Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə26/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

81
adətən, çovdara, az hallarda buğdaya, arpaya və vələmirə düşür. Qaracanın toksik təsi-
rinə səbəb ondakı bir sıra istiyədavamlı alkaloidlərdir. Adətən xəstəlik yarımkəskin xa-
rakterdə olur. Get-gedə artan zəiflik hallarından sonra xəstəlik sinir formasında (qıcol-
malar), qanqrenoz və ya qarışıq formada gedir. Əkin materialının yaxşı təmizlənməsi 
xəstəliyə qarşı aparılan mühüm profilaktik tədbirdir. Unda qaraca 0,05%-dən çox olma-
malıdır. 
Alimentar-toksik  allergiya.  Bu  xəstəlik  (köhnə  adı  “septik  angina”dır)  müharibə 
dövründə və ya quraqlıq dövründə yemək çatışmaması ilə əlaqədar olaraq baş verirdi. 
Xəstəlik tarlada qar altında qışlayan və ya gec yığılan çovdar, darı, buğda, arpanın və 
onun məhsullarını yedikdə baş verir. Törədicisi soyuğadavamlı Fusarium sportricfiella 
göbələyidir.  Göbələyin  inkişafı  üçün  optimal  temperatur  18–27°C.  Lakin  0°C  aşağı 
(–2–3°C-də) temperaturda da inkişaf etmək və toksin hazırlamaq qabiliyyətinə malik-
dir. Toksin yüksək davamlılığa malikdir, hətta dəni uzun müddət (1 il) saxladıqda belə 
öz toksikliyini azaltmır. Yoluxan dənin unundan bişirilmiş çörəkdə, hazırlanan sıyıqda 
toksin parçalanmır. Bu xəstəlik zamanı qanyaradan üzvlər xəstələnir və sonra allergiya 
baş verir. Qanı yoxladıqda get-gedə artan qanazlığı nəticəsində 1 mm
3
-də leykositlərin 
sayı  2.000,  eritrositlər  2.000.000-a,  hemoqlabin  20-30%-ə  düşür.  Xəstəliyin  bu  mər-
hələsinə leykopeniya deyilir. Bunun ardınca anginoz mərhələ başlayır, bu zaman angi-
na, yüksək temperatur baş verir. Vaxtında tədbir görülməsə, xəstəlik ölümlə nəticələnir. 
Xəstəliyin profilaktikasında məhsulun vaxtında və itkisiz yığılmasına önəm verilir, tar-
lada qışlamış bitkilərin dənindən istifadə etməyə icazə verilmir. 
Fuzarioz  “Xəstə”  çörəklə  zəhərlənmədir.  Bu  xəstəlik  Fusarium  graminearum  gö-
bələyi düşmüş taxıldan bişirilən çörəkdən keçir. Fuzariozun əlamətləri qan dövranının 
pozulması və qanaxma ilə müşahidə olunur. Fuzariozun klinik mənzərəsində qastroen-
terit  (mədə  və  nazik  bağırsaqların  selikli  qişasının  iltihabı)  və  sərxoşluğa  oxşayan 
mərkəzi sinir sisteminin xəstələnməsi əlamətləri durur. Fuzariozla ən təsirli mübarizə 
vasitəsi əkinlərə göbələk düşməsinin qarşısını alan aqrotexniki tədbirlərdir.
  LAYİHƏ


82
 
15. İnfeksion proseslərin gedişində 
mikroor qanizmlərin rolu
Alt standartlar: 
1.1.2.  Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahidələr 
aparır, nəticələri barədə təqdimatlar edir.
3.2.1.  İnsan  orqanizmində  baş  verən  xəstəliklərin  hüceyrə  səviyyəsində  olduğunu 
əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 

 
İnsan  orqanizmində  parazitlik  edən  mikroorqanizmlərin hüceyrə  və  toxumalara 
təsirini əsaslandırır, təqdimatlar hazırlayır.

  İnsan  orqanizmində parazitlik edən  mikroorqanizmlərin hüceyrə  və  toxumalara 
təsirinə dair müşahidələr aparır, təqdimatlar hazırlayır.
Motivasiya mərhələsində şagirdlərə aşağıdakı suallarla müraciət oluna bilər:

 
Canlılar qidalanma tipinə görə, əsasən, necə qruplaşdırılır?

 
Heterotrof canlılar necə qruplaşdırılır?

 
Parazitizmlə əlaqədar canlılarda hansı uyğunlaşmalar var?

 
İnsanda parazitlik edən hansı canlıları tanıyırsınız?
Tədqiqat sualı: 
İnsan orqanizmində parazitlik edən mikroorqanizmlər hüceyrə və toxumalara necə 
təsir göstərir?
Tədqiqatın aparılması mərhələsində Fəaliyyət hissədəki tapşırıq kollektivdə müza-
kirə oluna bilər. 
C blokundakı mətnin oxunması zamanı fasiləli oxu və yaxud da İNSERT üsulun-
dan istifadə etmək mümkündür. İNSERT üsulunun seçilməsində səbəb mətndəki fikir-
lərə münasibətini (“

” – bu məlumat mənə tanış idi, “ – ” – bu məlumat mənim əvvəl-
lər bildiyimi inkar edir, “+” – bu məlumat mənim üçün yenidir, “?” – bu məsələyə dair 
əlavə məlumat almaq istərdim) bildirə bilməsidir. Dərslikdəki mətn oxunduqdan sonra 
F blokundakı tapşırıqlardan, eyni zamanda bu tipli digər tapşırıqlardan istifadə etməklə 
şagirdlərin qrupda araşdırma aparmasına şərait yaradılmalıdır. Bu məqsədlə şagirdlərə 
paylama materialı təqdim olunmalı və yaxud elektron vasitələrdən istifadə edilməlidir. 
Mətnin içərisindəki sxem də müzakirə olunmalıdır.
Ümumiləşdirmə zamanı elektron təqdimat, videoçarx nümayiş etdirilə bilər. Bu vi-
deoçarxlardan birincisi infeksion xəstəliklər, qrip virusu, onun ağırlaşmaları, müalicəsi 
haqqındadır. Şagirdlərə bu videoçarxın müəyyən hissəsi göstərilə bilər. 
2-ci link bağırsaq infeksiyaları haqqındadır.
1. https://www.youtube.com/watch?v=TvlHIM6dx-c  
2. https://www.youtube.com/watch?v=zbWKioOfh3M 
  LAYİHƏ


83
F blokundakı 3-cü tapşırığın yerinə yetirilməsi üçün elektron vasitələrdən istifadə 
imkanı olmadığı halda aşağıdakı materialdan istifadə etməklə paylama materialı hazır-
layıb şagirdlərə təqdim edə bilərsiniz.
Qiymətləndirmə meyarları: 

 
təqdimat və məruzə hazırlama
• 
fikrini əsaslandırma
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
İnsan orqanizmində 
baş verən xəstəliklərin 
hüceyrə səviyyəsində 
olduğunu əsaslandır-
maqda çətinlik çəkir.
İnsan orqanizmində 
baş verən xəstəliklə-
rin hüceyrə səviy-
yəsində olduğunu 
qismən əsaslandırır.
İnsan orqanizmində 
baş verən xəstəliklə-
rin hüceyrə səviy-
yəsində olduğunu 
müəllimin köməyi 
ilə əsaslandırır.
İnsan orqanizmində 
baş verən xəstə-
liklərin hüceyrə 
səviyyəsində oldu-
ğunu nümunələrlə 
əsaslandırır.
Əlavə material
Qarın yatalağı, A və B paratiflər 
Qarın yatalağı, A və B paratiflər – ağır intoksikasiya, bakteriemiya, yüksək hərarət, 
nazik bağırsağın limfa sisteminin ağır zədələnməsi, bəzən infeksion toksiki şok, bağır-
sağın perforasiyası, penetrasiyası və qanaxmaları ilə ağırlaşan kəskin infeksion xəstə-
liklərdir. Bu xəstəliklər yalnız bəzi xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Xəs-
təliklərin epidemiologiyası, patogenezi, müalicə və profilaktikası üsulları eynidir. Qarın 
yatalağı Salmonella tifi, A və B paratifləri isə müvafiq olaraq Salmonella paratifi A və 
Salmonella paratifi B bakteriyaları tərəfindən törədilir. Bu bakteriyalar qram-mənfidir-
lər, endotoksinlərə malikdirlər. Xarici mühit faktorlarına qarşı davamlıdırlar. Kəsmik-
də, süddə, xamada, ət bulyonunda yaxşı çoxalırlar. Suda və torpaqda bir neçə ay yaşaya 
bilirlər.
Epidemiologiyası – xəstəlik mənbəyi xəstə və ya bakteriya gəzdirənlər olur. Xəstə 
xüsusilə inkubasiya dövrünün sonu və xəstəliyin kəskin dövründə daha çox yoluxduru-
cu hesab edilir. Bakteriya sidiklə, nəcislə, bəzən ağız suyu, tər və südlə ətraf mühitə xa-
ric olur. Qarın yatalağı və paratiflərdə iki növ bakteriyagəzdirməyə rast gəlinir:
• I növ – tranzitor və ya sağlam bakteriyagəzdirmə (bir aya qədər davam edən mü-
vəqqəti haldır);
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə