66
II. MİKROBİOLOGİYA
9. Mikroorqanizmlər
Alt standartlar:
1.1.1. Canlıları öyrənən elm sahələrinin (seleksiya, mikrobiologiya, biotexnologi-
ya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm sahələrinin
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd:
•
Mikrobiologiya elminin xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
•
Mikrobiologiya elminin nailiyyətləri mövzusunda məruzə və təqdimatlar hazırlayır.
Verilmiş standart biologiyanın mikrobiologiya sahəsinin xüsusiyyətlərinin şərh
edilməsini və bu elm sahəsinin nailiyyətləri ilə bağlı təqdimatın hazırlanmasını tələb
edir. Bu baxımdan motivasiyanı aşağıdakı kimi yaratmaq olar:
•
Biologiyanın hansı sahələrini tanıyırsınız?
•
Bu sahələr nədən bəhs edir?
Motivasiya mərhələsi üçün BİBÖ cədvəlindən də istifadə etmək olar. Müəllimə
lövhəyə BİBÖ cədvəlini çəkir. Yönəldici suallardan istifadə edərək cədvəlin “Bildiklə-
rim”və “İstəyirəm biləm” sütunları doldurulur, “Öyrəndiklərim” sütunu isə nəticə və
ümumiləşdirmə mərhələsində müəllim tərəfindən yazılır.
BİLDİKLƏRİM
İSTƏYİRƏM BİLƏM
ÖYRƏNDİKLƏRİM
Tədqiqat sualı:
Biologiyanın başqa hansı sahələri var? Biologiyanın mikrobiologiya sahəsi nəyi
öyrənir və hansı nailiyyətləri vardır?
Tədqiqatın aparılması mərhələsində Fəaliyyət hissədə verilmiş sxem tamamlanma-
lıdır. Sxem biologiyanın sahələrinə görə tamamlanmalıdır (virusologiya, bakteriologi-
ya, zoologiya).
Tədqiqat zamanı “Sualların tərtib edilməsi” strategiyasından istifadə edilə bilər.
Şagirdlər fərdi və ya cütlər şəklində mətni oxuyur və mətni təhlil etmək üçün suallar
hazırlayır. Müəllim tərəfindən qoyulmuş vaxt bitdikdən sonra hazırlanmış suallar şa-
LAYİHƏ
67
girdlər tərəfindən bir-birlərinə verilir və müzakirə təşkil olunur. Sualları üç cür səciy-
yələndirmək olar:
•
Mətndə dəqiq cavabı olan;
•
Cavabı mətnaltı
mənada olan;
•
Mətnin ideyasına əsaslanan şagird mühakiməsindən irəli gələn;
Suallar aşağıda təq dim edilən yollarla yaradılır:
•
Əvvəlcə suallar tərtib edilir;
•
Sonra
onlar sadədən mürəkkəbə, səthidən dərinə məntiqi ardıcıllıqla düzülür.
B blokundakı 2-ci tapşırıq cədvəlin tamamlanmasını tələb edir. Bu cədvəli şagirdlər
aşağı sinif biologiya kursundan əldə etdikləri biliklər əsasında tamamlayacaqlar.
Mətnin oxunub müzakirə olunmasından sonra şagirdlərə paylama materialı təqdim
etməklə və yaxud kompüterdən istifadə imkanı yaratmaqla (məktəbin maddi-texniki
bazası nəzərə alınmaqla) F blokundakı tapşırıqlar icra olunmalıdır. Standartın sinifdə
reallaşdırılması əsas şərt olduğundan mütləqdir ki, şagirdlər paylama materialı ilə tə-
min olunsunlar. Bu məqsədlə aşağıdakı linkdən istifadə edərək “Mikrobiologiya, sani-
tariya və gigiyena fənni” kitabını kompüterinizə yükləyə və bundan istifadə etməklə
paylama materialı hazırlaya bilərsiniz.
http://unec.edu.az/application/uploads/2015/07/mikrobiolog.pdf
Mikrobiologiya elminin nailiyyətləri ilə bağlı videonu ümumiləşdirmə və nəticə
mərhələsində nümayiş etdirmək məqsədəuyğundur. Vaxt çatışmazlığı olarsa, bu bölmə-
nin digər mövzularının tədrisi zamanı da bu linkdən istifadə etmək olar:
https://www.youtube.com/watch?v=ik3m17ZdVbE
Qiymətləndirmə meyarları:
•
şərhetmə
•
təqdimat və məruzə hazırlama
I səviyyə
II səviyyə
III səviyyə
IV səviyyə
Mikrobiologiya elmi-
nin
xüsusiyyətlərini
çətinliklə şərh edir.
Mikrobiologiya
elminin xüsusiyyət-
lərini şərh edərkən
səhvlərə yol verir.
Mikrobiologiya
elminin
xüsusiy-
yətlərini müəllimin
köməyi ilə şərh edir.
Mikrobiologiya
elminin xüsusiyyət-
lərini
nümunələrlə
şərh edir.
Məruzə və təqdimatla-
rı sistemsizdir.
Məruzə və təqdi-
matda
əsas nailiy-
yətlər əks olunma-
yıb.
Dəqiq mənbələrə
istinad
olunsa da,
təqdimatın hazır-
lanmasında məntiqi
ardıcıllıq gözlən-
məyib.
Təqdimat
sistemli,
dəqiq elmi mən-
bələrə istinadən
hazırlanıb.
LAYİHƏ
68
Əlavə material
Viruslar
Çox xırda ölçülərə malik olub, digər mikroorqanizmləri keçirməyən bakterial süz-
gəclərdən süzülüb keçən və müəyyən hüceyrə quruluşu olmayan canlılara “virus” adı
verilir (latınca
virus – “heyvan mənşəli zəhər” deməkdir). “Virus” termini ilk dəfə Hol-
landiya alimi Beyerinq tərəfindən təklif edilmişdir. Viruslar cansızlarla canlı təbiət ara-
sında keçid təşkil edən, hüceyrə quruluşu olmayan bioloji fəal varlıqdır. Onların özlə-
rinə məxsus bioloji xüsusiyyətlərini saxlamaqla kristallaşması virusların ikili təbiətli
olmasını göstərir. Amerika alimi Stenli 1945-ci ildə tütündə ala-bəzək xəstəliyi törədən
virusun iynəvarı kristallarını almışdır. Sonralar heyvanların virusları, 1965-ci ildə isə
bakteriofaqın kristalları alınmışdır. Kristallaşma virusların xüsusi qabiliyyəti olduğun-
dan, onların birmənalı canlılara aid olmasına şübhə yaradır. Virusların canlı varlıqlara
aid olmasına şübhə yaradan ikinci xüsusiyyət, onlarda canlı maddəyə xas olan sərbəst
maddələr mübadiləsinin olmamasıdır. Viruslar da biopolimerlərin sintezini aparan fer-
mentlərin olmamasına görə inert hissəciyə bənzəyirlər. Bunların bioloji fəallığı yalnız
yoluxdurduğu hüceyrədə müşayiət olunur. Viruslar sahib hüceyrələrdə çoxalaraq onları
tələf edirlər. Virusları hüceyrə quruluşlu orqanizmlərdən fərqləndirən əsas xüsusiyyət,
onlarda yalnız bir tip nuklein turşusu – ya DNT, ya da RNT-nin olmasıdır. Bitkiləri yo-
luxduran, əsasən, RNT, heyvan və insanları yoluxduranda isə həm RNT, həm də DNT
tərkibli viruslar olur. Bununla bərabər, viruslarda canlılara xas olan xüsusiyyətlər də
vardır. Virusların tərkibində zülal molekulu, bəzilərində hətta lipid və karbohidrat mo-
lekulları da mövcuddur. Digər canlılar kimi viruslarda da dəyişkənlik və irsi xüsusiy-
yətləri nəsildən-nəslə keçirmək qabiliyyəti vardır. Viruslar üçün səciyyəvi xüsusiyyət
onların çoxalmasıdır, amma bu, hüceyrənin maddələr mübadiləsi və enerji ehtiyatı he-
sabına gedir. Beləliklə, viruslar spesifik hüceyrədaxili parazit sayılırlar. Virusların mən-
şəyi məlum deyil və bu barədə yalnız müəyyən fərziyyələr vardır. Virusların təbiətini,
xarici görünüşünü, kimyəvi tərkibini, çoxalmasını, yayılmasını, müxtəlif xəstəliklərdə
rolunu, onlarla mübarizə üsulunu və mənşəyini öyrənən elmə
virusologiya deyilir. Bu
da öz növbəsində
ümumi və
xüsusi virusologiyaya bölünür. Virusların təbiətini, çoxal-
masını, təsnifatını, morfologiyasını, quruluşunu, kimyəvi tərkibini, dəyişkənliyini, hü-
ceyrələrlə nisbətini ümumi virusologiya öyrəndiyi halda, xüsusi virusologiya virus
xəstəliklərinin etiologiyasını, yayılmasını, diaqnostikasını, profilaktika və müalicə
üsullarını tədqiq edir. Virusların ayrılması və virusologiyanın mühüm bioloji fənn kimi
meydana çıxması rus alimlərinin adı ilə bağlıdır. 1886-cı ildə məşhur mikrobioloq
N.Hamaley qaramalın taun xəstəliyini öyrənərkən xəstə heyvanın qanını mikrobları ke-
çirməyən bakterioloji süzgəcdən süzüb sağlam heyvana keçirir və onun xəstələndiyini
görür. 1892-ci ildə botanik D.İ.İvanovski Krım tarlasında tütünün ala-bəzək xəstəliyini
öyrənərkən bunun adi mikroblardan fərqli, xırda ölçülü “mikroblar” tərəfindən əmələ
gəlməsini kəşf edir, xəstə bitkinin şirəsini Şamberlap süzgəcindən süzdükdə xəstəlik
LAYİHƏ