Dərslik komplekti haqqında


Hüceyrənin nəzarətsiz bölünməsi. Şişlər



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə49/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

166
 46. Hüceyrənin nəzarətsiz bölünməsi. Şişlər
Alt standart: 
3.2.1.  İnsan  orqanizmində  baş  verən  xəstəliklərin  hüceyrə  səviyyəsində  olduğunu 
əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 
• 
Şiş xəstəliklərinin əmələ gəlməsinin hüceyrə səviyyəsində olmasını əsaslandırır 
və məruzə hazırlayır.
Şagirdlər  dərsliyin  motivasiya  bölməsindəki  mətnlə  tanış  olduqdan  sonra  səslən-
dirilən suallara cavab verməyə çalışırlar.

 Şişlər haqqında nə bilirsiniz?

 Onların bir-birindən nə kimi fərqləri var?

 Söylənilən fərziyyələr qeyd olunur. Sonda ümumiləşdirmə aparılarkən nəticə ilə 
müqayisə  edilir. Yeri  gəldikdə  müzakirələr  aparılır.  Nəzəri  materialın  müzakirəsi  za-
manı cədvəlin doldurulması da mümkündür.
Şiş xəstəlikləri
Şişin verdiyi toxuma 
qrupu
Əlamətləri

Bədxassəli
Xoşxassəli
Kiçik qruplarla iş zamanı şagirdlərə şiş xəstəliklərinə yoluxmamaq üçün tədbirlər 
planının  hazırlanması  tapşırıla  bilər.  Müzakirə  zamanı  videomateriallardan,  elektron 
təqdimat lardan istifadə zəruridir.
Dərslikdə verilmiş 1-ci və 3-cü tapşırıqlar yaradıcı tətbiqetmə mərhələsində, 2-ci 
tapşırıq isə ev tapşırığı kimi istifadə oluna bilər.
Təqdimat mövzusu:
“Şişlərin orqanizmə təsiri”
  LAYİHƏ


167
Dərsin gedişi zamanı aşağıdakı linkə istinad etmək olar.
https://youtu.be/VNIFQSXUKfl
https://youtu.be/HiLNx1tuMJU
https://youtu.be/MdO2koiD-4E
 Qiymətləndirmə meyarları: 
• 
əsaslandırma
• 
təqdimetmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Şiş xəstəliklərinin 
əmələ gəlməsinin 
hüceyrə səviyyəsində 
olmasını 
əsaslandırmaqda 
çətinlik çəkir.
Şiş xəstəliklərinin 
əmələ gəlməsinin 
hüceyrə səviyyəsin-
də olmasını əsaslan-
dırarkən müəllimin 
köməyindən istifadə 
edir, hazırladığı 
məruzə məqsədəuy-
ğundur.
Şiş xəstəliklərinin 
əmələ gəlməsinin 
hüceyrə səviyyəsin-
də olmasını əsas-
landırır, hazırladığı 
məruzədə məqsəd-
dən kənara çıxır.
Şiş xəstəliklərinin 
əmələ gəlməsinin 
hüceyrə səviy-
yəsində olmasını 
əsaslandırır, məruzə 
hazırlayır.
  LAYİHƏ


168
 47. Xərçəng
Alt standartlar: 
2.1.2.  Maddələr mübadiləsində baş verən dəyişikliklərin fərqli mexanizmlərini mü-
qayisəli şəkildə şərh edir, məruzə və təqdimatlar hazırlayır.
3.2.1.  İnsan  orqanizmində  baş  verən  xəstəliklərin  hüceyrə  səviyyəsində  olduğunu 
əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
Məqsəd: 
• 
Xərçəng  xəstəliyinin  maddələr  mübadiləsində  törətdiyi  dəyişiklikləri  şərh  edir, 
məruzə hazırlayır.
• 
Xərçəng xəstəliyinin baş verməsinin hüceyrə səviyyəsində olduğunu əsaslandırır 
və təqdimat hazırlayır.
Mövzunun tədrisinə şagirdlərin qazandıqları biliklərə istinadən dərslikdə verilmiş 
sualların müzakirəsi ilə başlamaq mümkündür. Bu zaman əvvəlki mövzuda əldə olunan 
biliklərə də istinad etmək olar. Nəticədə tədqiqat sualı formalaşır.
Xərçəng  xəstəliyi  hüceyrə  və  toxumalarda,  maddələr  mübadiləsində  nə  kimi  də-
yişikliklərə səbəb olur?
Tədqiqat  mövzusuna  nəzəri  materiallarının  müzakirəsi  ilə  başlaya  bilərsiniz.  Bu 
zaman müxtəlif videomaterialların da nümayişi nəzərdə tutulur. Materialların nümayişi 
zamanı istiqamətləndirici suallardan istifadə etmək olar.
Normal  hüceyrələrin  xərçəng  hüceyrələrinə  çevrilməsinə  səbəb  olan  amillərin  si-
yahısının tərtibi də tədqiqat aparılarkən şagirdlər tərəfindən yerinə yetirilə bilər.
Sonra  bu  amillərin  bəzilərinin  əks  olunduğu  siyahı  slayd  şəklində  nümayiş  et-
dirilərək müqayisənin aparılmasının təşkili mümkündür.
http://sehiyye.gov.az/main/1208-dnya-xrng-gn-2016-xrng-birg-qalib-glk.html
http://agciyer.az/agciyer-xercengi-nedir-haqqinda/ 
http://www.etibb.org/site/index.php?r=site/post&id=369 
Materialın müzakirəsi və videomateriallara baxışdan sonra 1-ci və 2-ci tapşırıqların 
icrası mümkündür.
3-cü tapşırığın ev tapşırığı kimi istifadə olunması nəzərdə tutulub.
Mitoz_və_meyoz_bölünmələrin_oxşar_və_fərqli_cəhətləri'>  LAYİHƏ


169
Qiymətləndirmə meyarı: 
• 
təqdimat və məruzənin hazırlanması
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Xərçəng xəstəliyinin 
maddələr mübadiləsin-
də törətdiyi dəyişikliyi 
şərh edərkən çoxlu 
səhvlərə yol verir.
Xərçəng xəstəliyinin 
maddələr müba-
diləsində törətdiyi 
dəyişikliyi müəl-
limin köməyi ilə 
şərh edir, məruzəsi 
sistemsizdir.
Xərçəng xəstəliyi-
nin maddələr müba-
diləsində törətdiyi 
dəyişikliyi şərh edir, 
məruzəsində kiçik 
səhvlərə yol verir.
Xərçəng xəstəliyi-
nin maddələr müba-
diləsində törətdiyi 
dəyişikliyi əsaslan-
dıraraq şərh edir, 
sistemli məruzə 
hazırlayır.
Xərçəng xəstəliyinin 
hüceyrə səviyyəsində 
olduğunu əsaslandır-
maqda çətinlik çəkir.
Xərçəng xəstəliyinin 
hüceyrə səviyyə-
sində olduğunu 
müəllimin köməyi 
ilə əsaslandırır, 
hazırladığı məruzə 
məqsədəuyğun 
deyil.
Xərçəng xəstəli-
yinin hüceyrə səviy-
yəsində olduğunu 
əsaslandırır, hazırla-
dığı məruzədə bəzi 
səhvlərə yol verir.
Xərçəng xəstəli-
yinin hüceyrə səviy-
yəsində olduğunu 
əsaslandırır, məruzə 
hazırlayır.
Əlavə material
Xərçəng necə əmələ gəlir? Ümumiyyətlə, xərçəng normal hüceyrələrin zədələnməsi 
nəticəsində  onların  bədxassəli  xarakter  almasından  yaranır.  Hər  bir  nomal  hüceyrə  öz 
missiyasını başa vurduqdan sonra ölərək yerini yenilərinə verir və beləliklə, yeni yaranan 
və  ölən  hüceyrələr  arasında  bir  balans  olur.  Bu  balans  insanın  həyatı  boyu  orqanların 
normal  fəaliyyətini  təmin  edir.  Lakin  xərçənglə  hüceyrələr  isə  nəzarətsiz  bölünür  və 
çoxalaraq qaynaqlandığı üzvün və qonşu orqanların funksiyalarını pozmağa başlayır.  
Dünya  ictimaiyyətinin  diqqətini  xərçəng  xəstəliyi  ilə  mübarizəyə  cəlb  etmək 
məqsədilə hər il bütün dünyada 4 fevral Dünya Xərçəng Günü kimi qeyd edilir. Xər-
çəng  xəstəliyi  ilə  mübarizəyə  həsr  edilmiş  bu  beynəlxalq  gün  2005-ci  ildə  Xərçəng 
Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis edilmişdir. Dünya Xərçəng Gününün qeyd 
edilməsində əsas məqsəd dünya ölkələrinin diqqətini aktuallığı hər il artan bu ictimai 
səhiyyə probleminə cəlb etmək və xərçəng xəstəlikləri ilə mübarizənin yalnız birlikdə 
aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır.
Azərbaycanda da Dünya Xərçəng Günü qeyd olunur. Geniş əhali arasında xəstəliyin 
profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair maarifləndirmə tədbirləri təşkil 
edilir. Maarifləndirmə tədbirləri zamanı Azərbaycanda tez-tez rast gəlinən ağciyər xər-
çəngi, yoğun bağırsaq xərçəngi, süd vəzi xərçəngi, uşaqlıq boynu xərçəngi və prostat 
vəzi xərçənginə dair vətəndaşlara faydalı məlumatlar verilir. 
Ağciyər xərçənginin təsadüfetmə halları siqaret çəkmənin intensivliyi və davamiyyə-
ti ilə sıx əlaqədardır. Müəyyən edilmişdir ki, gündə iki qutu və daha çox siqaret çəkənlər 
  LAYİHƏ


170
arasında ağciyər xərçənginə tutulma ehtimalı siqaret çəkməyənlərə nisbətən 20 dəfə ar-
tıqdır.  Müəyyən  edilmişdir  ki,  siqaretlərə  qoyulmuş  filtrlər  kanserogen  maddələrin  ağ-
ciyərə keçməsinin qarşısını almır. Ağciyər xərçəngi bronxların selikli qişasından və selik 
ifraz edən bronxial vəzilərin epitelindən inkişaf edir.
Yoğun bağırsaq xərçəngi kiçik, xoşxassəli adenomatoz polip adlanan hüceyrə yığın-
tısı kimi başlayır. Zaman keçdikcə bu poliplər yoğun bağırsaq xərçənginə çevrilir. Po-
liplər kiçik ölçüdə olurlar və əsasən, heç bir əlamətlə özünü büruzə vermirlər. Yoğun ba-
ğırsaq  xərçənginin  ilkin  əlamətləri  bağırsaq  funksiyasında  olan  pozğunluqlar,  nəcisdə 
qan, davamlı sancılar, qaz və qarında ağrılardır.
Əlamətləri: Xəstəliyin neqativ xüsusiyyətlərindən biri uzun müddət heç bir əlamət ver-
mədən mövcud ola bilməsidir. Əlamətlər o zaman meydana çıxır ki, xərçəng müəyyən ölçü 
və lokalizasiyaya malik olsun. Yoğun bağırsaq xərçənginin əsas əlamətləri aşağıdakılardır:
– Bağırsaq funksiyasında dəyişikliklərin əmələ gəlməsi. Bu özünü həm ishal, həm 
də qəbizlik kimi göstərə bilər. Bir neçə həftə ərzində nəcisin konsistensiyasında yaranan 
dəyişiklik narahatçılığa səbəb olan faktor olmalıdır.
– Düz bağırsaqda qanaxma və ya nəcisdə gizli qan
– Qarında davamlı narahatçılıq. Bunlara sancılar, qaz və ya ağrılar aid edilə bilər.
– Bağırsaqların tam boşalmaması hissi
– Zəiflik və yorğunluq
– İzah edilə bilməyən arıqlama
Yoğun bağırsağın xərçənginə gətirib çıxara bilən bir çox hallar var ki, onları diqqət 
mərkəzində saxlamaq lazımdır. Bu halların zamanında aşkarlanması xərçəngin qarşısı-
nın alınması üçün vacibdir. Xərçəngönü hallar, adətən, yoğun bağırsağın divarında kiçik 
hüceyrə yığıntısı, başqa sözlə, polip kimi özünü göstərir. Risk faktorları:
– İrsi sindrom; 
Qidalanma tərzi
– Oturaq həyat tərzi; 
– Köklük; 
– Siqaret; 
– Spirtli içkilər.
50 yaşından yuxarı insanlara hətta heç bir şikayəti olmasa belə yoğun bağırsaq xər-
çənginin inkar edilməsi üçün təklif edilən skrininq (yoxlama) proqramlarına müraciət 
etmələri tövsiyə olunur.
Xərçəngin müalicəsi xərçəngin növündən, mərhələsindən, xəstənin yaşından, sağ-
lamlıq durumundan və əlavə şəxsi xüsusiyyətlərindən asılıdır. Xərçəngin müalicəsinin 
tək  bir  üsulu  yoxdur,  xəstələrə,  adətən,  müalicələr  kombinasiyası  və  palliativ  qayğı 
göstərilir. Müalicələr adətən əməliyyat, şüalanma, kimyaterapiya, immunoterapiya, hor-
mon, yaxud gen terapiyası ilə aparılır.
Ümumdünya  Səhiyyə  Təşkilatının  proqnozuna  görə,  2025-ci  ilədək  dünyada  20 
milyon yeni xərçəng xəstəliyi qeydə alınacaqdır. Avropada 2012-ci ildə 4 milyon yeni 
xərçəng halı qeydə alınıbsa, 2030-cu ildə bu rəqəm ildə 5 milyona çatacaqdır.
  LAYİHƏ


171
 48. Mitoz və meyoz bölünmələrin 
oxşar və fərqli cəhətləri
Alt standart: 
2.1.1.  Bioloji proseslərin mexanizminin müqayisəli şərhinə dair referat və təqdi mat-
lar hazırlayır.
Məqsəd: 
• 
Mitoz və meyoz bölünmənin oxşarlıq və fərqlərini şərh edir.
Mövzunun  tədrisinə  mitoz  və  meyoz  bölünmə  haqqında  şagirdlərin  bilgilərinin 
yada  salınması  ilə  başlamaq  olar.  Bu  proseslərin  mexanizmlərinin  təkrarlanmasından 
sonra müqayisəni aparmaq mümkündür.
Dərslikdə nəzəri materialın içərisində verilən dörd tapşırığın hər birini bir qrupla 
icra etmək olar.
Ümumiləşdirmə zamanı təqdim olunan cədvəlin doldurulması mümkündür.
Mitoz
Meyoz
Müqayisə aparılarkən autosom və cinsiyyət xromosomları haqqında bilgilərin yada 
salınması da lazımdır.
Bu məqsədlə F blokundakı birinci tapşırığı icra etdirə bilərsiniz.
Burada  verilmiş  ikinci  və  üçüncü  tapşırıqlar  yaradıcı  tətbiqetmə  üçün  nəzərdə 
tutulub.
Mitoz və meyoz bölünmələrin müxtəlif mərhələlərində xromosom (n) və xromatid 
(c) sayında baş verən dəyişikliklər:
Mərhələ
Mitoz
I meyoz
II meyoz
xromosom 
sayı
xromatid 
sayı
xromosom 
sayı
xromatid 
sayı
xromosom 
sayı
xromatid 
sayı
Profaza
2n
4
c
2n
4
c
n
2
c
Metafaza
2n
4
c
2n
4
c
n
2
c
Anafaza
2n + 2n
2
c + 2c
n + n
4
c
n + n
c + c
Telefaza
2n
2
c
n
2
c
n
c
  LAYİHƏ


172
Cədvəldə verilənlərin müzakirəsini təşkil edərək parametrlərin nə üçün belə dəyiş-
məsinin səbəbi aşkarlanmış olar.
Mitoz və meyozun müqayisəsi əks olunmuş cədvəlin görüntü şəklində nümayişi ilə 
şagirdlər öz işlərini tutuşduraraq dövri nəticəyə gəlirlər.
Nəzərdə tutulan təqdimat mövzuları:
• 
Mitoz bölünmənin xarakteristikası;
• 
Meyoz bölünmənin xarakteristikası;
• 
Mitoz bölünmə ilə meyoz bölünmənin müqayisəsi.
http://lifesweet.ru/poznavatelnoe/472-mitoz-i-meyoz.html 
https://elementy.ru/genbio/synopsis/170/Evolyutsiya_meyoza_odnokletochnykh_i_
mnogokletochnykh_eukariot_Aromorfoz_na_kletochnom_urovne 
Qiymətləndirmə meyarı: 
• 
şərhetmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
Mitoz və meyoz 
bölünməni çətinliklə 
müqayisə edir.
Mitoz və meyoz 
bölünməni müəlli-
min verdiyi suallar 
əsasında müqayisə 
edir.
Mitoz və meyoz 
bölünməni müqa-
yisə edərkən cüzi 
səhvlərə yol verir.
Mitoz və meyoz 
bölünməni sərbəst 
müqayisə edir.
  LAYİHƏ


173
Hüceyrənin nəzarətli və nəzarətsiz bölünməsi
1. Uyğunluğu müəyyən edin.
2. Mioma və miosarkoma şişlərinin xüsusiyyətini müqayisə edin.
3.  Bədxassəli şişlər ətraf toxumalara yayılıb, ancaq xəstə orqandan kənara çıxma-
yıbsa, bu onun inkişafının neçənci mərhələsində baş verib?
a) 1 
b) 2 
c) 3 
d) 4 
e) 5
4. Xərçəng xəstəliyinə səbəb olan bir neçə amilləri qeyd edin.
5. Nikahın bağlanması üçün əsas şərtləri seçin.
1. Evlənənlərin qarşılıqlı razılığı;
2. Valideynlərin razılığı;
3. Yaşların eyni olması;
Xoşxassəli şişlər
Bədxassəli şişlər
1. Miosarkoma
2. Papiloma
3. Adenoma
4. Sarkoma
5. Karsinoma
6. Mioma
7. Lipoma
8. Nevrinoma
Xərçəng
  LAYİHƏ


174
     
4. Evlənənlərin həddi-büluğa çatmaları;
5. Şadlıq sarayının olması.
6. Uğursuz nikaha səbəb olan dörd səbəb göstərin.
Uğursuz nikah
7. Açar sözləri yerinə yazın.
 ______________ ailə bünövrəsini sarsıdır. Ailə yükünü ______________ daşıya 
bil məyən insanların qurduğu ailə ____________ olmur. ______________ bəzən 
aldadıcı olur.
zahiri görkəm
sağlam
münaqişələr
çiynində
8. Bitki və heyvan hüceyrələrində sitoplazmanın bölünməsini müqayisə edin.
9. Düzgün olanların altından xətt çəkin.
A)  Hüceyrənin  bölünməsi  zamanı  bölünmə  vətərləri  sentriollardan/sentro mer-
lərdən yaranır.
B) Sellülozadan ibarət çəpər bitki/heyvan hüceyrələrində yaranır.
C) Sitoplazma nüvədən əvvəl/sonra bölünür.
D) Xromosomları qütblərə bölünmə vətərləri/xromatidlər çəkir.
10.  İlkin cinsiyyət hüceyrəsinin mitoz yolla bölünməsi zamanı qütblərə çəkilən xro-
mo somların  sayı  40  olarsa,  hüceyrələrin  II  meyoz  bölünməsi  zamanı  qütblərə 
neçə xromosom, neçə xromatid çəkilər?
  LAYİHƏ


175
     
Azərbaycan dilində
1.  Abbasov H.S., Mustafayev Q.T., Məmmədova S.Ə., İsmayılov R.Ə. “Onurğalılar zoo-
logiyası”. Bakı, “Təhsil” nəşriyyatı, 1990
2. A.F.Əfəndiyev. İnsan biokimyasının əsasları. II cild, “Müəllim”, 2008
3.  Azərbaycan Respublikasının ümumtəhsil sistemində Qiymətləndirmə konsepsiyası 
4.  C.Ə.Nəcəfov,  R.Ə.Əliyev,  Ə.P.Əzizov.  Tibbi  biologiya  və  genetikanın  əsasları.  I,  II 
cild. “Müəllim” nəşriyyatı, 2010
5.  Çingiz İsmayılov. Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası. “Ayna Mətbu 
evi”, Bakı, 2005
6.  Ekoloji siyasət. “Bakı”, 2008
7.  Ə.B.Həsənov. Patoloji anatomiya. Bakı, “Elm” nəşriyyatı, 2003
8.  Ə.H.Əliyev, F.Ə.Əliyeva, V.M.Mədətova. İnsan və heyvan fiziologiyası. I hissə. “Bakı 
Universiteti” nəşriyyatı, 2007
9.  Ə.H.Əliyev,  F.Ə.Əliyeva,  V.M.Mədətova.  İnsan  və  heyvan  fiziologiyası.  II  hissə. 
“Bakı Universiteti” nəşriyyatı, 2008
10.  Ə.H.Əliyev,  F.Ə.Əliyeva,  V.M.Mədətova.  İnsan  və  heyvan  fiziologiyasından  prakti-
kum. “Bakı Universiteti” nəşriyyatı, 2010
11.  Ə.H.Əliyev,  Ş.A.Məhərrəmov,  F.Ə.Əliyeva.  İnsan  anatomiyası,  “Bakı  Universiteti” 
nəşriyyatı, 2007
12.  İ.Ə.Ağayev, X.N.Xələfli, F.S.Tağıyeva. Epidemiologiya, 2012
13.  K.F.Mahmudova.  Biologiya  fənni  üzrə  illik  planlaşdırmanın  aparılmasına  dair  töv-
siyələr. Kurikulum jurnalı, №2, 2014
14.  Qara Mustafayev. Ekologiyadan konspekt. Bakı, 1993
15.  Qərib  Məmmədov,  Mahmud  Xəlilov.  Ekologiya,  ətraf  mühit  və  insan.  Bakı,  “Elm”, 
2006
16.  Qida və sizin sağlamlığınız. Məktəblilər üçün tədris proqramı. Açıq Cəmiyyət İnstitu-
tu, Bakı, 1999
17.  Q.Məmmədov. Torpaqşünaslıq və torpaq coğrafiyasının əsasları. Bakı, “Elm”, 2007
18. Magistral referatların yerinə yetirilməsi üzrə metodiki tövsiyə. Bakı, 2009
19. Maqsud Qasımov. Sağlam həyat tərzi uğrunda, Bakı, 2005
20. M.Ə.Salmanov. Tətbiqi ekologiyanın əsasları. Bakı, 1993
21.  M.Salıxov, Z.F.Musabəyov, G.Y.Mahmudov. İlkin yardım səviyyəsində psixi pozuntu-
ların diaqnostikası və müalicəsi. Bakı, 2017
22. M.Salmanov. Tətbiqi ekologiyanın əsasları. Bakı, 1993
23. N.M.Məmmədov, İ.T.Suravegina. Ekologiya. Bakı, “Maarif”, 2000
24. R.Əliyeva, Q.Mustafayev. Ekologiya. Bakı, “Elm”, 2011
25. R.Əliyeva, Q.Mustafayev, S.Hacıyeva. Ümumi ekologiya. Bakı, 2004
26. S.C.Əliyev, H.M.Hacıyeva, N.C.Mikayılzadə. Tibbi biliklərin əsasları, Bakı, 2004
27.  V.B.Şadlinski, M.Q.Allahverdiyev, A.B.İsayev. İnsanın anatomiyası, Bakı, “Ülvi-Hə-
yat” nəşriyyatı, 2011
 İstifadə edilmiş ədəbiyyat
  LAYİHƏ


176
28. Z.A.Veysova. Fəal təlim metodları. “Bakı”, 2007
29.  Z.Q.Qarayeva, A.Y.Qurbanov. Tibbi mikrobiologiya və immunologiya. Bakı, 2010
Türk dilində
30. A.Demirsoy; Yaşasın Temal Kurallar. Ankara, 2007
31. D.Y.Futuyma, Təkamül. “Palma” nəşriyyatı, Ankara, 2008
32. D.Sağdiç, O.Albayrak, E.Öztürk, Ş.Cavak. Bioloji. Saray matbaaçılık. Anklara 2013
Rus dilində
33, А.В.Теремов, П.А.Петросова. Биология. Москва 2017
34.  Грин Н., Стаут У., Тейлор Д. Биология. В 3-х томах. Под ред. Сопера. Перевод с 
англ. М.: Мир, 1990. 1 том, 368 с. II том, 327. III том, 374 с.
35.  Г.Т.Маслова  А.  В.  Сидоров.  Биология  развития  органогенез  и  механизмы 
онтогенеза. Минск, БГУ, 2012
36.  Иорданский Н.Н. Развитие жизни на Земле. Пособие для учителей. 
М.: Просвещение, 1981. 191 с.
37.  Красная  книга  Азербайджанской  ССР.  Редкие  и  находящиеся  под  угрозой 
исчезновения виды животных и растений. Б.: Ишыг, 1989. 543 с.
38, Т.М.Эфимова, А.О.Шубин, Л.Н.Сухорукова. Биология. Москва 2010
39. Л.В.Белорусов. Основы общей эмбриологии / Л.В.Белорусов. М.: МГУ, 2005
40. Монин А.С. История Земли. Л.: Наука, 1977. 128 с.
41. Монин А.С. Популярная история Земли. М., Наука, 1980. 224 с.
42.  Р.К.Данилов.  Общая  и  медицинская  эмбриология  /  Р.К.Данилов,  Т.Г.Боровая. 
СПб.: Наука, 2003
İngilis dilində
43. Biology. Ron Picering for Cambridge JGCSE. Revision Guide Oxford. 2009
44. Mary Jones. Biology. “Pearson”, 2009
45. Mary Jones. Biology 2. İnside Cambridge University. 2009
46. N.A.Campbell; İ.B.Reece – Biologiya. Ankara, 2006
İnternet resursları
http://fhn.gov.az/newspaper/?type=view_news&news_id=1268
http://unec.edu.az/application/uploads/2015/07/mikrobiolog.pdf 
http://elibrary.bsu.az/biologiya.htm   
http://elibrary.bsu.az/kitablar/884.pdf 
http://elibrary.bsu.az/kitablar/942.pdf  
http://files.preslib.az/projects/azereco/az/eco_m4_7.pdf
http://gakh.cls.az/front/files/libraries/1524/books/534101448137466.pdf 
http://lifesweet.ru/poznavatelnoe/472-mitoz-i-meyoz.html 
http://bsmy.ru/2265 
http://www.bio.bsu.by/physioha/files/DevBiol_Pt3.pdf
  LAYİHƏ

Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə