Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

131
Qiymətləndirmə meyarları: 
• 
dəyərləndirmə
• 
təqdimat və məruzə hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Biogeosenozlarda baş 
verən dəyişikliklərin, 
biokütləyə təsirinin 
qlobal xarakterini 
dəyərləndirməkdə 
çətinlik çəkir.
Biogeosenozlarda 
baş verən dəyişik-
liklərin biokütləyə 
təsirini vurğulayır, 
qlobal xarakterini 
dəyərləndirməkdə 
çətinlik çəkir.
Biogeosenozlarda 
baş verən dəyişik-
liklərin biokütləyə 
təsirinin qlobal xa-
rakterini müəllimin 
sualları əsasında 
dəyərləndirir.
Biogeosenozlarda 
baş verən dəyişik-
liklərin biokütləyə 
təsirinin qlobal 
xarakterini müxtə-
lif faktlara əsasən  
dəyərləndirir.
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da, 
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli, 
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
Əlavə material
Torpaq Yer atmosferi tərkibinin mühüm nizamlayıcısı rolunda çıxış edir. Bu, torpaq 
mikroorqanizmlərinin fəaliyyətindən irəli gəlir, onlar nəhəng miqyasda müxtəlif qazlar 
– azot və onun oksidi, metan və digər uçan birləşmələr istehsal edirlər. Bu qazların ək-
səriyyəti “istixana effekti” əmələ gətirir və ozon təbəqəsini dağıdır, bu isə Yer kürəsin-
də iqlim dəyişikliklərinə gətirib çıxarır.
Torpaq Yerin  səthindəki  və  altındakı  sulara, Yerin  hidrosferinin  tərkibinə  və  xas-
sələrinə mühüm təsir göstərir. Torpaq təbəqələrindən keçən su ondan kimyəvi element-
lərin xüsusi dəstini götürür, su toplanan ərazilər üçün  bu, xarakterik hal sayılır. Torpaq 
səthinin pozulması suyun keyfiyyətinin dəyişilməsində də özünü büruzə verir.
Torpaq Yer kürəsinin quru hissəsinin səth təbəqəsi olmaqla, canlı və ölü  orqanizm-
lərin (bitkilərin, heyvanların və mikroorqanizmlərin) təsiri altında dağ süxurlarının də-
yişilməsi, Günəş istisi və atmosfer yağıntılarının bilavasitə təsir göstərməsi nəticəsində 
əmələ gəlmişdir. Torpaq tam şəkildə xüsusi təbii varlıq hesab olunur və özünəməxsus 
quruluşa, tərkibə və xassələrə malikdir. Torpağın ən mühüm xüsusiyyəti onun münbitli-
yidir,  başqa  sözlə,  bitkilərin  böyüməsini  və  inkişafını  təminetmə  qabiliyyətidir.  Bitki 
isə yeganə canlıdır ki, torpaqdan mənimsədiyi qeyri-üzvi maddələri Günəş enerjisinin 
və suyun köməyi ilə üzvi maddəyə çevirir və canlı aləmin yaşamasında mühüm amil 
  LAYİHƏ


132
rolunu  oynayır.  Elm  bu  sahədə  çox  çalışsa  da,  süni  qaydada  qeyri- üzvi  maddələrdən 
üzvi maddə yaratmaq sahəsində hələ də ciddi bir irəliləyişə nail ola bilməmişdir.
Torpağın münbitliyi onun keyfiyyətini xarakterizə edən əsas göstəricidir. Torpağın 
bu qabiliyyəti mədəni bitkilərə məskunluq mühiti, həyatın Yer faktorlarının (su, qida 
maddələri, torpaq havasının təmin edilməsinin mənbəyi və vasitəçisi) iqtisadi funksiya-
sını yerinə yetirən rolunda çıxış edir. Münbitlik torpağın bitkiləri qidalandırmaq üçün 
zəruri olan kifayət qədər miqdarda qida maddələrinə və su ehtiyatına malik olmasıdır. 
Torpağın təbii münbitliyi uzun müddət davam edən torpaq əmələgəlməsi prosesinin nə-
ticəsidir, onun fiziki, kimyəvi, bioloji xassələri ilə xarakterizə olunmaqla, Yerin iqlim 
xüsusiyyətləri ilə də sıx bağlıdır.
Yaşıl bitkilər torpağın münbitliyindən istifadə etmək, başqa sözlə, torpaqdan suyu, 
qidanın kül elementlərini və azotu mənimsəmək, atmosferdən karbon qazını assimilya-
siya  etmək,  Günəşin  kinetik  enerjisini  tutmaqla  dəyişdirmək  və  nəticədə  qeyri-üzvi 
maddələri üzvi maddələrə çevirmək, zülallar, nişasta, şəkərlər, piylər və digər maddələr 
yaratmaq qabiliyyətinə malikdir. Bu maddələr müxtəlif bitkiçilik məhsullarının tərki-
binə  daxildir.  Bitkilər  torpaqdan  qida  maddələrini  mənimsəməklə  onun  münbitliyini 
azaldır. Buna görə də torpağın münbitliyini bərpa etmək zərurəti meydana çıxır. Ümu-
miyyətlə,  torpağın  münbitliyi  sabit  şəkildə  olmayıb,  müxtəlif  təsirlər  altında  dəyişil-
məyə məruz qalır. Bir qayda olaraq, iqlimin, relyefin, ilkin torpaq əmələgətirən süxu-
run, mikroorqanizmlərin, bitkilərin və heyvanların fəaliyyətlərindən torpağın xüsusiy-
yətləri asılı olur.
Torpaqdakı hava müxtəlif qazların qarışığından ibarət olur. Bura oksigen, karbonat 
turşusu, metan və onun homoloqları, hidrogen, hidrogen-kükürd və azot daxildir. Tor-
paqda həmçinin orqanizmlər yaşayır, o, çox sayda mikroorqanizmlər üçün yaşayış mü-
hiti rolunu oynayır. Bakteriyalara yosunlar, göbələklər, torpağın sularında məskunlaşan 
birhüceyrəli orqanizmlər daxildir. Çünki torpaq həm də mikrosu hövzələri sistemidir. 
Torpağı əmələ gətirən faktorlara təbii mühitin sistemləri: torpaq əmələ gətirən süxurlar, 
iqlim, canlı və ölmüş orqanizmlər, Yerin yaşı və relyefi, həmçinin torpağın yaranması-
na mühüm təsir göstərən antropogen fəaliyyət daxildir.
  LAYİHƏ


133
 34.  İnsan və biosfer
Alt standartlar: 
4.2.1.  Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar 
hazırlayır.
4.2.2.  Regional  və  qlobal  ekoloji  problemləri  əlaqələndirir,  referat  və  təqdimatlar 
hazırlayır.
Məqsəd: 
• 
İnsanın təbiətə təsirinin qlobal faciələrə səbəb olmasına və belə halların qarşısının 
alınmasına dair məruzə və təqdimatlar hazırlayır.
• 
Təbiət hadisələrinin pozulmasının ayrı-ayrı dövlətlərin sərhədlərini keçərək qlo-
bal problemlərə çevrildiyinə dair referat və təqdimatlar hazırlayır.
Şagirdlərdə idraki fəallıq yaratmaq üçün motivasiyanı müasir dövrdə insanın ətraf 
mühitə təsirini aşağıdakı üsullardan birindən istifadə etməklə də araşdıra bilərsiniz.
• Beyin həmləsi üsulundan istifadə etməklə şagirdlərin fikirlərini lövhədə qeyd edə 
bilərsiniz.
• Şaxələndirmə üsulundan istifadə edə bilərsiniz.
Tədqiqat “İnsanın təbiətə təsiri nə kimi qlobal faciələrə səbəb olur? Ekoloji tarazlı-
ğın pozulmasının nəticələri və bu sahədə nə kimi  tədbirlər görülür?” sualı ətrafında 
aparılmalıdır.  Şagirdlərin  cavablarının  lövhədə  və  yaxud  flipçartda  qeyd  olunması 
məqsədəuyğundur. 
Şagirdlərin fikirləri dinlənildikdən sonra C blokundakı mətnin fasiləli oxu üsulun-
dan  istifadə  olunmaqla  oxunması  və  müzakirəsi  təşkil  olunmalıdır.  Mövzu  aşağıdakı 
plan üzrə müzakirə oluna bilər:
Ekoloji 
problemlər
Suyun 
çirklənməsi
Neft 
məhsul ları, çirkab 
suları
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə