Dərslik komplekti haqqında


İnsan psixikasının inkişaf xüsusiyyətləri



Yüklə 3,83 Kb.
Pdf görüntüsü
səhifə44/49
tarix24.04.2018
ölçüsü3,83 Kb.
#39955
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   49

146
 
38. İnsan psixikasının inkişaf xüsusiyyətləri
Alt standartlar: 
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar edir.
3.1.2.  Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli şərh edir və refe-
ratlar hazırlayır.
Məqsəd: 
• 
İnsan psixikasının inkişaf xüsusiyyətlərinin digər primatlarla müqayisəsinə dair 
təqdimat hazırlayır.
• 
İnsan  psixikasının  inkişaf  xüsusiyyətlərini  müqayisəli  şərh  edir  və  təqdimat 
hazırlayır.
Şagirdlərin  Biologiya  və  Həyat  bilgisi  fənlərindən  əldə  etdikləri  biliklərə  istinad 
edərək motivasiya yaratmaq mümkündür. Bu zaman təqdim olunan suallara cavab irsən 
keçmənin  qanunauyğunluqlarına,  insan  orqanizminə  mühit  amillərinin  təsir  mexaniz-
minə istinad edilərək verilə bilər. Suallar:
• 
Uşaqların psixi inkişafına təsir göstərən faktlar hansılardır?
• 
Psixikanın formalaşmasında irsi faktorların nə kimi rolu var?
• 
Mühit amilləri insan psixikasının inkişafına necə təsir göstərir?
Tədqiqat sualı: 
İnsan psixikasının inkişafı digər primatlardan hansı xüsusiyyətlərinə görə fərqlənir?
Tədqiqat  işinə  fəaliyyət  bölməsində  təqdim  olunan  tapşırığın  icrası  ilə  başlamaq 
mümkündür.
Mətnin nəzəri hissəsinin müzakirəsini fasiləli oxu üsulu ilə apara bilərsiniz. Bu za-
man müvafiq qeydlərin aparılması labüddür. Müxtəlif yaş dövrlərində psixikanın inki-
şaf xüsusiyyətlərinin müqayisəsi üçün aşağıdakı cədvəlin sütunlarının doldurulmasını 
da təklif edə bilərsiniz.
Uşaq psixikasının inkişaf xüsusiyyətləri
0–1 yaş
1–3 yaş
3–6 yaş
6–13 yaş
13–17 yaş
Mövzuya aid layihə: 
1. İnsan psixikasının inkişaf xüsusiyyətləri;
2. İnsan psixikasının inkişafının meymunlarla müqayisəsi.
  LAYİHƏ


147
Qiymətləndirmə meyarları: 
• 
təqdimat hazırlama
• 
şərhetmə
I səviyyə 
II səviyyə
III səviyyə
IV səviyyə
İnsan psixikasının in-
kişaf xüsusiyyətlərini 
xarakteristika etməkdə 
çətinlik çəkir.
İnsan psixikasının 
inkişaf xüsusiyyət-
lərini xarakteristika 
edir, digər primatlar-
la müqayisə etmək-
də çətinlik çəkir.
İnsan psixikasının 
inkişaf xüsusiyyət-
lərini xarakteristika 
edir, digər primat-
larla müqayisə 
edərkən bəzi səhv-
lərə yol verir.
İnsan psixikasının 
inkişaf xüsusiyyət-
lərini xarakteristika 
edir, digər primat-
larla əsaslandırılmış 
formada müqayisə 
edir.
Müxtəlif yaş dövrlə-
rində insan psixikası-
nın xüsusiyyətlərini 
şərh etməkdə çətinlik 
çəkir.
Müxtəlif yaş dövrlə-
rində insan psixi-
kasının xüsusiy-
yətlərini şərh edir
hazırladığı təqdimat 
sistemsiz olur.
Müxtəlif yaş dövr-
lərində insan psixi-
kasının xüsusiy-
yətlərini şərh edir, 
hazırladığı təqdimat 
sistemsiz olur.
Müxtəlif yaş dövr-
lərində insan psixi-
kasının xüsusiy-
yətlərini şərh edir, 
sistemli təqdimat 
hazırlayır. 
  LAYİHƏ


148
 
39. Təşviş pozuntuları
Alt standart: 
3.1.2.  Psixi proseslər və orada baş verən dəyişiklikləri müqayisəli şərh edir və refe-
ratlar hazırlayır.
Məqsəd: 
• 
Təşviş pozuntuları və bu zaman orqanizmdə baş verən dəyişiklikləri müqayisəli 
şərh edir və referat hazırlayır.
Motivasiya  bölməsində  təqdim  olunan  sualların  müzakirəsi  zamanı  şagirdlər 
müxtəlif  fərziyyələr  söyləyə  bilərlər.  Bu  fərziyyələrin  qeyd  olunması  və  nəticə  ilə 
müqayisə olunması gərəkdir.
Tədqiqat sualı: 
Təşviş pozuntuları zamanı orqanizmdə nə kimi dəyişikliklər baş verə bilər.
Fəaliyyət kimi nəzərdə tutulan tapşırığın icrası zamanı paylama materialının veril-
məsi zəruridir. Əgər şərait varsa, internet resurslarından istifadə etməklə də bu prosesi 
həyata keçirmək olar.
Nəzəri materialın müzakirəsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət verilməlidir:
• 
Təşviş nədir?
• 
Təşvişin yaranma səbəbləri:
1) psixoloji faktorlar;
2) bioloji faktorlar.
• 
Təşvişin digər psixoloji pozuntulardan fərqi.
• 
Təşvişin əlamətləri:
1) psixi əlamətlər
2) fiziki əlamətlər
• 
Yaranma səbəbinə görə təşvişin növləri:
1) generalizə olunmuş;
2) sosial fobiya;
3) aqorafobiya;
4) panik pozuntu.
Təşvişin müalicəsi
Dərslikdə təqdim olunmuş 1-ci və 2-ci tapşırıqların icrası ümumiləşdirmə və nəticə 
mərhələsində həll edilə bilər. Axırıncı tapşırıq ev tapşırığı üçün nəzərdə tutulub.
  LAYİHƏ


149
Layihə üçün nəzərdə tutulan mövzu: “Təşviş pozuntuları zamanı orqanizmdə baş 
verən dəyişikliklərin müqayisəsi”
Qiymətləndirmə meyarı: 
• 
şərhetmə
I səviyyə 
IIsəviyyə
III səviyyə
IV səviyyə
Təşviş pozuntuları və 
bu zaman orqanizmdə 
baş verən dəyişikliklə-
ri çətinliklə şərh edir.
Təşviş pozuntu-
ları və bu zaman 
orqanizmdə baş 
verən dəyişiklikləri 
şərh edərkən kiçik 
səhvlərə yol verir.
Təşviş pozuntu-
ları və bu zaman 
orqanizmdə baş 
verən dəyişiklikləri 
müəllimin köməyi 
ilə şərh edir.
Təşviş pozuntu-
ları və bu zaman 
orqanizmdə baş 
verən dəyişiklikləri 
nümunələr əsasında 
sərbəst şərh edir.
  LAYİHƏ


Yüklə 3,83 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə