Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə34/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

110
https://www.youtube.com/watch?v=bgIzT3vkJ-s  
https://www.youtube.com/watch?v=ZPVXG6FmlTQ 
Qiymətləndirmə meyarları: 
• 
təqdimat və məruzə hazırlama
• 
şərhetmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli, 
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
Biotexnologiyanın 
müxtəlif sahələrinin 
xüsusiyyətlərini çətin-
liklə şərh edir.
Biotexnologiyanın 
müxtəlif sahələrinin 
xüsusiyyətlərini  
şərh edərkən səhv-
lərə yol verir.
Biotexnologiyanın 
müxtəlif sahələrinin 
xüsusiyyətlərini 
müəllimin köməyi 
ilə şərh edir.
Biotexnologiyanın 
müxtəlif sahələrinin 
xüsusiyyətlərini 
sərbəst şərh edir.
  LAYİHƏ


111
 26. Bitkiçilik və heyvandarlıqda istifadə 
olunan müasir metodlar
Alt standartlar: 
1.1.1.  Canlıları  öyrənən  elm  sahələrinin  (seleksiya,  mikrobiologiya,  biotexnologi-
ya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd:
• 
Biotexnologiyanın kənd təsərrüfatı sahəsində əldə etdiyi nailiyyətləri və GMO-
nun insan orqanizminə zərərini şərh edir, təqdimatlar hazırlayır.
• 
Müasir avadanlıqlardan istifadə etməklə biotexnologiyanın kənd təsərrüfatı sahə-
sində əldə etdiyi nailiyyətlərə dair məruzə və təqdimatlar hazırlayır.
Motivasiyanı əvvəlki mövzunun tədrisi zamanı şagirdlərə verilən tapşırığın (Bio-
texnologiya kənd təsərrüfatında) davamı olaraq başlaya bilərsiniz. Onlara aşağıdakı su-
allarla müraciət edə bilərsiniz:
• 
Yaşıl biotexnologiya nədir?
• 
Biotexnologiyanın sahələrinin nə kimi faydası və zərəri vardır?
Tədqiqat “Biotexnologiya kənd təsərrüfatı sahəsində nə kimi nailiyyətlər əldə et-
mişdir? Geni modifikasiya olunmuş orqanizmlərin nə kimi faydası və zərəri vardır?” 
suallar əsasında aparılır.
Tədqiqata  başlamazdan  öncə  şagirdlərə  geni  modifikasiya  olunmuş  orqanizmlər 
haqqında kiçik mühazirə etmək olar. Bu zaman elektron təqdimatdan istifadə olunması 
məqsədəuyğundur. Təqdimatda təxminən aşağıdakı məlumatı yerləşdirə bilərsiniz: 
Geni modifikasiya olunmuş – transgenetik bitki növləri təbiətdəki analoqlarından 
fərqli olaraq insanların istəyinə uyğun yaradılmışdır. Geni modifikasiya olunmuş bit-
ki  növləri  təbii  yolla  əldə  edilmiş  növlərdən  fərqli  olaraq  aşağıdakı  xüsusiyyətlərə 
malikdir:
• 
yüksək və stabil məhsuldarlıq;
• 
il ərzində bir neçə dəfə məhsul vermək;
• 
ziyanvericilərə qarşı yüksək davamlılığa malik olmaq;
• 
daha yüksək və aşağı dərəcəli hava şəraitinə davamlı olmaq və s.
B blokundakı tapşırığı kollektivlə yerinə yetirmək məqsədəuyğun hesab olunur. Bu 
zaman şagirdlər qarğıdalı, pambıq, soya, pomidor, kartof, alma, çiyələk və s. məhsul-
larla tez-tez qarşılaşdıqlarını qeyd edə bilərlər.
  LAYİHƏ


112
C blokundakı mətnin araşdırılması zamanı onların əlavə materialdan istifadə etmə-
sinə şərait yaratmanız olduqca vacibdir. Bu zaman aşağıdakı linkdən faydalanmaq olar: 
http://fhn.gov.az/newspaper/?type=view_news&news_id=1268 
http://apa.tv/cast/0/8153 
https://www.youtube.com/watch?v=Qh42-VWt8J4 
QEYD: 
Bölmənin sonunda layihənin olduğunu nəzərə alaraq bu mövzunun sonun-
da  artıq  şagirdlərə  layihənin  mövzusu,  istinad  edə  biləcəkləri  mənbələr,  işin  təqdim 
olunma forması barədə məlumat verilməlidir. 
Qiymətləndirmə meyarları: 
• 
təqdimat və məruzə hazırlama
• 
şərhetmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da, 
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli, 
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
Biotexnologiyanın 
kənd təsərrüfatı 
sahəsində əldə etdiyi 
nailiyyətləri və GMO-
nun insan orqanizminə 
ziyanını çətinliklə şərh 
edir.
Biotexnologiyanın 
kənd təsərrüfatı 
sahəsində əldə 
etdiyi nailiyyətləri 
və GMO-nun insan 
orqanizminə ziya-
nını şərh edərkən 
səhvlərə yol verir.
Biotexnologiyanın 
kənd təsərrüfatı 
sahəsində əldə 
etdiyi nailiyyət-
ləri və GMO-nun 
insan orqanizminə 
ziyanını müəllimin 
köməyi ilə şərh edir, 
nümunələr göstərə 
bilmir.
Biotexnologiyanın 
kənd təsərrüfatı 
sahəsində əldə 
etdiyi nailiyyət-
ləri və GMO-nun 
insan orqanizminə 
ziyanını nümunələr 
əsasında şərh edir.
Əlavə material
(http://fhn.gov.az/newspaper/?type=view_news&news_id=1268 )
Gündəlik həyatımızda geni dəyişdirilmiş qarğıdalı, pambıq, soya, pomidor, kartof, 
alma, çiyələk və s. məhsullarla tez-tez rastlaşırıq. Bir sıra inkişaf etmiş ölkələr bu məh-
sulları geniş istehsal edərək iqtisadi cəhətdən geridə qalmış ölkələrə ixrac edirlər. Bu 
qidalar insan orqanizmində hansı fəsadlar törədə bilər?
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə