Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə33/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

106
Əliyev  tərəfindən  ali  məktəblərin  biologiya,  kimya,  fizika,  riyaziyyat,  aqrokimya  sa-
hələri üzrə məzunlarından elmi kollektivin hazırlanmasına başlanmışdır. Bu elmi ixti-
sasların bir-birinə qovuşması nəticəsində respublikamızda ilk dəfə biologiya və kənd 
təsərrüfatının  bir  çox  nəzəri  və  praktiki  məsələlərinin  həllində  riyazi  metodlardan  və 
kompüter texnologiyalarından istifadə edilmişdir.
Azərbaycanda  ilk  Bioinformatika  laboratoriyası  da AMEA  Botanika  İnstitutunda 
yaradılmışdır. 
Tədqiqat sualı: 
Biologiyanın biotexnologiya sahəsinin nə kimi  nailiyyətləri vardır? 
Tədqiqatın aparılması: 
B blokundakı tapşırığın yerinə yetirilməsi ilə davam etdirilməlidir. 
C blokundakı mətnin oxunaraq müzakirəsi aparılmalıdır. Müzakirələr zamanı aşa-
ğıdakı linkə istinad edilməsi məqsədəuyğundur. Link geni modifikasiya olunmuş (GMO) 
məhsullarla bağlıdır.
https://www.youtube.com/watch?v=dUzn7okCsMg 
F blokundakı 1 və 2-ci tapşırıqların kollektivdə yerinə yetirilməsi məqsədəuyğun-
dur. 3-cü tapşırığı yerinə yetirmək üçün şagirdlərə elektron resurslardan istifadə imka-
nının yaradılması yerinə düşərdi.
Qiymətləndirmə meyarları: 

 təqdimat və məruzə hazırlama

 şərhetmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli, 
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
Biologiyanın biotex-
nologiya sahəsinin 
xüsusiyyətlərini çətin-
liklə şərh edir.
Biologiyanın biotex-
nologiya sahəsinin 
xüsusiyyətlərini  
şərh edərkən səhv-
lərə yol verir.
Biologiyanın bio-
texnologiya sahəsi-
nin xüsusiyyətlərini 
müəllimin köməyi 
ilə  şərh edir.
Biologiyanın bio-
texnologiya sahəsi-
nin xüsusiyyətlərini 
sərbəst şərh edir.
  LAYİHƏ


107
 24. Biologiya və texnika
Alt standart: 
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd:
• 
Müasir  avadanlıqlardan  istifadə  etməklə  biologiya  elminin  nailiyyətlərinə  dair 
məruzə və təqdimatlar hazırlayır.
Motivasiya  mərhələsində  şagirdlərin  əvvəlki  biliklərinin  yada  salınması  faydalı 
olardı. Bu məqsədlə yönəldici sual və şəkillərdən istifadə etməklə şagirdlərə  “Şəkillər-
də verilmiş canlıları necə qruplaşdırarsınız?” sualı ilə müraciət edilə bilər. Təbii ki, on-
lar qruplaşmanı müxtəlif cür aparacaqlar.
• 
Xarici görünüşə görə  
• 
Ölçülərinə görə  
• 
Daxil olduqları aləmə görə 
• 
Daxil olduqları siniflərə görə və s.
Sualları davam etdirərək 
• 
Bu canlıları öyrənmək üçün hansı üsullardan istifadə etmək olar?
• 
Hansı üsuldan istifadə canlıların daha ətraflı öyrənilməsi üçün əlverişlidir? 
Şagirdlər cavabları stikerlərə yazıb şəkillərdəki canlıların qarşısına öyrənmə üsulla-
rı yazılmış dairənin kənarına yapışdıra bilərlər. Onda düzgün və səhv cavablar içərisin-
dən lazım olanları seçib açıqlamaq olar.
Tədqiqat  “Canlıları  öyrənmək  üçün  istifadə  olunan  avadanlıqlar  hansılardır?  Bu 
avadanlıqlardan  hansı  prosesləri  öyrənmək  üçün  istifadə  olunur?”  sualları  ətrafında 
aparılmalıdır.
B qrupundakı tapşırığı şagirdlər qruplarda icra edə bilərlər. Hər qrup öz tapşırığını 
yerinə yetirdikdən sonra olanlara müşahidələrinin nəticələrini yoldaşları ilə müzakirə 
etmələri üçün şərait yaradın.
Nümunə:
Onun vasitəsilə tədqiq 
olunan obyekt və ya proses
Canlıları öyrənən 
avadanlıq
Aparılan tədqiqatlardan 
bəhrələnən elm sahələri
gövdənin quruluşu 
mikroskop
bitki anatomiyası
ağciyərin həyat tutumu
spirometr
insan fiziologiyası
  LAYİHƏ


108
Müzakirələr  zamanı  ayrı-ayrı  canlıları,  onların  hissələrini  və  ya  həyati  prosesləri 
müxtəlif  üsullarla  öyrənməyin  daha  məqsədəuyğun  olduğunu  vurğulamaq  vacibdir. 
Əyani vəsaitlərə istinad edərək C blokundakı nəzəri materialın izahı verilə bilər. Lakin 
bu izahat mühazirə şəklində deyil, diskussiya şəklində təşkil olunmalıdır. 
Qiymətləndirmə meyarı: 
• 
təqdimat və məruzə hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da, 
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli, 
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
  LAYİHƏ


109
 25. Mikroorqanizmlərin seleksiyası. 
Biotexnologiya 
Alt standartlar: 
1.1.1.  Canlıları  öyrənən  elm  sahələrinin  (seleksiya,  mikrobiologiya,  biotexnologi-
ya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd:
• 
Biotexnologiyanın müxtəlif sahələrinin xüsusiyyətlərini şərh edir, təqdimatlar ha-
zırlayır.
• 
Müasir  avadanlıqlardan  istifadə  etməklə  Biotexnologiyanın  nailiyyətlərinə  dair 
məruzə və təqdimatlar hazırlayır.
Motivasiyanı yaratmaq üçün A blokundan istifadə olunur. Motivasiyanı yaradarkən 
BİBÖ üsulundan da istifadə etmək olar. BİBÖ-nün “İstəyirəm bilim” qrafasında “Bio-
texnologiya elminin canlıların seleksiyasının aparılmasında nə kimi rolu vardır?” yazıl-
malıdır. Tədqiqat da məhz bu istiqamətdə aparılır. 
B blokundakı tapşırığın icrası fərdi aparılaraq nəticələri lövhədə təhlil oluna bilər. 
Şagirdlərə çatdırılmalıdır ki, mikroorqanizmlərdə də seleksiya aparılır. Bunun üçün də 
müxtəlif üsullardan istifadə olunur. 
C blokundakı mətnin araşdırılması zamanı lövhədə seleksiyanın müasir üsulların-
dan – hüceyrə, xromosom və gen mühəndisliyindən istifadə olunduğunun qeyd olun-
ması məqsədəuyğun hesab olunur. Dərslikdə verilən sxemin müzakirəsi və müqayisəsi 
aparıla bilər. Bu halda şagirdlərdə təhliletmə qabiliyyəti də formalaşır. 
Aşağıdakı  linklərdən  istifadə  etməklə  şagirdlərə  biotexnologiyanın  nailiyyətləri, 
əhəmiyyəti, xüsusiyyətləri, müasir avadanlıqların bu elm sahəsinin inkişafında rolunu 
və s. əyani olaraq şagirdlərə nümayiş etdirə və özünüz də əlavə məlumat ala bilərsiniz. 
Ancaq nəzərə alın ki, materiallar rus dilindədir. 
https://www.youtube.com/watch?v=bm8Bq9yMpy4   
https://www.youtube.com/watch?v=Vq2VPTHZnoc 
https://www.youtube.com/watch?v=c0ZNdLji_UE
  (müasir biotexnologiya və onun 
nailiyyətləri)
F blokundakı tapşırıq “Biotexnologiya kənd təsərrüfatında”, “Biotexnologiya dün-
ya iqtisadiyyatının aparıcı sahəsi kimi” mövzusunda  məruzə və təqdimatların  hazır-
lanmasını tələb edir. Bu məqsədlə həm şagirdlər, həm də siz aşağıdakı linkə istinad edə  
bilərsiniz. 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə