Dərslik komplekti haqqında


Biotexnologiya həyatımızda



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə36/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

116
 28. Biotexnologiya həyatımızda
Alt standartlar: 
1.1.1.  Canlıları  öyrənən  elm  sahələrinin  (seleksiya,  mikrobiologiya,  biotexnologi-
ya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd:

 Biotexnologiya elminin nailiyyətlərinin həyatımızda rolunu şərh edir, təqdimatlar 
hazırlayır.

  Müasir  avadanlıqlardan  istifadə  etməklə  biotexnologiyanın  nailiyyətlərinə  dair 
məruzə və təqdimatlar hazırlayır.
Şagirdlərdə  idraki  fəallıq  yaratmaq  üçün  biotexnologiyanın  müxtəlif  sahələrinin 
əldə etdiyi nailiyyətləri şagirdlərdən soruşmaqla onların fikirlərini lövhədə qeyd edərək 
mənfi və müsbət xüsusiyyətlərini qeyd edə bilərsiniz. 
Tədqiqat  “Biotexnologiya  elminin  nailiyyətlərinin  həyatın  davam  etməsində  rolu 
nədən ibarətdir?” sualı əsasında aparılır. 
Mövzunun əsas məzmunu ilə şagirdlər aşağıdakı ardıcılıqla tanış ola bilər:

 Kənd təsərrüfatı bitkilərinin tozlandırılması;

 Zərərli genlərin məhv edilməsi, peyvəndlərin alınması;

 Tibb elminin inkişafında biotexnologiyanın rolu;

 Qida sənayesi ilə bağlı əldə olunan nailiyyətlər;

 Xərçəng xəstəliyinin qarşısının alınması məqsədilə atılan addımlar.
Müzakirələr zamanı aşağıdakı linkdən istifadə oluna bilər. Bu videomaterial bio-
texnologiya  və  tibb  elmi  haqqındadır.  Lakin  nəzərə  almaq  lazımdır  ki,  videomaterial 
tərcümə olunmalıdır. 
https://www.youtube.com/watch?v=W1tttHt9Gmo  
F blokundakı 1-ci tapşırığın cavabı: 2, 4.
  LAYİHƏ


117
Qiymətləndirmə meyarları: 

 təqdimat və məruzə hazırlama

 şərhetmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
Biotexnologiya elmi-
nin nailiyyətlərinin 
həyatımızda rolunu 
çətinliklə şərh edir.
Biotexnologiya 
elminin nailiyyət-
lərinin həyatımızda 
rolunu şərh edərkən 
səhvlərə yol verir.
Biotexnologiya 
elminin nailiyyət-
lərinin həyatımızda 
rolunu müəllimin 
köməyi ilə  şərh 
edir, nümunələr 
göstərə bilmir.
Biotexnologiya 
elminin nailiyyət-
lərinin həyatımızda 
rolunu nümunələr 
əsasında şərh edir.
  LAYİHƏ


118
 29. Bionika 
Alt standartlar: 
1.1.1.  Canlıları  öyrənən  elm  sahələrinin  (seleksiya,  mikrobiologiya,  biotexnologi-
ya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd:

 Bionika elminin nailiyyətlərinin həyatımızda rolunu şərh edir, təqdimatlar hazırlayır.

 Müasir avadanlıqlardan istifadə etməklə bionikanın nailiyyətlərinə dair məruzə və 
təqdimatlar hazırlayır.
Motivasiya məqsədilə şagirdlərə aşağıdakı kimi müraciət olunur:
İnsanların  uzun  illərdən  bəri  yaratdıqları  qurğuların,  cihazların  bir  çoxu  bitki  və 
heyvanların quruluşuna və yaxud xüsusiyyətlərinə əsaslanmışdır. Sizcə, hansı biliklər 
ixtiraçılara bu kimi cihazları yaratmağa kömək etmişdir? Bu məqamda elektron təqdi-
matın nümayiş etdirilməsi çox maraqla qarşılanar. Məsələn, quşlar, molyusk, zəncirotu, 
yarasa şəkillərini nümayiş etdirməklə “Hansı qurğuları, cihazları bu canlılara bənzədir-
siniz? Nə üçün? Hansı xüsusiyyətlərinə görə?” suallarını verə bilərsiniz.
Tədqiqat  “Bionika  elminin  nailiyyətlərinin  həyatımızdakı  rolu  nədən  ibarətdir?” 
sualı ətrafında aparılır.
Tədqiqatın aparılmasına başlamazdan öncə şagirdlər “Bionika canlı təbiətin təşkili-
nin, xüsusiyyətlərinin və strukturunun texniki qurğularda və sistemlərdə tətbiqi haqqın-
da elmdir” mövzusunun məzmunu ilə tanış olmalıdırlar. Tanışlıq aşağıdakı ardıcıllıqla 
aparıla bilər:

 Bionika elmi və onun nailiyyətləri;

 Kompüter və insan beyni;

 Raketin reaktiv hərəkəti;

 Radar-yarasa;

 Pişikkimilər, snayper və s. 
Bu siyahını daha da uzatmaq mümkündür. Müzakirələr zamanı aşağıdakı linklər-
dən istifadə etmək olar: 
https://www.youtube.com/watch?v=IZZr9CPPM0w 
https://www.youtube.com/watch?v=S3TFAOk2NnA 
https://www.youtube.com/watch?v=IZZr9CPPM0w&list=PLS93_pp5BAdUdsfnU-
ED_4Bm8TOugWrp1H  
https://www.youtube.com/watch?v=W1tttHt9Gmo  
  LAYİHƏ


119
Qiymətləndirmə meyarları: 

 təqdimat və məruzə hazırlama

 şərhetmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da, 
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli, 
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
Bionika elminin na-
iliyyətlərinin həyatı-
mızda rolunu çətinlik-
lə şərh edir.
Bionika elminin 
nailiyyətlərinin 
həyatımızda rolunu 
şərh edərkən səhv-
lərə yol verir.
Bionika elminin 
nailiyyətlərinin 
həyatımızda  rolunu 
müəllimin kömə-
yi ilə  şərh edir, 
nümunələr göstərə 
bilmir.
Bionika elminin 
nailiyyətlərinin 
həyatımızda rolunu 
nümunələr əsasında 
şərh edir.
Layihə: Geni dəyişdirilmiş orqanizmlər
Layihə-dərslər şagirdlərin gündəlik həyatlarında qarşılaşdıqları bir problemi müəy-
yən edərək planlı şəkildə dərsdənkənar fəaliyyət zamanı qısa zaman çərçivəsində həll 
edib,  nəticələri  barədə  yoldaşlarına  məlumat  xarakterli  materialı  təqdim  etmələrini 
əhatə edən çalışmadır. Layihələr şagirdlərin tədqiqatçılıq qabiliyyətlərini həm üzə çıxa-
rır, həm də inkişaf etdirmiş olur. Bu eyni zamanda şagirdlərdə əməkdaşlıq, işi düzgün 
planlaşdırma,  yaradıcılıq  bacarıqlarının  da  inkişafına  xidmət  edir  və  şagirdlərə  ha-
disələrin hər hansı bir aspektini daha dərindən anlamağa imkan verir. Təlim prosesinin 
şagird üçün daha mənalı və maraqlı olmasına səbəb olur. 
Təlim layihələri növlərinə görə fərqlənir: məlumatlandırıcı, tədqiqedici, qısamüd-
dətli (1-2 dərs), uzunmüddətli (1 ay və ya daha çox). Məlumatlandırıcı layihə hər hansı 
bir hadisə və obyekt haqqında məlumatın toplanması, ümumiləşdirilərək təqdim olun-
masını  tələb  edir.  Bu  cür  layihənin  əsas  məqsədi  məhz  məlumatın  axtarışı,  emalı  və 
təqdim  olunmasıdır.  Bəzi  hallarda  məlumatlandırıcı  layihələr  tədqiqedici  layihələrlə 
əvəz oluna bilir. Tədqiqedici layihələr elmi-tədqiqat işinə bənzəyir. Bu zaman şagirdlər 
əvvəlcədən fərziyyə irəli sürməli, müəyyən metodlardan istifadə edərək bu fərziyyənin 
doğruluğunu  sübuta  yetirməlidirlər.  Bu  tip  layihələr  vaxt  tələb  etdiyindən,  adətən, 
uzunmüddətli olur. 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə