Dərslik komplekti haqqında


İnfeksion proseslərin baş verməsində



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə28/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   49

86
 
16. İnfeksion proseslərin baş verməsində 
sahib orqanizmin rolu
Alt standartlar: 
2.1.2.  Maddələr mübadiləsində baş verən dəyişikliklərin fərqli mexanizmlərini mü-
qayisəli şəkildə şərh edir, məruzə və təqdimatlar hazırlayır.
2.1.3.  Bioloji prosesdə baş verən patoloji dəyişikliklərin fərqli mexanizmlərinin xü-
susiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar hazırlayır.
3.2.1.  İnsan  orqanizmində  baş  verən  xəstəliklərin  hüceyrə  səviyyəsində  olduğunu 
əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 
• 
Vitamin çatışmazlığının orqanizmin müqavimətinə təsirini qrafik üsulla əsaslan-
dırır.
• 
İnfeksiyaların orqanizmə yoluxmasının hüceyrə səviyyəsində baş verməsini əsas-
landırır və təqdimatlar hazırlayır.

  Mikroorqanizmlərin  maddələr  mübadiləsinə  təsirinin  fərqli  mexanizmini  müqa-
yisəli şəkildə şərh edir.
Şagirdlərdə  idraki  fəallıq  yaratmaq  üçün  A  blokundakı  sualları  şagirdlərlə  birgə 
müzakirə etmək mümkündür. 
Motivasiya  məqsədilə  beyin  həmləsi  üsulundan  da  istifadə  etmək  mümkündür. 
Məsələn:
• 
Bakterial və virus xəstəlikləri hansılardır?
• 
Bu xəstəliklər insanlara necə yoluxur?
• 
İnfeksion xəstəliklərə yoluxmamaq üçün hansı tədbirlər görülməlidir?
Tədqiqat sualı:
İnsanın hansı hallarda infeksion xəstəliklərə yoluxma ehtimalı daha çoxdur? 
Tədqiqat sualına şagirdlərin verdiyi cavablar onların fərziyyələridir. Və onlar aşağı 
sinifdən əldə etdikləri biliklərini məntiqi surətdə əlaqələndirə bilərlər. 
Tədqiqata  başlamaq  üçün  Fəaliyyət  hissədə  verilmiş  tapşırığın  yerinə  yetirilməsi 
nəzərdə tutulur. Şagirdlərin qızılca, suçiçəyi infeksiyalarının uşaq infeksiyası adlandı-
rılmasının səbəbini araşdırmaları üçün onlara paylama materialı təqdim olunması məq-
sədəuyğundur.  Bu  məqsədlə  tövsiyənin  sonunda  verilmiş  əlavə  materialdan  istifadə 
oluna bilər. 
C blokundakı mətn fasiləli oxu və yaxud da İNSERT üsulundan istifadə olunmaqla 
oxuna bilər. İNSERT üsulundan istifadə edilməsi şagirdlərin endokrin sistemi, vitamin 
çatışmazlığı və s. haqqında müəyyən məlumatlara malik olmaları ilə əlaqəlidir. 
F  blokundakı  tapşırıqların  icrası  qruplarda  aparıla  bilər.  Tapşırıqlar  standartların 
tələbinə uyğun olub təqdimatın və məruzənin hazırlanmasını tələb edir.  
  LAYİHƏ


87
Ümumiləşdirmə zamanı şagirdlərə həkim məsləhəti, infeksion xəstəliklərin əlamət-
lərinə dair video nümayiş etdirə bilərsiniz. 
Qiymətləndirmə meyarları: 

 təqdimat və məruzə hazırlama

 şərhetmə 

 qrafik üsulla əsaslandırma
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da, 
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
İnfeksiyaların orqa-
nizmə yoluxmasının 
hüceyrə səviyyəsində 
baş verməsini əsaslan-
dırmaqda 
çətinlik çəkir.
İnfeksiyaların orqa-
nizmə yoluxmasının 
hüceyrə səviyyə-
sində baş verməsini 
qismən əsaslandırır.
İnfeksiyaların orqa-
nizmə yoluxmasının 
hüceyrə səviyyə-
sində baş verməsini  
müəllimin köməyi 
ilə əsaslandırır.
İnfeksiyaların orqa-
nizmə yoluxmasının 
hüceyrə səviyyə-
sində baş vermə-
sini nümunələrlə 
əsaslandırır.
Mikroorqanizmlərin 
maddələr mübadiləsinə 
təsirinin fərqli mexa-
nizmini müqayisəli 
şəkildə şərh etməkdə 
çətinlik çəkir.
Mikroorqanizmlərin 
maddələr müba-
diləsinə təsirinin 
fərqli mexanizmini 
müqayisəli şəkildə 
şərh edərkən çoxlu 
səhvlərə yol verir.
Mikroorqanizmlərin 
maddələr müba-
diləsinə təsirinin 
fərqli mexanizmini 
müqayisəli şəkildə 
şərh edərkən çüzi 
səhvlərə yol verir.
Mikroorqanizmlərin 
maddələr müba-
diləsinə təsirinin 
fərqli mexanizmini 
müqayisəli şəkildə 
sərbəst şərh edir.
Vitamin 
çatızmazlığının 
orqanizmin 
müqavimətinə 
təsirini qrafik üsulla 
əsaslandırmaqda 
çətinlik çəkir.
Vitamin 
çatızmazlığının 
orqanizmin 
müqavimətinə 
təsirini 
qrafik üsulla 
əsaslandırarkən 
səhvlərə yol verir.
Vitamin 
çatızmazlığının 
orqanizmin 
müqavimətinə 
təsirini qrafik 
üsulla müəllimin 
köməyi ilə 
əsaslandırır.
Vitamin 
çatızmazlığının 
orqanizmin 
müqavimətinə 
təsirini qrafik 
üsulla sərbəst 
əsaslandırır.
  LAYİHƏ


88
Alt standartlar: 
2.1.2.  Maddələr  mübadiləsində  baş  verən  dəyişikliklərin  fərqli  mexanizmlərini 
müqayisəli şəkildə şərh edir, məruzə və təqdimatlar hazırlayır.
2.1.3.  Bioloji prosesdə baş verən patoloji dəyişikliklərin fərqli mexanizmlərinin xü-
susiyyətlərini riyazi üsullarla əsaslandırır və təqdimatlar hazırlayır.
3.2.1.  İnsan  orqanizmində  baş  verən  xəstəliklərin  hüceyrə  səviyyəsində  olduğunu 
əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 
• 
İnfeksion xəstəliklərin gedişinin maddələr mübadiləsinə təsirinin fərqli mexaniz-
mini şərh edir, təqdimatlar hazırlayır.
• 
İnfeksion xəstəliklərə mühit şəraitinin təsirini qrafik üsulla əsaslandırır.
• 
İnfeksion xəstəliklərin hüceyrə səviyyəsində baş verdiyini əsaslandırır, məruzə və 
təqdimatlar hazırlayır.
Şagirdlərdə idraki fəallıq yaratmaq məqsədilə A blokundakı suallara istinad edilə 
bilər.  Motivasiya  yaratmaq  üçün  BİBÖ,  şaxələndirmə  üsulundan  da  istifadə  etmək 
mümkündür. Şaxələndirmə üsulundan istifadəyə dair nümunə:
• 
Mühit amilləri hansılardır?
Mühit amilləri
Tədqiqat sualı: 
Xarici mühitin bioloji, fiziki və kimyəvi amilləri həm patogen mikroorqanizmlərə, 
həm də sahib orqanizminə necə təsir göstərir?
Tədqiqatın  aparılmasına  B  blokundakı  tapşırığın  yerinə  yetirilməsi  ilə  başlanılır. 
Tapşırıq cütlərlə yerinə yetirilə bilər. Tapşırığın şərtinə əsasən şagirdlər infeksion xəstə-
liklərin baş verməsinin ilin fəsillərindən asılılıq qrafikini tərtib etməlidirlər.  Bu tapşırı-
ğı şagirdlər paylama materialı əsasında və yaxud da əvvəlki mövzuların müzakirəsinin 
 
17. Mühit şəraitinin infeksion xəstəliklərin 
gedişinə təsiri
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə