Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə30/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   49

93
 18. Seleksiyanın vəzifələri
Alt standartlar:
1.1.1.  Canlıları  öyrənən  elm  sahələrinin  (seleksiya,  mikrobiologiya,  biotexnologi-
ya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 
• 
Seleksiya elminin xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
• 
İnternet resurslarından istifadə edərək seleksiya elminin nailiyyətlərinə dair mə-
ruzə və təqdimat hazırlayır.
• 
Şagirdlər motivasiya mərhələsində verilən sualları keçmiş biliklərinə əsaslanaraq 
müzakirə edirlər.
Seleksiya elmi nəyi öyrənir?
Bu elmin məqsəd və vəzifələri nədən ibarətdir?
Müzakirə  zamanı  şagirdlərin  diqqəti  seleksiyanın  kompleks  bir  elm  olmasına 
yönəldilir.
Tədqiqat sualları: 
Biologiyanın bir sahəsi kimi, seleksiya elmi hansı xüsusiyyətlərə malikdir?
Son zamanlar bu elmin nə kimi nailiyyətləri olmuşdur?
Mövzunun nəzəri materialı ilə tanışlıq İNSERT və ya fasiləli oxu üsulu ilə aparıla 
bilər.
Bu zaman diqqət yetiriləcək əsas məsələlər:
• 
Cins, şort, ştamm anlayışlarının izahı;
• 
İnsan tərəfindən alınmış yeni formalara (cins, şort, ştamm) mühit amillərinin təsiri;
• 
Seleksiya  işində  müvəffəqiyyət  əldə  etmək  üçün  nəzərə  alınacaq  məsələlər  
(N.Y.Vavilova görə).
• 
Ölkəmizdə seleksiya işinə köməklik göstərən müəssisələr
 III. SELEKSİYA
Təbii seçmə
Süni seçmə
  LAYİHƏ


94
Tədqiqat işinin davamlı olaraq bütün siniflə birlikdə keçirilməsini əsaslandırılması-
nı apara bilərsiniz. Bu zaman tərtib olunan cədvəl şagirdlər tərəfindən doldurulduqdan 
sonra  nəticə  olaraq  keçid  əsaslandırıla  bilər.  Cədvəl  şagirdlərin  11-ci  sinif  Biologiya 
fənnindən əldə etdikləri biliklər əsasında doldurula bilər. Bununla siz növbəti mövzu-
nun tədrisində motivasiya yaradarkən istifadə edə bilərsiniz.
Seçmə xüsusiyyətləri
Təbii seçmə
Süni seçmə
Nə vaxt meydana çıxıb?
Necə həyata keçir?
Nəticədə nə alınır?
Nəyə xidmət edir?
Dərsin  yaradıcı  tətbiqetmə  mərhələsində  F  blokundakı  2  və  3-cü  tapşırıqlar  icra 
oluna bilər.
F blokundakı 1-ci tapşırıq ev tapşırığı kimi istifadə üçün nəzərdə tutulub.
https://www.youtube.com/watch?v=dTdMQZObGUg
Qiymətləndirmə meyarları: 
• 
şərhetmə
• 
məruzə və təqdimatın
 
hazırlanması
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Seleksiya elminin 
xüsusiyyətlərini çətin-
liklə şərh edir.
Seleksiya elminin 
xüsusiyyətlərini 
şərh edərkən səhv-
lərə yol verir.
Seleksiya elminin 
xüsusiyyətlərini 
müəllimin köməyilə 
şərh edir.
Seleksiya elminin 
xüsusiyyətlərini 
nümunələrlə şərh 
edir.
Məruzə və təqdimatla-
rı sistemsizdir.
Məruzə və təqdi-
matda əsas nailiy-
yətlər əks olunma-
yıb.
Dəqiq mənbələrə 
istinad olunsa da 
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlən-
məyib.
Təqdimat sistemli
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
  LAYİHƏ


95
 19. Süni seçmə
Alt standart:
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 
• 
Seleksiya elminin nailiyyəti kimi, süni seçmə haqqında məruzə və təqdimat hazırlayır.
Şagirdlərin  əvvəlki  illərdən  mövcud  olan  biliklərinə  əsaslanaraq  motivasiya  mər-
hələsində  verilən  sualların  müzakirəsi  aparıla  bilər.  Bu  zaman  siz  “Seleksiyanın  və-
zifələri” mövzusunda təqdim etdiyiniz süni və təbii seçmənin müqayisəsi cədvəlinə də 
istinad edə bilərsiniz.
Fəaliyyət  bölməsində  verilən  tapşırıq  bitki  və  heyvan  seleksiyasında  olan  bəzi 
məqamların şagirdlərin nəzərinə çatdırılmasına xidmət edir. Siz bu zaman paylama ma-
terialından da istifadə edə bilərsiniz.
• 
Heyvan seleksiyası
• 
Bitki seleksiyası
Mətnin  müzakirəsi  müəllimin  münasib  bildiyi  üsulla  tədqiqat  aparılarkən  həyata 
keçirilə bilər.
Nəzəri materialın müzakirəsi zamanı diqqət yetirilməli olan əsas məsələlər:
• 
Süni seçmənin məqsədi
• 
Süni seçmənin nəticəsi
• 
Süni seçmənin formaları
• 
Süni seçmənin mərhələləri
Nəticə  və  ümumiləşdirmə  zamanı  F  blokundakı  2-ci  tapşırıqdan  da  istifadə  edə 
bilərsiniz.
3-cü tapşırıqdan ev tapşırığı kimi istifadə etməyiniz tövsiyə olunur.
http://tekamulaz.blogspot.com/2013/10/suni-secm.html#.Wf1Qmvm0PDc 
Qiymətləndirmə meyarları:
• 
məruzə və məlumatların hazırlanması 
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
is tinad olunsa da, 
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Sistemli, dəqiq elmi 
mənbələrə istinadən 
təqdimat hazırlanıb.
  LAYİHƏ


96
 20. Mədəni bitkilərin mənşə mərkəzləri
Alt standartlar:
1.1.1.  Canlıları öyrənən elm sahələrini (seleksiya, biotexnologiya, mikrobiologiya, 
bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 
• 
Mədəni bitkilərin mənşə mərkəzlərinin qruplaşdırılmasını mədəni seleksiya elmi-
nin nailiyyəti kimi şərh edir.
• 
İrsi  dəyişkənlikdə  homoloji  sıralar  qanununu  seleksiya  elminin  nailiyyəti  kimi 
əsaslandırır və təqdimat hazırlayır.
A blokundakı sualın müzakirəsi zamanı şagirdlər Biologiya və Coğrafiya fənlərin-
dən əldə etdikləri keçmiş biliklərinə istinad edirlər. Fərziyyələr söylənilir və nəticədə 
tədqiqat sualı formalaşır.
Mədəni bitkilərin mənşə mərkəzləri üzrə qruplaşdırılması seleksiya elminin inkişa-
fına nə kimi təkan verdi?
F  blokundakı  tapşırığın  icrası  zamanı  dünyanın  fiziki  xəritəsindən  istifadə  edilir.  
C blokundakı nəzəri materialın müzakirəsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət 
yetirilməlidir:
• 
Mədəni bitkilərin müxtəliflik mərkəzləri; 
• 
Bu mərkəzlərin əraziləri;
• 
Ərazilərdə qruplaşdırılmış bitkilər;
• 
Mərkəzlərin qruplaşdırılmasında Vavilovun rolu;
• 
İrsi dəyişkənlikdə homoloji sıralar qanunu;
• 
Qanun hansı canlılara aid edilməlidir.
Nəticə və ümumiləşdirmə mərhələsində dərslikdəki cədvəlin doldurulması təklif olu-
na bilər.
İrsi dəyişkənlikdə homoloji sıralar qanununa dair ümumiləşdirmə apararkən Vavi-
lov tərəfindən taxıllar fəsiləsində müəyyən edilən bu qanunauyğunluğa aid cədvəli də 
nümayiş etdirə bilərsiniz.
Mərkəzlər
Əhatə etdiyi ərazilər
Bitkilər
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə