Dərslik komplekti haqqında


 Təbii seçmənin formaları



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə19/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   49

58
 
7. Təbii seçmənin formaları
Alt standartlar: 
1.1.4.  Yer  üzərində  həyatın  əmələ  gəlməsinə  dair  fikirləri  müqayisəli  şəkildə 
şərh edir.
4.1.1.  Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, 
məruzə və referatlar hazırlayır.
Məqsəd: 
• 
Həyatın  əmələ  gəlməsində  təbii  seçmə  formalarının  rolunu  müqayisəli  şəkildə 
şərh edir.
• 
Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır.
Fəal dərsin ilkin mərhələsi motivasiyadır. Motivasiyanı yaratmaqdan çox şey asılı-
dır. Bu mövzuya motivasiyanı aşağıdakı suallardan istifadə etməklə yarada bilərsiniz:
• 
Təkamülün hərəkətverici qüvvələri hansılardır?
• 
İrsiyyət və dəyişkənliyin hansı forması var?
• 
Yaşamaq uğrunda mübarizə nədir?
• 
Neçə forması vardır?
• 
Təbii seçmə və süni seçmənin fərqi nədir?
• 
Təbii seçmə nə üçün yaşamaq uğrunda mübarizənin nəticəsi hesab olunur?
Tədqiqat sualı: 
• 
Təbii seçmənin hansı formaları vardır?
• 
Yer üzərində həyatın formalaşmasında təbii seçmənin nə kimi rolu vardır?
Lövhədə təbii seçmənin formalarını əks etdirən sxem qurulur.
Təbii seçmə
hərəkətverici seçmə
dizruptiv seçmə
stabilləşdirici seçmə
Qısa  mühazirə  keçirilir.  Bu  yalnız  yeni  biliyi  ötürmək  məqsədilə  reallaşdırılır. 
Dərslikdə verilmiş mətn və sxemlərin müzakirəsi aparılmalıdır. Ehtiyac duyulduğu hal-
  LAYİHƏ


59
da hər bir forma 1 qrupa paylanıla bilər. Bu zaman daha ətraflı təhlil getsin deyə, şa-
girdlərə paylama materialı da təqdim olunur.
Lövhədə dərslikdə verilmiş “Təbii seçmənin formaları” sxemi müzakirə olunmalıdır.
Tədqiqat qrupda aparıldığı halda təbii seçmənin hər forması ayrı-ayrı yarımqruplar-
da müzakirə oluna bilər.
F blokundakı tapşırıqlar fərdi icra oluna bilər.
3-cü və 4-cü tapşırıqlar təqdimat və referatın hazırlanması ilə bağlıdır. Ona görə də 
MV-nin əvvəlində olan təqdimat və referatların hazırlanması ilə bağlı tövsiyələri oxu-
mağınız tələb olunur. Hazırlanmış materialdan növbəti mövzunun tədrisi zamanı istifa-
də oluna bilər.
Qiymətləndirmə meyarları: 
• 
şərhetmə
• 
fikri əsaslandırma
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Həyatın əmələ 
gəlməsində təbii 
seçmənin formalarının 
rolunu sadalayır, 
müqayisəli şərh edə 
bilmir.
Həyatın əmələ 
gəlməsində təbii 
seçmənin formaları-
nın rolunu şərh 
edərkən səhvlərə 
yol verir.
Həyatın əmələ 
gəlməsində təbii 
seçmənin formaları-
nın rolunu müəlli-
min köməyi ilə şərh 
edir.
Həyatın əmələ 
gəlməsində təbii 
seçmənin formaları-
nın rolunu faktlar 
əsasında müqayisəli 
şərh edir.
Təbii seçməni 
yaşamaq uğrunda 
mübarizənin nəticəsi 
kimi əsaslandırmaqda 
çətinlik çəkir.
Təbii seçməni 
yaşamaq uğrunda 
mübarizənin 
nəticəsi olaraq tam 
əsaslandıra bilmir.
Təbii seçməni 
yaşamaq uğrunda 
mübarizənin 
nəticəsi olaraq 
müəllim yönəldici 
suallar əsasında 
əsaslandırır.
Təbii seçməni 
yaşamaq uğrunda 
mübarizənin 
nəticəsi olaraq 
nümunələr əsasında 
əsaslandırır.
  LAYİHƏ


60
 
8. Orqanizmlərdə uyğunlaşmalar
Alt standart: 
4.1.1.  Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, mə-
ruzə və referatlar hazırlayır.
Məqsəd: 

  Orqanizmlərin  mühitə  uyğunlaşmasını  yaşamaq  uğrunda  mübarizənin  nəticəsi 
kimi əsaslandırır.
Mövzuya təkamülün hərəkətverici qüvvələrini xatırlatmaqla başlamaq mümkündür. 
Bu zaman şagirdlərə aşağıdakı suallarla müraciət olunur:
• 
Təkamülün hərəkətverici qüvvələri hansılardır?
• 
Nə üçün Ç.Darvin yaşamaq uğrunda mübarizəni təbii seçmənin nəticəsi kimi qiy-
mətləndirmişdir? 
• 
Yaşamaq uğrunda mübarizə zamanı nə baş verir?
Tədqiqat sualı: 
Ətraf mühitin müxtəlif amillərinə qarşı canlılarda hansı uyğunlaşma formaları vardır?
Tədqiqat  mərhələsinin  əvvəlində  Fəaliyyət  hissəsində  verilmiş  tapşırığın  fərdi  və 
yaxud da kollektivdə müzakirəsi təşkil oluna bilər. Bu şəkillərdəki uyğunlaşmaları şa-
girdlər aşağı sinifdən öyrəndiklərinə əsasən yarpağın su buxarlanmasını azaltması ilə 
əlaqədar şəkildəyişməsi, su mühitinə uyğunlaşma ilə əlaqədar ayasının axımlı olması, 
ətrafların pərlərə çevrilməsi və s. kimi müəyyənləşdirə bilərlər. 
Şagirdlər dərslikdəki mətni oxumalıdırlar. Bunun üçün mətnin hissə-hissə oxunma-
sından istifadə etmək olar. Burada məqsəd oxunacaq mətndəki faktları, hadisələri, onlar 
arasındakı qarşılıqlı səbəb və nəticə əlaqələrini şagirdlərə dəqiq və anlaşıqlı şəkildə çat-
dırmaqdan  ibarətdir.  Hissə-hissə  oxu  prosesində  obyekt  (mətnin  hissələri)  şagirdlərin 
diqqətini tez və dəqiq səfərbər etməyə, söylənilənləri gözləri qarşısında konkret şəkildə 
canlandırmağa imkan verir. Onlar həmin hissədəki üç-dörd faktı tez tutur, araşdırır, ox-
şar və fərqli cəhətlərini müəyyənləşdirirlər. Beləliklə, az vaxt ərzində oxunan hissəni 
mənimsəyir, növbəti hissəni öyrənməyə hazır olurlar. Hər bir hissənin müzakirəsi za-
manı müəllim lövhədə sxem və yaxud da cədvəl tərtib edə bilər. Mətnə əsasən cədvəl 
aşağıdakı kimi də qurula bilər:
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə