Dərslik komplekti haqqında


  Biosferdə enerji çevrilmələri



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə39/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

128
 32.  Biosferdə enerji çevrilmələri
Alt standartlar: 
4.2.1.  Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar 
hazırlayır.
4.2.2.  Regional  və  qlobal  ekoloji  problemləri  əlaqələndirir,  referat  və  təqdimatlar 
hazırlayır.
Məqsəd: 
• 
Biosferin enerji balansının dəyişməsinin qlobal xarakterini dəyərləndirir, məruzə 
və təqdimatlar hazırlayır.
• 
Antropogen  təsir  nəticəsində  biosferdə  enerji  balansının  dəyişməsinin  qlobal 
problemlərə gətirib çıxarmasını əlaqələndirir, referat hazırlayır.
Motivasiyanı müxtəlif sxemlərdən, BİBÖ üsulundan və s. istifadə etməklə yarada 
bilərsiniz.
• 
Şagirdlərdə idraki fəallıq yaratmaq üçün lövhədə aşağıdakı sxemi çəkərək aşağı-
dakı suallarla müraciət etmək olar:
• 
Mühit amilləri hansılardır?
• 
Sizcə, abiotik, biotik və antropogen amillərə nələri daxil etmək olar?
• 
Mühit amillərinin bu və ya digər canlıların həyatında nə kimi rolu vardır?
Suallara verilən cavabları aşağıdakı sxemdə sistemləşdirmək olar.
Motivasiyanın yaradılma üsullarından asılı olmayaraq tədqiqat eyni sual ətrafında 
aparılmalıdır.
Tədqiqat sualı: 
Təbiətə antropogen müdaxilənin biosferdə enerji dövranında rolu nədən ibarətdir?
Mühit amilləri 
mənşəyinə görə
Abiotik
İşıq
Temperatur 
Rütubət
Su 
Hava
Torpaq
Biotik
Heyvan
Bitki
Göbələk
Bakteriya
Antropogen
  LAYİHƏ


129
Tədqiqatın  aparılması  zamanı  dərsin  məqsədi  əsas  götürülərək  müxtəlif  paylama 
materiallarından istifadə oluna bilər. Bu zaman B1 və B2, eləcə də F blokundakı tapşı-
rıqların yerinə yetirilməsi mümkündür. 
Tapşırıqların  yerinə yetirilməsi üçün lazım olan materialı aşağıdakı linkdən əldə 
edə bilərsiniz:
http://elibrary.bsu.az/kitablar/903.pdf  
B2  blokundakı  tapşırıq  yerinə  yetirildikdən  sonra  aşağıdakı  linkə  istinad  edərək 
qlobal istiləşmə barədə şagirdlərə əlavə məlumat təqdim oluna bilər.
https://www.youtube.com/watch?v=QLhSXXVJGZg 
Dərsə hazırlaşdığınız zaman aşağıdakı linkdən özünüz də yararlana bilərsiniz. 
https://www.youtube.com/watch?v=VMB4mrEPrzc 
F  blokundakı  2-ci  tapşırıq  referatın  hazırlanmasını  nəzərdə  tutur.  Bu  məqsədlə 
yuxarıda qeyd olunmuş (Qərib Məmmədov, Mahmud Xəlilov. Ekologiya, ətraf mühit 
və  insan.  Bakı,  “Elm”,  2006. 
http://elibrary.bsu.az/kitablar/903.pdf
)  kitabı  şagirdlərə 
istinad edəcəkləri mənbə kimi təklif edə bilərsiniz.
Qiymətləndirmə meyarları: 
• 
dəyərləndirmə
• 
təqdimat və məruzə hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Biosferin enerji 
balansının dəyişməsi-
nin qlobal xarakterini 
dəyərləndirməkdə 
çətinlik çəkir.
Biosferin enerji ba-
lansının dəyişməsini 
vurğulayır, dəyişmə-
nin qlobal xarakteri-
ni dəyərləndirməkdə 
çətinlik çəkir.
Biosferin enerji 
balansının dəyiş-
məsinin qlobal xa-
rakterini müəllimin 
sualları əsasında 
dəyərləndirir.
Biosferin enerji 
balansının dəyiş-
məsinin qlobal 
xarakterini müxtəlif 
faktlara əsasən  
dəyərləndirir.
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da
təqdimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Təqdimat sistemli
dəqiq elmi mən-
bələrə istinadən 
hazırlanıb.
  LAYİHƏ


130
 33.  Quru və okean sahəsinin biokütləsi
Alt standart: 
4.2.1.  Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar 
hazırlayır.
Məqsəd: 
• 
Biogeosenozlarda baş verən dəyişikliklərin biokütlənin yaranmasına təsirinin qlo-
bal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
Şagirdlərdə idraki fəallıq yaratmaq məqsədilə A blokunda verilmiş suallar müza-
kirə oluna bilər. Bu zaman əsas diqqəti bu canlılar arasındakı münasibətlərə yönəltmək 
lazımdır. Suallara verilmiş cavablar növbəti mərhələyə keçidi təmin etməklə yanaşı, bir 
növ diaqnostik qiymətləndirmə xarakteri də daşıyır. Bu mərhələdə artıq şagirdlər təd-
qiqatın aparılmasına yönəlir. 
• 
“Təbii birlik” nədir?
• 
“Təbii  birlik”ləri  onları  təşkil  edən  canlılar  arasındakı  münasibətlərə  görə  necə 
qruplaşdıra bilərik?
• 
Quru və okean sahəsinin biokütləsində nə kimi fərqlər var?
Tədqiqat sualı: 
Biogeosenozlarda baş verən dəyişikliklər biokütləyə necə təsir göstərir?
B blokundakı tapşırıq sxemə əsasən müzakirə olunur. Bu tapşırığın yerinə yetiril-
məsi üçün zoocoğrafi xəritədən də istifadə etmək olar. Tapşırığın cütlərdə müzakirəsi 
daha keyfiyyətli olar və maraqla qarşılanar. Cavabların ümumiləşdirilərək məruzə şək-
lində təqdim edilməsi standartın reallaşdırılması baxımından vacibdir.
C  blokundakı  materialın  müzakirəsi  zamanı  sxem,  şəkil,  elektron  təqdimat  və 
başqa  əyani  vəsaitlərdən  istifadə  edə  bilərsiniz. Yeni  məlumatın  möhkəmləndirilməsi 
məqsədilə  şagirdlərə  qrup  tapşırıqlarının  verilməsi  də  zəruri  hesab  olunur.  Məsələn,  
F blokundakı 1-ci tapşırıq, torpağın biokütləsi, okeanın biokütləsi ilə bağlı qruplar həm 
dərslik, həm də paylama materialı əsasında araşdırma apara bilərlər. Onlar özləri təd-
qiqat apardıqları halda nəzəri materialı daha yaxşı dərk edə bilirlər. F blokundakı tapşı-
rıqlar da qrup tapşırığı üçündür. Qrup tapşırıqları üçün aşağıdakı mənbə əsasında pay-
lama materialı tərtib edə bilərsiniz.
Qərib Məmmədov. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı, “Elm”, 
2007 
http://elibrary.bsu.az/kitablar/942.pdf
  
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə