iynəvarı kristallarını almışdır. Sonralar heyvanların virusları, 1965-ci ildə isə 
bakteriofaqın kristalları alınmışdır. Kristallaşma virusların xüsusi qabiliyyəti olduğun-
dan, onların birmənalı canlılara aid olmasına şübhə yaradır. Virusların canlı varlıqlara 
aid olmasına şübhə yaradan ikinci xüsusiyyət, onlarda canlı maddəyə xas olan sərbəst 
maddələr mübadiləsinin olmamasıdır. Viruslar da biopolimerlərin sintezini aparan fer-
mentlərin olmamasına görə inert hissəciyə bənzəyirlər. Bunların bioloji fəallığı yalnız 
yoluxdurduğu hüceyrədə müşayiət olunur. Viruslar sahib hüceyrələrdə çoxalaraq onları 
tələf edirlər. Virusları hüceyrə quruluşlu orqanizmlərdən fərqləndirən əsas xüsusiyyət, 
onlarda yalnız bir tip nuklein turşusu – ya DNT, ya da RNT-nin olmasıdır. Bitkiləri yo-
luxduran, əsasən, RNT, heyvan və insanları yoluxduranda isə həm RNT, həm də DNT 
tərkibli  viruslar  olur.  Bununla  bərabər,  viruslarda  canlılara  xas  olan  xüsusiyyətlər  də 
vardır. Virusların tərkibində zülal molekulu, bəzilərində hətta lipid və karbohidrat mo-
lekulları da mövcuddur. Digər canlılar kimi viruslarda da dəyişkənlik və irsi xüsusiy-
yətləri nəsildən-nəslə keçirmək qabiliyyəti vardır. Viruslar üçün səciyyəvi xüsusiyyət 
onların çoxalmasıdır, amma bu, hüceyrənin maddələr mübadiləsi və enerji ehtiyatı he-
sabına gedir. Beləliklə, viruslar spesifik hüceyrədaxili parazit sayılırlar. Virusların mən-
şəyi məlum deyil və bu barədə yalnız müəyyən fərziyyələr vardır. Virusların təbiətini, 
xarici görünüşünü, kimyəvi tərkibini, çoxalmasını, yayılmasını, müxtəlif xəstəliklərdə 
rolunu, onlarla mübarizə üsulunu və mənşəyini öyrənən elmə virusologiya deyilir. Bu 
da öz növbəsində ümumi və xüsusi virusologiyaya bölünür. Virusların təbiətini, çoxal-
masını, təsnifatını, morfologiyasını, quruluşunu, kimyəvi tərkibini, dəyişkənliyini, hü-
ceyrələrlə  nisbətini  ümumi  virusologiya  öyrəndiyi  halda,  xüsusi  virusologiya  virus 
xəstəliklərinin  etiologiyasını,  yayılmasını,  diaqnostikasını,  profilaktika  və  müalicə 
üsullarını tədqiq edir. Virusların ayrılması və virusologiyanın mühüm bioloji fənn kimi 
meydana  çıxması  rus  alimlərinin  adı  ilə  bağlıdır.  1886-cı  ildə  məşhur  mikrobioloq  
N.Hamaley qaramalın taun xəstəliyini öyrənərkən xəstə heyvanın qanını mikrobları ke-
çirməyən bakterioloji süzgəcdən süzüb sağlam heyvana keçirir və onun xəstələndiyini 
görür. 1892-ci ildə botanik D.İ.İvanovski Krım tarlasında tütünün ala-bəzək xəstəliyini 
öyrənərkən bunun adi mikroblardan fərqli, xırda ölçülü “mikroblar” tərəfindən əmələ 
gəlməsini  kəşf  edir,  xəstə  bitkinin  şirəsini  Şamberlap  süzgəcindən  süzdükdə  xəstəlik 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə