Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə35/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

113
Bir  sıra  dövlətlər  belə  məhsullara  çox  ehtiyatla  yanaşaraq  tərkibində  GMO  olan 
məhsulların markalanmasına (məhsulun tərkibində GMO-nun faizinin göstərilməsinə) 
nail olmuşlar. Yaradılmış xüsusi laboratoriyalarda məhsulun tərkibində olan GMO-nun 
faizi müəyyən edilir. Bu gün, demək olar ki, bütün inkişaf etmiş ölkələrdə qida məhsul-
larının  keyfiyyəti,  ekoloji  təmizliyi  və  bioloji  təhlükəsizliyi  diqqət  mərkəzindədir. 
Nəzərə almalıyıq ki, müasir biotexnoloji üsullarla əldə edilmiş geni modifikasiya olun-
muş bitki növləri ilə illərin sınağından çıxmış qiymətli və faydalı olan bitki növlərinin 
əvəz edilməsi mövcud qiymətli növlərin itməsinə, bu isə biomüxtəlifliyin azalmasına 
gətirib çıxara bilər. 
İlk dəfə olaraq İngiltərə alimi Arpad Puştai geni modifikasiya olunmuş məhsulların 
insan  orqanizminə  zərərli  təsirini  təcrübə  yolu  ilə  sübut  etmişdir.  Təcrübələr  zamanı 
siçovulların bir müddət transgen tərkibli məhsullarla yemlənməsi nəticəsində heyvanla-
rın qanında leykositlərin miqdarı aşağı düşmüş, qaraciyərin ölçüləri kiçilmiş, çəkiləri 
azalmış,  onlarda  aqressivlik  yüksəlmiş,  hətta  bir-birini  yeməyə  başlamışlar.  Eyni  za-
manda heyvanlar arasında ölüm faizi də artmışdır. 
GMO-nun yaradılması üzərində ilk təcrübələr XX əsrin 70-ci illərində aparılmağa 
başlanmışdır.  Transgen  məhsulların  əkilməsi,  idxalı  və  s.  məsələlər  inkişaf  etmiş  öl-
kələrdə  ciddi  nəzarətə  alınmışdır.  Avropada  transgen  məhsulların  əkilməsi  qadağan 
edilmiş, yalnız bəzi bitkilərin ölkəyə idxalına icazə verilmışdir. Transgen məhsullarla 
qidalanan  bəzi  ölkələrin  əhalisində  piylənmə  prosesinin  getdiyi  müşahidə  edilmişdir. 
Araşdırmalara görə, piylənmə prosesi ilə həmin ölkələrdə GMO məhsulların geniş ya-
yılmasının birbaşa əlaqəsi mövcuddur. Çünki bu ölkələrdə ət yeməkləri üçün istifadə 
edilən qida əlavələri transgen məhsullardan hazırlanmışdır. Transgen məhsullar mad-
dələr mübadiləsinin pozulmasına və piylənmə prosesinin getməsinə səbəb olur. Təmiz 
ekoloji  məhsulların  araşdırılması  nəticəsində  məlum  olmuşdur  ki,  çox  yeməkdən 
kökələn şəxslər pəhriz, idman vasitəsilə arıqlaya bilirlər. Lakin transgen məhsullarla qi-
dalanan əhalinin piylənməsinin qarşısını almaq, demək olar ki, mümkün deyildir.
Geni modifikasiya edilmiş məhsulların orqanizmə təsiri uzun illər davam edə bilər. 
Ona görə də belə təsirin müayinə edilməsi çətinlik törədir. 
Ümumdünya Ticarət Təşkilatının tələblərinə görə, tərkibində GMO olan qida məh-
sullarının üzərində “GMO tərkibli” (faizlə) olması göstərilməlidir. Onu da qeyd etmək 
lazımdır ki, Azərbaycan 2000-ci ildə “Bioloji müxtəlifliyə dair” BMT-nin Konvensiya-
sına,  2005-ci  ildə  isə  bu  Konvensiyadan  irəli  gələn  “Biotəhlükəsizliyə  dair  Kartagen 
protokolu”na qoşulmuşdur.
  LAYİHƏ


114
 27. Canlılarda klonlaşdırma
Alt standartlar: 
1.1.1.  Canlıları  öyrənən  elm  sahələrinin  (seleksiya,  mikrobiologiya,  biotexnologi-
ya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd:
• 
Biotexnologiyanın klonlaşdırma sahəsində əldə etdiyi nailiyyətləri şərh edir, təq-
dimatlar hazırlayır.
• 
Müasir avadanlıqlardan istifadə etməklə biotexnologiyanın klonlaşdırma sahəsin-
də əldə etdiyi nailiyyətlərə dair məruzə və təqdimatlar hazırlayır.
Motivasiya məqsədilə beyin həmləsi üsulundan istifadə etmək olar. Bu zaman şa-
girdlərə aşağıdakı suallarla müraciət olunur:
• 
Biotexnologiyanın hansı sahələri var?
• 
Bu sahələr üzrə əldə olunan hansı nailiyyətləri  müsbət və mənfi  hesab edirsiniz? 
Niyə?
Tədqiqat sualı: 
Klonlaşma nədir? Onun əhəmiyyəti nədən ibarətdir? Bu proses necə həyata keçirilir? 
Tədqiqatın aparılmasına başlamazdan əvvəl qısa mühazirə ola bilər. Çünki bu, şa-
girdlər üçün olduqca maraqlı bir mövzudur. Bu məqsədlə ötən əsrin 70-ci illərinin so-
nunda  alimlərin  suda-quruda  yaşayan  canlılar  üzərində  apardıqları  təcrübələri  məmə-
lilərə (siçan, qoyun) tətbiq etmələri, 80-ci illərdə isə tədqiqatçıların qoyunu klonlaşdır-
dığı,  süni  mayalanmanın  klonlaşdırmadan  fərqli  olduğunu,  beynəlxalq  müstəvidə  bir 
çox ölkələrdə klonlaşdırmanın qadağan edildiyi və s. haqqında məlumatları onlara çat-
dıra bilərsiniz. 
Fəaliyyətdə verilən tapşırığın müzakirəsindən sonra dərslikdə verilmiş sxemin mü-
zakirə olunması, qoyun Dolinin klonlaşdırılması haqqında olan videomaterialın nüma-
yiş etdirilməsi böyük maraq kəsb edəcəkdir. Bu videomaterialı aşağıdakı linkdən əldə 
edə bələrsiniz:
https://www.youtube.com/watch?v=7NPeZ5_LRH4  
https://www.youtube.com/watch?v=HqpKGuwywSw 
Bununla yanaşı, mütəxəssislərin klonlaşdırma sayəsində heyvanların əks cinsləri-
nin alınmasına da nail olduqları, gen mühəndisliyi sayəsində digər hüceyrələrə çevrilə 
bilən xüsusi hüceyrələrin  alınmasını və s. qeyd etmək də məqsədəuyğundur. 
  LAYİHƏ


115
F blokundakı 1-ci tapşırığa uyğun olaraq aşağıdakı videomaterialı  nümayiş etdirə 
bilərsiniz:
https://www.youtube.com/watch?v=1QPgscYe7HI  
Qiymətləndirmə meyarları: 
• 
təqdimat və məruzə hazırlama
• 
şərhetmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
Biotexnologiyanın 
klonlaşdırma sahəsin-
əldə etdiyi nailiy-
yətləri çətinliklə şərh 
edir.
Biotexnologiya-
nın klonlaşdırma 
sahəsində əldə etdiyi 
nailiyyətləri şərh 
edərkən səhvlərə yol 
verir.
Biotexnologiya-
nın klonlaşdırma 
sahəsində əldə 
etdiyi nailiyyətləri 
müəllimin kömə-
yi ilə  şərh edir, 
nümunələr göstərə 
bilmir.
Biotexnologiya-
nın klonlaşdırma 
sahəsində əldə 
etdiyi nailiyyətləri 
nümunələr əsasında 
şərh edir.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə