Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə37/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   49

120
Layihənin  hazırlanması  zamanı  şagirdlərə  əvvəlcədən  diqqət  edilməli  məqamlar 
çatdırılmalıdır.
Bu zaman nələr əsas götürülür:

 Sistemli araşdırma aparılması;

 Hər kəsin öz düşüncələrini bölüşməsi;

 Şagirdin öz potensial imkanlarından yararlanmalı, işə yaradıcı yanaşması;

 Əsas məsələ və onunla bağlı olan məqamları bölüşməsi;

 Dəqiq mənbələrə istinad etməsi və s.
Layihənin hazırlanması zamanı nələri etmək olmaz:

 Mənbəyi bəlli olmayan faktlara istinad etmək;

 Layihənin uzun və ya qısamüddətli olmasından, çətinliyindən asılı olmayaraq şa-
girdin gündəlik dərslərinə mane olmaq;

 Mövzunu dar çərçivədə araşdırmaq və s.
 
  LAYİHƏ


121
 
Biotexnologiya və bionika
1. XX–XXI əsrlərdə Biologiya elmində edilmiş kəşflərdən üç nümunə yazın.
1. _______________;    2. _______________;    3. _______________.
2. Biologiya elminin problemlərini qruplaşdırın və yazın.
Ətraf mühitin 
çirklənməsi ilə bağlı 
problemlər
Sağlamlıqla bağlı 
problemlər
İqtisadi problemlər
1)  eroziya;  2)  quraqlıq  və  su  mənbələrinin  çirklənməsi;  3)  meşələrin  azalması;  
4) faydasız qidalardan istifadə; 5) əhalinin şəhərlərə meyilliliyi; 6) canlıların plansız 
ovlanması; 7) bir çox növlərin yox olması; 8) məhsuldarlığın lazımi miqdarda olmama-
sı; 9) faydasız qalıqlardan istifadə; 10) qohum evliliklər nəticəsində xəstəlik lərin mey-
dana çıxması.
3. Uşaqların sağlamlığına mənfi təsir göstərən sosial amillərdən 5-ni yazın. 
1.
2.
3.
4.
5.
4. Düzgün ifadələrin altından xətt çəkin. 
● Genlərin dəyişdirilməsi ilə yeni sortlar meydana çıxa bilər/bilməz.
● Müasir dövrdə orqanları saxlayan banklar vardır/yoxdur.
● Geni dəyişdirilmiş orqanizmlər yeni xəstəliklər yarada bilər/bilməz.
● Genlərin dəyişdirilməsi yolu ilə xərçəng/difteriya müalicə oluna bilər.
● Gen/hüceyrə mühəndisliyi nəticəsində hüceyrələr regenerasiya edir.
5. Hüceyrə kulturası yolu ilə alınan yeni bitki yetişdirilərkən aparılan işlərdə düz-
gün ardıcıllığı göstərin.
  LAYİHƏ


122
 
6. Bitkiçilik və heyvandarlıqda istifadə olunan metodları yazın.
7. DNT-nin köçürülməsi yolu ilə mümkün olanları seçin.
a) ifraz olunmayan hormonun sintezi;
b) hormonlarla əlaqəli bəzi xəstəliklərin müalicəsi;
c) sağlam orqanların çoxalması;
d) genetik quruluşun dəyişdirilməsi.
8.  Şəkər xəstəliyinin müalicəsində istifadə olunan insulin hormonunun istehsalında 
bakteriyalardan istifadə olunur. Aparılan çalışmalarda düzgün ardıcıllığı göstərin. 
1. İnsulin geni daşıyan insan DNT-sinin bakteriya DNT-si ilə birləşdirilməsi.
2. Bakteriya və insan DNT-sinin ayrılması və əldə edilməsi.
3. Bakteriya və insan DNT-sinin insulin sintez edən hissələrinin ayrılması.
4. Bakteriyaların qidalı mühitdə çoxaldılması.
5. Bakteriya hüceyrəsinə genin yerləşdirilməsi.
9.  Peyvənd etmədən orqanizmdə antifellər yaradılması biotexnologiyanın hansı meto-
duna aiddir?
a) hüceyrə mühəndisliyinə;
b) klonlaşdırmaya;
c) gen mühəndisliyinə;
d) uzaq hibridləşməyə;
e) xromosom mühəndisliyinə.
10. Müxtəlif hüceyrələrin kimyəvi tərkibini öyrənən cihaz hansıdır?
a) elektroensefaloqraf  
b) elektron mikroskopu        c) elektrokardioqraf
d) tonometr 
 
e) rentgen cihazı
  LAYİHƏ


 
V bölmə. Biosfer
Bölmə üzrə reallaşdırılmış məzmun standartları
4.2.1.  Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təq-
dimatlar hazırlayır.
4.2.2.  Regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdi-
matlar hazırlayır.
  LAYİHƏ


124
 V. BİOSFER
 30.  Biosferin sərhədləri və orada baş verən
dəyişikliklərin qlobal xarakteri
Alt standartlar: 
4.2.1.  Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar 
hazırlayır.
4.2.2.  Regional  və  qlobal  ekoloji  problemləri  əlaqələndirir,  referat  və  təqdimatlar 
hazırlayır.
Məqsəd: 
• 
Biosferin  sərhədlərində  baş  verən  problemlərin  qlobal  xarakterini  dəyərləndirir, 
məruzə hazırlayır.
• 
Atmosferdə baş verən regional dəyişikliklərin qloballaşmasını dəyərləndirir, mə-
ruzə hazırlayır.
• 
Motivasiya yaradan zaman şagirdlərin coğrafiyadan əldə etdikləri biliklərə istinad 
edilir.
Fəaliyyət üçün nəzərdə tutulan Yerin biosferi sxeminin tədqiqi tədqiqatın aparılma-
sı mərhələsində icra edilir. Bu zaman şagirdlər biosferin sərhədlərini də müəyyənləşdi-
rirlər. 
Tədqiqat sualı: 
Biosferin sərhədlərinin hansı qatında baş verən dəyişikliklərin qloballaşma təhlükə-
si daha çox olar?
Tədqiqat  zamanı  təqdim  olunmuş  cədvəlin  sütunlarının  doldurulması  şagirdlərin 
keçmiş bilikləri əsasında həyata keçirilir.
Yer planetinin qatlarının xüsusiyyətləri
atmosfer
hidrosfer
litosfer
Bu qatlarda baş verə biləcək dəyişikliklərin siyahısının tərtibi də təklif edilə bilər.
Dərslikdə verilmiş nəzəri məlumatların müzakirəsi başa çatdıqdan sonra şagirdlər 
tədqiqat işlərinin nəticələrini əldə etdikləri yeni bilgilərlə müqayisə edir və nəticəyə gə-
lirlər.
• 
Canlıların yayıldıqları ərazilər birlikdə biosferi əmələ gətirir.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə