Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə27/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

84
• II növ – rekonvalessent bakteriyagəzdirmə (insan xəstəliyi keçirdikdən sonra ya-
ranır).
II növ bakteriyagəzdirmə də özlüyündə iki yerə bölünür – kəskin (3 aya qədər) və 
xroniki (3 aydan çox).
Uzunmüddətli bakteriyagəzdirmə qarın yatalağının xroniki forması hesab edilir və 
orqanizmin immunçatışmazlığı ilə əlaqələndirilir. Mikrobun dəyişilmiş L – forması re-
tikulo-endotelial toxumada qalır, vaxtaşırı adi formaya keçərək (reversiya) bakteriemi-
ya törədir, sidik və nəcislə xaric olur. Qarın yatalağına yoluxma alimentar yolla, yay- 
payız  ayları  baş  verir.  Yoluxma  faktorlarına  su,  ərzaq  məhsulları,  uşaqlar  arasında 
xüsusilə süd aiddir. Xəstəliyin su, ərzaq və süd epidemiyalarına təsadüf edilir. Ev əşya-
ları, oyuncaqlar və s. vasitəsilə, məişət-təmas yolu ilə də yoluxma baş verə bilər. Xəstə-
likdən sonra davamlı və uzunmüddətli immunitet yaranır. Lakin xəstəlik residiv və kəs-
kinləşmələr  verə  bilir.  Nadir  hallarda  insan  qarın  yatalağı  ilə  təkrarən  xəstələnir.
Orqanizmə düşən qarın yatalağı və paratif bakteriyalarına ilk növbədə mədə-bağırsaq 
şirələri təsir göstərir. Diri qalmış salmonellalar nazik bağırsaqda selikaltı limfa düyün-
lərinə və Peyer yastıqcıqlarına daxil olaraq limfadenit törədirlər. Mikroblar limfa siste-
mindən qan cərəyanına düşür, nəticədə bakteriemiya (bakteriyaların qana keçməsi) baş 
verir  və  bununla  əlaqədar  olaraq,  xəstəliyin  kliniki  əlamətləri  meydana  çıxır.  Qanın 
bakterisid  təsirindən  parçalanan  mikroblardan  endotoksin  azad  olur  və  intoksikasiya 
getdikcə  güclənir.  Qan  cərəyanı  ilə  daxili  orqanlara  yayılan  bakteriyalar  düşdüyü 
orqanda spesifik iltihabi proses törədir. Daxili orqanlara çökmüş salmonellalar çoxala-
raq təkrar bakteriemiya verə bilər. Kliniki gedişinə görə bu özünü xəstəliyin kəskinləş-
məsi və remissiyası kimi göstərir. Axacağı olan orqanlar – tər, süd və ağız suyu vəzilə-
ri, qaraciyər, böyrəklər mikrobları məhv etməklə yanaşı, onların bir hissəsini bədəndən 
çıxarırlar. Lakin ödlə bağırsağa düşmüş bakteriyalar nazik bağırsaq divarından yenidən 
qana keçir.
Qarın yatalağının gizli dövrü 7–25, bəzən isə 4–50 gün arasında tərəddüd edir. Orta 
hesabla isə 14 gün çəkir. Tipik formada xəstəliyin başlanğıc, kəskinləşmə, sönmə və sa-
ğalma dövrləri müəyyən edilir.
Xəstəlik intoksikasiya əlamətləri ilə tədricən başlayır. İlk gündən zəiflik, tezyorul-
ma, başağrısı, üşütmə, subfebril qızdırma, iştahanın azalması baş verir. 5–7 gün ərzində 
qeyd edilən simptomların intensivliyi daha da artır, hərarət 39–40°С-yə çatır. 
Xəstəliyin  başlanğıc  dövründə  bir  sıra  xarakterik  dəyişikliklər  müşahidə  edilir. 
Xəstənin dərisi solğun və isti olur, dili ərplə örtülü olur, dalaq və qaraciyər böyüyür. 
Təxminən birinci həftənin sonu xəstəlik kəskin dövrə keçir. Hərarət 39–40°C-yə çatır, 
səhər və axşam qızdırmaları arasında olan fərq bir dərəcədən artıq olmur. Bəzən qızdır-
ma dalğavarı xarakter ala bilər. 
Xəstəliyin 8–10-cu günləri qarının dərisində, bəzən döş və ətraf nahiyələrdə səpgi 
görünür. Səpgilər çəhrayı rəngli, kənarları hamar olur, barmaqla basdıqda itir. Adətən, 
hər xəstədə 6–8 ədəd səpgi aşkar edilir. Səpgilər 3–5 gündən sonra itir və endogen bak-
teriemiyaya uyğun olaraq yeni səpgilər əmələ gəlir. 
Xəstəliyin kəskin dövründə həzm sistemində ciddi pozuntular müşahidə edilir. Belə 
ki, xəstənin dili quruyur, dilin üzəri və kök nahiyəsi qalın bozumtul-qəhvəyi ərplə örtü-
lü olur. Dilin ucu və kənarları (dişlərə toxunan nahiyəsi) təmiz (ərpsiz) olur, follikullar 
  LAYİHƏ


85
nəzərə  çarpır  (tifoz  dil).  Daha  ağır  hallarda  dilin  üzərində  qansızmalar,  çatlar,  qara 
rəngli (tünd) ərp müşahidə olunur (fuliginoz dil). Xəstədə dodaqlar quruyur, qabıqlanır, 
damaq badamcıqları böyüyür və qızarır, bəzən xəstəliyin 2-3-cü həftəsində badamcıq-
lar  üzərində  xora  əmələ  gəlir  (Dyüge  anginası).  Xəstələrin  çoxunda  köp  və  qəbizlik 
olur. Xəstələrin qaraciyəri və dalağı böyüyür, həmin orqanların bir neçə funksional po-
zuntularına da rast gəlinir.
Tənəffüs sistemində olan dəyişikliklər xəstəliyin ilk günündən diffuz bronxit, son-
ralar isə pnevmoniya, bəzən plevritlə özünü büruzə verir.
İlk  günlərdə  ürək-qan  damar  sistemində  də  funksional-morfoloji  pozuntulara  rast 
gəlinir.  Nəbzin  hərarətə  nisbətən  zəif  olması  –  nisbi  bradikardiya,  onun  ikiləşməsi  – 
dikrotiya, adətən, arterial hipotenziya ilə birlikdə rast gəlinir.
Sinir sisteminin pozuntuları qarın yatalağının klinikasında əsas yeri tutur. Endotok-
sin mərkəzi, xüsusilə vegetativ sinir sisteminə güclü təsir göstərməklə qarın yatalağına 
xas bir neçə əlamətlər törədir. Bunlardan, əsasən, tifoz vəziyyəti göstərmək lazımdır. O, 
xəstəliyin  yüksək  qızdırma  dövrü  başağrısı,  yuxusuzluq,  əzginlik,  adinamiya,  huşun 
pozulması, sayıqlama, ağır hallarda psixoz və koma ilə təzahür edir. Bakteriya və onun 
toksini sinir sistemində üzvi dəyişikliklər – mono və polinevrit, ensefalit, seroz və ya 
irinli meningit də əmələ gətirə bilər.
Qarın yatalağına qarşı peyvənd olunmuş şəxslərdə xəstəlik xeyli yüngül olaraq mü-
şahidə olunur. Belə şəxslərdə xəstəlik uzun sürən gizli dövrdən sonra kəskin başlayır, 
qısa müddət davam edir və heç bir ağırlaşma vermir.
Diaqnozu. Qarın yatalağının kliniki diaqnozunda xəstəliyin intoksikasiya ilə baş-
lanması, tez bir zamanda qızdırmanın daimi xarakter alması, yuxunun və iştahanın po-
zulması, adinamiya və eləcə də xəstəlik üçün xarakterik olan “tifoz dil”, “tifoz hal”, 
“rozeola səpgisi”, hepatolineal sindrom, sağ qalça çuxuru nahiyəsinin ağrılı olması və 
palpasiyada qurultu səsi əsas götürülür.
Erkən diaqnoz üçün ən əlverişli üsul qanın əkilməsidir. Əkilmiş kulturada salmo-
nellaların aşkarlanması diaqnozu təsdiq edir.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə