Dərslik komplekti haqqında


 Atmosfer havasının mikroflorası



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə24/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

76
 
13. Atmosfer havasının mikroflorası
Alt standart:  
1.1.3.  Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm sahələrinin nailiy-
yətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 

 
Havanın mikroflorasının öyrənilməsində Mikrobiologiya elminin roluna dair məruzə 
və təqdimat hazırlayır. 
Şagirdlərdə idraki fəallığı beyin həmləsi üsulundan istifadə etməklə yarada bilərsiniz. 
Bu məqsədlə aşağıdakı suallarla müraciət etmək olar:

 Atmosfer havasının tərkibi nədən ibarətdir?

 
Atmosferdə hansı canlılara rast gəlmək olar?
Tədqiqat sualı: 
Havada hansı mikroorqanizmlər var və onların miqdarı necə dəyişir?
Fəaliyyətdə verilmiş tapşırıq mikroorqanizmlərin miqdarının hava şəraitindən asılılığını 
göstərir.  Qrafikə  əsasən  küləkli,  yağışlı  havalarda  mikroorqanizmlərin  sayının  dəyişməsi 
göstərilir.  Şagirdlər  bu  tapşırığı  cütlərlə  və  yaxud  fərdi  yerinə  yetirə  bilərlər.  Seçimlərini 
əsaslandırdıqdan sonra mətnin oxunmasına başlanmalıdır.
Mətn hissə-hissə oxuna bilər. Bu zaman bir hissədən digərinə keçməzdən əvvəl şagird-
lərə aşağıdakı suallar, verərək yeni materiala yönləndirmək olar:

 
Yoluxucu xəstəliklər hansılardır?

 
Tənəffüs yollarının xəstəlikləri hansılardır?

 
İnsana necə yoluxa bilir? və s.
Mətni oxuyub bitirdikdən sonra şagirdləri dərsin məqsədinə uyğun cütlərə və yaxud ki-
çik  qruplara  bölərək  F  blokunda  verilmiş  tapşırıqların  yerinə  yetirilməsi  tapşırıla  bilər.  F 
blokundakı  1-ci  tapşırığın  yerinə  yetirilməsi  üçün  aşağıdakı  linkdəki  materialdan  istifadə 
oluna bilər. Material rus dilində olduğu üçün tərcümə olunaraq paylama materiali kimi təq-
dim oluna bilər:
http://bib.social/mikrobiologiya_1050/mikroflora-vozduha-sanitarno-74336.html 
Ümumiləşdirmə və nəticə mərhələsində aşağıdakı linkin nümayiş etdirilməsi məqsədə-
uyğundur:  
https://www.youtube.com/watch?v=wVkFPTtJ3XM 
Qiymətləndirmə meyarı: 

 
təqdimat və məruzə hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Sistemli, dəqiq elmi 
mənbələrə istinadən 
təqdimat hazırlanıb.
  LAYİHƏ


77
 
14. Qida məhsullarının mikroflorası
Alt standart:  
1.1.3.  Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm sahələrinin nailiy-
yətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 

 
Qida  məhsullarının  mikroflorasının  öyrənilməsində  Mikrobiologiya  elminin  roluna 
dair məruzə və təqdimat hazırlayır. 
Motivasiya mərhələsində şagirdlərə aşağıdakı suallar verilə bilər:

 
Canlıların əsas xüsusiyyətləri hansılardır?

 
Qidalanma zamanı hansı gigiyenik qaydalar gözlənilməlidir?

 
Qida məhsulları necə seçilməlidir?
Motivasiya mərhələsi üçün BİBÖ cədvəlindən də istifadə etmək olar. Müəllim lövhəyə 
BİBÖ  cədvəlini  çəkir.  Yönəldici  suallardan  istifadə  edərək  cədvəlin  “Bilirəm”  və  “İstə-
yirəm  bilim”  sütunları  doldurulur,  “Öyrəndiklərim”  sütunu  isə  nəticə  və  ümumiləşdirmə 
mərhələsində müəllim tərəfindən yazılır. 
BİLİRƏM
İSTƏYİRƏM BİLİM 
ÖYRƏNDİKLƏRİM
Şagirdlər “Bilirəm” qrafasında “Qida məhsullarını alarkən istehsal və son istehlak ta-
rixinə diqqət etməli, tərkibində hansı maddələrin və nə qədər olmasına və s.” bu kimi fikir-
lərini qeyd etdikdən sonra yönəldici suallarla onların fikrini “İstəyirəm bilim” qrafasında  
“Qida  məhsullarının  tərkibində  hansı  mikroorqanizmlər  var?”  sualına  yönəldə  bilərsiniz. 
“Öyrəndiklərim” sütunu nəticə və ümumiləşdirmə mərhələsində mövzu oxunub müzakirə 
olunduqdan, videoçarx izləndikdən, F blokundakı tapşırıqlar yerinə yetirildikdən sonra ta-
mamlanmalıdır.
Tədqiqat sualı: 
Qida məhsullarının tərkibində hansı mikroorqanizmlər ola bilər? Bu mikroorqanizmlə-
rin miqdarı nədən asılı olaraq dəyişə bilər?
Fəaliyyət hissəsindəki tapşırığı şagirdlər cütlərdə yerinə yetirərək fikirlərini əsaslandır-
malıdırlar.  
Tədqiqatın aparılması mərhələsində şagirdlər dərslikdəki mətni oxuyaraq onunla tanış 
olmalı,  açar  sözləri  qeyd  etməli  və  müzakirələrdə  öz  fikirlərini  bildirməlidirlər.  Şagirdlər 
dərslikdəki mətndən və əlavə materiallardan istifadə etməklə F blokundakı tapşırıqları ye-
rinə  yetirə  bilərlər.  Paylama  materialı  olaraq  aşağıdakı  elektron  materialdan  istifadə  edə 
bilərsiniz:
http://unec.edu.az/application/uploads/2015/07/mikrobiolog.pdf
  LAYİHƏ


78
Elektron  materialdan  istifadə  imkanı  olmadıqda  “Əlavə  material”dan  istifadə  et-
məklə paylama materialı hazırlamaq olar.
Ümumiləşdirmə və nəticə mərhələsində qida zəhərlənməsi ilə bağlı aşağıdakı link 
nümayiş etdirilə bilər:
https://www.youtube.com/watch?v=Z0b-1uv907E 
Qiymətləndirmə meyarı: 

 
təqdimat və məruzə hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da, 
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
Əlavə material
Qidadan zəhərlənmə müxtəlif səbəblərdən ola bilər. Zəhərlənməni təbiətcə zəhərli 
olan qidalar (bəzi növ balıqlar, göbələklər, meyvə və s.) və yaxud qidaya düşən zəhərli 
maddələr (mis, sink, qurğuşun, arsen və s.) törədə bilər. Zəhərlənmə həmçinin qidanın 
xüsusi növ mikroblarla və yaxud onların zəhərləri ilə yoluxması nəticəsində baş verir. 
Statistika  göstərir  ki,  qidadan  zəhərlənmələr  başlıca  olaraq  mikrob  təbiətli  zəhərlən-
mələr hesabına olur. Onlar mikrobla yoluxmuş qidanı qəbul etdikdən sonra kəskin keç-
məsi və tez baş verməsi (15 dəqiqədən tutmuş 24 saata qədər) ilə səciyyələnir. Bu za-
man qarında ağrılar, ürəkbulanma, qusma olur, bundan sonra ishal, ümumi zəiflik baş 
verir,  ürək-damar  sisteminin  fəaliyyəti  zəifləyir  və  hər  bir  zəhərlənmə  üçün  xarakter 
olan başqa əlamətlər olur. Qidadan baş verən zəhərlənmələri törədən səbəblərdən asılı 
olaraq belə hallar iki əsas qrupa bölünür – mikrob və qeyri-mikrob təbiətli. Birinci qrup 
zəhərlənmələr  daha  tez-tez  baş  verib,  bütün  zəhərlənmələrin  80-90%-ni  təşkil  edir. 
Mikrob mənşəli qida zəhərlənmələri də qida intoksikasiyasına (toksikozlara) və toksi-
koinfeksiyaya bölünür.
Qida intoksikasiyası (toksikozlar). Qida intoksikasiyası (toksikozlar) bakterial və gö-
bələk mənşəli olub, qidada yalnız mikrob toksinləri olduqda baş verir, toksin əmələ gə-
tirən canlı mikroorqanizmlər isə olmaya da bilər. Toksikoz törədiciləri ekzotoksinlər hazır-
layırlar. Qida toksikoinfeksiyalar qidada yalnız canlı toksigen mikrobların çoxlu miqdarda 
olduğu zaman baş verir. Toksikoinfeksiyaların törədiciləri endotoksinlər hazırlayır. 
Bakterial intoksikasiya. Bakterial intoksikasiyalardan ən çox əhəmiyyətli olanı bo-
tulizm və stafilokokk intoksikasiyalardır. Botulizm dedikdə, son dərəcə ağır qida zəhər-
lənmələri başa düşülür. Bu xəstəlik insanlarda qidanı qəbul etdikdə orada Cl.botulinum 
bakteriyaları toksiki olduqda baş verir. Cl.botulinum təbiətdə – torpaqda, su hövzəsin-
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə