Dərslik komplekti haqqında



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə22/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   49

69
əmələ gətirən canlıların həmin süzgəcdən keçdiyini, laboratoriya şəraitində adi qidalı 
mühitlərdə  yetişmədiyini  görmüş,  hətta  virusların  kristallarını  da  müşahidə  etmişdir. 
Viruslar formalarına görə bir neçə qrupa bölünürlər: 1) dəyirmi formalı viruslar – hey-
van, insan və bitki xəstəlikləri əmələ gətirən viruslar (qrip, qızılca); 2) kubvarı formada 
olan viruslar (çiçək); 3) basilformalı viruslar (arpanın xətli virusu); 4) çöp formalı vi-
ruslar (tütündə, kartofda ala-bəzəklik xəstəliyi törədən viruslar); 5) sapşəkilli viruslar 
(kartof virusu, şəkər çuğundurunun saralmasına səbəb olan virus). 
Virusların təsnifatı. Viruslar kəşf edildikcə onların biologiyası barədə faktik mate-
riallar da çoxalmış və bu da onları təsnifləşdirməyə imkan vermişdir. Hazırkı təsnifatda 
nuklein turşuları nəzərə alınmaqla Vira tipi iki yarımtipə bölünür: 
1. Tərkibində RNT olan viruslar – Ribovira;
2. DNT-yə malik olan viruslar – Deoxyvira.
  LAYİHƏ


70
 
10. Mikrobiologiya, onun şöbələri
Alt standartlar:  
1.1.1.  Canlıları  öyrənən  elm  sahələrinin  (seleksiya,  mikrobiologiya,  biotexnologi-
ya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.
1.1.3.  Müasir  avadanlıqlardan  istifadə  etməklə  canlıları  öyrənən  elm  sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 

 
Mikrobiologiya elminin şöbələrinin xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır.

 
Mikrobiologiya elminin nailiyyətləri mövzusunda məruzə və təqdimatlar hazırlayır.
Motivasiya  mərhələsində  klaster  üsulundan  istifadə  edib,  “Biologiyanın  sahələri” 
anlayışını  şaxələndirərək  elm  sahələrini  (bakteriologiya,  mikologiya,  parazitologiya, 
virusologiya), bu elm sahələrinin öyrəndiyi obyektləri, nümayəndələrini, onların xüsu-
siyyətlərini müzakirə etmək məqsədəuyğun hesab olunur. 
BİOLOGİYANIN
SAHƏLƏRİ
Bu elm sahələri mikrobiologiyanın müxtəlif qollarıdır. 
Tədqiqat sualı: 
Mikrobiologiyanın daha hansı sahələri vardır? Bu sahələrin nailiyyətləri hansılardır?
Tədqiqatın aparılmasına başlamazdan öncə lövhədə slayd nümayiş oluna bilər. Bu 
slaydda Mikrobiologiyanın sahələrinin adlarının qeyd olunması nəzərdə tutulur:

 
Ümumi və ya təməl mikrobiologiya

 
Tibbi mikrobiologiya

 
Baytarlıq mikrobiologiyası

 
Sanitar mikrobiologiya

 
Sənaye mikrobiologiyası

 
Xüsusi mikrobiologiya

 
Aqromikrobiologiya
Şagirdlərdən bu sahələrin təxmini olaraq nəyi öyrətdiyini soruşmaq olar. Onlar öz 
fikirlərini söylədikcə lövhədə qeydlər aparıla bilər. Sonrakı mərhələdə dərsliyin Fəaliy-
yət  hissəsində  tapşırığın  icrası  həyata  keçirilir.  Fəaliyyət  hissədə  mikrobiologiyanın 
  LAYİHƏ


71
sahələrinin əvvəlcə oxunularaq müzakirə edilməsi, əvvəlki cavablarla müqayisə olun-
ması məqsədəuyğundur. Təqdimatların hazırlanması üçün şagirdlər ya məktəbin kom-
püter otağında dərs keçməli, ya da onlara paylama materialı təqdim olunmalıdır. 
F blokundakı 2-ci tapşırığın kollektivdə və yaxud da fərdi olaraq icrası mümkün-
dür. Tapşırığı yerinə yetirməklə həm də ümumiləşdirmə aparmış olarsınız. 
Qiymətləndirmə meyarları: 

 
şərhetmə

 
təqdimat və məruzə hazırlama
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Mikrobiologiya elmi-
nin şöbələrinin xüsu-
siyyətlərini çətinliklə 
şərh edir.
Mikrobiologiya 
elmi nin şöbələrinin 
xüsusiyyətlərini 
şərh edərkən səhv-
lərə yol verir.
Mikrobiologiya 
elminin şöbələrinin 
xüsusiyyətlərini 
müəllimin köməyi 
ilə şərh edir.
Mikrobiologiya 
elminin şöbələrinin 
xüsusiyyətlərini 
nümunələrlə şərh 
edir.
Məruzə və təqdimat 
sistemsizdir.
Məruzə və təqdimat-
da əsas nailiyyətlər 
əks olunmayıb.
Dəqiq mənbələrə 
istinad olunsa da, 
təq dimatın hazır-
lanmasında məntiqi 
ardıcıllıq gözlənil-
məyib.
Sistemli, dəqiq elmi 
mənbələrə istinadən 
təqdimat hazırlanıb.
Əlavə məlumat 
Mikrobiologiya və immunologiyanın daha əsas, mühüm və müasir nailiyyətlərini mik-
robların patogen faktorların və infeksion xəstəliklərin aşkara çıxarılması:
• Bioloji sistemlərdə antitellərin (immunoqlobulin) kimyəvi quruluşunun və sintezinin 
həyata keçirilməsi. Çoxklonlu antitellərin gen mühəndisliyi yolu ilə alınması;
• Bir çox bakteriya və virusların, həmçinin İİV, hepatit B, çiçək və s. kimi xəstəliklərin 
törədicilərinin genomlarının müəyyən edilməsi;
• Əvvəllər təbiətdə təsadüf olunmayan bakteriya və virus ştamlarının alınması;
•  Sənaye  üsulu  ilə  müxtəlif  bioloji  aktiv  maddələrin  (antibiotik,  hormin,  ferment,  im-
munmodulyator, antigen və s.) alınmasında müxtəlif bakteriya və virus ştamlarından istifadə, 
habelə ətraf mühiti çirkləndirən maddələrin mikroblar vasitəsilə dağıdılması (deqradasiya); 
• Kliniki mikrobiologiya və immunologiya üçün immunoloji və genetik prinsiplər əsa-
sında diaqnostik sistemlərin işlənməsi;
• Genetik cəhətdən yoluxucu və qeyri-yoluxucu təbiətli yad cisimlərdən orqanizmin qo-
runması yolları haqqında təlimin inkişafı. Q, B və L hüceyrələri əsasında immun sisteminin 
quruluşu və əsas funksional prinsiplərinin təyin olunması; 
• İmmun sisteminin və onun tənzimetmə işinin yeni yollarının aşkara çıxarılması. 
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə